Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laqqar
Laqqar (lat. Falco jugger) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Baqqal
Baqqal — pozulmadan saxlanılabiləcək yarı təzə və ya konservləşdirilmiş yemək maddələrini, müxtəlif təmizlik vəsaitlərini topdan ya da pərakəndə satan bir tacir.
Dauqay
Dauqay (lit. Daugai) — Litvada şəhər. Dauqay birinci dəfə 1384-cü il Tevton Ordeninin xronikalarında xatırlanır. Vilnüsdən Trokaya gedən yolun üstündə idi..1792-ci ildə şəhər statusunu aldı. 1793-cü ildə Pospolit Reçinin seymi Dauqayı şəhər statusundan məhrum etdi. Litva şəhərləri Vikianbarda Dauqay ilə əlaqəli mediafayllar var.
Laylay
Layla — körpə uşağı yatırmaq üçün beşik başında oxunan nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqərat hissəsi də əlavə edilir və "laylay", "balam" ifadələri təkrarlanır. Məsələn: Layla beşiyim, layla, evim eşiyim layla. Sən get şirin yuxuya, Çəkim keşiyin layla. Laylay uşağı yuxuya getməsi üçün müəyyən bir avaz üstündə oxunan bayatılardır. Bu bayatılarda uşağın gələcəyi ilə bağlı arzular – ailə qurması, xəstəliklərdən uzaq olması, bolluq-bərəkət içində yaşaması ifadə olunur, bəzən körpənin valideynləri öyülür, bəzən də laylanı deyən şəxsin öz həyatında baş verən uğursuzluqlar, çətinlikləri ilə bağlı məqamlar dilə gətirilir. Qarabağdan tolanmış bayatılarda da bu kimi hallarla çox üzləşirik: Nərgizi üzüm, layla, Yaxana düzüm, layla. Sən böyü, mən qocalım, Toyunda süzüm, layla (AFA.Qarabağ folkloru, V cild., 2000: səh. 371) Laylay qolum, qanadım, Laylay gələcək adım.
Maqqaş
Maqqaş — ərəb mənşəli alınma söz olub, Azərbaycan dilində 2 mənada işlənir: 1. Çox xırda şeyləri tutub götürmək, sıxmaq və ya qoparmaq üçün kiçik maşayaoxşar alət. Maqqaşla tük çəkmək. 2. Xəmirdən hazırlanan şirniyyatın üzünü naxışlamağa məxsus ağzı dilikli kiçik alət. Azərbaycanın milli şirniyyat növü olan Şəkərburanın üstünü bəzəmək üçün istifadə olunur. Şəkərburalara maqqaşla naxış vurmaq.
Qarqay
Qarqay — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Əzgilli və Qalal kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir. İbrahim Əzizov — Azərbaycan alimi. Əhalisi Saxurladan ibarətdir.
Qaşqay
Qaşqay (Bostanabad)
Saqqal
Saqqal — kişilərin çənə, üst dodaq və yanaqlarında bitən üz tükləri. Saqqal kişiliyin, dominantlığın, müdrikliyin və gücün simvolu hesab edilir. Saqqallar kir və bakteriyaları daşıya bilər, ona görə də onları müntəzəm olaraq yumaq, qurulamaq və təmiz saxlamaq vacibdir. Kişilər yaşlandıqca saqqal rəngini dəyişə bilər, adətən gənc yaşlarda daha tünd rənglə başlayır və tədricən boz və ya ağa çevrilir. Борода Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine — статья в гуманитарном словаре (rus.) "Брить или не брить?" (Борода и маскулинность в современном мире) из цикла "Археология" на Радио "Свобода" (аудио, фев 2016) И.Словесник "Борода" (видео) "Saqqalın faydaları: Saqqalı qırxmamaq üçün 5 səbəb" (az.). islamazeri.az. 2016-09-27. 2017-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-24.
Çaqqal
Çaqqal — Afrika və Avrasiya ərazisinə xas olan itlər fəsiləsinin orta ölçülü nümayəndəsidir. "Çaqqal" sözü tarixi olaraq canina subtribasına aid bir çox itləri adlandırmaq üçün istifadə edilmişdir, lakin müasir dövrdə bu söz ən çox üç növün adlandırılmasında istifadə edilir: yəhəraltı çaqqal (Lupulella mesomelas),Qara Afrikada olan zolaqlı çaqqal (Lupulella adusta) və cənub-mərkəzi Avropa ilə Asiyada yerləşən adi (qızıl) çaqqal (Canis aureus). Çaqqallar monofiletik kladlar yaratmasa da, onlar fürsətçil hər şey yeyənlər, kiçik və orta ölçülü heyvanların yırtıcısı və peşəkar leş yeyənlərdir. Çaqqallar arasında ən yayılmış sosial vahid monoqam cütlük sayılır. Onlar öz ərazilərini möhkəm qoruyur və ərazi sərhədlərini sidik və nəcis vasitəsilə nişanlayırlar. Böyük ərazilərdə cavan yetişkən çaqqallar öz ərazilərini qurana qədər öz valideynləri ilə qala bilərlər. Uzunluğu 30-35 sm olan quyruqları ilə birlikdə bədən uzunluqları 85-95 sm-ə çatır. Bədən ağırlıqları 7-12 kilo arasında dəyişir. Çaqqallar gündüz çox aktiv olmurlar. Gündüzləri, əsasən, böyük heyvanlardan qorunmaqla keçirirlər.
Daqqa
Daqqa— çəki ölçü vahidi. Daqqa silindrə oxşayan təkqulplu dəmir qabdır. Məişətdə ondan başlıca olaraq dən ölçmək üçün istifadə edilmişdir. Ağzının kənarı və dibi çöldən ensiz dəmir köbə ilə haşiyələnmişdir. Ağzının diametri təxminən 22 sm, dərinliyi 21 sm olur. Daqqa 10 girvənkə (4 kq) arpa, 15 girvənkə (6 kq) buğda tutur. Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Laqaş
Laqaş-Mesopotamiyada Qədim dövr şəhərlərindən biri.E.ə. XXV-XXIV əsrlərdə yaranmışdır.Erkən sülalələr dövrünün son mərhələsində (e.ə. XXV-XXIV əsrlər) Laqaş şəhəri yüksəlməyə başlayır. Laqaş dövlətinin banisi Urnanşe idi. Urnanşenin nəvəsi Eannatum (2400-cü il) Laqaşın qüdrətini daha da artırır. Eannatum Şumerin bir sıra şəhərlərini Laqaşa tabe edir. Entemena və Luqalandanın vaxtında ərazi böyüsə də, əhalinin vəziyyəti pisləşir. Ona görə də Luqalandanın hakimiyyəti uzun sürmür . Ali hakimiyyət Uruinimkinanın əlinə keçir. O, əvvəlcə özünü ensi (kahin-hökmdar), sonra luqal (hökmdar) adlandırır.
Naqay
Naqay adası (ing. Nagai) — ABŞ-nin Alyaska ştatı ərazisində yerləşən ada. Alyaska yarımadasıının cənub-qərb ucunda yerləşən Şumaqin adalarına daxildir. Alyaska yarımadasının cənubunda, Alyaska körfəzində yerləşir. Adanın uzunluğu 50 km-dir. Sahəsi 310 km²-dir. Məhz burada 1741-ci il avqustun 31-də "Müqəddəs Pyotr" (İkinci Kamçatka Ekspedisiyası) komandasının dənizçisi Nikita Şumaqin sinqa xəstəliyindən ölür və adalara onun adı verilir. İlk dəfə 1836-cı ildə rus admiralı Fyodor Litke tərəfindən xəritəyə salınmışdır. Donald J. Orth. Dictionary of Alaska Place Names.
Raqqa
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Hüseyn Baqqal
Hüseyn Baqqal — krım tatar rəqqas, baletmeyster, teatr rejissoru. Müasir krım tatar xoreoqrafiyasının banisi. 6 il sürgün həyatı yaşayıb. 1955-ci ildə bəraət qazanıb. 22 aprel 1897-ci ildə Simferopolda ərzaq dükanı sahibinin ailəsində anadan olub. Ailə Tokal Cami məhəlləsində 32 nömrəli evdə yaşayırdı. 1923-cü ildən etibarən Simpferopolda yerləşən Krım tatar teatrında fəaliyyət göstərməyə başlayıb. Aktyorluq və rəqqaslıqla yanaşı həm də solo konsertlər də verirdi. 1927-ci ildə Frankfurt-Mayn şəhərində keçirilən Beynəlxalq İncəsənət Ustaları festivalının laureatı olub. Sonradan Krım tatar Teatrının baş xoreoqrafı seçilib.
Laqran (Fransa)
Laqran (fr. Lagrand, oks. Lagrand) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Orpyer kantonuna daxildir. INSEE kodu — 05069. 2008-ci ildə əhalinin sayı 280 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 156 nəfər (15-64 yaş) arasında 114 nəfər iqtisadi fəal, 42 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.1%, 1999-cu ildə bu 68.6%). Fəal olan 114 nəfərdən 103 nəfər (56 kişi və 47 qadın) işləyir, 11 nəfər işsizdir (3 kişi və 8 qadın).
Mavi saqqal
Mavi Saqqal (fr. La Barbe bleue) — fransız yazıçı Şarl Perro tərəfindən yazılmış nağıl. Mavi saqqal, bir çox insanın ondan çirkin və mavi saqqalı ucbatından qorxduğu zəngin bir aristokdatdır. Bir neçə dəfə evlənmiş, lakin arvadlarına nə olduğu bilinməməkdədir. Bu səbəbdən o ətrafda yaşayan qızlar ondan qaçırlar. Bir gün bir qonşusunu ziyarət edir və üç qızından biri ilə evlənmək istədiyini deyir. Qızları heç biri isə onunla evlənmək istəmədiyindən hərəsi digərini önə çıxarır. Nəyahət mavi saqqal kiçik qızla evlənib, qəsrdə yaşamağa başlayır. Bir müddət sonra mavi saqqal səyahətə çıxmağa qərar verir. Qəsrin bütün qapılarının açarını arvadına verərək yola düşür.
Mirəli Qaşqay
Mirəli Seyidəli oğlu Qaşqay (7 (20) yanvar 1907, Yelizavetpol – 23 aprel 1977, Bakı) — Azərbaycan-sovet geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor (1942), Azərbaycan SSR EA-nın akademiki (1945), Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1959). Azərbaycan SSR EA akademik katibi (1945–1962, 1967–1974). Mirəli Qaşqay 1907-ci il yanvarın 7-də Gəncə şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) dağ-mədən fakültəsini bitirərək dağ-mədən mühəndisi-geoloq ixtisasını almışdır. 1930-cu ildə SSRİ Elmlər Akademiyasının Petroqrafiya İnstitutunun aspiranturasına daxil olmuşdur. 1934-cü ildə "İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsinə dair" namizədlik dissertasiyasını müdafiə etmişdir. Kiçik Qafqazın mərkəzi hissəsinin və Talışın hiperbazitləri və bazitlərinin tədqiqinin nəticələri "Azərbaycanın əsas və ultraəsas süxurları" adlı monoqrafiyasında yekunlaşdırılmışdır. Bu əsərə görə ona 1942-ci ildə geologiya-mineralogiya elmləri doktoru alimlik dərəcəsi verilmişdir. Akademik M. S. Qaşqay Daşkəsən dəmir-kobalt və alunit filiz yataqlarını öyrənmiş, Kiçik Qafqazda skarnların alümosilikat süxurların hesabına əmələ gəlməsi, Qafqaz mis və kükürd kolçedanı yataqlarının mənşəyinin intruzivlə deyil, vulkan püskürmələri ilə əlaqədar olması barədə nəzəriyyələr irəli sürmüşdür. Azərbaycanda bir sıra faydalı qazıntı yataqlarının, o cümlədən iri perlit və obsidian yataqlarını ilk kəşf edənlərdəndir.
Nasser Taqvay
Nasser Taqvay (fars. ناصر تقوایی‎; 11 iyul 1941, Abadan, Xuzistan ostanı) İran rejissor və ssenarist.
Qara Saqqal
Edvard Tiç (ing. Edward Teach) ləqəbi Qarasaqqal (ing. Blackbeard ; 1680, Bristol, İngiltərə - 22, о. Окракок, Şimali Karolina ) - Vest-Hinddə və Böyük Britaniyanın Şimali Amerika koloniyalarının şərq sahillərində fəaliyyət göstərən ingilis piratı. Onun erkən həyatı haqqında çox az şey məlumdur, lakin o, Bahamanın Nyu Providence adasında məskunlaşmazdan əvvəl Kraliça Anna müharibəsi zamanı matros olub. Kapitan Benjamin Hornigqld Nyu Providens adasında yerləşirdi və Tiç 1716-cı ildə onun komandasına qoşuldu. Horniqold onu ələ keçirdiyi gəmiyə komandir təyin etdi və onlar çoxsaylı pirat fəaliyyətlərinə birlikdə iştirak etdilər. Onların donanmasına daha iki gəmi əlavə edildi, onlardan birinə Stid Bonnet komandanlıq etdi, lakin 1717-ci ilin sonunda Horniqold özü ilə iki gəmi götürərək piratçılıqdan uzaqlaşdı. Tiç Fransız kölə gəmisi olan "Koncord"-u ələ keçirdi, və onun adını "Kraliça Annanın qisası" qoydu. Onu 40 topla təchiz etdi və 300-dən çox adamdan ibarət heyəti idarə etdi.
Qaşqay (Bostanabad)
Qaşqay (fars. قاشقاي‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (24 ailə).
Qaşqay Ziyəddinoğlu
Qaşqay Ziyəddin oğlu Ramazanov (6 oktyabr 1972, Ermənistan) — Azərbaycan jurnalisti, siyasi elmlər üzrə fəlsəfə doktoru, publisist. Qaşqay Ziyəddinoğlu 6 oktyabr 1972-ci ildə anadan olmuşdur. Bakı şəhərindəki 270 №-li orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ailəlidir, iki övladı var. 25 ildən çoxdur ki, Azərbaycan mətbuatında jurnalist fəaliyyəti ilə məşğuldur. 1995-ci ildən, Azərbaycanda nəşr olunan "Avrasiya", "Vətəndaş", "Retro", "Dövran", "Yeni Avrasiya", "Mərkəz" və digər qəzetlərdə müxbir, məsul katibin müavini, məsul katib, şöbə müdiri, redaktor, baş redaktorun birinci müavini vəzifələrində çalışmış və "Xalq qəzeti", "İki sahil", "Yeni Azərbaycan" və ölkənin digər aparıcı KİV və media qurumları ilə əməkdaşlıq etmişdir.. Hazırda "Yeni Azərbaycan" qəzetində işləyir. Uzun müddət Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatında bölmə rəisi və redaktor, "Hərbi bilik" jurnalında redaktor vəzifələrində çalışmışdır. Jurnalsit-tədqiqatçı kimi bir çox layihələrdə və müsabiqələrdə iştirak etmiş, yüksək nailiyyətlər əldə etmişdir.
Qaşqay dialekti
Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti. Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir. Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir. Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləi. İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri. Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, Şəhrikürd və Saman şəhərləri. Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran Buşehr ostanı: Dəştistan, Dəşti və Buşehr şəhərləri. Xuzistan ostanı: Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri. XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir.
Qaşqay dili
Qaşqay dili və ya Qaşqay dialekti — İranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti. Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir. Qaşqayların əslən Azərbaycandan (Ərdəbil və ətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir. Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, Sipidan və Məməsəni şəhərləi. İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, Lincan və Fəridən şəhərləri. Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, Şəhrikürd və Saman şəhərləri. Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran Buşehr ostanı: Dəştistan, Dəşti və Buşehr şəhərləri. Xuzistan ostanı: Əhvaz, Həftkel, Omidiyə və Ramhürmüz şəhərləri. XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir.
Zolaqlı çaqqal
Zolaqlı çaqqal (lat. Canis adustus və ya Lupulella adusta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Çaqqal Karlos
İliç Ramires Sançes (isp. Ilich Ramírez Sánchez) və ya tanınan adı ilə Çaqqal Karlos – hazırda Fransada həbsdə olan Venesuela terrorçusu. 16 qətldə şübhəli bilinir. 1949-cu ilin 12 oktyabr tarixində Venesuelada anadan olub. Çaqqal gənclik dövründə 10-dan çox ölkədə yaşayıb. Onun ailəsi intelligent ailə idi. Dindar müsəlman olan anası vaxtının çoxunu dini öyrənməyə sərf edirdi. Ramiresin atası qatı kommunist idi. O, SSRİ-nin yaranma ideyasını dəstəkləyir, Vladimir Leninə pərəstiş edirdi. Bu səbədən üç övladını Leninin şərəfinə adlandırmışdı.
Ağqaya
Kəndlər Ağqaya (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Dağlar Ağqaya dağı (Şahbuz) — Azərbaycan Respublikasının Şahbuz rayonunun ərazisində dağ. Ağqaya dağı (Babək) — Azərbaycan Respublikasının Babək rayonunun ərazisində dağ. Ağqaya dağı (İcevan) — Ağqaya dağı (Göyçay) — Göyçay rayonunun Şərqində, Qarayazı kəndindən Şimalda dağ. Ağqaya dağı (Quba) — Quba rayonu ərazisində dağ.
Lağman
Ləğman vilayəti (fars. لغمان‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 3.843 km², əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən 403.5 min nəfər, inzibati mərkəzi Mehtərlam şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (Qılzaylar vilayət əhalisinin 50%-dən artığını təşkil edirlər. Kompakt halda Əlingar, Mehtərlam və Qarğayi rayonlarında məskunlaşıblar), taciklərdən (əsasən puştunlar yayılan rayonlarda yaşayırlar), nuristanilərdən (Kata tayfası Dövlətşah və Əlişəng rayonlarında əhalinin çoxluğunu təşkil edir, həmçinin Əlingar, Mehtərlam və Qarğayi rayonlarında da yaşayırlar; Aştu tayfası Kata tayfası ilə birlikdə Dövlətşah və Əlişəng rayonlarında yaşayırlar) və paşayilərdən (kompakt halda Dövlətşah rayonunun şimalında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Mehtərlam, Dövlətşah, Əlingar, Əlişəng və Qarğayi rayonlarına bölünür. Əhalinin 58%-i puştun, 33%-i paşayi, 9%-i isə dari dillərində danışır.
Ağqaz
Ağqaz (lat. Chen) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi.
Ağqaş
Ağqaş — İrəvan xanlığının Dərəkənd-Parçenis mahalında kənd adı. XIX əsrin ortalarında kənd dağılmışdır. Yaxınlıqdakı Ağqaş qayasının adındandır. Qayanın adı rəng bildirən ağ və qaş dağ çıxıntısı, dağın qaşı sözlərindən ibarətdir. == Həmçinin bax == Zəngilan Dərəkənd-Parçenis mahalı == Ədəbiyyat == Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990. Budaqov B.Ə. Türk uluslarının yer yaddaşı. Bakı, “Elm”, Bakı, 1994.
Ağsay
Aksay (rus. Аксай) — Rusiya Federasiyasının Rostov vilayətində şəhər. Aksay rayonunun inzibati mərkəzidir. Rostov-Dondan 18 kilometr aralıda yerləşir. Konserv, şüşə, plastik kütlə, kərpic və s. zavodları var. 1957-ci ilə qədər Aksayskaya stansiyası adlandırılmışdır.
Ağçay
Ağçay (çay) — Azərbaycanda çay. Ağçay (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Ağçay (Lerik) — Azərbaycanın Lerik rayonunda kənd. Ağçay (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd.