Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Müşir
Müşir (Osmanlı dili: مشير), Osmanlı imperiyasının son dövrü ilə Türkiyə Respublikasının ilk illərində istifadə edilən, müasir rütbələr arasında ən yüksək hərbi rütbə olan marşal hərbi rütbəsinə bərabərdir. == Tarixçəsi == 1826-cı ildə Yeniçəri Ocağı ləğv edildikdən sonra hərbi rütbə oldu. Məlum olan ilk müşir Əhməd Fevzi Paşa 25 iyun 1832-ci ildə Mabeyn Müşaviri rütbəsini almışdır. 1833-cü ildə kürəkən gürcü Xəlil Rüfət Paşa ilk Topxana müşiri olmuşdur. Tənzimat islahatları dövründən İlk Konstitusiya Dövrünə qədər Osmanlı ordusunda müşirlərin sayı 19-u keçmədi. II Əbdülhəmidin dövründə 24-ə yüksəldi, sonra İttihad və Tərəqqi tərəfindən həyata keçirilmiş hərbi tənzimləmə və ləğv etmələr nəticəsində yeddiyə endirilmişdir. Birinci Dünya müharibəsi başlayanda Osmanlı ordusunda ümumiyyətlə müşir yox idi.
Müşir Aba-ye Pəncə (Qürvə)
Müşir Aba-ye Pəncə (fars. مشير آبا پنجه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 154 nəfər yaşayır (31 ailə). Əhalisini kürdlər təşkil edir.
Firidun Müşiri
Firidun Müşiri Əfşar (fars. فریدون مشیری‎) (21 sentyabr 1926 - 24 oktyabr 2000) — görkəmli müasir İranlı şair və jurnalist idi.Firidun Müşiri, Tehranda dünyaya gəlmişdir və Atası İbrahim Müşiri Əfşar Həmədanda dünyaya gəlmişdir. İran şeirində ölçü ya da ritmə bağlı olmayan "Yeni Şeir" və həm klassik şeirlər yazıb.Firidun Müşiri,Qacar dövrünün şairlərindən olan Mirzə Cavad xan Mötəminülməmalikin qız nəvəsi idi.
Topxana müşiri
Topxana müşiri, 1826-dan 1908-ci ilə qədər Osmanlı İmperiyasında istifadə edilən və artilleriya sinfinin komandirlərinə verilən hərbi ad idi. 1826-cı ildə Yeniçəri Ocağının ləğvi ilə Artilleriya Ocağının adı da ləğv edildi və o tarixdən bu yana Topxana müşiriyyəti olaraq mövcudluğunu davam etdirdi. Bu qurumun komandirləri də Topxana müşiri adlandırılmışdı və İkinci Məşrutiyyət elanından sonra bu ad da ləğv edilmişdir..
Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər
Hacı Məhəmmədsadıq xan Mirzə Yusif oğlu Müşiri-Dəftər (?-?) — Məşrutə hərəkatının üzvü == Həyatı == Hacı Məhəmmədsadıq xan Mirzə Yusif Mustovfinin oğlu, o da Mirzə Məhəmməd Mustovfinin, o da Mirzə Mətiya Mustovfi Təbrizinin oğludur. Bu ailə Azərbaycanın qədim əyanlar zümrəsinə məxsusdur. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Hacı Səməd xan Şücaəddövlənin hakimiyyəti dönəmində şəhərin ədliyyə idarəsinin rəisi olmuşdu. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Məşrutə inqilabı dövründə Təbrizin maliyə idarəsində çalışmışdı. Sonra Həştirud bölgəsində maliyə idarəsinə başçılıq etmişdi. Hacı Məhəmmədsadıq xan Müşiri-Dəftər Müxbirüssəltənənin valiliyi dönəmində şəhərdə "Heyəti-Fəllah" adlı əncümən təşkil etmişdi. Hacı Məhəmmədsadıq xanın Məhəmmədvəli xan, Zeynalabdin xan adlı oğlanları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Mirzə Cəfər xan Müşirəddövlə
Mirzə Cəfər xan Mirzə Tağı oğlu Müşirəddövlə (?-1862)—Qacarlar dövlətinin baş naziri. == Həyatı == Mirzə Cəfər хаn Təbriz şəhərində anadan olmuşdu. Abbas mirzə Qovanlı-Qacarın xaricə oxumağa göndərdiyi tələbələrdən idi. Mirzə Cəfər хаn 1818-ci ildə Londondа frаmаsоn lоjunа cəlb еdilmiş İranlı tələbələrdən biri idi. О, sоnrаlаr İstanbuldа, Lоndоndа səfirliк еtmiş, 1860-cı ildə Nasirəddin şah Qovanlı-Qacarın hakimiyyəti dövründə Muşirüddövlə ləqəbi ilə dövlət Şurаsının sədri оlmuşdur. Mirzə Cəfər xan Müşirəddövlə 1862-ci ildə Tehran şəhərində vəfat edib. == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.
Mirzə Nəsrulla xan Müşirüddövlə
Mirzə Nəsrulla xan Naini (17 oktyabr 1840, Nayin, İran - 13 sentyabr 1907, Tehran, İran) (fars. میرزا نصرالله خان نایینی‎), Müşirəddövlə, İranın Qacar xanədanının baş naziri == Həyatı == Mirzə Nəsrulla xan 17 oktyabr 1840-cı ildə Nayində anadan olmuşdu. Mirzə Nəsrulla xan 13 sentyabr 1907-ci ildə Tehranda vəfat edib.
Mirzə Əhməd xan Müşirəssəltənə
Mirzə Əhməd xan Münşi Başı (6 iyul 1844, Amul, Mazandaran ostanı – 20 aprel 1918, İran) — Müşirəssəltənə ləqəbi ilə Məşrutə və Məhəmmədəli şah Qacar dövrünün baş nazirlərindən idi, bu mövqeyi iki aydan uzun sürmədi. Ondan sonra baş nazir Nasirülmülk oldu. == Həyatı == Mirzə Əhməd xan Müşirəssəltənə, Mirzə Məhəmməd oğlu 1844-cü ildə Amulda dünyaya gəlmişdir. Atası Azərbaycanda zabit idi, və Mirzə Əhməd xanda orada dövlət xidmətinə girdi və Müzəffərəddin Mirzə vəliəhdin hakimiyyətində Azərbaycanın neçə şəhərinin hakimi və həmdə Azərbaycan hükumətinin nayibi oldu.1880-ci ildə kürd Şeyx Übeydulla Nəqşbəndinin fitnəsinin qaldırmasının zabiti oldu amma məğlub oldu və şah ona qəzəbləndi. Sonra Nasirəddin şah Qacar onu əfv etdi. Bir az müddət Gilanın hakimi oldu.Müzəffərəddin şah Qacar dövründə neçə yol xəzinə naziri oldu. Ondan qabaq Məhəmməd Vəli xan Nəsrəssəltənə(Məhəmməd Vəli xan Sipəhsalar) xəzinə naziri idi ki Əminəddövlə ilə ixtilafı olduğuna görə vəzifəsindən azad oldu. Əminəddövlə bu barədə öz Xatirələr kitabında belə yazır: "…Mirzə Əhməd xan Müşirəssəltənə ki cəhalətə məşhur idi və neçə il Təbrizdə Müzəffərəddin şahın şəxsi agenti(pişkarı)idi və kürd Şeyx Übeydulla Nəqşbəndinin fitnəsin ki təkrar deməyə ehtiyac yoxdur ki Azərbaycanı necə qarət etdi və fəlakətə saldı və Mirzə Hüseyn xan Sipəhsaların səyi ilə qaldırıldı, onun qabiliyyətsizliyindən bilirdilər və ona görə Nasirəddin şah Qacar yanında onu günalandırdılar amma sonra Müzəffərəddin şah Qacarın israrı ilə xəzinə naziri oldu."O, xəzinə nazirliyi vəzifəsində olan zaman sərt olmaqına görə bəzi xadimlər ondan kədərləndilər və şahın yanında onu pislədilər və buna görə 1905-ci ildə Xorasana sürgün oldu.Məşrutə İnqilabının qələbəsindən sonra əfv olundu və Tehrana qayıtdı. Məhəmmədəli şahın tac qoymqsından sonra Sultanəli xan Vəziri-Əfxəm kabinetində ədliyyə naziri oldu.
Müşirabad
Müşirabad (Qürvə)
Müşirabad (Heris)
Müşirabad (fars. مشيراباد‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 166 nəfər yaşayır (29 ailə).
Müşirabad (Qoşaçay)
Müşirabad (fars. مشيراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 94 nəfər yaşayır (20 ailə).
Müşirabad (Qürvə)
Müşirabad (fars. مشير آباد اوريه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 184 nəfər yaşayır (41 ailə). Əhalisini kürdlər təşkil edir.
Müşirabad (Təbriz)
Müşirabad (fars. مشيراباد‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 66 nəfər yaşayır (16 ailə).
Münir Özkul
Münir Özqul (15 avqust 1925, İstanbul, Türkiyə — 5 yanvar 2018, İstanbul, Türkiyə)—Türk aktyoru. == Həyatı == Münir Özqul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy adlanan ərazisində anadan olub. Münir lap kiçik yaşlarından tanınır, sevilirdi. Necə də olmasa paşa nəvəsi idi və bu sevgi heç də paşa qorxusundan deyil, əksinə paşa olmasına rəğmən heç vaxt özünü sıravi insanlardan ayırmayan birinə bəslənən sevgidən qaynaqlanırdı. Münirdə aktyorluq istedadı çox erkən yaşlarında hiss olunmağa başlamışdı. Ətrafındakı insanları asanlıqla güldürməyi, yamsılamağı bacaran bu gənc çox keçmədən elə Bakırköydəki "Halkevi" adlanan aktyorluq dərnəyinə yazılır. Bununla paralel olaraq "İstanbul Erkek Lisesi" məzunu olur. "Halkevi"ndəki çıxışları onu Ankara və İstanbul dövlət teatrlarına daşıyır. Teatrda növbəti dayanacağı İstanbul şəhər teatrı olur. O, burada peşəkar aktyor kimi yetişir.
Münir Özqul
Münir Özqul (15 avqust 1925, İstanbul, Türkiyə — 5 yanvar 2018, İstanbul, Türkiyə)—Türk aktyoru. == Həyatı == Münir Özqul 15 avqust 1925-ci ildə İstanbulun Bakırköy adlanan ərazisində anadan olub. Münir lap kiçik yaşlarından tanınır, sevilirdi. Necə də olmasa paşa nəvəsi idi və bu sevgi heç də paşa qorxusundan deyil, əksinə paşa olmasına rəğmən heç vaxt özünü sıravi insanlardan ayırmayan birinə bəslənən sevgidən qaynaqlanırdı. Münirdə aktyorluq istedadı çox erkən yaşlarında hiss olunmağa başlamışdı. Ətrafındakı insanları asanlıqla güldürməyi, yamsılamağı bacaran bu gənc çox keçmədən elə Bakırköydəki "Halkevi" adlanan aktyorluq dərnəyinə yazılır. Bununla paralel olaraq "İstanbul Erkek Lisesi" məzunu olur. "Halkevi"ndəki çıxışları onu Ankara və İstanbul dövlət teatrlarına daşıyır. Teatrda növbəti dayanacağı İstanbul şəhər teatrı olur. O, burada peşəkar aktyor kimi yetişir.
Misir
Misir (ərəb. مصر‎‎ [misˤr]; Misir dialektinin tələffüzü: [masˤr]) və ya rəsmi adı Misir Ərəb Respublikası (ərəb. جمهوریّة مصر العربیّة‎‎) — əsas hissəsi Afrikada yerləşən qitələrarası ölkə. Misirin şimal-şərq hissəsi Asiya qitəsində olan Sinay yarımadasında yerləşir. Sərhədin şərq hissəsini Fələstin, İsrail və Qəzza zolağı ilə Misir, cənubda Sudan və qərbdə Liviya ilə əhatə edir. Şimaldan Aralıq dənizinə, şərqdən isə Akaba körfəzinə və Qırmızı dənizə çıxışı var. Aqaba körfəzi şimal-şərqdə Misiri İordaniya və Səudiyyə Ərəbistanından ayırır. Qahirə ölkənin paytaxtı və ən böyük şəhəri, ikinci ən böyük şəhəri olan İsgəndəriyyə isə Aralıq dənizi sahilində iri sənaye və turizm mərkəzidir. Təxminən 100 milyon əhalisi olan Misir dünyanın ən çox əhalisi olan 14-cü ölkəsidir. E.ə.
Busir
Busir — 7-ci əsrin sonundan 8-ci əsrin əvvəllərinə qədər Xəzər xaqanlığına hökmdarlıq etmişdir. Xəzər xaqanlığı VII əsrdə Krım qotlarını özünə tabe etdi. 787-ci ildə isə Cənubi Krımdakı Doros (indiki Manqup) qalasını da ələ keçirən xəzərlər, qotların Krımdakı hakimiyyətlərinə tamamilə son qoydular. Qara dənizin şimal hssəsinin və Krımın Xəzər xaqanlığı tərəfindən tutulması, Xəzər xaqanlığı və Bizans arasındakı əlaqələrin daha da sıxlaşmasına gətirib çıxarmışdır. Xəzərlərin Krımı tutmasından əvvəl, 695-ci ildə taxtdan salınmış Bizans imperatoru II Yustinian Krım qotlarına sığınmışdı. Qotlar da II Yustinianı Xəzər xaqanı Busirə təhvil verdilər. 704-cü ildə Busir xaqan öz bacısını II Yustinian ilə evləndirdi. Yenidən Konistantinopola dönən II Yustinian hakimiyyəti ələ keçirsə də yenidən taxtdan salındı və öldürüldü. == İstinadlar == == Ədəbiyyat == Togan, Zeki Velidi. Hazarlar md.
Müdir xoşbəxt sonluq istəyir
Patron Mutlu Son İstiyor — istehsalı 2013-cü ildə gerçəkləşərək 1 yanvar 2014-cü ildə yayımlanan və Kıvanç Baruönünün rejissorluğu ilə çəkilmiş Türkiyə filmi. Filmin baş rollarında Tolga Çevik, Ezgi Mola və Murat Başoğlu oynamışdır. == Mövzu == Filmdə bir ssenari yazmaq üçün Üzgüpə göndərilən Sinanın (Tolga Çevik), hotel müdirinin qızı Eylülə(Ezgi Mola) aşiq olması və Eylülün nişanlısı Farukla (Murat Başoğlu) evlilik hazırlıqlarına başlaması anında baş vermiş hadisələr canlanır. Həmçinin Tolga Çevik bu filmdə həm Sinan, həmdə Ferruh Abi olaraq İsfəndiyar rolunu oynamışdır.
Amar Muşiç
Amar Muşiç (21 mart 1987) — Xorvatiyalı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Xorvatiyanı təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində çıxış etmiş və 15-ci olmuşdur. Amar Muşiç dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Apple Music
Apple Music — Apple tərəfindən hazırlanmış musiqi dinləmə xidməti. İstifadəçilər dinləmək istədikləri musiqini öz cihazlarına yükləyə və ilk olaraq yaradılmış pleylistləri dinləyə bilərlər. Buraya internet üzərindən yayımlanan "Beats1" radio kanalı daxildir. O, sənətçilərin pərəstişkarları üçün media platforması bloqunda yazır. Buraya iTunes Radio-nun bəzi xüsusiyyətləri daxildir. O, istifadəçi zövqünə əsasən musiqi tövsiyələri təqdim edir və Siri səs əmrləri ilə inteqrasiya olunub. Buraya həmçinin gündə 24 saat 100-dən çox ölkəyə canlı yayım edən Beats 1 internet radiostansiyası və sənətçilərə öz verilişlərini, fotolarını, videolarını və mahnılarını abunəçilərlə paylaşmağa imkan verən Connect bloq platforması daxildir. Apple Music 8 iyun 2015-ci ildə elan edildi. 30 iyun 2015-ci ildə dünyanın 100-dən çox ölkəsində buraxılmışdır. Yeni abunəçilər tətbiqi 3 aylıq sınaq müddəti ilə sınaqdan keçirə bilərlər.
Axill (Misir)
Axill (q.yun. Ἀχιλλᾶς; e. ə. I minillik – e.ə. 48, İsgəndəriyyə) — Qədim Misir hərbi xadimi. O, Misir fironu XIII Ptolemey Teos Filopatorun qəyyumlarından biri olmuşdur. Axill e.ə. 48-ci ildə Pompey Misirə qaçdığı zaman fironun qoşunlarının komandanı olmuşdur. Yuli Sezar Axilli qeyri-adi cəsarətə malik bir insan adlandırmışdır. O, xədim Potin və Xioslu Teodatın təklifi əsasında Lusi Septimi ilə Pompeyi öldürmüşdür.
Aşağı Misir
Aşağı Misir(ərəb. الدلتا‎ al-Diltā) Misirin ən şimalında yerləşən regiondur: münbit Nil vadisi, Yuxarı Misirin və Aralıq dənizi arasında. == Tarixi == Aşağı Misir Ta-Mehu kimi tanınırdı ki papirus torpağı deməkdir.Aşağı Misirin paytaxtı Memfis şəhəri idi.
Marağa (Misir)
Marağa və ya Əl-Marağa- Yuxarı Misirin Sövhac mühafəzəsində şəhər. Nil çayının qərb sahilində yerləşir.
Memfis (Misir)
Memfis (yun. Μεμφις, lat. Memphis, q.misir jnbw-HD, mn-nfr, Hwt-kA-ptH, mexAt-tA-wj, anx-tA-wj) — Aşağı Misirin paytaxtının adı, eyni zamanda Aşağı Misirin I nomu İnbu-hecin mərkəzi şəhəri. Memfis indiki Qahirədən cənubda yerləşmişdir.
Misir (dəqiqləşdirmə)
== Coğrafi mənalar == Misir Ərəb Respublikası — Şimali Afrika və Qərbi Asiyada dövlət Qədim Misir — (ən qədim dövrdən e.ə. 30-cu ilə qədər) Roma Misiri — (e.ə. 30–b.e.
Müasir Müsavat
Müasir Müsavat Partiyası — Azərbaycanda mərkəz sol siyasi partiya. == Seçkilərdə == === Bələdiyyə seçkiləri === == Partiya qərargahı == 20 otaqlı qərargah bir müddət əvvəl Müasir Müsavat Partiyasının əlindən alındı. Əvəzində partiyaya Azadlıq prospekti, 189 ünvanında yerləşən binada qərargah verildi. Əvvəlki ilə müqayisədə geri qalsa da, qərargahı normal hesab etmək olar.
Müasir beşnövçülük
Müasir beşnövçülük — eyni gün ərzində atıcılıq, qılıncoynatma, sərbəst üzmə, ata minmə və sonda 3000 metrlik qaçışdan ibarət olan idman növüdür. Bu idman növü Union Internationale de Pentathlon Moderne (UIPM) (Beynəlxalq Müasir beşnövçülük federasiyası) tərəfindən idarə olunur. == Tarixi == Bu idman növü müasir olimpiya oyunlarının qurucusu olan Pierre de Kubert tərəfindən yaranmışdır. Oyunun adı yunanca 5 mənasını verən penta sözündən törəyib. İdman ilk dəfə 1912-ci ildə Yay Olimpiya oyunlarında oynandı və oyunun ilk qalibi İsveçli atlet Gösta Lilliehöök oldu. Qadın beşnövçülər isə bu idman növündə 2000-ci ildən keçirilən Yay Olimpiya oyunlarında iştirak etdilər. == Oyun qaydaları == Ümumiyyətlə, beşnövçülüyün qaydası onu təşkil edən idman növlərinin qaydası ilə tam eynidir, lakin at ilə maneələrdən keçmədə idmançılar minəcəkləri atı təyin etmələri üçün püşk atırdılar. İdmançılar turnirdən əvvəl atla 20 dəqiqə ərzində 5 maneədən keçirlər ki, atlarını tanısınlar.
Müasir buzlaşma
== Müasir buzlaşma == Müasir buzlaqlar qar xəttinin böyük yüksəkliyə malik olması buzlaqların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrin yamaclarında saxlanmasıdır. Böyük Qafqazda olan 1400-ə qədər buzlağın (sahəsi 1775 km). 70 %-dən çoxu onun şimal yamacında yerləşir. Şərqi Qafqazın Azərbaycan ərazisindəki buzlaqlarının saxlanılmasına iqlimin, relyefin bə onun dəyişməsinin böyük təsiri vardır. === Bazardüzü buzlağı === Bazardüzü dağının (4480,9 m) qar xəttindən yüksəyə qalxması və ondan ayrılan qolların şimal istiqamətində uzanaraq qıfabənzər iri çökəklik əmələ gətirməsi Cənub-şərqi Qafqazda ən böyük buzlağın yaranmasına səbəb olmuşdur. Bazardüzü dağı şimalda Çexiçayın dərəsindən (Quruş kəndi yaxınlığında) 2300 m, cənubda isə Qaraçay dərəsindən 2700 m ucalır. Bazardüzü buzlağı iki buzlaqdan- Tixitçap və Murkar buzlaqlarından ibarətdir. Dağın zirvəsini örtmüş xarlanmış qardan beş acılı buzlar ayrılır.Tixitçap buzlağının uzunluğu 0,9 km, eni isə 150-200 m-dir. Murkar buzlağı şimal-şərq istiqamətində 1440 m uzanır, eni isə 300-450 m-dir. === Bazaryurd buzlağı === Bazaryurd dağında (4126,3 m) [Baş Qafqazın suayrıcı üzərində yerləşmişdir.
Müasir dövr
Müasir dövr əksər tarixçilərin Fransa İnqilabı Sənaye İnqilabı ilə başladığını qəbul etdiyi və bu gün də davam edən tarixi dövrlərin sonuncusudur. == Bu dövrdə baş verən hadisələr == === Siyasi hadisələr === Fransız İnqilabının təsiri ilə millətçilik hərəkatı yarandı. Bu cərəyan milli dövlətlərin yaranmasına və imperiyaların dağılmasına səbəb oldu. Respublika və demokratiya indiki formasını aldı. Müstəmləkə yarışı Birinci Dünya Müharibəsinə, Birinci Dünya Müharibəsi isə İkinci Dünya Müharibəsinə səbəb oldu. ABŞ müstəqilliyini əldə etdi. Kommunizm yarandı. Meyci inqilabı ilə Yaponiya dünyanın super güclərindən birinə çevrilməyə başladı. Alman ittifaqı əldə edildi. Rusiya imperiyası dağıldı, onun yerində SSRİ quruldu.
Müasir fəlsəfə
Müasir fəlsəfə — XIX əsrin sonlarından bu günə qədər olan fəlsəfi fikirlərdir. Bu dövrün filosofları indiyə qədər var olan bir çox fəlsəfi fikirləri qəbul etməklə yanaşı bir çox yeni fəlsəfi fikir də yaratmışdır. Bu dövrdə Ziqmund Freydin "freydizmi" , Ogüst Kontun " pozitivizmi" , Ralf Uold Emersonun "Transsendentalizmi" kimi fikirlərlə yanaşı "Postanarxizm" və "SSRİ fəlsəfəsi" kimi bir çox fəlsəfi fikirlər meydana gəlmişşdir. == Freydizm == Psixologiyada nəzəriyyədir. Fəlsəfi konsepsiya kimi psixoanalizin əsaslandırılması Ziqmund Freydin adı ilə bağlıdır. Avstriyalı həkim– psixiatr Z. Freyd (1856–1939) psixoanalizi fəlsəfi antropoloji prinsip səviyyəsinə qaldırdı. Freydə görə, şüurlu "mən" iki obyektiv qüvvənin– "o" ilə cəmiyyət qaydalarının mübarizəsi meydanına dönür. "Kütlə psixologiyası və insan "mən"inin analizi" əsərində isə Freyd sosial əlaqələrin təbiətindən söz açır. Kütlə psixologiyasının spesifik cəhətini onun qeyri– şüuru, təhtəlşüur olaraq lider və başçıya pərəstiş etməsində görür. "Moisey və monoteizm" əsərində dinə qarşı çıxış edərək iki əks qüvvənin– həyatla ölümün əbədi mübarizəsinin psixoloji əsaslarını şərh edir.
Müasir incəsənət
Müasir incəsənət' (ing. Contemporary art) — müasir dövrdə yaradılan və aktual olan incəsənəti ifadə edən termin. Müasir incəsənət Modern incəsənətdən sonrakı sənət mərhələsi olan Postmodern incəsənət dövründən başlayaraq bu günə kimi inkişaf etməkdədir. "Modern" və "müasir" sözləri əsasən sinonim kimi işlədildiyi üçün bu adlar altında təqdim edilən incəsənət dövrləri, bəzən qeyri-mütəxəssislər tərəfindən qarışdırıla və ya eyni anlayış kimi qəbul edilə bilir. Təsadüfi deyildir ki, müxtəlif ölkələrdə "Modern İncəsənət Muzeyi" (ing. Museum of Modern Art) və "Müasir İncəsənət Muzeyi" (ing. Museum of Contemporary Art) adı altında fəaliyyət göstərən muzeylərin əksərində eyni sənətkarların əsərləri sərgilənməkdədir. == Əhatə dairəsi == Müasir incəsənəti “bizim həyatımız”ın məhsulu olan incəsənət kimi təqdim edən tədqiqatçılar etiraf edirlər ki, həyat vaxtı və müddəti fərqli ola bilər. Lakin, ümumi qəbul edilmiş fikrə görə bu anlam müəyyən səviyyədə qəbul edilmiş məhdudiyyətlərə malikdir. Müasir incəsənətin xüsusi incəsənət tipi kimi klassifikasiyası, ingilis dilli mühitdə Modernizmin formalaşması dövrlərindən başlayır.
Müasir memarlıq
Müasir memarlıq – XXI əsrin memarlığı. Müasir memarlıqda üstünlük təşkil edən üslub yoxdur. Müasir memarlar hay-tek, postmodernizm və ənənəvi üslubların yeni təriflərindən istifadə edirlər.
Müasir tarix
Modern tarix (və ya yeni tarix) — bəşər tarixində orta əsrlər və son dövrlər arasındakı bir dövr. "Yeni tarix" anlayışı İntibah dövründə İtaliyada, humanistlər tərəfindən qədim, orta və yeni bölünmüş tarixin üç müddətli bölgüsünün bir elementi olaraq yaranmışdır. Humanistlərin nöqteyi-nəzərindən "yeni zamanın", onun əvvəlki dövrlə müqayisədə "yeniliyinin" müəyyənləşdirilməsi meyarı İntibah dövründə dünyəvi elm və mədəniyyətin çiçəklənməsi, yəni sosial-iqtisadi deyil, mənəvi və mədəni amildir. Lakin, bu dövr məzmun baxımından bir-birinə ziddir: Yüksək İntibah, İslahat və humanizm ədəbiyyatda "cadugər ovu" adını almış bir fenomen olan irrasionalizm, demonologiyanın inkişafı ilə birlikdə olmuşdur. "Modern tarix" anlayışı tarixçilər tərəfindən qəbul edildi və elmi istifadədə təsdiq edildi, lakin mənası bir qayda olaraq şərtli olaraq qalır - bütün xalqlar eyni vaxta girməmişlər. Bir şey dəqiqdir: bu dövrdə yeni bir mədəniyyət, yeni bir münasibətlər sistemi, bir Avrosentrik dünya, "Avropa möcüzəsi" və Avropa sivilizasiyasının digər sahələrə yayılmasıdır. == Dövrləşmə == Bir qayda olaraq, sovet tarixşünaslığında, formalaşma nəzəriyyəsi çərçivəsində, onun başlanğıcı 1640-cı ildə başlayan XVII əsrin ortalarında İngilis inqilabı ilə əlaqələndirildi . Yeni zamanın başlanğıc nöqtəsi kimi qəbul edilən digər hadisələrə İslahat (1517) , İspanların Yeni Dünyanın 1492-ci ildə kəşfi və Konstantinopolun süqutu (1453) ilə əlaqəli hadisələr daxildir. Modern tarixlə əlaqəli hadisələrin nəzərdən keçirilməsi Birinci Dünya Müharibəsi ilə başa çatır (1914-1918) . Yeni dövrün ərzində, adətən iki alt mərhələ fərqlənir, onların sərhədi Napoleon müharibələrinin sonu və Vyana Konqresinin işinin başlanğıcıdır.
Nom (Misir)
Nom (q.yun. νομός, translit. nomos; mənası – rayon) — Qədim Misirdə inzibati mahal. Hər bir nomun müəyyən sərhədi, siyasi və dini mərkəzi, ordusu, gerbi və himayəçi tanrıları var idi. Nomu nomarx idarə edirdi. Nomların sayı və ərazisi vaxtaşırı dəyişirdi. Misirdə mərkəzi hakimmiyyət zəifləyən zaman nomlar müstəqil siyasət yeridirdilər. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Bagnall, Roger S., Egypt in Late Antiquity, Princeton: Princeton University Press, 1996. Bowman, Alan K., Egypt after the Pharaohs, Oxford: Oxford University Press, 1990.
Qədim Misir
Qədim Misir — Afrikanın şimal-şərqində, Nil çayının aşağı axarında yerləşən qədim dövlətdir. Bu ölkənin ərazisindən Aralıq dənizinə tökülən uzun Nil çayı axır. Misirlilər Nili "Böyük çay" adlandırırdılar. == Tarixi == Dövlətin tarixi 6 hissəyə bölünür: Erkən padşahlıq (e.ə. 3000 – e.ə. təqr. 2800) Qədim padşahlıq (e.ə. təqr. 2800 – e.ə. təqr.
Roxy Music
Roxy Music— 1971-ci ildə Brayan Ferri (vokal, pianino, klavişalı) və Qrem Simpson (bas-gitara) tərəfindən yaradılan britanialı rok-qrupdur. Sonralar bura Fil Manzanera, Endi Makkey və Brayan İno qatılıb. Faktiki lider Brayan Ferri idi. "Virginia Plain" mahnısı qrupun birinci hiti imiş.
Sfinks (Misir)
Sfinks — Qədim Misir mifologiyasına görə qoruyucu tanrı (başı insan, bədəni şir). Cizədə Qədim Misir dövründə qurulmuş sfinks heykəli. Nilin qərb sahilində, Gizə yaylasında yerləşir. Ehtimala görə, Qədim Padşahlıq dövründə (təqribən e.ə. 1575-1465-ci illər) qurulmuşdur. Nəhəng və monolit qayadan yonulmuş uzanmış, insan başlı şir formasında heykəlin uzunluğu 73 m, hündürlüyü 20 metrdir. Heykəlin üzü Nil çayına, gündoğana baxır. Qədim Şərqdə şir günəş ilahisi kimi tərənnüm edilirdi. Qədimdən fironlar şikarını parçalayan aslan kimi təsvir edilirdilər. Buna əsasən də Sfinks firon məqbərələrinin qoruyucucusu sayılır.
Slovart Music
Slovart Music, Slovakiyada klassik musiqi yayımı edən müstəqil bir naşirdir. Şirkətin veb saytına görə, ölkəsindəki ən köhnə və ən böyük müstəqil musiqi naşir-dir.
Sony Music
Sony Music — hər iki yerli artistlərin (sənətkarların) geniş silsiləsini və beynəlxalq super ulduzlar özündə saxlayan (daxil edən) siyahı ilə qlobal qeydə alınmış musiqi şirkətidir. Şirkət tarixdə ən vacib qeydiyyatların bəzilərini özündə saxlayan geniş kataloqa malikdir. Bu hər janrdan musiqini təmsil edən baş rekord nişanlara evdir. Sony Musiqisi Əyləncəsi Amerikanın Sony Korporasiyasının tamamilə mülkiyyətində olan filialıdır.
Mahir
Mahir — Kişi adı. Mahir Hüseynov Mahir Hüseynov (əsgər) — Mahir Hüseynov (zooloq) — Mahir Hüseynov (çavuş) — Mahir Əliyev Mahir Əliyev (əsgər) — Vətən müharibəsi şəhidi Mahir Əliyev (professor) — Tibb üzrə elmlər doktoru. Mahir Quliyev Mahir Quliyev (dövlət xadimi) - Biləsuvar və Astara rayonlarının icra hakimiyyətlərinin sabiq başçısı. Mahir Quliyev (əsgər) - Aprel döyüşləri şəhidi.
Mişar
Mişar və ya bıçqı— müxtəlif: taxta, metal, daş və sairə materialların kəsilməsi üçün nəzərədə tutulmuş kəsici dişli alət. Adətən mişar, tiyəsində dişləri olan metal lövhə formasında olur. Əl və mexaniki mişarlar olur.
Mozir
Mozır (belar. Мазы́р) — Belarusda şəhər. Qomel vilayətində yerləşən şəhər Mozir rayonunun inzibati mərkəzidir. Mozir şəhəri vilayətin mərkəzi olan Qomel şəhərindən 133 km qərbdə, paytaxt Minsk şəhərindən isə 220 km cənub-şərqdə yerləşir.
Mübaşir
Mübaşir — İranda vergi və mükəlləfiyyətləri toplayan xan müvəkkili. == Tarix == Mübaşirlər Osmanlı imperiyasında və Türkiyə dövlətində hüquqi vəzifə yerinə yetirirdilər.
Mücin
Mojen — İranın Semnan əyalətinin Təbəri (Mazandarani) şəhərlərindən biri, Şahrud şəhərinin şimal-qərbində yerləşir. Mojen xalqının (Təbəri etnik qrupu) mənşəyi Mazandaranidir və onlar Təbəri, Qorqani, Həzərcəribi, Kiasri və Elikai adlı dörd mühacir tayfasındandırlar və Mazandarani ləhcəsinin ləhcəsi olan Mojen ləhcəsində danışırlar. Dəyişməkdədir, çünki bu şəhərin Təbəri ləhcəsi Şahrudi fars dilinin güclü təsiri altında olmuşdur, lakin Mojenin Təbəri ləhcəsi hələ də öz Mazandarani kimliyini və mədəniyyətini, adət-ənənələrini və əcdadını, hələ də Təbəri adət və ənənələrini qoruyub saxlayır.
Müdri
Müdri – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Lahıc turizm zonasında, Müdrü çayının sağ sahilində yerləşir.Kəndin əhalisi 95 nəfərdir. Kənd əhalisi maldarlıqla və bostançılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 8 km yolu piyada və ya atla eləcə də Namazgah kəndindən Müdrü çayı boyunca 5 km yolu atla və ya piyada getmək olar. Bu zonada yerləşən Müdri, Müdrüsə, Pirəqanım və Bağəli kəndlərindən Küpüc dağını aşmaqla atla və ya piyada Aşağı Cülyan kəndinə yol vardır. == Əhalisi == 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Müdri kəndində 34 ev var. Əhalisi 88 nəfərdir ki onunda 39 nəfəri kişi, 49 nəfəri qadındır. === Şəhidləri === 1.
Müfid
Şeyx Müfid (ərəb. الشيخ المفيد‎) (tam adı: Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman əl-Bağdadi; d. HQ. 13 Zilhiccə 336/ M. 27 iyun 948, Uqbəra, Bağdad, İraq, Ərəb Xilafəti — ö. HQ. Ramazan 413/ M. Dekabr 1022, Bağdad, İraq, Ərəb Xilafəti) — ərəb əsilli islam alimi. HQ. IV–V yüzilliyin On iki imam şiəliyi əqidəli məşhur ilahiyyatçı alim. == Həyatı == Əbu Abdullah Məhəmməd ibn Məhəmməd ibn Nöman 27 iyun 948-ci ildə Bağdad şəhərinin Uqbəra bölgəsində dindar ailədə dünyaya gəlmişdir. Uşaq yaşlarından təhsilini davam etdirmək üçün atası ilə birlikdə Bağdad'a köçmüşdür. Dekabr 1022-ci ildə Bağdad şəhərində vəfat etmiş və Kazımeyndə cəfəri şiələrinin 9-cu imamı Məhəmməd ibn Əli ət-Təqi'nin hərəmində onun ayaq tərəfində dəfn olunmuşdur. Şeyx Tusi'nin dediyinə görə cənazəsinə 80 minə yaxın insan qatılmış, cənazə namazını tələbəsi və o dönəmin məşhur alimlərindən Seyid Mürtəza qılmışdır. == Təhsili == İlk təhsilini öz ailəsində almışdır.
Müxbir
Müxbir — ərəb sözü olub "cavab vermək" mənasını bildirir. Ən qaynar xəbərləri çatdıran redaksiya, mətbuat və ya televiziya, radio müxbirlərinin işinin vacibliyini qeyd etmək lazımdır. Xarici ölkələrdə müxbirlər hətta hava limanı və vağzallarda gecələməli olurlar. Vacib bir məsələ ortaya çıxan kimi hadisələrin mərkəzində olurlar. Müxbirin əsas işi ən aktual informasiyaları operativ şəkildə redaksiyaya çatdırmaqdır. Müxbirlər "xəbərlər" janrlarının müəllifləridirlər. Onlardan materialların emosional şəkildə bütün təfərrüatı ilə təqdim olunması gözlənilir. Hər redaksiyanın müxbirlər ştatı var. Onların çiynində informasiya yükü toplamaq yükü dayanır. Müxbirlərin başlıca vəzifəsi müntəzəm surətdə yeni xəbərlər toplamaqdır.
Müxur
Müxur (fars. مخور‎) — İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,603 nəfər yaşayır (524 ailə).
Müşairə
Müşairə — şeirləşmə, deyişmə. Müşairəyə klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında daha çox təsadüf edilir. Müşairələr dostcasına məktublaşma və ya ədəbi-ictimai mövzularda mübahisə səciyyəli olur. Molla Pənah Vaqifin Molla Vəli Vidadi, Qasım bəy Zakirin Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvaninin müasirləri ilə müşairələri məşhurdur. == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild, Bakı, 1983.
Müşavir
Müşfiq
Müşfiq, Müşviq — Kişi adı və təxəllüs. Müşfiq Abbasov — redaktor, prodüser, ssenarist. Müşfiq Atakişiyev — professor, iqtisad elmləri doktoru. Müşfiq Şükürov — Azərbaycanlı filosof. Fəlsəfə elmləri namizədi, dosent. Müşfiq Orucov — Dördgünlük müharibə şəhidi. Müşfiq Çobanov — Azərbaycan jurnalisti. Müşfiq Mustafayev (leytenant) Bu təxəllüsü olan tanınmışlar Mikayıl Müşfiq — Azərbaycan şairi. Yaşayış məntəqələri Müşviq (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Müşfiqabad — Azərbaycan Respublikasında qəsəbə.
Müşkür
Müskür sancağı
Müşrik
Şirk (ərəb. شرك‎) — Allaha şərik qoşmaq. Ümumiyyətlə şirk tövhidin ziddidir. Şirkin böyük günah olduğu açıq-aşkardır. Bu barədə kifayət qədər Quran ayələri və hədislər mövcuddur. "Loğmаn öz oğlunа nəsihət edəndə belə dedi: "Oğlum, Allаhа şərik qoşmа. Çünki şirk böyük zülmdür". Başqa bir ayədə buyurulur: "...Kim Rəbbi ilə qarşılaşacağına (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracağına) ümid bəsləyirsə (yaxud qiyamətdən qorxursa), yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!" Nəql olunan hədislərdə şikin ən aşağı səviyyəsi nədir də bəyan olunur: "Şirkin ən аşаğı dərəcəsi budur ki, insаn meyvə çərdəyinə "bu bir xırdа dаş pаrçаsıdır", dаş pаrçаsınа dа "bu bir çərdəydir" desin. Sonrа dа, özünün bu sözünə inаnsın və ondаn dönməsin.", yaxud "Şirkin ən aşağı səviyyəsi öz rəyinə, əqidəsinə bidət gətirən, sonrа dа onа xаtir sevən və düşmənçilik edən şəxsdir". Bəzən insan şirk etdiyindən xəbərsiz olur, bu da elmsizliyindən qaynaqlanır.
Müşviq
Müşfiq, Müşviq — Kişi adı və təxəllüs. Müşfiq Abbasov — redaktor, prodüser, ssenarist. Müşfiq Atakişiyev — professor, iqtisad elmləri doktoru. Müşfiq Şükürov — Azərbaycanlı filosof. Fəlsəfə elmləri namizədi, dosent. Müşfiq Orucov — Dördgünlük müharibə şəhidi. Müşfiq Çobanov — Azərbaycan jurnalisti. Müşfiq Mustafayev (leytenant) Bu təxəllüsü olan tanınmışlar Mikayıl Müşfiq — Azərbaycan şairi. Yaşayış məntəqələri Müşviq (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Müşfiqabad — Azərbaycan Respublikasında qəsəbə.
Taşir
Taşir, Vorontsovka, Kalinino — Ermənistanda şəhər. 1991-ci ildə adı dəyişdirilmiş və Taşir adlandırılmışdır. Şəhərdən İrəvan şəhərinə olan məsafə 174 km-dir. == Tarixi == Vorontsovka rayonunun mərkəzi şəhər tipli Vorontsovka (Kalinino) qəsəbəsidir (1961-ci ildən şəhər tipli qəsəbədir). Vorontsovka adı 3 mart 1935-ci ildə dəyişdirilərək Kalinino adlandırılmışdır. == Əhalisi == === Tanınmışları === Samir Əliyev — futbolçu.
Bəşir
Bəşir — , Aşıq Ələsgərin oğlu. == Həyatı == Bəşir Aşıq Ələsgərin bö­­yük oğ­lu­dur. 1867-ci ildə Göy­çə mahalının Ağ­­kil­sə kəndində anadan olmuşdur. Bəşir əvvəlcə öz kəndlə­rin­də, sonra isə Sarıyaqub kən­dindəki molla mək­tə­bin­də oxumuşdur. Saz çalıb, söz qoşmağı bacaran Bəşir aşıqlıq etməsə də, bu sənətin qə­dir-qiy­mə­tini bilirdi. O, yazdığı şeirləri nədənsə müha­fizə etmə­mişdir. At minməyi, şux geyinməyi sevən Bəşir həm də əla nişançı idi. O, ömrü boyu heç kəsdən qorxub-çəkinməmiş, bəylərə, ağalara, qlavalara, pristavlara baş əyməmişdir. 1915-ci ildə münaqişə zəmnində kəndin kovxasını güllə ilə vuran Bəşir çar hakimiyyəti yıxılana qədər qaçaq yaşamışdır. 1918-ci ildə ermənilərin törətdikləri milli vuruşma zamanı Bəşir Göyçənin müdafiəsində böyük şücaət göstər­miş, yağılara ağır zərbə vurmuşdur.
Mürşid
Mürşid (ərəb. مرشد‎) — tərbiyəçi, müəllim. O, düz yolu, yəni İslamı göstərən, zəlalətdən hidayətə yönəldəndir. Təsəvvüfün qəbulu tələbənin seçdiyi mürşid müəllimə beyət etməsi ilə başlayır. Bundan sonra tələbəyə mürid deyirlər. Mürşidin vəzifəsi öz naşılarına təsəvvüf yolunu öyrətməkdir. İslam ilahiyyatçısı Həsən əl-Bəsrini sufizmin sələfi hesab edirdi. Mürşid kamil insan nümunəsidir. Demək olar ki, bütün İslam təsəvvüf məktəblərində Quran və Sünnənin meyarlarını həyata keçirərək, özlərində bu standartları yaşayaraq, öz tərəfdarlarını Din, Dini həyat, Tövhid, Marifetullah öyrətmək məqsədinə çatmağa aparan müəllim (hərfi mənada: hidayət edən). Ustad şagirdin tərbiyəsində oynadığı rola görə mənəvi ata sayılır.