Qaşqay dili

Qaşqay dili və ya Qaşqay dialektiİranda təxminən 1,5 milyon Qaşqayın danışdığı və oğuz dil qrupuna aid türk dili və ya Azərbaycan dilinin dialekti.

Qaşqay dili
Orijinal adı Qaşqaycə / Ğəşğayi / Qəşqayi / Türki / Qaşqay dili
Ölkə İran
Region Fars ostanı
Danışanların ümumi sayı 1 500 000 (1997)[1][2]
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
türk dilləri
Ortaq türk dili
Oğuz dilləri
Southern Oghuz[vd]
Qaşqay dili
Yazı ərəb əlifbası, latın əlifbası
Dil kodları
ISO 639-1
ISO 639-2
ISO 639-3 qxq
Ethnologue qxq
IETF qxq
Glottolog qash1240

Qaşqay dili Azərbaycan dilinə çox yaxındır və bir neçə mütəxəssis tərəfindən bu dilin ləhcələrindən birisi kimi qəbul edilir.[1][2] Qaşqayların əslən Azərbaycandan (Ərdəbilətraf ərazilərdən) 16-cı əsrdə İranın cənubuna köçürülmüş bir toplum olması bu fikrin əsaslı olduğunu qənaətləndirir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Qaşqay dialektini Azərbaycan dilinin dialektlərinin 10-cu qrupuna aid edir.[3]

Coğrafi yayılma

[redaktə | mənbəni redaktə et]

Fars ostanı: Şiraz, Firuzabad, Qir və Karzin, Xünc, Mərvdəşt, Zərgan, Beyza, Cəhrüm, Abadə, Kəvar, Laristan, Zərrindəşt, Fəraşbənd, Kazirun, Kuhçenar, İqlid, SipidanMəməsəni şəhərləi.

İsfahan ostanı: Şəhrza, Səmirüm, Dehagan, LincanFəridən şəhərləri.

Çahar-Mahal və Bəxtiyari ostanı: Bürucin, ŞəhrikürdSaman şəhərləri.

Kohgiluyə və Boyer-Əhməd ostanı: Gəçsaran

Buşehr ostanı: Dəştistan, DəştiBuşehr şəhərləri.

Xuzistan ostanı: Əhvaz, Həftkel, OmidiyəRamhürmüz şəhərləri.

XX əsrə qədər Qaşqay dilində ədəbiyyata rast gəlinmir. Bu dil barədə ilk qeydlər Aleksandr Romaskeviç və Avrel Şteyn tərəfindən aparılmışdır. Aleksandr Romaskeviç Şiraz bölgəsində yaşayan qaşqayların 35 xalq mahnısını toplamışdır.Romaskeviç və Kovalskinin fikirlərincə Qaşqay dili Azərbaycan dilinin bir ləhcəsidir. Karl Henrix Menqes isə bu dilin Osmanlı türkcəsinin bir qolu olduğunu düşünürdü.

İranda 1982-ci (hicri-şəmsi 1361-ci) ildə aparılan siyahıyaalmanın nəticələrinə görə, köçəri qaşqayların ümumi sayı 200.000 idi. 1997-ci ildə aparılan araşdırma nəticəsində təxminən 1,5 milyon adamın (burada yalnız köçəri həyat tərzi sürən qaşqaylar nəzərə alınmışdır) qaşqay dilində danışdığı ehtimal olunmuşdur.

Müqayisə
Azərbaycanca Qaşqayca
Ata, baba (dialekt söz), dədə (dial.), bava (dial.), aba (dial.), qaqqa (dial.), qağa (dial.) Bova / Bowa, ata
Ana, nənə (dial.), aba (dial.), adiy (dial.), ciyi (dial.), ciji (dial.), cici (dial.) Ana, nənə
Oğul Oğul
Kişi (erkək mənasında) Kişi
Qız Qız, qez (fars dilindən təsirlənmiş tələffüz variantı)
Gəlin Gəlin
Qayınana, qaynana (xalq arasındakı tələffüz variantı),

qaynənə (dial.), qəynənə (dial.)

Qəynənə
Ürək, ürəy / ürey (xalq arasındakı tələffüz variantı),

yürək (dial.)

İrəg, ürəg
Qan Qan
Baş Baş
Saç, tük, qıl Tik, qel (fars dilindən təsirlənmiş tələffüz variantı)
Göz Gez (fars dilindən təsirlənmiş tələffüz variantı),

göz

Kirpik, kirpik (dial.) Kirpig
Qulaq Qulaq
Burun Burn
Barmaq Burmaq
Baldır Ballır
Qarın Qarn
At At
İnək, sığır Seğer (fars dilindən təsirlənmiş tələffüz variantı)
İt, köpək Kepək (fars dilindən təsirlənmiş tələffüz variantı)
Ev, əv (dial.), öy (dial.) Əv
Çadır Çador (fars dilindən təsirlənmiş tələffüz variantı)
Ox, tir (farscadan alınma, arxaik söz; əsasən ədəbiyyatda istifadə olunur) Ox, tir
Od, alov Ot
Kül Kil, kül
Su Su
Göl Gel (fars dilindən təsirlənmiş tələffüz variantı),

göl

Gün, günəş Gin, gün
Bulud Bulut
Ulduz Ulluz
Ağac, ağaj (xalq arasındakı tələffüz variantı) Ağaj
Allah, Tanrı, Xuda Allah, Tarı, Xoda (fars dilindən təsirlənmiş tələffüz variantı)
Yeni, yengi (köhnəlmiş, arxaik tələffüz; hazırda həmçinin dialekt) Yengi
Göy Gey (fars dilindən təsirlənmiş tələffüz variantı),

göy

Aq
Qara, qərə / ğərə (dial.) Qərə
Qırmızı, qızıl ("qırmızı rəng" mənası köhnəlmiş olan bir söz) Qızıl
1 — Bir Bir, yek (farscadan alınma)
2 — İki İkki / iki / ikke / ekki,

do / dö (farscadan alınma)

3 — Üç Üç, üs, ış, üş,
4 — Dörd Dörd, dört, dörth
5 — Beş Beş,

penc / pənc (farscadan alınma)

6 — Altı Altı, alti
7 — Yeddi Yeddi,

hef / həft (farscadan alınma)

8 — Səkkiz Seggiz / Sakkiz
9 — Doqquz Doğğuz
10 — On On / Dəh (farscadan alınma)
20 — İyirmi, yirmi / igirmi (xalq arasındakı tələffüz variantı) Yirmi / igirmi,

bist (farscadan alınma)

30 — Otuz Ottiz / Ottuz / Otuz
40 — Qırx Qırx / Ğerx / Ğirx
50 — Əlli Əlli / elli
60 — Altmış Altmış
70 — Yetmiş Yetmiş / Yethmiş,

həftad (farscadan alınma)

80 — Səksən, səysən (xalq arasındakı tələffüz variantı),

həştad / həştat (farscadan alınma və xalq arasında istifadə olunan söz)

Səksen / səğsen / səhsan,

həştad / heştad (farscadan alınma)

90 — Doxsan Doqsan / Neved / Nəvəd / Navəd (farscadan alınma)
100 — Yüz Üz / yüz
1000 — Min Min / Hezar / həzar (farscadan alınma)
  1. 1 2 Ethnologue. "Qashqa'i: a language of Iran". Ethnologue: Languages of the World, Fourteenth edition (ingilis). www.ethnologue.com. 2016-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-11.
  2. 1 2 Ethnologue. "Qashqa'i". Ethnologue: Languages of the World, Fifteenth edition (ingilis). www.ethnologue.com. 2016-07-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-07-11.
  3. Fascicle 3. — VIII. Azeri Turkish (author G. Doerfer), pp. 245–248. // Encyclopaedia Iranica. Volume III: Atas-Bayhaqi, Zahir-Al-Din. Edited by Ehsan Yarshater. New York: Bibliotheca Persica Press, 1989, 896 pages. ISBN 9780710091215