Fürer

Nasional sosializm
Əsas anlayışlar
İdeologiya
Tarix
Şəxslər
Təşkilatlar
Nasist partiyası və hərəkatı
Yaxın anlayışlar
Fürer Adolf Hitler

Fürer (alm. Führer‎) — alman dilində söz, tərcüməsi "rəhbər", "lider", "öncül" deməkdir.

Üçüncü reyxdə dövlət başçısının rəsmi vəzifəsi, həmçinin bir sonrakı ordu rütbələrinin söz birləşməsində bir hissəsi, şturmbanfürer, qruppanfürer və s. Fürer, Nasional Sosialist Alman Fəhlə PartiyasınınÜçüncü Alman İmperatorluğunun rəhbəri olduğu dövrdə, Adolf Hitlerin istifadə etmiş olduğu və "lider" mənası verən addır. Fürer, "tək xalk, tək imperatorluq və tək lider"(Ein Volk, ein Reich, ein Führer) devizinin tələb etdiyi şəkildə, bütün xalqın nümayəndəsi olmaqla bərabər, partiyanın və dövlətin rəhbəridir. Nasional Sosializmdə xalqın milli və sosial vahidliyinin bərabərliyini təmin etməkdə məsul şəxs olan Fürer, xalqın və dövlətin lehinə işlər həyata keçirməyə borcludur. Ciddi qərarlar qəbul edir. O, xalqın istədiklərini öz mənliyində hiss edərək həyata keçirdər və diqqət mərkəzinə götürər. Xalqının yol Ulusun yol göstərənidir və xalqı üçün fəaliyyət göstərir. Fürer, xalqının bir hissəsi olan insanların yaşadığı ölkə üçün ən yaxşı olanı etməlidir. Qanunları Fürer yaradar və yoxlayırdı.

Fürer və Reyxkansler

[redaktə | mənbəni redaktə et]

2 avqust 1934-cü ildə, Alman İmperatorluğunun Rəhbərliyi Haqqında Qanun çıxandan sonra, prezident Paul von Hindenburgun sahib olduğu bütün səlahiyyətlər və dövlətin rəhbərliyi Adolf Hitlerin Reyxkanslerlik vəzifəsi ilə birləşdirildi. "Führer und Reichskanzler", yəni Fürer və Reyxkansler vəzifəsi konstitusiya ilə qorunmağa başlanıldı və Hitler bu rəsmi adı öldüyü 30 aprel 1945-ci ilə kimi istifadə etmişdir. Fürer məqamı, nasional sosialist idarə-üsulunda xalqın nümayəndələrinin qəbul edildiyi idarə üsuluydu, bir diktatorluq olmadığı bildirilirdi və Hitler özünün bir diktator olduğu fikrini qəbul etmirdi. Fürerlik məqamının qəbulu ilə əlaqədar olan qərarnamə bir referendum yolu ilə Hitlerin açıq tələbi ilə qanuni elan edilmişdir.

Hitlerin fəxri adları

[redaktə | mənbəni redaktə et]
  • Alman Xalqının Ali Hakimi (Oberster Richter des Deutschen Volkes): 1934-cü il 30 iyunda baş tutmuş olan Uzun bıçaqlar gecəsindən sonra verilən ad.
  • Alman İmperatorluğunun Birinci Əsgəri (Erster Soldat des Deutschen Reiches): 1939-cu ilin sentyabr ayının 1-də başlamış Polşa kampaniyası uğurla bitməsindən sonra verilən ad.
  • Yeni Almaniyanın Birinci İşçisi (Erster Arbeiter des neuen Deutschland): Nasional Sosializmin həyata keçirmiş olduğu reformasiyaların uğurla başa çatmasından sonrakı yeniliklərə görə Hitlerə verilən ad.
  • Bütün Dövrlərin Ən Böyük Hərbi Komandiri (Größter Feldherr aller Zeiten): 1940-cı ildə Benilüks ölkələrinin uğurla ələ keçirilməsindən sonra Marşal Wilhelm Keitel tərəfindən Hitlerə layiq görülmüş ad.[1]
  • Avropanın Hərbi Lideri (Heerführer Europas): Sovet bolşevizminə qarşı Avropa qitəsində davam edən mübarizənin rəhbəri olaraq Hitlerin göstərilməsi məqsədilə Almaniya Təbliğat Nazirliyi tərəfindən Barbarossa əməliyyatı başladıqdan sonra Hitlerə verilən ad.
  • Müqəddəs Dağın Ali Qoruyucusu (Hoher Protektor des heiligen Berges): 1941-ci ildə Yunanıstanın Hitlerin müttəfiqləri tərəfindən işğalından sonra, Athos Dağı və Monastırdakı dövlət rahiblərinin Bolşeviklərə və Yəhudilərə qarşı təbii bir müttəfiq olaraq Hitleri gördülər Hitlerin şəxsi dəstəyi ilə dövlətdə özlərinə mövqe qazanmaq məqsədilə Hitlerin dəstəyini qazanmaq istədilər. Hitler bunu qəbul etdi və Yunan hökuməti müharibənin sonunda yenidən müstəqil bir dövlət yaradana kimi rahiblər tərəfindən bu adla tanındı.

Stellvertreter des Führers

[redaktə | mənbəni redaktə et]

Almaniya Nasional Sosialist Fəhlə Partiyası tərəfindən siyasi məsələlərdə fürerə yardım etmək üçün, Hitlerə köməkçi olaraq "Stellvertreter des Führers", yəni Millət vəkili Fürer adı verilmişdi. Bu məqamın məqsədi, yuxarı dövlət orqanları ilə partiyanın bölmələri arasında sıx əməkdaşlığı təmin etmək və nasional-sosialist idarə üsuluna əsaslanan Üçüncü Alman İmperatorluğunu daha yaxşı bir səviyyədə idarə etmək idi.

  1. Gordon A. Craig: Germany 1866–1945 (= Oxford History of Modern Europe), Oxford University Press, ISBN 0-195-02724-8.