Melani Loran (fr. Mélanie Laurent; 21 fevral 1983-cü il, Paris, Fransa) — Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı (2006).
Melani Loran | |
---|---|
Doğum adı | Mélanie Eugénie Laurent[5] |
Doğum tarixi | 21 fevral 1983[1][2] (41 yaş) |
Doğum yeri | Paris, Fransa |
Vətəndaşlığı | Fransa |
Uşağı | Leo (2013) |
Atası | Pyer Loran[3] |
Anası | Annikk Loran[4] |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1998-ci ildən |
Mükafatları |
Prix Romy-Schneider (2006) Sezar mükafatı (2006) |
IMDb | ID0491259 |
onlymelanie.free.fr | |
Vikianbarda əlaqəli mediafayllar |
Melani Loran yəhudi ailəsində[6] anadan olmuşdur. Uşaqlıq illərini Parisin 9-cu dairə adlanan ərazisində keçirmişdir. Gənclik illərində kinematoqrafla maraqlanmışdır. Kinoda ilk rolunu "İki çay arasında körpü" filmində ifa etmişdir. Melani Loran bu rolu "Asteriks və Obeliks Sezara qarşı" filminin çəkilişlərində təsadüfən tanış olduğu Jerar Depardyenin sayəsində əldə edə bilir.
1999-2009-cu illərdə 20 filmdə çəkilmişdir. Melani Loran rejissor Filipp Liorenin "Narahat olma, mən yaxşıyam" filmində itmiş əkiz qardaşı üçün darıxan və buna görə ruh düşkünlüyünə məruz qalan 19 yaşlı qəhrəmanı ifa etmişdi. Bu rola görə aktrisa Ən yaxşı ümidverici aktrisa kimi "Sezar" mükafatına layiq görülmüşdü. 2008-ci ildə Loran "Azdan daha aza doğru" (fr. De moins en moins) filminin ssenarisini yazır və onun rejissoru olur. 7 dəqiqəlik filmin məzmununu psixiatr və xəstənin ünsiyyəti təşkil edir[7]. Bu film 61-ci Kann kinofestivalında Ən yaxşı qısametrajlı film nominasiyasında mükafata namizəd olmuşdu. 2008-ci ildə "Onun ayaqlarına doğru" adlanan erotik filmdə çəkilmişdir. Bu film Canal+ Fransa telekanalı vasitəsilə nümayiş olunmuşdur.
Loran həmkarlarından biri fransız aktyoru Jülyen Buasseye ilə uzunmüddətli münasibətdə olmuşdur[8].
Aktrisa 2013-cü ildə ailə həyatı qurmuşdur. Onun ilk övladı olan oğlu Leo 2013-cü ilin sentyabrında anadan olmuşdur.[9][10]
İl | Azərbaycanca adı | Orijinal adı | Rol |
---|---|---|---|
1998 | Sofinin bədbəxtliyi | fr. Les malheurs de Sophie | Madlen de Flervill |
1999 | İki çay arasında körpü | fr. Un pont entre deux rives | Lizbet |
2000 | Gecənin yolu | fr. Route de nuit | Françeska |
2001 | Bu mənim bədənimdir | fr. Ceci est mon corps | Klara |
2002 | Kimi istəyirsənsə, öp | fr. Embrassez qui vous voudrez | Kerol |
2003 | Jan Mulen: Fransız işi | fr. Jean Moulin, une affaire française | Alisa Argüel |
2004 | Səni gözləyən həyat | fr. Une vie à t'attendre | fabrikdəki qız |
2004 | Düyü rapsodiyası | çin. 海南雞飯 | Sabin |
2004 | Sonuncu gün | fr. Le Dernier Jour | Luiza |
2005 | Qəlbim daha döyünmür | fr. De battre mon cœur s'est arrêté | Minskovun rəfiqəsi |
2005 | Alisanın üzü | fr. Les Visages d'Alice | Alisa |
2006 | Vətənpərvərlər | fr. Indigènes | Marqaret |
2006 | Narahat olma, mən yaxşıyam | fr. Je vais bien, ne t'en fais pas | Lili |
2007 | Gizli sevgi | it. L'amore nascosto | Sofi |
2007 | Qatil | fr. Le tueur | Stella |
2007 | Ölüm otağı | fr. La Chambre des morts | Lüsi |
2008 | Paris | fr. Paris | Leyetitiya |
2008 | İşgüzar səfər | fr. Voyage d'affaires | mehmanxana işçisi |
2009 | Sənə qədər | fr. Jusqu'à toi | Şlö |
2009 | Şərəfsiz əclaflar | ing. Inglourious Basterds | Şoşanna Dreyfus |
2009 | Konsert | fr. Le Concert | Ann-Mari Jake |
2010 | Qarət | fr. La Rafle | Annet Mono |
2010 | Başlayanlar | ing. Beginners | Anna |
2011 | Həyatın qanadları | fr. Pollen ing. Wings of Life |
mətni oxuyan |
2011 | Qatil üçün rekviyem | fr. Requiem pour une tueuse | Lükres |
2011 | Və qəflətən bütün dünya məni rahat buraxır | fr. Et soudain tout le monde me manque | Castin |
2011 | Qəbul edilmişlər | fr. Les adoptés | Liza |
2013 | Lissabona gedən gecə qatarı | ing. Night Train to Lisbon alm. Nachtzug nach Lissabon |
gənc Estefaniya |
2013 | İndi sən məni görürsən | ing. Now You See Me | Alma Drey |
2013 | Düşmən | ing. Enemy | Meri |
2014 | Yuxarı | ing. Aloft | Cannia Ressmor |
İl | Azərbaycanca adı | Orijinal adı | Filmdə iştirakı | Filmin növü |
---|---|---|---|---|
2008 | Azdan daha aza doğru | fr. De moins en moins | rejissor, ssenarist | Qısametrajlı bədii film |
2008- 2009 |
İks qadınlar | fr. X Femmes | rejissor, ssenarist | Bədii televiziya filmi |
2011 | Qəbul edilmişlər | fr. Les adoptés | rejissor, ssenarist | Bədii film |
2014 | Nəfəs | fr. Respire | rejissor | Bədii film |