Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şəməsi döyüşü — 1494-cü ildə Şeyx Heydərin oğlu, Şah İsmayılın böyük qardaşı Şeyx Sultan Əli ilə Ağqoyunlu hökmdarı Rüstəm Mirzə arasında baş vermiş döyüş. Yalnız bu döyüşdə Rüstəm Mirzə özü şəxsən iştirak etməmiş, Ebih Sultanı bu tapşırığa göndərmişdi.
Şəməsi döyüşü | |||
---|---|---|---|
Yeri | Şəməsi adlanan yer | ||
Nəticəsi | Ağqoyunlu qalib gəldi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Şeyx Heydərin öldürülməsindən sonra onun ailəsi İstəxr qalasında əsir kimi saxlanılırdı. Rüstəm Mirzə Ağqoyunlu hökmdarı olduqdan sonra onları həbsdən azad etdirir və Təbrizə gətirdir. Bundan sonra Şeyx Heydərin oğlu Şeyx Sultan Əli Rüstəm Mirzənin tərəfində vuruşmağa başlayır. 1493-cü ildə Ağqoyunlu taxtı uğrunda baş vermiş Rüstəm Mirzə ilə Baysunqur Mirzə arasındakı Əhər yaxınlığında baş vermiş döyüşdə Sultanəli tərəfdarları ilə birlikdə Rüstəm Mirzə tərəfdə vuruşurdu. Döyüş Rüstəm Mirzənin qələbəsiylə başa çatdı və bu qələbədə Sultanəli və tərəfdarlarının da rolu oldu.
Ərdəbildəki Səfəvi tərəfdarlarının güclənməsindən qorxan Rüstəm ona və ailəsinə qəsd təşkil etdi. Lakin qəsdin üstü açıldı. Sultanəli ailəsilə birlikdə Ərdəbilə doğru yola çıxdı. Rüstəm Mirzə onların ardınca 5000 süvari yolladı. Döyüşün qaçılmaz olduğunu görən Sultanəli sufi əmirlərinin iclasında "Səfəviyyə" ordeninin başçısı təyin etdi, ailəsini Ərdəbilə yola saldı, özü isə döyüşmək üçün geri döndü. 1494-cü ildə Şəməsi adlanan yerdə baş vermiş döyüşdə qızılbaşlar məğlub oldu. Döyüşün gedişində Sultanəli üstünlük qazansa da, qızılbaşların arxayınlaşması, Əbih Sultanın ordunu yenidən bir yerə yığması nəticəsində o, bu döyüşdə həlak oldu.
Şəməsi döyüşündən sonra Rüstəm Mirzə və sərkərdə Əbih Sultanın səyi nəticəsində 1494-95-ci illərdə Ərdəbildə bir çox Səfəvi müridləri, o cümlədən, Şeyx Heydərin bütün ailə üzvləri öldürüldü. Müridlər yalnız sonralar şah olaraq ailəsinin intiqamını alacaq İsmayılı xilas edə bildilər. İsmayıl Gilana gətirildi, o, burada 1499-cu ilə qədər Gilanın Biyəpiş vilayətinin hakimi Mirzə Əlinin yanında qaldı.