Qızıl Qışlaq (əvvəlki adı: Aşağı Remeşin) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Aşağı Remeşin kəndi Kükü kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Remeşin kənd Soveti yaradılmışdır.[2] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Remeşin kənd inzibati ərazi dairəsinin mərkəzi Aşağı Remeşin kəndi Qızıl Qışlaq kəndi, Remeşin kənd inzibati ərazi dairəsi Qızıl Qışlaq kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[3]
Qızıl Qışlaq | |
---|---|
39°28′43″ şm. e. 45°35′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.555 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Əhalisi 778 nəfərdir.[4]