Mürvət Şərifov (tam adı: Mürvət Rəhim oğlu Şərifov; 1932, Müsəlləm, Qafan rayonu, Ermənistan SSR, SSRİ – 19 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Mürvət Şərifov | |
---|---|
Mürvət Rəhim oğlu Şərifov | |
Doğum tarixi | |
Doğum yeri | Müsəlləm, Qafan rayonu, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | 20 Yanvar faciəsi |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
1932-ci ildə Ermənistan SSR Qafan rayonunun Müsəlləm kəndində anadan olmuşdur.
Uzun müddət — 36 il "Zəngəzur mis-molibden kombinat"ında işləmişdir. 6 övlad böyüdüb boya-başa çatdırmışdır.
1988-ci ildə azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur.[2]
1990-cı ilə iki övladı, — Roza və Bayram ali təhsil almış, qızları Əsmər və Kifayət orta ixtisas məktəbini bitirmişdilər. Məlahət Azərbaycan Sənaye Universitetində oxuyurdu. Sonbeşik Səadət isə məktəbli idi.[3]
Gəlini Şərifova Fatma Əsab qızının dedikləri:[3]
Güllə səsinə küçəyə çıxdıq. Gördük ki, əsgərlər küçədə bir KRAZ, bir Jiquli və bir avtobus maşınının sürücüsünü güllələdilər. Sonra cinayəti ört-basdır etmək üçün küçədəki işıqları avtomat atəşləri ilə sındırdılar, sonra isə bizə tərəf güllələr yağmağa başladı. Qayınatam və qayınanam, həmçinin qonşularımız Vaqif və atası Tahir yaralandılar. Biz onları Semaşko xəstəxanasına apardıq. Qaynatam Mürvət yolda keçindi. Xəstəxanaya çatdıq. Bir azdan isə işıqlar söndü. Qaynanam Nazpəri ayağından yaralanıb, müalicə olunur. |
Şəhidlər xiyabanında dəfn edilmişdir.
Bakı, R. Behbudov küçəsi 77, mənzil 12.