Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Lomon
Lomon (fr. Lomont) — Fransa kommunası, Franş-Konte regionunda yerləşir. Departament — Yuxarı Sona. Qərbi Erikur kantonuna daxildir. Kommuna rayonu — Lur. == Coğrafiya == Kommuna Parisdən təxminən 350 km cənub-şərqdə, Bezansondan 65 km şimal-şərqində, Vezouldan 35 km şərqində yerləşir.. == Əhalisi == == İqtisadiyyatı == 2010-cu ildə 238 nəfərdən (15-64 yaş) olanlar arasında 164-ü iqtisadi cəhətdən aktiv, 74-ü qeyri-aktivdir (fəaliyyət göstəricisi 68,9%, 1999-cu ildə isə 65,0%). 164 aktiv sakindən 150 nəfər işləyib (89 kişi və 61 qadın), 14 nəfər işsizdir (9 kişi və 5 qadın). 74 qeyri-aktiv arasında 14 nəfər tələbə, 34 nəfər təqaüdçü, 26 nəfəri isə digər səbəblərlə qeyri-aktivdir.. == Əhəmiyyətli yerləri == Kommunanın aşağı hissəsində bulaq və ictimai camaşırxana yerləşir (XIX əsr).
Lorin
Lorin Zeynəb Nora Təlhavi (İsveçcə: Lorine Zineb Nora Talhaoui; 16 oktyabr 1983, Danderyud[d], İsveç) — Mərakeş əsilli İsveç müğənnisi. 2 dəfə Avroviziya Mahnı Müsabiqəsi qalibidir. Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən musiqiçi "Euphoria" adlı mahnı ilə ölkəsini təmsil etmiş və 372 balla müsabiqənin qalibi olmuşdur. Musiqi ilə yanaşı müğənni eyni zamanda İnsan hüquqlarının qorunması üçün siyasi fəaliyyət göstərir. Səyahət etdiyi müxtəlif ölkələrdə Lorin ölkənin siyasi məhbusları, insan haqqları fəalları ilə görüşlər keçirmişdir. O, 2023-cü ildə "Tattoo" mahnısı ilə İsveçi ikinci dəfə 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 583 balla yenə birinciliyi əldə edib. == Həyatı == Lorin Zeynəb Nora Təlhavi 16 oktyabr 1983-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində doğulub. Lorinin valideynləri Mərakeş immiqrantlarıdır. Uşaq vaxtı Lorin valideynləri ilə Vesterosa köçdü. O, yeniyetməlik illərinin çoxunu şəhərin Qrıta yaşayış massivində keçirib.
Koron adası
Koron adası (ing. Coron Island) — Sulu dənizində yerləşən ada. Eyni adlı inzibati vahidliyə daxildir. == Coğrafiyası == Koron adssı üçbucq formaya malikdir. Onun uzunluğu 20 km, eni 9 km, sahəsi isə 71 km²-dir. Ən hündür nöqtəsi 600 metrdir. 2010-cu il siyahıya alınmasına görə Koron adasında 2649 nəfər yaşayır. Onlar əsasən iki qəsəbədə cəmləşmişlər Banuanq-Daan və Kabuqao. yerli əhali adanı Kalis adlandırır. Ada ərazisinin 70 % sərt uclu təpələrlə örtülüdür.
Loqon çayı
Loqon (fr. Logone) — Çadda və Kamerunda çay. Loqon və ya Loqona çayı, Çadda yerləşən Şari çayının ən böyük qoludur. Loqon çayını bəsləyən su qaynaqları qərbi MAR (Mərkəzi Afrika Respublikası), şimali Kamerun və cənubi Çaddadır. Çayın sahilləri boyunca bir çox bataqlıqlar mövcuddur. Çayın çevrəsindəki başlıca yaşayış məntəqələri, Çadın ikici böyük şəhəri Mundu, Bonqor və Kamerunun ən şimalda yerləşən şəhəri Kousseridir. Çadın paytaxtı Ncamenada Loqon çayının Şari çayı ilə qovuşduğu yerdə salınmışdır. Çay həmçinin Çadla Kamerun arasında beynəlxalq sərhəddi təşkil edir.
Loran Blan
Loran Rober Blan (fr. Laurent Robert Blanc; d. 19 noyabr 1965, Ales, Fransa) — Fransa futbolçusu və baş məşqçisi. == Klub karyerası == Loren Blan karyerasına yarımmüdafiəçi kimi çıxış etdiyi "Monpelye"də başlamışdır. O, klubun qol vuran futbolçularından biri olmuşdur. Blanın çıxış etdiyi komanda 1987-ci ildə 1-ci liqadan ən yüksək səviyyəyə yüksəlmiş və 1990-cı ildə Fransa kubokunu qazanmışdır. O, 1991-ci ildə "Napoli"yə keçmişdir. Blan burada 31 oyun keçirmiş və 6 qol vurmuşdur. O, millidə oynamaq istədiyinə görə mövsümün sonunda komandadan ayrılmışdır.
Loran Fabius
Loran Fabius (fr. Laurent Pierre Emmanuel Fabius; 20 avqust 1946[…], XVI arondisman (Paris)[d]) — fransız siyasətçisi, Fransa Xarici İşlər naziri və Sosialist Partiyasının üzvü vəzifələrində çalışmış, 1984-1986-cı illərdə (37 yaşında) Fransanın Baş Naziri olmuşdur. == Həyatı == Loran Fabius 1946-cı ildə Parisdə sadə bir sənətkar ailəsində anadan olmuşdur. Fransanın ən nüfuzlu ali təhsil müəssisələrindən birini bitirdikdən sonra Fabius Dövlət Şurasının auditoriasında çalışdı. 1978-ci ildə ilk olaraq Sosialist Partiyasından Milli Məclisə üzv seçildi. Tezliklə Fabius Sosialist lideri Fransua Mitteranın daxili dairəsinə daxil oldu. 1981-ci ildə Mitteran prezident seçildikdə Fabius da Büdcə naziri oldu və iki il sonra Baş nazir oldu. O, bazar iqtisadiyyatına açıq olan "yeni" bir Fransız sosializmi müdafiə etdi. 1986-cı ildə parlament seçkilərində Sosialistlərin məğlubiyyətindən sonra təqaüdə çıxdı. 1988-ci ildə 41 yaşında Milli Məclisin sədri seçildi.
Loren Alfonso
Loren Alfonso Dominges (28 may 1995; Havana, Kuba) — 2017-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. 2019-cu il Avropa Oyunlarının və 2021-ci il Dünya Çempionatının qalibi, 2020-ci il Olimpiya Oyunlarının isə bürünc medalçısı. Loren Alfonso 2019-cu ildə Belarusda baş tutan II Avropa Oyunlarının final görüşündə Birləşmiş Krallıq nümayəndəsi Bencamin Uitteher üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2020-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medala sahib olan Loren Alfonso, 2021-ci ilin noyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatının həlledici görüşündə Braziliya təmsilçisi Keno Maçado üzərində 3:2 hesabı ilə qələbə qazanaraq Dünya Çempionatının qalibi olub. Loren Alfonso Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli 2856 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. == Həyatı == Loren Alfonso 1995-ci il mayın 28-də Kubanın Havana şəhərində anadan olub. Kasıb ailədə böyümüşdür. Loren Alfonso 2021-ci ildə Nigar adlı qadınla ailə həyatı qurmuşdur. == Karyerası == === Kuba yığmasının heyətində === Loren Alfonso Kuba yığmasının heyətində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya Çempionatlarında mübarizə apara bilmirdi. Bunun əsas səbibi onun Kuba yığmasının "üç nömrəsi" olması idi.
Loren Avedon
Loren Avedon (ing. Loren Avedon) — ABŞ döyüş ustası və aktyorudur. Taekvondo üzrə 5-ci dərəcə və Hapkido üzrə 8-ci dərəcəyə malikdir. Ailəlidir və bir qız övladı vardır.
Loren Bekoll
Loren Bekoll və ya Loren Bakall (ing. Lauren Bacall; 16 sentyabr 1924[…], Bronks, Nyu-York ştatı, ABŞ – 12 avqust 2014[…], Manhetten, Nyu-York ştatı, ABŞ) — Amerika aktrisası və model.
Loren Holli
Loren Mişel Holli (ing. Lauren Michael Holly; 28 oktyabr 1963, Bristol[d], Pensilvaniya) — amerikalı aktrisa.O, Maxine Stewart-ın müavini rolunu oynadığı "Forpost Swordsmen" televiziya serialı, həmçinin Meri Swanson rolunu oynadığı Lal və Axmaq filmindəki iştirakı ilə daha çox tanınır.Lauren Holly Bristol (Pensilvaniya) şəhərində anadan olub. Atası Hobart və William Smith kolleclərində ədəbiyyatdan dərs deyirdi, anası tarixçi idi və Rochester Universitetində dərs deyirdi. Lauren uşaqlığını Cenevrədə, Nyu-Yorkda keçirdi, burada orta məktəbi bitirdi və bir müddət şənlik etdi. Sarah Lourens Kollecinə daxil oldu və 1985-ci ildə İngilis ədəbiyyatı üzrə İncəsənət Bakalavr dərəcəsi aldı. 23 yaşında Holli üç il Julia Chandler (1986-1989) rolunu oynadığı "All My Children" televiziya serialında iştirak etdi. 1990-cı ildə o, Riverdale Revisited televiziya şousunda komik kitab personajı Betti rolunu oynadı. 1993-cü ildə "Əjdaha: Brüs Linin həyat hekayəsi" avtobioqrafik filmində əfsanəvi Brüs Linin həyat yoldaşı Linda Li Cadwell rolunu aldığı zaman böyük kino dünyası onun üçün açıldı. Növbəti il ​​onun ən məşhur rolu gəldi - Meri Swanson "Lal və axmaq" filmində. 1995-ci ildə Holli Sidney Pollakın Sabrina remeykində doktor Elizabet Tayson rolunu üzərinə götürdü.
Loren Hyu
Loren Meyberri
Loren İv Meyberri (ing. Lauren Eve Mayberry, 7 oktyabr 1987, Qlazqo) — şotland müğənni, musiqiçi, bəstəkar. Pop qrupu Chvrches-in vokalisti və zərb ifaçısıdır. == Həyatı və təhsili == Meyberri 1987-ci ildə Şotlandiyanın Tornhill şəhərində doğulub. Uşaqlıqdan fortepianoda, yeniyetmə yaşlarından etibarən isə təbil çalır. Meyberri, Bridge of Allan-da müstəqil bir məktəb olan Beaconhurst Məktəbində oxudu. O, həmçinin İllinoys ştatının Qladston şəhərində xarici tələbə kimi yaşayırdı. Stratklayd Universitetində dörd illik bakalavr hüquq dərəcəsini bitirdikdən sonra, 2010-cu ildə jurnalistika üzrə magistr dərəcəsi qazandı. 2009-cu ildən 2010-cu ilə qədər o, Birləşmiş Krallığın The Line of Best Fit musiqi vebsaytının müəllifi olmuşdur. == Sinqllar == Are You Awake?
Loren Venqer
Loren Venqer (11 mart 1984, Lonq-Biç, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Loren Venqer, ABŞ yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Niderland yığmasına 10:11 hesabı ilə məğlub olan ABŞ yığması, XXIX Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu. Daha sonra Loren Venqer, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Lorun (Nəmin)
Lorun (fars. لرون‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 127 nəfər yaşayır (31 ailə).
Melani Loran
Melani Loran (fr. Mélanie Laurent; 21 fevral 1983-cü il, Paris, Fransa) — Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı (2006). == Həyatı == Melani Loran yəhudi ailəsində anadan olmuşdur. Uşaqlıq illərini Parisin 9-cu dairə adlanan ərazisində keçirmişdir. Gənclik illərində kinematoqrafla maraqlanmışdır. Kinoda ilk rolunu "İki çay arasında körpü" filmində ifa etmişdir. Melani Loran bu rolu "Asteriks və Obeliks Sezara qarşı" filminin çəkilişlərində təsadüfən tanış olduğu Jerar Depardyenin sayəsində əldə edə bilir. 1999-2009-cu illərdə 20 filmdə çəkilmişdir. Melani Loran rejissor Filipp Liorenin "Narahat olma, mən yaxşıyam" filmində itmiş əkiz qardaşı üçün darıxan və buna görə ruh düşkünlüyünə məruz qalan 19 yaşlı qəhrəmanı ifa etmişdi. Bu rola görə aktrisa Ən yaxşı ümidverici aktrisa kimi "Sezar" mükafatına layiq görülmüşdü.
Sofi Loren
Sofiya Loren (it. Sophia Loren; 20 sentyabr 1934 Roma, İtaliya) — məşhur İtaliya aktrisası. "Oskar" mükafatına layiq görülmüşdür. Əsl soyadı Şikolone olmuşdur. == Həyatı == Sofiya Loren 20 sentyabr 1934-cü ildə Romadakı Regina Margherita Klinikasında Sofiya Scicolone kimi anadan olub. Onun atası Rikkardo başqa bir qadınla evli idi və anası Romilda Villaninin iki uşağının anası olmasına baxmayaraq, onunla evlənməkdən imtina etdi ( Sofiya və onun kiçik bacısı Maria Scicolone). İkinci Dünya Müharibəsi zamanı atasından heç bir dəstək almadan Pozzuoli gecəqondularında böyüyən o, uşaqlıqda böyük kədər yaşadı. 14 yaşında gözəllik müsabiqəsinə qatılan və finalçılardan biri kimi yer alanda onun həyatı gözlənilməz dönüş etdi. Məhz burada Sofiya özündən təxminən 22 yaş böyük, sonradan evləndiyi film prodüseri Karlo Pontinin diqqətini çəkdi. Ola bilsin ki, o, uşaqlıqda heç vaxt yaşamadığı ata fiquru idi.
Loren German
Lauren Christine German (29 noyabr 1978, Hantinqton-Biç[d], Kaliforniya) amerikalı aktrisa'dır. O, ilk böyük rolunu 2002-ci ildə yeniyetmə romantik dram filmi A Walk to Remember filmində, ardınca The Texas Chainsaw Massacre (2003) və Hostel: Part II (2007) qorxu filmlərində oynamışdır. 2011-ci ildən 2012-ci ilə qədər German, CBS polis draması Havay Beş-0-nın ikinci mövsümündə DHS agenti Lori Veston kimi əsas rol oynamışdır və 2012-2014-cü illərdə o, NBC-nin Chicago Fire dramında Lesli Şey rolunu oynamışdır. 2016-2021-ci illərdə o, Amerika fantaziya komediya-dramasında Lucifer-də detektiv Chloe Decker kimi rol almışdır. == Həyatı == German Kaliforniya'nın Huntinqton-Biç şəhərinin Orange County ətrafında anadan olmuşdur. Onun atası Riçard German damar cərrahıdır. Onun ata tərəfdən babası Ceyms German hollandiyalı olmuşdur o, 1909-cu ildə Amsterdam'da anadan olmuşdur. O, uşaq ikən ailəsi ilə birlikdə Hollandiya'dan ABŞ-a köçmüşdür. Laurenin ailəsinin qalan hissəsi isə ingilis'lərdir. O, Los Alamitos Liseyində və Orange County İncəsənət Liseyində oxumuşdur və sonra antropologiya təhsili aldığı Cənubi Kaliforniya Universitetinə daxil olmuşdur.
Loren Soka
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi, Derbişir[d]) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. == Karyerası == Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Loren Koen
Loren Koen (ing. Lauren Cohan; 7 yanvar 1982, Çerri-Hill, Nyu Cersi) — amerikalı-britaniyalı aktrisa və model. AMC telekenalında yayımlanan "Gəzən ölülər" serialındakı Meqqi Qrin personajı ilə tanınma qazanmışdır. O, 2023-cü ildən etibarən "The Walking Dead: Dead City" serialında öz rolunu yenidən ifa edir. Loren həm də "Fövqəltəbii", "Vampirin gündəlikəri" və "Çak" seriallarına çəkilmişdir. == Həyatı == Loren Koen 7 yanvar 1982-ci ildə Nyu-Cersi ştatının Çerri-Hill şəhərində anadan olmuşdur. Atası amerikalı, anası isə şotlanddır. O, 13 yaşına qədər Nyu-Cersidə böyümüşdür. Gənc yaşlarında anasının vətəni olan Böyük Britaniyaya, Surreyə köçmüşdür. Loren həm də bir il Corciya ştatında yaşamışdır.
Oron gölü
Oron gölü (evenk Ооран) — Rusiya Federasiyası İrkutsk vilayətinin Bodaybin rayonunda, Vitim qoruğu ərazisində yerləşən bir göl. == Adın mənşəyi == Oron gölünün adının Evenk dilində işlənən oron sözündən törədiyinə inanılır. Bu isə "maral" deməkdir. Toponimin təhrif olunmuş bir variantıda xrondur. Bununda "ocaq yeri", "düşərgə yeri" olduğu fərziyyəsi də mövcuddur. Lakin çox güman ki, gölün adı evenk dilindəki ooron sözündən əmələ gəlmişdir. Mənası isə astana deməkdir. == Coğrafi xüsusiyyətləri == Gölün uzunluğu 24 km, maksimum eni 6 km, minimum eni 4 km, sahəsi 51.3 km², maksimum dərinliyi 184 metrə (gölün cənub hissəsində) çatır. Göl güzgüsünün hündürlüyü dəniz səviyyəsindən 354 m-dir. Sututarının şimal hissəsinin dərinliyi nisbətən azdır.
Yair Oron
Yair Oron (ivr. ‏יאיר אורון‏‎; 30 aprel 1945, Britaniya Fələstini[d]) — Holokost və soyqırım, irqçilik və müasir yəhudiliyin tədqiqi üzrə ixtisaslaşmış İsrail tarixçisi, alimi və mütəxəssisi. O, Yəhudi Universitetində magistr dərəcəsi və Paris Universitetində doktorantura dərəcəsi almışdır. Yair Oron 2005-ci ildən İsrail Açıq Universitetində Sosiologiya, Politologiya və Kommunikasiyalar departamentinin sədri vəzifəsində çalışır, dosentdir. O, Tel-Əviv Universitetində tarix və sosiologiya üzrə bakalavr dərəcəsinə malikdir. == Əsərləri == Jewish-Israeli Identity, Sifriat Poalim (with Kibutzim College of Education), Tel-Aviv, 1993, 204 pp. (Hebrew). The Banality of Indifference: The Attitude of the Yishuv and the Zionist Movement to the Armenian Genocide, Dvir (with Kibutzim College of Education), Tel-Aviv, 1995, 395 pp. (Hebrew). Les Juifs d’Extrême Gauche en Mai 68, Éditions Albin Miche], Paris, 1998, 335 pp.
Antuan Loran Lavuazye
Antuan Loran Lavuazye (26 avqust 1743[…], Paris, Fransa krallığı[…] – 8 may 1794[…], Konkord meydanı, Birinci Fransa Respublikası) — müasir kimyanın banisi. Antuan Lavuazye' (fr. Antoine Laurent de Lavoisier) – fransız kimyaçısı. 1743-cü ildə anadan olmuşdur.1774-cü ildə havanın tərkibini eksperimental yolla sübut etmiş və flogiston nəzəriyyəsinin yalan olduğunu əsaslandırmışdır. == Həyatı == Lavuazye zəngin bir burjua ailəsində doğulmuşdu. Atası Paris Parlamentinin nəzdində olan 400 vəkildən biri idi və oğlunun da vəkili olmasını istəyirdi, lakin Lavuazye üçün təbii elmlər daha maraqlı idi, belə ki, o eyni zamanda hüquq, riyaziyyat, astronomiya, botanika, mineralogiya, geologiya və kimya üzrə təhsil almışdı. == Təhsili == Lavuazye ilk təhsilini Mazarini Kollecində almış, sonra hüquq məktəbinə getmiş və 1764-cü ildə hüquq üzrə lisenziya almışdı. Lavuazye hüquq kursunda təhsil alaraq eyni zamanda o dövrdə Parisin ən yaxşı professorlarının rəhbərliyi altında təbii və dəqiq elmləri öyrənmişdir; riyaziyyat və astronomiyanı o , La Kailya adlı məşhur rahibin yanında, botanikanı Bernar de Jüssienin rəhbərliyi altında öyrənmiş, mineralogiya və geologiya kursunu Hettar, kimya kursunu isə Ruelin yanında keçmişdi. 1765-ci ildə Lavuazye Paris Elmlər Akademiyasının tapşırığı ilə yazdığı "Böyük şəhərin küçələrinin ən yaxşı şəkildə işıqlandırılması üsulu haqqında" adlı işini təqdim etmiş və 1766-cı ildə bu iş Akademiyanın qızıl medalına layiq görülmüşdü. 1763–1767-ci illərdə Lavuazye Fransanın mineraloji xəritəsinin tərtib edilməsində Hettara kömək etmək üçün onunla birlikdə bir neçə dəfə səyahətə çıxmışdı.
Jak Loran Aqas
Jak Loran Aqas (fr. Jacques-Laurent Agasse) — İsveçrəli rəssam. Loran Aqas əsasən mənzərə və heyvan rəsmləri çəkməklə məşhurlaşmışdır. == Həyatı == 1767-ci ilin 24 aprel tarixində Genuya şəhərində dünyaya gələn Aqas ilk rəssamlıq təhsilində bu şəhərdə almışdır. 20 yaşı olarkən təhsilini daha yüksək səviyyədə davam etdirə bilmək üçün Paris şəhərinə gedir. Atların və digər heyvanların anatomik quruluşu ilə gənclik illərindən maraqlanan İsveçrəli rəssam baytarlıq təhsili almağa başlayır. Bu müddət ərzində nəsil kökünün bağlı olduğu İsveçrəyə mütamadi gedirdi. Heyvanlara olan marağı səbəbindən bu mövzuda şəkillər çəkməyə başladı və elə qısa zamanda Avropada məşhurluq əldə etdi. Jak Loran Aqas eyni zamanda Osmanlı imperiyası ilə əlaqəli mövzularda rəsm əsərləri çəkmişdir. Rəssam 1849-cu ildə London şəhərində vəfat edib.
Jan Leron Dalamber
Jan Leron Dalamber (d. 16 noyabr 1717 – ö. 29 oktyabr 1783) — Fransa riyaziyyatçısı, mexanik və maarifçi-filosof, ensiklopediyaçı; maddi nöqtələr sisteminin hərəkətinin diferensial tənliklərini tərtib etmək qaydasını vermişdir; riyazi analiz, diferensial tənliklər nəzəriyyəsi, sıralar nəzəriyyəsi, cəbr üzrə əsərlərin müəllifidir. == Həyatı == Dalamber Fransa akademiyasının (1754,1772-ci ildən oranın daimi katibi) üzvü, Peterburq Elmlər Akademiyasının(1764) və başqa elmi müəssisələrin əcnəbi fəxri üzvüdür. Mazarini Kollecini bitirmişdir(1735). Orada hüquq elmini öyrənirdi. Riyaziyyatla müstəqil məşğul olmuşdur. 1747-ci ildən Deni Didro ilə birlikdə “Elm, incəsənət və peşələrin ensiklopediyası”nın yaranması üzərində çalışmışdır. 1757-ci il dən “Ensiklopediyadakı” işindən uzaqlaşmış və riyazi fizika ilə məşğul olmuşdur. Dalamber ilk dəfə dinamika məsələlərini statikaya gətirərək (Dalamber prinsipi) maddi sistemin hərəkətini ifadə edən diferensial tənliyin tərtibi üçün ümumi qayda vermişdir (1743).
Loren Alfonso Dominqes
Loren Alfonso Dominges (28 may 1995; Havana, Kuba) — 2017-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən boksçu. 2019-cu il Avropa Oyunlarının və 2021-ci il Dünya Çempionatının qalibi, 2020-ci il Olimpiya Oyunlarının isə bürünc medalçısı. Loren Alfonso 2019-cu ildə Belarusda baş tutan II Avropa Oyunlarının final görüşündə Birləşmiş Krallıq nümayəndəsi Bencamin Uitteher üzərində qələbə qazanaraq turnirin qalibi oldu. 2020-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında bürünc medala sahib olan Loren Alfonso, 2021-ci ilin noyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatının həlledici görüşündə Braziliya təmsilçisi Keno Maçado üzərində 3:2 hesabı ilə qələbə qazanaraq Dünya Çempionatının qalibi olub. Loren Alfonso Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli 2856 nömrəli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. == Həyatı == Loren Alfonso 1995-ci il mayın 28-də Kubanın Havana şəhərində anadan olub. Kasıb ailədə böyümüşdür. Loren Alfonso 2021-ci ildə Nigar adlı qadınla ailə həyatı qurmuşdur. == Karyerası == === Kuba yığmasının heyətində === Loren Alfonso Kuba yığmasının heyətində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya Çempionatlarında mübarizə apara bilmirdi. Bunun əsas səbibi onun Kuba yığmasının "üç nömrəsi" olması idi.
Sen-Loran-an-Bomon
Sen-Loran-an-Bomon (fr. Saint-Laurent-en-Beaumont) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38413. Kommunanın 1999-cu il üçün əhalisi 372 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 557 ilə 1492 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 520 km cənub-şərqdə, Liondan 130 km cənub-şərqdə, Qrenobldan 36 km cənubda yerləşir.
Altron
Altron (ing. Ultron) – Marvel Comics nəşriyyatı tərəfindən 1968-ci ildə yaradılmış komiks personajı. Roy Tomas və Con Bessema tərəfindən yaradılmış və ilk dəfə "The Avengers" komiksinin 54-cü sayında kameo kimi peyda olmuşdur. Altron Henk Pim tərəfindən yaxşı məqsədlər üçün yaradılmış, lakin daha sonra tərəf dəyişdirmiş süni intellektdir. Qisasçılar komandasının əzəli düşmənidir. Adamantium elementindən özünə bədən hazırlamış ilk Marvel Comics personajıdır. Altron 2015-ci il istehsalı "Qisasçılar: Altron dövrü" filmində Ceyms Speyder tərəfindən canlandırılmışdır. Altron bir çox Qisasçılar animasiyasında və videooyununda peyda olmuşdur. IGN Altronu "Bütün dövrlərindən ən böyük komiks supercinayətkarları" siyahısında 23-cü yerdə göstərmişdir. "Wizard" jurnalı isə onu "Ən böyük 200 supercinayətkar" siyahısında 189-cu yerdə göstərmişdir.
Arron
Arron (fr. Arronnes) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03008. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 354 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 214 nəfər (15–64 yaş arasında) arasında 163 nəfər iqtisadi cəhətdən fəal, 51 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76,2%, 1999-cu ildə bu 72,9%). Fəal 163 nəfərdən 141 nəfər (77 kişi və 64 qadın) işləyir, 22 nəfər işsizdir (9 kişi və 13 qadın). 51 hərəkətsiz 12 nəfər arasında şagird və ya tələbə, 20 nəfər təqaüdçü, 19 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Bozon
Bozonlar — Hissəciklər fizikasında Boz-Eynşteyn statistikasına tabe olan zərrəciklərdir; Şatyendranat Boz və Eynşteynin adını daşıyırlar. Fermi-Dirak statistikasına uyğun fermionlardan fərqli olaraq fərqli bozonlar eyni kvant mövqeyini tuturlar. Beləliklə, eyni enerji olan bozonlar kosmosda eyni yer tuta bilər. Bu səbəblə hər nə qədər zərrəciklər fizikasında hər iki anlayış arasındakı ayrı-seçkilik qəti diqqətə dəyən olmasa da, fermiyonlar, ümumiyyətlə, maddə ilə bağlıykən, bozonlar sıxlıqla güc daşıyıcı hissəciklərdir. Bozonların vacib bir xüsusiyyəti statistikalarının eyni kvant vəziyyətini tutanların sayını məhdudlaşdırmamasıdır. Bozonlardan fərqli olaraq iki eyni fermion eyni kvant məkanını tuta bilməz. Maddəni meydana gətirən elementar hissəciklər (yəni leptonlar və kvarklar ) fermion olduğu halda, elementar bozonlar "yapışqan" maddələri bir yerdə tutan güc daşıyıcılarıdır. == Növləri == 5 qrup bozon vardır: 1 skalyar bozon və 4 vektorial bozon. Skalyar bozon: Hiqqs bozonu Vektorial bozonlar: γ Fotonlar g Qlüonlar Z Z bozonu W± W bozonu Ağırlıq üçün güc daşıyıcısı olacaq altıncı bir tenor bozon (spin = 2), qraviton (G) ola bilər. Normal Standart Modelə qravitasiya daxil etmək üçün edilən bütün cəhdlər nəticəsiz qaldığından bu hipotetik elementar hissəcik olaraq qalır.