Loren Alfonso Kuba yığmasının heyətində nüfuzlu beynəlxalq turnirlərdə, Dünya Çempionatlarında mübarizə apara bilmirdi. Bunun əsas səbibi onun Kuba yığmasının "üç nömrəsi" olması idi. Kuba yığmasının əsas üzvü Rio-de-Janeyro Olimpiadasının qalibi olan Arlen Lopez idi.
Loren Alfonso 2014-cü ilin 7-11 aprelində Komandalararası Kuba Çempionatında çıxış etdi və Yasmani Rodrigez üzərində 2:1 hesabı ilə qələbə qazandı.[3] Daha sonra Loren Alfonso ilin sonlarında Santa Klara şəhərində baş tutan Kuba Çempionatında mübarizə apardı. Alfonso 1/8 final mərhələsində Hector Boloya 3:0 hesabı ilə qalib gəlsə də, 1/4 final mərhələsində Emilio Korreaya 0:3 hesabı ilə məğlub oldu və turniri medalsız başa vurdu.[4]
Loren Alfonso 2015-ci ildə baş tutan Kuba Çempionatında isə 1/8 final mərhələsində Janiel Serranoya məğlub oldu.[5] 2016-cı ildə baş tutan Kuba Çempionatında isə Alfonso 1/8 final mərhələsində Jairo Ramireza qalib gəlsə də (5:0), 1/4 final mərhələsində Kuba yığmasının lideri Arlen Lopeza məğlub oldu (0:5).[6]
Kuba Çempionatlarında uğurlu nəticələrə imza ata bilməyən və buna görə də Kuba yığmasının əsas heyət üzvü ola bilməyən Loren Alfonso 2017-ci ildə başqa yığmanın heyətində çıxış etməyi qərara aldı. Həmin dönəmdə Azərbaycan yığmasının heyətində 81 Kq.-da çıxış edən 2012-ci il London Olimpiadasının bürünc medalçısı Teymur Məmmədov idmanla vidalaşdığı üçün məşqçilər onu əvəzinə istedadlı idmançı axtarmağa başladı. Kubalı məşqçi Pedro Roque tərəfindən Loren Alfonso əvvəlcə Qəbələ İdman Klubunun heyətində məşqlərə qoşuldu, sonra isə 2017-ci ildə Azərbaycan Çempinatında mübarizə apardı.
Loren Alfonsonun Azərbaycan bayrağı altında birinci turniri 2019-cu ilin 20-30 iyununda Belarusda baş tutan II Avropa Oyunları oldu.[7] 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Stepan Hrehul oldu.[8] İyunun 22-də baş tutan görüşdə Alfonso rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[9] Bu mərhələdə o, Belarus təmsilçisi Mixail Dauhaliavets ilə üz-üzə gəldi.[10] İyunun 25-də baş tutan görüşdə Alfonso 5:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[10] Bu mərhələdə onun rəqibi Belçika nümayəndəsi Ziad El Mohor oldu.[11] İyunun 26-da baş tutan görüşdə də Loren Alfonso rəqibi üzərində inamlı qələbə qazandı — 5:0.[11] Bununla da Loren Alfonso Avropa Oyunlarının yarım-final mərhələsinə adladı.[11] Finala gedən yolda onun rəqibi İtaliya təmsilçisi Simon Fiori oldu.[12] İyunun 28-də baş tutan görüşdə Alfonso rəqibindən üstü oldu (4:1) və Avropa Oyunlarının final görüşünə vəsiqə qazandı.[12] Həlledici görüşdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Bencamin Uitteher oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Alfonso rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazandı və II Avropa Oyunlarının qalibi oldu.[13][14][15]
2019-cu ilin əsas turniri 8-22 sentyabrda Rusiyada baş tutan Dünya Çempionatı oldu.[16][17][18] Təsnifat mərhələsindən azad olan Loren Alfonso, 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə İspaniya nümayəndəsi Qaziməhəmməd Cəlidov ilə üz-üzə gəldi.[19] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Alfonso rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[19] Bu mərhələdə onun rəqibi Avstriya təmsilçisi Umar Cambəyov oldu.[20] Həmin görüşdə Loren Alfonso 4:1 hesabı ilə qalib gəldi və Dünya Çempionatının 1/4 final mərhələsinə adladı.[20] Bu mərhələdə o, Özbəkistan nümayəndəsi Dilşodbəy Ruzmetov ilə üz-üzə gəldi.[21] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Loren Alfonso rəqibinə 2:3 hesabı ilə məğlub oldu və Dünya Çempionatında mübarizəsini dayandırdı.[21]
2020-ci ildə Yaponiyada baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa Olimpiya Təsnifat Turniri 14-22 martda Birləşmiş KrallığınLondon şəhərində baş tutdu. Turnirdə mübarizə aparacaq Azərbaycan yığmasının heyətinə Loren Alfonso da cəlb edildi.[22] Həmin günlərdə COVID-19 (Koronavirus) pandemiyası bütün dünyanı cənginə alsa da, IBA tərəfindən həmin turnirin təxirə salınmayacağı bildirildi.[23] Təsnifat mərhələsindən azad olan Loren Alfonso, 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə martın 17-də Ukrayna nümayəndəsi Stepan Hrehul ilə üz-üzə gəlməli idi.[24] Amma turnirin 4-cü günündə IBA tərəfindən COVID-19 pandemiyası səbəbilə Avropa Olimpiya Təsnifat Turnirinin qeyri-müəyyən müddətə təxirə salınması barədə qərar qəbul elədi.[25] Martın 24-də isə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən XXXII Yay Olimpiya Oyunlarının təxirə salınması barədə qərar qəbul elədi.[26] Ümumi olaraq 2020-ci il ərzində beynəlxalq turnirlər baş tutmadı.
Loren Alfonso 2021-ci ilin martında İstanbul şəhərində baş tutan "Bosphorus Cup" beynəlxalq turnirində mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Qazaxıstan nümayəndəsi Bağıt Toğtosuna qalib gəlsə də, 1/2 final mərhələsində Türkiyə təmsilçisi Mehmet Ünala məğlub oldu və turnirin bürünc medalına sahib oldu.[27]
Loren Alfonso turnirdən əvvəl Azərbaycan yığması ilə birgə təlim-məşq toplanışlarında oldu.[28] Avropa Olimpiya Təsnifat Turniri 4-8 iyunda FransanınParis şəhərində baş tutdu.[29] IBA tərəfindən qəbul edilən qərara əsasən 2020-ci ilin martında turnirin dörd günü ərzində qeydə alınan nəticələr qüvvədə qaldı. Bununla da Loren Alfonsonun 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə rəqibi Ukrayna nümayəndəsi Stepan Hrehul oldu. Loren Alfonso, Stepan Hrehula 2019-cu ildə Avropa Oyunlarında qalib gəlmişdi. İyunun 4-də baş tutan görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[30] Bu mərhələdə o, Rusiya Federasiyası təmsilçisi İmam Xatayev ilə üz-üzə gəldi. İyunun 5-də baş tutan görüşdə Loren Alfonso 4:1 hesabı ilə qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[31] Bununla o, Olimpiadaya vəsiqəni təmin elədi.[32] Loren Alfonso yarım-final mərhələsində İspaniya nümayəndəsi Qaziməhəmməd Cəlidov ilə üz-üzə gəlməli idi. Amma Qaziməhəmməd Cəlidov görüşdə mübarizə aparmaqdan imtina elədi və Loren Alfonso turnirin final görüşünə vəsiqə qazandı.[33] Formal əhəmiyyətə sahib olan final görüşündə isə onun rəqibi Birləşmiş Krallıq təmsilçisi Bencamin Uitteher oldu. Bu görüşdə də rəqib mübarizə aparmaqdan imtina elədi və Loren Alfonso görüşün qalibi oldu. Bununla da o, həm Olimpiadaya vəsiqə qazandı, həm də Avropa Olimpita Təsnifat Turnirinin qalibi oldu.[34][35]
22 idmançının mübarizə apardığı turnirdə Loren Alfonso təsnifat mərhələsindən azad idi.[38][39] Loren Alfonsonun 1/8 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə rəqibi Özbəkistan nümayəndəsi Dilşodbəy Ruzmetov oldu. Loren Alfonso, Dilşodbəy Ruzmetova 2019-cu ildə baş tutan Dünya Çempionatında məğlub olmuşdu. İyulun 28-də baş tutan görüşdə Loren Alfonso rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və Olimpiadanın 1/4 final mərhələsinə adladı.[40][41] Bu mərhələdə onun rəqibi Türkiyə təmsilçisi Bayram Malhan oldu.[42] İyulun 30-da baş tutan görüşdə Loren Alfonso rəqibindən üstün oldu — 5:0. Bununla da o, yarım-final mərhələsinə adlamaqla ən azından bürünc medalı təmin elədi.[43][44] Görüşdən sonra Loren Alfonso müsahibəsində bunları bildirdi: "Ən azından bürünc medalı təmin elədiyim üçün çox şadam. Amma mənim hədəfim qızıl medaldır".[45] Finala gedən yolda onun rəqibi — 2016-cı il Rio-de-Janeyro Olimpiadasının qalibi olan Kuba nümayəndəsi Arlen Lopez oldu. Bir zamanlar eyni yığmada məşq edən Alfonso və Lopez arasında baş tutan görüş, Loren Alfonso üçün prinsipial əhəmiyyət daşıyırdı. Məhz Arlen Lopez Kuba yığmasının "bir nömrəsi" olduğu üçün Loren Alfonso başqa yığmada çıxış eləməyə məcbur olmuşdu. Olimpiadanın yarım-final mərhələsinin görüşləri avqustun 1-də baş tutdu. Görüşün birinci raundunda üstün tərəf Loren Alfonso olsa da, növbəti raundlarda Arlen Lopez tədricən üstünlüyü ələ aldı. Nəticədə Loren Alfonso rəqibinə 0:5 hesabı ilə məğlub oldu. Bununla da Loren Alfonso XXXII Yay Olimpiya Oyunlarının bürünc medalına sahib oldu.[46][47][48][49]
IBA tərəfindən Dünya Çempionatları Olimpiya Oyunlarının olmadığı illərdə baş tuturdu. IBA, Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən Olimpiya Oyunlarının 2020-ci ildən 2021-ci ilə təyin edilməsi, Dünya Çempionatına təsir göstərməyəcəyini bildirdi və turnirin noyabrda SerbiyanınBelqrad şəhərində baş tutacağını bildirdi.[51]
Dünya Çempionatında mübarizə aparacaq Azərbaycan yığmasının heyətinə Loren Alfonso da cəlb edildi.[52][53] Loren Alfonso 1/16 final mərhələsi çərçivəsində baş tutan birinci görüşdə qaçqınlardan ibarət yığmanın üzvü Tavfiqullah Sulaimani ilə üz-üzə gəldi.[54] Həmin görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[55] Bu mərhələdə onun rəqibi Rumıniya təmsilçisi Paul Aradoaie oldu. Bu görüşdə də üstün tərəf Loren Alfonso oldu — 5:0.[56] Bununla da o, turnirin 1/4 final mərhələsinə adladı.[57] Bu mərhələdə o, Rusiya Milli Olimpiya Komitəsini (MOK) təmsil edən Şarabutdin Atayev ilə üz-üzə gəldi. Həmin görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının yarım-final mərhələsinə adladı.[58] Finala gedən yolda onun rəqibi Kuba nümayəndəsi Heriç Ruiz oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Loren Alfonso 4:1 hesabı ilə qalib gəldi və Dünya Çempionatının final görüşünə vəsiqə qazandı.[59] Həlledici görüşdə onun rəqibi Braziliya təmsilçisi Keno Maçado oldu. Noyabrın 5-də baş tutan final görüşü gərgin idman mübarizəsi şəraitində baş tutdu. Nəticədə isə Loren Alfonso rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazandı və Dünya Çempionatının qalibi oldu.[60] Loren Alfonso bu idman növü üzrə Dünya Çempionatının qalibi olan beşinci Azərbaycan idmançısı oldu.[61]
Loren Alfonso final görüşündə qələbəsini Vətən müharibəsi şəhidlərinə həsr elədiyini bildirdi: "Dünya Çempionatı mənim üçün əla oldu. Gərgin mübarizə oldu. Turnirə bütün favoritlər qatıldı. Ən çətin və emosional görüşün yarım-final mərhələsində Kubalı Heriç Ruizə qarşı oldu. Mənim qalib gələcəyimə inanırdım. 2 gün sonra Zəfər Günüdür. Qələbəmi 44 gündə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə həsr edirəm. Uca Tanrıdan ruhlarına rəhmət arzu edirəm".[62]
Loren Alfonsonun olimpiadadan sonra birinci turniri 2023-cü ilin 30 aprel-14 mayında Özbəkistanda baş tutan Dünya Çempionatı oldu. Karyerası ərzində üçüncü dəfə Dünya Çempionatında mübarizə aparan Loren Alfonso turnirin favoritlərindən biri hesab olunurdu. Təsnifat mərhələsindən azad olan Loren Alfonso 1/8 final mərhələsində Yeni Zelandiya nümayəndəsi Billi McAllister ilə üz-üzə gəldi. Mayın 8-də baş tutan görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqiqi Özbəkistan nümayəndəsi Şoxcaxon Abdullayev oldu. Mayın 10-da gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Loren Alfonso rəqibinə 5:2 hesabı ilə qalib gəldi və Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Gürcüstan nümayəndəsi Georgi Kuşitaşvili oldu. Mayın 12-də baş tutan görüşdə Loren Alfonso rəqibi üzərində 5:0 hesabı ilə inamlı qələbə qazandı və 2 ildən sonra növbəti dəfə Dünya Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Şarabutdin Atayev olacaq. Mayın 14-də baş tutan final görüşündə Loren Alfonso rəqibinə 1:4 hesabı ilə məğlub oldu və Dünya Çempionatının gümüş medalına sahib oldu.
Dünya Çempionatından sonra Loren Alfonso Polşada baş tutan III Avropa Oyunlarında mübarirə apardı. Turnirin 1/16 final mərhələsində Loren Alfonso İsrail nümayəndəsi Yan Zaya məğlub oldu (1:4) və turnirdə mübarizəsini başa vurdu.
Loren Alfonso 2024-cü ilin aprelində SerbiyanınBelqrad şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.
2024-cü ilin may-iyununda isə Tailandda baş tutan 2-ci Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu.[63][64]
İlin əsas turniri 26 iyul–11 avqust tarixlərində FransanınParis şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunları oldu.[65] Alfonso Azərbaycan yığmasının əsas medal ümidlərindən biri hesab olunurdu. 92 Kq. turnirində çıxış edən Loren Alfonso iyulun 28-də mübarizəyə qoşuldu.[66] Alfonso olimpiadanın 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Kuba nümayəndəsi Xulio Sezar la Kruz oldu.[66] Rəqib 2016 və 2020-ci illərdə olimpiadaların qızıl medallarına, 2011–2017-ci illərdə ardıcıl dörd dəfə, ümumi olaraq isə beş dəfə Dünya Çempionatlarının qalibi olan 34 yaşlı təcrübəli və titullu idmançı idi.[66] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci raundunda la Kruz 4:1 hesabı ilə qələbə qazandı.[67] Növbəti raundda Alfonso tədricən təşəbbüsü ələ aldı və 3:2 hesabı ilə qalib gəldi.[67] Həlledici raundda da Alfonso rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazandı.[67] Bununla da ümumi nəticədə Loren Alfonso təcrübəli və titullu rəqibinə 3:2 hesabı ilə qalib gəldi və olimpiadanın 1/4 final mərhələsinə adladı.[68][67] Qələbədən sonra Alfonso müsahibəsində görüşə yaxşı hazırlaşdığını və rəqibi hər tərəfli analiz etdiyini bildirdi.[69] Görüşdən sonra Kuba prezidenti Migel Dias-Kanel özünün X hesabında Loren Alfonsonun qələbəsi barədə yazmışdı — "Onu böyüdən vətənə hörməti hörmətə layiqdir. Kuba qardaş Azərbaycanı təmsil etməsinə baxmayaraq, qələbəsinə sevinir".[70] Olimpiadanın 1/4 final mərhələsində onun rəqibi 22 yaşlı Qazaxıstan nümayəndəsi Aibəy Oralbəy oldu.[71] Avqustun 1-də baş tutan görüş Azərbaycan idmanı adına tarixi hadisəyə şahid oldu.[72] Görüşün birinci raundunda rəqib Alfonsodan üstün oldu (4:1).[73] Növbəti raunddan Loren Alfonso tədricən təşəbbüsü ələ aldı və raundu 3:2 hesabı ilə qalib başa vurdu.[73] Həlledici raundda isə Alfonso rəqibinə 4:1 hesabı ilə qalib gəldi.[73] Bununla da Loren Alfonso rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazanaraq olimpiadanın yarım-final mərhələsinə və minimum bürünc medalı təmin etdi.[73][74] Bu minvalla Alfonso həm də bu idman növü üzrə 2 dəfə olimpiada medalına sahib olan birinci idmançı olaraq Azərbaycan idmanının tarixinə düşdü.[72] Olimpiadanın finalına gedən yolda onun rəqibi İspaniya nümayəndəsi Enmanuel Reyes oldu.[75] Rəqib son 2 il ərzində Dünya və Avropa Çempionatları, Avropa Oyunlarında medallara sahib olan 31 yaşlı təcrübəli idmançı idi.[76] Avqustun 4-də baş tutan görüşdə Loren Alfonso bu səfərdə döyüş strategiyasına sadiq qaldı.[77] Birinci raund gərgin idman mübarizəsi şəraitində baş tutdu, nəticədə Alfonso rəqibinə 3:2 hesabı ilə qalib gəldi.[77] Növbəti raundda Loren Alfonso təşəbbüsü tamamilə ələ aldı və bu səfər rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı.[77] Həlledici raundda da Alfonso üstün tərəf oldu (3:2).[77] Bununla da Loren Alfonso ümumi nəticədə rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazanaraq Paris Olimpiadasının final görüşünə vəsiqə qazandı.[77][75] Alfonso 8 ildən sonra bu idman növü üzrə olimpiada finalında çıxış edən birinci Azərbaycan idmançısı oldu. Sonuncu dəfə Lorenso Sotomayor2016-cı ildə olimpiada finalında mübarizə aparmış, nəticədə gümüş medala sahib olmuşdu.[78] Görüşdən sonra Alfonso İTV-yə müsahibəsində məqsədinin olimpiya çempionluğu olduğunu bildirdi.[79] Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Lalizbəy Mulloconov oldu.[80] Tarixi final görüşü avqustun 9-da baş tutdu.[81][82] Görüşün birinci raundunda Alfonso inamlı təsir bağışlamadı və nəticədə rəqib birinci raunda da qələbə qazandı (5:0).[81] Növbəti raundda da Alfonsonun döyüşü alınmadı və nəticədə o, rəqibinə məğlub oldu (0:5).[81] Üçüncü raundda Alfonso nisbətən təşəbbüsü ələ alsa da, bu səfərdə raundu məğlubiyyətlə başa vurdu (2:3).[81] Ümumi nəticədə Loren Alfonso final görüşündə rəqibinə 0:5 hesabı ilə məğlub oldu və olimpiadanın gümüş medalına sahib oldu.[83][82] Görüşdən sonra Alfonso müsahibəsində bunları bildirdi: “Azərbaycan xalqına gümüş medal verdiyim üçün xoşbəxtəm. Amma nəticəmdən tam razı deyiləm. Mən bu görüşə qızıl qazanmaq üçün çıxdım. Bu gün mənim günüm deyildi. Döyüş zamanı mən istədiyimi edə bilmədim. Məşqə davam edəcəm. Çalışacağam növbəti Olimpiadada Azərbaycana qızıl medal verim”.[84][85] Loren Alfonsonun gümüş medal qazanması münasibətilə Azərbaycanın Birinci vitse-prezidentiMehriban Əliyeva onu təbriк etmişdi.[86]
Karyerası ərzində mübarizə apardığı 11 beynəlxalq turniri 4 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Loren Alfonso 2020-ci il olimpiadasının bürünc, 2024-cü il olimpiadasının isə gümüş medallarına sahib olub. Dünya Çempionatlarında — 2021-ci ildə qalib, 2023-cü ildə isə finalçı olub.
2019-cu ildə Avropa Oyunlarını qızıl, 2024-сü ildə isə Avropa Çempionatını bürünc medallarla başa vurub.