Müasir buzlaqlar qar xəttinin böyük yüksəkliyə malik olması buzlaqların əmələ gəlib saxlanılması üçün əlverişli şəraiti olan ayrı-ayrı zirvələrin yamaclarında saxlanmasıdır. Böyük Qafqazda olan 1400-ə qədər buzlağın (sahəsi 1775 km). 70 %-dən çoxu onun şimal yamacında yerləşir. Şərqi Qafqazın Azərbaycan ərazisindəki buzlaqlarının saxlanılmasına iqlimin, relyefin bə onun dəyişməsinin böyük təsiri vardır.
Bazardüzü dağının (4480,9 m) qar xəttindən yüksəyə qalxması və ondan ayrılan qolların şimal istiqamətində uzanaraq qıfabənzər iri çökəklik əmələ gətirməsi Cənub-şərqi Qafqazda ən böyük buzlağın yaranmasına səbəb olmuşdur. Bazardüzü dağı şimalda Çexiçayın dərəsindən (Quruş kəndi yaxınlığında) 2300 m, cənubda isə Qaraçay dərəsindən 2700 m ucalır. Bazardüzü buzlağı iki buzlaqdan- Tixitçap və Murkar buzlaqlarından ibarətdir. Dağın zirvəsini örtmüş xarlanmış qardan beş acılı buzlar ayrılır.Tixitçap buzlağının uzunluğu 0,9 km, eni isə 150-200 m-dir. Murkar buzlağı şimal-şərq istiqamətində 1440 m uzanır, eni isə 300-450 m-dir.
Bazaryurd dağında (4126,3 m) [Baş Qafqazın suayrıcı üzərində yerləşmişdir. Zirvədən şimala Kirvə və Yatırdərə çayları Bazaryurd dağının yamaclarında iki buzlağın olmasını ilk dəfə A.B.Pastuxov söyləmişdi. Buzlağın xarici görünüşü təxminən dairəvi şəkildədir. Buzlağın qalınlığı 15-18 m. Şimal buzlağın uzunluğu 470 m., eni isə 670 m. Buzlaq 4020 m. yüksəklikdən başlayıb, 3900 m. yüksəklikdə qurtarır.
Tufandağ zirvəsi Baş Qafqazın suayrıcı zirvəsində yerləşib, konusu xatırladır. Tufandağ zirvəsi qərbdən və şərqdən Baş silsiləsi, şimaldan və cənubdan isə onun qollarının kəsişdiyi yerdə yerləşmişdir. Zirvənin hündürlüyü 4200 m-dən artıqdır. Zirvədən şimala iki çox da uzun olmayan qol ayrılır. Hər iki qol arasında Əbildərə çayı yerləşir. Çay mənbəyini buzlağın qurtaracağından götürürş Zirvə cənubdan Dəmiraparançay, qərbdən Tufançay, şərqdən isə Türyançay tərəfindən yuyulur. Tufan dağı şimalda Şahnabadçay dərəsindən 1600 m, cənubda isə Dəmiraparançayı dərəsindən 2200 m. qədər ucalır. Buzlağın uzunluğu başlanğıcından dilinə qədər 1900 m-dir. Onun ən enli yeri 680 m-dir.
Dilinin sonuna yaxın enliyi 200 m-dən azdır. Buzlaq 3660 m yüksəklikdən başlayır. Dili 3040 m yüksəkliyə qədər enir. Dilin uzunluğu 1 km-ə qədərdir. Ən enli yeri isə 550 m-dir. Tufan buzlağı iki müasir Karda yerləşmişdi. Birinci — yuxarı karın başlanğıcı Tufandağın zirvəsindən, 4000 m-lik yüksəklikdən başlayaraq 3700 m. qədər enir. İkinci Kap isə 3700-3500 m. yüksəkliklər arasında yerləşmişdi. Yuxarı karın eni təxminən 500-600 m., aşağı karın enu isə 700-800 m-dir. Karlar yuxarı hissıdı dar, aşağı hissədə isə gendir. İkinci kar birincidən hündür, uçurumlu yallarla əhatə olunur ki, bu da onun qidalanmasında müəyyən rol oynayır.
Şahdağın nəhəng zirvəsi bir-birinin üzərində ucalan (xüsusilə şimal, şimal-şərq yamacda) uçurumlu qayalıqlar üzərində yerləşir. Uçurumlu qayaların nisbi yüksəkliyi 600-800 m, bəzi hallarda isə ondan da artıqdır. Şahdağ zirvəsində geniş yastanlar da var. Bunlardan ən böyüyü 3500-3600 m yüksəkliyə malik olan və Şahdağ zirvəsindən şimala yerləşən geniş Yarudağ (Yaru ləzgi dilində qırmızı deməkdir) yastanıdır. Açıq qırmızıya çalan yuxarı yura və aşağı təbaşirin sahəvi və möhkəm əhəngdaşlarından təşkil olan Şahdağ yastanı cənubda Şahnabadçay dərəsindən 1600 m, şimalda Qızılkam çayı dərəsindən (Qusarçayın sol qoludur) 2800 m-ə qədər ucalır. Şahdağ buzlağı bu nəhəg dağ zirvəsinin şimal yarısında yerləşmişdir. Zirvə yastı və geniş olduğundan buzlaqda yastı, səthi isə qabarıq linzanı xatırladır. Buzlağın enliyi qərbdən-şərqə 2 km, ümumi sahəsi isə 1,23 km-dir. Buzlağın ən hündür yeri əsas zirvədən qərbə 4230 m yüksəklikdən başlayır.
Şahdağ zirvəsindən cənub-qərbdə, Qavdanbas çayının məbəyində dərin bir dərədə Qavdanvas buzlağı yerləşmişdir.Qavdanvas buzlağı dilinin uzunluğu 350 m-dir. Dilin başlanğıcından yüksəklik 3820 m, qurtaracağında isə 3740 m-dir. Qavdanbas buzlağının cənub yamacda 3820-3740 m yüksəklikdə saxlanmasına başlıca səbəb onun əlverişli relyef şəraitində (dar və dərin dərədə) yerləşməsidir. [1]