Sofi Loren (it. Sophia Loren; əsl adı Sofia Villani Şikolone (it. Sofia Villani Scicolone); 20 sentyabr 1934, Roma) — italyan aktrisası.[3] Klassik Hollivud kinosunun ən böyük ulduzlarından biri hesab olunur və Amerika Film İnstitutu tərəfindən "Klassik Hollivud kinosunun ən böyük qadın ulduzları" siyahısında 21-ci yerdə qərarlaşmışdır.[4]
Sofi Loren | |
---|---|
it. Sophia Loren | |
Doğum adı | Sofiya Villani Şikolone |
Doğum tarixi | |
Doğum yeri | Roma, İtaliya[1] |
Həyat yoldaşı |
|
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1950-ci ildən |
Boyu | 1,74 m[2] |
Mükafatları |
Ən Yaxşı Qadın Oyunçu nominasiyasında Oskar mükafatı (1961) Kann Film Festivalında Ən Yaxşı Qadın Oyunçu Mükafatı (1961) 5 Qızıl Qlobus mükafatı BAFTA mükafatı Fəxri Oskar mükafatı (1991) |
IMDb | ID0000047 |
Vikianbarda əlaqəli mediafayllar |
Sofi Loren 20 sentyabr 1934-cü ildə Romada anadan olub. Uşaqlığı və gəncliyi yoxsulluq içində keçib. 14 yaşında gözəllik müsabiqəsində iştirak edərək qalib gəldikdən sonra modellik karyerasına başlayıb.[5] 1950-ci illərin əvvəllərində İtaliya filmlərində kiçik rollarda görünməyə başlamışdır.
Lorenin beynəlxalq səviyyədə tanınması 1957-ci ildə "Boy on a Dolphin" filmi ilə başlamışdır.[6] Daha sonra "The Pride and the Passion" (1957), "Houseboat" (1958) və "It Started in Naples" (1960) kimi Hollivud filmlərində rol almışdır. 1960-cı ildə Vittorio De Sikanın "Çoçara" filmindəki performansı ilə Ən Yaxşı Qadın Oyunçu nominasiyasında Oskar mükafatını qazanan ilk qeyri-ingilisdilli aktrisa olmuşdur.[6]
Loren, 1960-cı və 1970-ci illərdə "Yesterday, Today and Tomorrow" (1963), "Marriage Italian Style" (1964), "Sunflower" (1970) və "A Special Day" (1977) kimi bir çox uğurlu filmdə rol almışdır. 1991-ci ildə Kino Sənəti və Elmləri Akademiyası tərəfindən fəxri Oskar mükafatına layiq görülmüşdür.[4]
Sofi Loren 1957-ci ildə prodüser Karlo Ponti ilə evlənmiş və bu evlilikdən iki oğlu olmuşdur.[6]
Ən Yaxşı Qadın Oyunçu nominasiyasında Oskar mükafatı (1961)
Kann Film Festivalında Ən Yaxşı Qadın Oyunçu Mükafatı (1961)