Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mürvət Kərimov
Kərimov Mürvət Yusif oğlu (1953, Qubadlı) — Texnika elmləri doktoru, professor. == Həyatı == Kərimov Mürvət Yusif oğlu 1953-cü ildə Qubadlı rayonunun Altınca (indiki Qiyaslı) kəndində anadan olmuşdur. Hal kənd orta məktəbini bitirərək 1968-ci ildə 15 yaşında Azərbaycan Neft və kimya İnstitutunun neft mexanika fakültəsinə qəbul olmuşdur. İnstitutu bitirdikdən sonra burada işləməyə başlamışdır. 1980-ci ildə Neft Akademiyasının aspiranturasına daxil olub. 1984-cü ildən assistent, 1987-ci ildən dosent, 2009-cu ildən isə professor vəzifəsindədir. 1986-cı ildə namizədlik, 2007-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. 200-dən artıq ixtira və elmi məqalənin müəllifidir. Hazırda Azərbaycan Neft Akademiyasında, “Neft –qaz istehsalı və emalı texnikası” kafedrasında işləyir.
Mürvət Məmmədyarov
Mürvət Güloğlan oğlu Məmmədyarov (20 sentyabr 1996; Gəgəli, Ağsu, Azərbaycan — 6 oktyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Mürvət Məmmədyarov 1996-cı il sentyabrın 20-də Ağsu rayonunda anadan olub. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ehtiram Məmmədov Suqovuşan döyüslərində savaşıb. Müharibə zamanı tuşlayıcı operator kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. 6 oktyabr 2020-ci ildə Talış Suqovuşan istiqamətindəki döyüşlər nəticəsində şəhid olub. Goranboyda dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürvət Məmmədyarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Mürvət Məmmədyarov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Mürvət Şərifov
Mürvət Şərifov (tam adı: Mürvət Rəhim oğlu Şərifov; 1932, Müsəlləm, Qafan rayonu, Ermənistan SSR, SSRİ – 19 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1932-ci ildə Ermənistan SSR Qafan rayonunun Müsəlləm kəndində anadan olmuşdur. Uzun müddət — 36 il "Zəngəzur mis-molibden kombinat"ında işləmişdir. 6 övlad böyüdüb boya-başa çatdırmışdır. 1988-ci ildə azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. == Ailəsi == 1990-cı ilə iki övladı, — Roza və Bayram ali təhsil almış, qızları Əsmər və Kifayət orta ixtisas məktəbini bitirmişdilər. Məlahət Azərbaycan Sənaye Universitetində oxuyurdu. Sonbeşik Səadət isə məktəbli idi. == Qanlı Yanvar faciəsi == Gəlini Şərifova Fatma Əsab qızının dedikləri: Şəhidlər xiyabanında dəfn edilmişdir. == Ünvan == Bakı, R. Behbudov küçəsi 77, mənzil 12.
Mirlər
Mirlər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Dondarlı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. == Toponimikası == Mirlər kəndi Bərgüşad çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə Şeyx Mir İbrahim ağa saldığı üçün onun titulu (mir) ilə adlanmışdır. Bir sıra müsəlman ölkələrində, o cümlədən Azərbaycanda mənşəcə Məhəmməd peyğəmbərin nəslindən olanlar adətən seyid və ya mir fəxri titulu daşıyırlar. Antropooykonimdir.
Müqlər
Müqlər — qədimdə Azərbaycan ərazisində yaşamış türkmənşəli tayfa. Bu tayfa Atropatena ərazisində yaşamış 5 tayfadan biri idi.
Mürsəl
Mürsəl — Kişi adı. Mürsəl Bakı — Qafqaz əsilli Türkiyə hərbiçisi. Mürsəl Həmidov — Respublika Təcili Yardım Stansiyasının direktoru Mürsəl Qocayev — Azərbaycan jurnalisti. Digər Mürsəl (Ağdaş) — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd.
Mərmər
Mərmər (lat. marmor; yun. Μάρμαρο — "parlayan daş", "daş qayması") — əhəngdaşı və dolomitlərin metamorfizmə uğraması (yenidən kristallaşması) nəticəsində əmələ gələn xırda, orta və iridənəli kristallik süxur. Tərkibində kvars, xalsedon, hematit pirit və s. mineralların, həmçinin üzvi birləşmələrin qatışıqları olur. Həcm çəkisi 2,65–2,90, sıxlığa davamlığı 500–2500 kqs/sm², rəngi qatışıqlardan asılı olaraq müxtəlifdir. Xırdadənəli növləri daha davamlıdır.
Qürvə
Qürvə (farsca: قروه) İranın Kürdüstan ostanında bir şəhərdir. Bu şəhər Qürvə şəhristanının inzibati mərkəzidir. Əhalisi 66.390 nəfərdir (1996). Qəsəbə Kürdüstan ostanının şərqində, ostan mərkəzi Sənəndəc şəhərindən 93 kilometr şərqdə yerləşir. Qürvə mineral bulaqlar ilə zəngindir. Əhalisi əsasən kürdlərdən ibarətdir.
Sürvə
Sürvə və ya adaçayı (lat. Salvia) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Əhəmiyyəti == Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11–0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58–70 %), linalol (10–15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir. == Yayılması == Sürvə elə də çox qədimdən becərilən bitki deyildir.
Aşağı Hülvər
Aşağı Hülvər (fars. هلور سفلی‎) - İranın Həmədan ostanının Əsədabad şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 217 nəfər yaşayır (74 ailə).
Güşvər Şərifova
Güşvər Fətulla qızı Şərifova (30 may 1962, Qacaran, Qafan rayonu) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == Güşvər Şərifova 30 may 1962-ci ildə Ermənistan SSR-nin Kacaran şəhərində doğulub. 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1984-cü ildən 1995-ci ilədək C. Cabbarlı adına Gəncə Dövlət Dram teatrında aktrisa işləyib. 1995-ci ildən 2003-cü ilədək Bakı Kamera teatrında aktrisa işləyib. Həmçinin həmin illər C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının filialında redaktor işləyib. 2003-cü ilin oktyabrın 3-dən Gənc Tamaşaçılar teatrının aktrisasıdır. 10 dekabr 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Kinossenarist, dramaturq Rövşən Ağayevin həyat yoldaşıdır. Aktyor Asiman Ağayevin anasıdır Əməkdar artist, aktrisa Leyli Vəliyevanın bacısıdır Əməkdar artist, aktyor Nofəl Vəliyevin baldızıdır === Teatr səhnəsindəki rolları === Gəncə Dövlət Dram Teatrı Anya – ("Odlu Çarpazlar", İsmayıl Şıxlı) Mədəniyyət Nazirliyinin diplomunu alıb Güləsər – ("Dəli Kür" İsmayıl Şıxlı) Narıngül – ("Üçatılan" İlyas Əfəndiyev) Gülaçar – ("Atabəylər" Nəriman Həsənzadə") Əfsanə — (İtkin gəlin" Əlibala Hacızadə Nərgiz – ("Yandırılmış adam" Əlibala Hacızadə) Nazan – ("Yad qızı) Orxan Kamal) Cevriyə — ("Fosforlu Cevriyə" Suad Dərviş) (2 saat səhnədə qalır aktrisa) Zərqələm- ("İnsan ömrü bir nəğmədir" Xalidə Hasilova) Rəhimə — ("Ana vüqarı" Şərif Xusainov) Qarpine – ("Sokratla söhbətlər" R. Radzinski) Həlimə — ("Doğmalar" Rəhman Əlizadə) Məryəm- ("Qız atası" Əfqan) Sevinc- ("Qonşular" Fəridə Əlyarbəyli) Kiçik qız – ("Ölüm hökmü" Əlil Səmədli) Qız- ("Məhəbbət və xəyanət" Kiril Topalov) Lalə — ("İntizar" Surxay Səfər) Sənubər – ("Oxşarlar" Qərib Mehdiyev) Aybəniz – ("Bəraət" Altay Məmmədov) Aysel – ("Cavadxan" Nüşabə Məmmədova) Bikə — ("Onuncular " Tofiq Mahmud) Sona – ("1905-ci ildə" Cəfər Cabbarlı) Zərifə — ("Ata mülkü" Əkrəm Əylisli) Dobrina – ("Səadət yağış deyil" Novruz Gəncəli) Məd.
Kürlər (Pərsabad)
Kürlər (fars. كورلار‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 250 nəfər yaşayır (47 ailə).
Məhvər dövlətləri
Ox dövlətləri, Məhvər dövlətləri (alm. Achsenmächte‎, yap. 枢軸国, it. Potenze dell'Asse) və ya Berlin-Roma-Tokio oxu — İkinci Dünya müharibəsi zamanı yaradılmış iki böyük ittifaqdan biri. Məhvər dövlətləri Antihitler koalisiyasına qarşı mübarizə aparmış və tərəflər arasında dünyanın müxtəlif nöqtələrində hərbi toqquşmalar baş vermişdir. İttifaqın adı bura daxil olan üç əsas dövlətin (Üçüncü Reyx, İtaliya krallığı və Yaponiyanın) paytaxtlarının adlarından götürülmüşdür. İttifaqın iki əsas məqsədi vardı: dünyavi müstəvidə genişlənmək, hərbi birləşmələrin hesabına dünya ağalığına nail olmaq, Birinci Dünya müharibəsi sonrası yaranmış siyasi-hərbi vəziyyətin ləğv edilməsi və Sovet kommunist sistemin məhv edilərək tamamilə aradan qaldırılması. Üçüncü Reyx və İtaliya krallığı arasında dostluq müqaviləsinin imzalanmasından bir həftə sonra, 1 noyabr 1936-cı ildə Roma-Berlin ittifaqı yaradılmış oldu. Nasist Almaniyası ilə Yaponiya arasında 1936-cı ilin 25 noyabr tarixində SSRİ-yə qarşı antikomentern paktın imzalanması Yaponiyanında prosesə qoşulması ilə nəticələnmişdir. İtaliya krallığı 1937-ci ilin 6 noyabrında antikomentr paktda qoşulduğunu elan etdi.
Mərmər cürə
Mərmər cürə (lat. Marmaronetta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinə aid heyvan cinsi. == Kateqoriya və statusu == (III-VU). Həssas, sayı azalmaqda olan növdür. == Qısa təsviri == Bədəninin ümumi rəngi bozdur, üzərində açıq rəngli dəyirmi ləkələr və naxışlar vardır. Erkəyin başında kəkil var. == Yayılması == Avropa və Asiyada yayılıb. Azərbaycanda Kür-Araz və Lənkəran ovalıqlarının su hövzələrində, Xəzərin sahillərində, Araz dəryaçasında məskunlaşır. Ağgöldə və Sarısuda yuvalayır. == Yaşayış yeri və həyat tərzi == Qamış və qarğılıqlarla zəngin olan subasarlar və göllərdə yaşayır.
Mərmər oniksi
Mərmər oniksi – Ca[CO3] - Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Haqqında == Kalsit və araqonitin sıx, yaxşı pardaxlanan işıqkeçirən, yaxud yarımşəffaf zolaqlı və konsentrik - zonal quruluşlu incə çalarlı sarı, çəhrayı, yaşıl, krem və qəhvəyi rəngli aqreqatları mərmər oniksi adlanır. Parıltısı tutqun parıltıdan şüşə və yağlı parıltıyadək dəyişir. Sərtliyi – 3-4. Sınıqları qeyri-hamardır. Çox vaxt gözəl tekstur rəsmləri olan bütov kütlələri əhəngdaşları, əhəngli qumdaşları və travertinlərdə və s. layabənzər cisimlər və araqatlar, müxtəlif süxurların səthində örtüklər əmələ gətirir. Tez-tez mərmər oniksinin damarcıqlarına da rast gəlinir. Karst mağaralarında əhəngdaşları içərisində stalaktit və stalaqmitləri, bəzən mürəkkəb formalı aqreqatları müşahidə edilir. İri kütlələri isti mineral bulaqların məhsulu kimi kristallaşır.
Mərmər pişik
Mərmər pişik (lat. Pardofelis marmorata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pardofelis cinsinə aid heyvan növü. Cənub-Şərqi Asiyada yaşayan vəhşi pişikdir. Bədəninin uzunluğu 55 sm, quyruğunun uzunluğu 50 sm-ə çatan mərmər pişik ev pişiyindən bir qədər böyükdür.
Mərmər taxtabiti
Mərmər taxtabiti — (lat. Halyomorpha halys Stal.) Yarımsərtqanadlılar dəstəsinin (Hemiptera) bağacıq-taxtabitilər (Pentatomidae) fəsiləsinə aiddir. İngilis dilli ədəbiyyatda "brown marmorated stink bug" adlandırılır. Qəhvəyi mərmər iyili zərərverici orijinal rənginə görə belə adlandırılıb. == Morfoloji xüsusiyyətləri == Mərmər taxtabitinin bədəni armudşəkillidir, azca yastılaşmışdır, bədən uzunluğu 12–17 mm-dir. Həşəratın rəngi qəhvəyidir, baş və döş hissədə qeyri-adi naxışlar vizual görünüşdə mərməri xatırladır. Bədənin alt hissəsi ağ, yaxud açıq qəhvəyi rəngdədir, bəzən boz və ya qara nöqtəlidir. Bığcıqlarının son iki buğumunda ağ zolaqlar vardır. Ətrafları qəhvəyi olub ağ zolaqlıdır. == Bioekoloji xüsusiyyətləri == Aprel ayından başlayaraq həşəratlar qışladıqları yerlərdən çıxırlar və 1–2 həftə ərzində qidalanmaq üçün sahib bitkilərini axtarırlar.
Mərmər tağ
Mərmər tağ (ing. Marble Arch) — Oksford Stritin qərb ucunda, Hayd parkının girişində yerləşən, Zəfər tağı. Mərmər tağ memar Con Neş ərəfindən 1828 ci ildə Romadakı Konstantin tağı stilində ucaldılmışdır. Tağ xalis mərmərdən tikildiyindən belə də adlanır. Tağ daxili üç hücrə mövcuddur ki, bunlardan polist posları kimi istifadə olunmuşdur.
Sərvər Abdinov
Abdinov Sərvər Famil oğlu — Qarabağ müharibəsi iştirakçısı, şəhid. == Həyatı == Sərvər Abdinov 1974-cü ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olub. 1981-ci ildə Alıbəyli kənd orta məktəbinin birinci sinfinə gedib və 1991-ci ildə həmin məktəbin onuncu sinfini bitirib. Sənədlərini Bakıdakı Ticarət-Kommersiya məktəbinə verib, qəbul olub. Dekabrın 10-da Zəngilanda baş vermiş hadisələri görən Sərvər məktəbin 2-ci kursundan çıxıb doğma torpağı Zəngilana gəlir. O, rayon hərbi komissarlığına müraciət edir. Respublika hərbi komissarlığının çağırış məntəqəsinə göndərilir. Oradan isə Sərvəri Əli Bayramlı şəhər Respublika Daxili Qoşunlarının hərbi hissəsinə üç aylıq kursa göndərirlər. Təlim müddəti başa çatdıqdan sonra o, Zəngilana göndəriş alır. 30 mart 1993-cü ildə döyüşdə qəhrəmancasına şəhid olub.
Sərvər Ceparov
Sərvər Ceparov (3 oktyabr 1982, Çirçik[d], Daşkənd vilayəti) — Özbəkistan futbolçusu. == Həyatı == == Nailiyyətləri == Asiyanın ən yaxşı futbolçusu (2) — 2008; 2011 == İstinadlar == == Xarici keçidlər == Bahodir Nasimovun komanda yoldaşı ilin futbolçusu seçildi.
Sərvər Mehrəliyev
Sərvər Həşdər oğlu Mehrəliyev (6 fevral 1957, Zəngilan rayonu – 4 may 2017, Bakı) — polis general-mayor. == Həyatı == Sərvər Həşdər oğlu Mehrəliyev 1957-ci il fevralın 6-da Zəngilan rayonunun Şayıflı kəndində doğulmuşdu. 1976–1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdı. == Fəaliyyəti == Sərvər Mehrəliyev 1981-ci ilin fevralında müstəntiq kimi Naxçıvanda xidmət etmişdir. Sonrakı fəaliyyəti Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi ilə bağlı olmuşdu. Müxtəlif illərdə İstintaq Hissəsində müstəntiq, mühüm işlər üzrə baş müstəntiq vəzifələrində çalışmış, 2000-ci ildən DİN-in İstintaq İdarəsinin, 2001-ci ildən Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdi.
Sərvər Qəniyev
Sərvər Soltan oğlu Qəniyev (5 avqust 1937, Bakı – 5 sentyabr 2010, Ankara) — Azərbaycan skripkaçısı və dirijoru, "Şöhrət" ordeni laureatı, Prezident təqaüdçüsü, Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == Sərvər Qəniyev 1937-ci il avqustun 5-də Bakı şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka aləti üzrə almışdır. Hələ gənc ikən Sərvər Qəniyev Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış edərək, musiqi ictimaiyyətinin rəğbətini qazanmışdır. Azərbaycan Dövlət Konservatoriyasına daxil olan musiqiçi ikinci kursdan etibarən peşəkar musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirmişdir. 1960-cı ildə konservatoriyanı bitirdikdən sonra o, həmin ali təhsil ocağının aspiranturasında öz peşə kamilliyini artırmışdır. == Yaradıcılığı == 1963-cü ildə Bakıya qayıdan musiqiçi Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlamışdır. 1965-ci ildə Sərvər Qəniyevin təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılmış və 1979-cu ildən bu kvartet filarmoniyanın nəzdində uğurla fəaliyyət göstərmişdir. Sərvər Qəniyev 1971-1979- cu illərdə Qahirə konservatoriyasında simli alətlər kafedrasının müdiri vəzifəsində işləmiş və eyni zamanda Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində qastrol səfərlərində olmuşdur. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif musiqi kollektivlərində müvəffəqiyyətlə çalışırlar.
Sərvər İbrahimov
Sərvər Rza oğlu İbrahimov (13 fevral 1930, Şuşa, Dağlıq Qarabağ – 7 may 2002, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Sərvər Rza oğlu İbrahimov 13 fevral 1930-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1944–1950-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. Əhməd Bakıxanov, Mirzə Mansurdan dərs almışdır. Sərvər İbrahimov 1946–1955-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1955–1964-cü illərdə isə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1978–1988-ci illərdə "Azkonsert" Qastrol-Konsert Birliyində çalışmışdır. Bir çox xanəndələri, o cümlədən Xan Şuşinskini müşayiət etmişdir. 1985–2002-ci illərdə Sərvər İbrahimov Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərmişdir. 28 oktyabr 2000-ci ildə ona "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilmişdir. Sərvər İbrahimov 7 may 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Sərvər Şahbəyli
Sərvər Şahbəyli — Azərbaycan aktyoru, ssenaristi, nəğməkar şairi. == Həyatı == Sərvər Şahbəyli 15 aprel 1962-ci ildə Ağsu şəhərində anadan olub. 1979-cu ildə Ağsuda 1 saylı orta məktəbi, 1984-ci ildə Bakıda Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuşdur. 1987-ci ildə 3-cü kursda oxuyarkən, Bakı Meydan Teatrında aktyor kimi fəaliyyət göstərib. 1988-ci ildə institutu bitirib Dövlət Filarmoniyasında aparıcı-artist (konfransye) vəzifəsində çalışmışdır. 1989-cu ildə Dövlət Gənclər teatrının yaranmasında yaxından iştirak etmişdir. 2005-ci ilə qədər müəyyən fasilələrlə həmin teatrda fəaliyyət göstərmişdir. 1991-ci ildə İstiqlal teatrının da yaranmasında yaxından iştirak etmiş, həmin teatrda bir il fəaliyyət göstərmişdir. Orta məktəb illərindən poeziyaya-ədəbiyyata maraq göstərmiş, elə o illərdə Ağsu "Birlik" qəzetində şeirləri çap olunmuşdur. 1987-ci ildən şeirlərinə yazılan mahnılar efirdə səslənməyə başlamışdır.
Sərvər Əliyev
Sərvər Bəhlul oğlu Əliyev (d. 22 yanvar 1966) — Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015), İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru (2017-ci ildən). == Həyatı == Sərvər Bəhlul oğlu Əliyev 22 yanvar 1966-cı ildə Naxçıvanın Sədərək rayonunun Sədərək kəndində anadan olub. 1972-ci ildə Sədərək kənd orta məktəbinə gedib. 1980–1982-ci illərdə təhsilini Ordubad internat məktəbində davam etdirərək tamamlayıb. İnternat məktəbində təhsil aldığı illərdə məktəbin nəzdindəki dram dərnəyində fəal çıxış edib. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub. Görkəmli rejissor və pedaqoq Nəsir Sadıqzadənin kursunda təhsil alıb. İnstitutun 1-ci kursunda oxuyarkən kurs rəhbəri ona heç bir rol vermir. 2-ci kursun ortasında kurs tamaşasındakı əsas rolu ifa edən tələbə xəstələndiyindən Nəsir Sadıqzadə Nazim Hikmətin "Qəribə adam" tamaşasındakı Nəcəf bəy obrazını Sərvər Əliyevə həvalə edir.
Küryer
Küryer (fr. Curières, oks. Curièiras) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Layol kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12088. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 165 km şimal-şərqdə, Rodezdən isə 29 km şimal-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 172 nəfər (15-64 yaş) arasında 133 nəfər iqtisadi fəal, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 77.3%, 1999-cu ildə 75.8%).
Marker
Marker — özünün mürəkkəb mənbəsi olan qələm və adətən keçə kimi bir məsaməli, preslenmiş liflərdən hazırlanmış bir ucu var
Muryes
Muryes – Fransanın kommunası. == Əhali == Muryesin demoqrafik göstəriciləri: == Nəqliyyat == Kommunanın avtobus vasitəsilə şərqdən Arl, qərbdən Salon-de-Provansla nəqliyyat əlaqəsi var.
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Müller
Müller — Almaniya soyadı.
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
Marder
Marder ("Marder" – "Sansara") – Almaniyanın piyada döyüş maşını (PDM).
Lurker
Lurker (hərf. gizlənən) — internet mədəniyyətində onlayn icmanın adətən, müşahidə edən, lakin iştirak etməyən üzvü. Dəqiq tərif məzmundan asılıdır. Lurkerlər onlayn icmalardakı bütün istifadəçilərin böyük bir hissəsini təşkil edir. Lurkinq istifadəçilərə onlayn icmanın qaydalarını iştirak etməzdən əvvəl öyrənməyə imkan verir və nəticədə lurkinqdən çıxan zaman sosiallaşmalarını yaxşılaşdırır. Bununla belə, lurkinq zamanı sosial təmasların olmaması bəzən lurkerlər arasında tənhalığa və ya apatiyaya səbəb olur. Lurkerlərə brauzerlər, yalnız oxuyan iştirakçılar, ictimai olmayan iştirakçılar, qanuni periferik iştirakçılar, köməkçi öyrənənlər və ya yatanlar da deyilir. == Tarixi == Kompüter vasitəçiliyi ilə kommunikasiyanın başlanğıcından bəri lurkinq icma üzvlərini narahat edirdi. "Lurk" termininin ilk dəfə istifadə edilməsi XIV əsrə təsadüf edir. Bu söz, çox vaxt pis bir məqsəd üçün gizlənən birinə aiddir. 1980-ci illərin ortalarında BBS populyarlaşdıqda bu söz internetdə istifadə olunmağa başladı.
Fürer
Fürer (alm. Führer‎) — alman dilində söz, tərcüməsi "rəhbər", "lider", "öncül" deməkdir. Üçüncü reyxdə dövlət başçısının rəsmi vəzifəsi, həmçinin bir sonrakı ordu rütbələrinin söz birləşməsində bir hissəsi, şturmbanfürer, qruppanfürer və s. Fürer, Nasional Sosialist Alman Fəhlə Partiyasının və Üçüncü Alman İmperatorluğunun rəhbəri olduğu dövrdə, Adolf Hitlerin istifadə etmiş olduğu və "lider" mənası verən addır. Fürer, "tək xalk, tək imperatorluq və tək lider"(Ein Volk, ein Reich, ein Führer) devizinin tələb etdiyi şəkildə, bütün xalqın nümayəndəsi olmaqla bərabər, partiyanın və dövlətin rəhbəridir. Nasional Sosializmdə xalqın milli və sosial vahidliyinin bərabərliyini təmin etməkdə məsul şəxs olan Fürer, xalqın və dövlətin lehinə işlər həyata keçirməyə borcludur. Ciddi qərarlar qəbul edir. O, xalqın istədiklərini öz mənliyində hiss edərək həyata keçirdər və diqqət mərkəzinə götürər. Xalqının yol Ulusun yol göstərənidir və xalqı üçün fəaliyyət göstərir. Fürer, xalqının bir hissəsi olan insanların yaşadığı ölkə üçün ən yaxşı olanı etməlidir.
Mureş
Mureş (judets) — Transilvaniya regionunda yerləşən Rumıniya judetsi. Mureş (çay) — Şərqi Avropada 789 kilometr uzunluğunda çay.
Ajun Kurtər
Ajun Kurtər - türk coğrafiyaçısı, dəniz tədqiqatçısı və iqlimşünasdır. 1930-cu ildə İstanbulda anadan olmuşdur. Həmin şəhərdə orta məktəbə getmişdir. Sonra İstanbul Universitetinin Coğrafiya fakültəsinə daxil olub və 1955-ci ildə həmin fakültənin məzunu olmuşdur. Sonrada Coğrafiya ixtisasının aspirantı olmuşdur. İstranca dağlarının morfologiyası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1963-cü ildə coğrafiya üzrə elmlər doktoru olmuşdur. 5 ildən sonra isə "Kasqamo dairəsinin fiziki coğrafiyası" adlı dosentlik dərəcəsini almışdır. 1976-cı ildə professor, Coğrafiya fakültəsinin dekanı, fiziki coğrafiya kafedrasının isə rəhbəri olmuşdur. 1983-cü ildə İ.Ü.Dəniz Bilimləri və Coğrafiya İnstitutunundə dənizin fiziki və kimyası rəhbəri olmuşdur.
Alex Turner
Aleksandr Devid Törner (ing. Alexander David Turner; 6 yanvar 1986, Şeffild, Yorkşir və Hamber[d]) — ingilis musiqiçi, müğənni, bəstəkar və prodüser. Yeddi albom buraxdığı Arctic Monkeys rok qrupunun solisti və əsas mahnı müəllifi kimi tanınır. O həmçinin The Last Shadow Puppets adlı digər layihəsinin qurucusudur. Törner 16 yaşında olarkən üç dostu ilə öz doğma Şeffild şəhərində Arctic Monkeys qrupunu yaratdı. Onların ilk buraxılışı Whatever People Say I Am, That's What I'm Not (2006) o vaxt Britaniya tarixində ən sürətli satılan debüt albomu oldu və Rolling Stone-un bütün ən böyük debüt albomları siyahısında 30-cu yeri tutdu. "I Bet You Look Good on the Dancefloor" sinqlı Birləşmiş Krallıqda bir nömrəli hit oldu. Qrup sonrakı studiya albomları olan Favourite Worst Nightmare (2007), Humbug (2009), Suck It and See (2011), AM (2013) və Tranquility Base Hotel & Casino (2018) və The Car (2022)-da desert rok, indi pop, R&B və lounj musiqisini sınaqdan keçirdilər. Arctic Monkeys həm 2007, həm də 2013-cü ildə Qlastonberi Festivalına başçılıq etdi və 2012 London Yay Olimpiya Oyunlarının açılış mərasimində çıxış etdi. The Last Shadow Puppets qrupunun qurucusu kimi Törner və Mayls Keyn iki simfonik pop albomu buraxdılar, bunlar: The Age of the Understatement (2008) və Everything You've Come to Expect (2016).
Amblyseius murteri
Bill Mürrey
Bill Mürrey (ing. William James Murray; doğ. 21 sentyabr 1950) — amerika akyoru, «Qızıl Qlobus» BAFTA mükafatları laureatı. == Həyatı == Bill Mürrey 1950-ci il sentyabrın 21-də ABŞ-nin İllinoys ştatında anadan olub. Əslən irlandiyalı, katolik idilər. Yezuit məktəbində oxumuşdu. Mürrey "Qızıl qlobus" və "BAFTA" mükafatları laureatıdır. Mürreyi məşhurlaşdıran "Kabus ovçuları", "Tərcümənin çətinlikləri", "Sınmış çiçəklər" kimi filmlərdir. Amerikalı yazıçı Denni Rubinin hekayəsinin motivləri əsasında 1993-cü ildə rejissor Harold Remisin çəkdiyi fantastik komediya olan "Marmot günü" filmində baş rolları Bill Mürrey və Endi Makdauell oynamışdılar.
Brendan Murrey
Brendan Mürrey (ing. Brendan Murray; d. 16 noyabr 1996, Qoluey, İrlandiya) — İrlandiya müğənnisi. O, İrlandiyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === 2014-2016: Hometown qrupu === 2014-cü ildə Brendan Mürrey yeni yaradılmış İrlandiyalı Hometown musiqi qrupuna üzv seçilmişdir. Üzvü olduğu qrupun İrlandiyada üç mahnısı hitə çevrilmişdir. Onların 2015-ci ilin noyabr ayında işıq üzü görən debüt albomu İrlandiya albom siyahılarında ilk beşliyə yüksəlmişdir. 2016-cı ilin dekabr ayında isə qrup qeyri-müəyyən müddətə fasiləyə ayrıldığını elan etmişdir. === 2017-indiki zaman: Avroviziya Mahnı Müsabiqəsi === 2016-cı ilin dekabr ayında İrlandiyanın RTE telekanalı Brendan Mürreyin İrlandiyanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil edəcəyini açıqlamışdır. Müğənninin Avroviziyada ifa edəcəyi mahnı olan "Dying To Try" 2017-ci ilin mart ayında təqdim edilmişdir.
Death Note Another Note: The Los Angeles BB Murder Cases
Death Note Another Note: The Los Angeles BB Murder Cases (yap. アナザーノート — ロサンゼルスBB連続殺人事件) — Death Note manqasının prikvelı olan Nisio İsinin ranobesi.