Nom (q.yun. νομός, translit. nomos; mənası – rayon) — Qədim Misirdə inzibati mahal. Hər bir nomun müəyyən sərhədi, siyasi və dini mərkəzi, ordusu, gerbi və himayəçi tanrıları var idi. Nomu nomarx idarə edirdi. Nomların sayı və ərazisi vaxtaşırı dəyişirdi. Misirdə mərkəzi hakimmiyyət zəifləyən zaman nomlar müstəqil siyasət yeridirdilər.[1]