Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Buton
Buton — Sulavesi yarımadasından cənub-şərqdə yerləşir. İndoneziyanın ərazisinə daxildir. Ərazisi 4408 km²-dir. Ərazisinə görə dünyada 119-cu, İndoneziyada isə 19-cu yerdə gedir. == Tarixi == Koloniyalaşma dönəminə qədər Butunq adı ilə tanınırdı. Ada Ternate adasının əhatə dairəsinə daxil idi. XVI əsrdə Ternat dövlətinin mühüm mərkəzlərindən biri olmuşdur. Əsas ticarət mərkəzlərindən biri olmuşdur. == Coğrafiya == Adanın böyük hissəsi tropik meşə ilə örtülüdür. Buton dünyada iki yerdən biridir ki, burada cırtdan camış olan anoa yayılmışdır.
Luton
Luton (ing. Luton [ˈluːtən]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Quton dağı
Quton dağı (avar. Гъудон, rus. Гутон) — Azərbaycan Respublikası (Balakən və Zaqatala rayonları) və Rusiya Federasiyası (Dağıstan Respublikası) sərhədində yerləşən dağ. Qutonun cənub yamacları Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. == Coğrafiya == Dağ Baş Qafqaz silsiləsi silsiləsində yerləşir. Hündürlüyü 3648 m-dir. Samurçay və Katexçay çayları Quton dağın yamaclarından başlayır. Dağda subalp və alp çəmənlikləri var, dağın zirvəsi qayalıqdır.
Yoşinori Muto
Yoşinori Muto (d. 15 iyul 1992) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 18 oyun keçirib, 2 qol vurub.
Yuki Muto
Yuki Muto (d. 7 noyabr 1988) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 2 qol vurub.
Aiton
Vilyam Ayton (ing. William Aiton, 1731[…], Hamilton – 2 fevral 1793, Riçmond[d], Böyük London) — şotland botaniki və bağçısı. == Əsərləri == Hortus Kewensis (3 cilddə, London, 1789) == Ədəbiyyat == Taylor, George. Aiton, William. // Dictionary of Scientific Biography 1. New York: Charles Scribner's Sons. 1970, 88–89. ISBN 0-684-10114-9. Aiton William (1731–1793) (ing.) Dictionary of National Biography, 1885–1900, Volume 01 == İstinadlar == International Plant Name Index.
Anton
Anton — rus kişi adı. Anton Arenski — Anton Rubenşteyn — Anton Denikin — Anton Purseladze — Anton Yelçin — ABŞ aktyoru.
Apton
Apton (Kvebek)
Beton
Beton (frans. béton) — təbii daşın tikintidə yaratdığı çətinlikləri aradan qaldırmaq üçün istifadə olunan süni daş material. Beton səmərəli şəkildə seçilmiş, əsaslı qarışdırılmış və sıxlaşdırılmış tərkibli hər hansı bir mineral yapışdırıcı, doldurucu, su və bəzən xüsusi əlavələrdən ibarət qarışığın bərkiməsi nəticəsində yaranır. Bərkiməsindən öncə bu komponentlərin qarışığı beton qarışığı adlanır. Bu qarışıq müxtəlif tərkiblərə bölünür. Su və yapışdırıcı beton tərkibində əsas və aktiv maddələrdir. Onların kimyəvi qarşılıqlı təsiri nəticəsində yapışqan xəmir konsistensiyalı (sement xəmiri, sement südü) yeni birləşmə yaranır. Həmin birləşmə xırda və iri doldurucunun dənələrini nazik layla bürüyür. Bir müddət keçdikdən sonra dənələri sıxlaşdıraraq bu birləşmə bərkiyir və beləliklə beton qarışığı möhkəm monolit daşa — betona çevrilir. Doldurucular (qum, ələnti, qırmadaş, çınqıl və s.) betonun tərkibinin 80–85%-dək təşkil edir və sıxılmanın qarşısını alaraq betonun möhkəm skeletini yaradır.
Butan
Butan (dzonqxa: Druk Yul) və ya rəsmi adı ilə Butan Krallığı (dzonqxa: Druk Yul Kap — Əjdaha ölkəsi) — Cənubi Asiyada dövlət. Butan şimal və şimal-qərbdə Çin, cənub, cənub-qərb və şərqdə Hindistanla həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Thimphu şəhəri, ümumi sahəsi 38,394 kvadrat kilometrdir. Butanın dənizə çıxışı yoxdur. == Ümumi məlumat == Cənubi Asiyada dövlət. Şimal-qərbdə və şimalda Çinlə, cənub-qərbdə, cənubda və şərqdə Hindistanla həmsərhəddir. Sah. 46,65 min km². Əh. 758,7 min (2013).
Butin
Butin (C4H6) — Alkinlər sinfindən doymmamış karbohidrogen.
Elton
Elton — Kişi adı. Bu adı olan tanınmışlar Elton Hüseynəliyev — azərbaycanlı müğənni. Elton Məmmədov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. Elton Meyo — Əslən avstraliyalı Amerika sosioloqu. Elton Quliyev — Vəkil Elton İbrahimov — müğənni, musiqiçi, rəqqas. Elton Con — ingilis pop/rok müğənnisi, bəstəkar, pianoçu.
Eston
Estonlar Estoniyanın əksəriyyətini meydana gətirən və ölkənin rəsmi dili olan Eston dili danışan etnik qrupa verilən addır. Estonlar, minlərlə il əvvəl Ural dağlarına sonrakı həyatdan olduqları bölgəyə köç etmişlər.
Foton
Foton (ing. photon) və ya qamma kvant – elektromaqnit şüalanmasının (dar mənada işığın) kvantı olan stabil elementar zərrəcik. Dörd fundamental qüvvədən biri olan elektromaqnit qüvvəsinin daşıyıcısıdır. Bozonlar qrupuna aiddir. Sükunət kütləsi və elektrik yükü sıfıra bərbərdir. Kainatda hər atoma qarşılıq təqribən 1 milyard foton mövcuddur. == Ümumi baxış == Tanınmış Fermilab-ın (Fermi National Accelerator Laboratory) üzvü Don Linkoln "Understanding the Universe: from Quarks to the Cosmos" kitabında fotonu belə təsvir edir: Fotonlar, kainatdakı hər maddədən, hər istiqamətə doğru, çox sayıda yayılmaqdadır və kainatdakı ən yüksək sürət ilə fəzada irəliləməkdədir. Bir fotonu digər fotonlardan ayıran üç vacib xüsusiyyəti vardır: "Fotonun enerjisi" (dalğa uzunluğu) "Fotonun hərəkət istiqaməti" (momentum istiqaməti) "Spin istiqaməti" (polyarizasiya istiqaməti) Bir fotonun enerjisinin verilməsi, dalğa uzunluğunun və ya tezliyinin də verilməsi deməkdir. Dalğa uzunluğu, fotonun enerjisi ilə tərs mütənasibdir. Yüksək enerjili fotonların dalğa uzunluğu kiçik, aşağı enerjili fotonların dalğa uzunluğu böyükdür.
Koton
Koton — məşhur polis itlərindən biridir. Alman itidir. == Polis karyerası == Sahibi Patterson adlı polis işçisi olan Koton polis iti olub. Missuri ştatının Kanzas-Siti şəhərində polis itlərdən biri kimi çalışmışdır. Koton 24-dən artıq cinayətin üstünü açmışdır. 1991-ci ilin noyabr ayının əvvəllərində təqribən 1,2 milyon qiyməti olan 10 kq-lıq kokain aşkar etmişdir. 18 noyabr 1991-ci ildə Kanzas-Siti şəhərində sahibi polis Pattersonla birlikdə cinayətkar tərəfindən açılan atəş nəticəsində ölmüşdür. == Film karyerası == Koton yalnız bir filmdə iştirak etmişdir. Bu film 1989-cu ildə çəkilmiş "K-9" filmidir. Filmdə "Cerri Li" (Jerry Lee) rolunda polis it kimi çıxış etmişdir.
Kutan
Kutan (Sərdəşt) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. Kutan-i Süfla (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd.
Luzon
Luson adası (taqal Luzon, isp. Luzón) — Filippin adaları arasında ərazisinə görə ən böyük ada. Adaların dünyada sahəsinə görə sıralamasında 15-ci yerdə gedir. Adanın sahəsi 109 964,9 km² təşkil edir. Burada 52 990 000 nəfər (2015) yaşayır. Adanın cənubunda Filippinin ən böyük iki şəhəri yerlışir: Manila və Keson. Manila ölkənin paytaxtıdır. Keson isə ölkədə ən çox əhalisi olan şəhərdir. Qədim xəritələrdə adanın adı Lusoniya və ya Yeni Kastilya olmuşdur. Adada yaşıyanlara hər zaman Lusonlular deyilirdi.
Anton (İzer)
Anton (fr. Anthon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Pon-de-Şeryuy kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38011. Kommunanın 1999-cu il üçün əhalisi 917 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 182 ilə 249 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 410 km cənub-şərqdə, Liondan 26 km şərqdə, Qrenobldan 80 km şimal-qərbdə yerləşir.
Anton Mailyan
Anton Sergeyeviç (Sarkisoviç) Mailyan (erm. Անտոն Սարգսի Մայիլյան; 16 (28) mart 1880, Tiflis – 20 aprel 1942, Bakı) — erməni bəstəkarı, xormeyster, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1930). == Həyatı == Anton Sergeyeviç (Sarkisoviç) Mailyan 1880-ci il martın 28-də Tiflis şəhərində anadan olmuşdur. İlk təhsilini Nersisyan məktəbində almışdır. İlk musiqi təhsilini Tbilisidəki Müəllimlər Seminariyasında Makar Yekmalyan, Xristofor Qara-Mirzə kimi bəstəkarlardan almışdır. 1900–1903-cü illərdə Rus Musiqi Cəmiyyətinin nəznindəki Tbilisi musiqi məktəbində N.D.Nikolayevin bəstəkarlıq sinfində oxumuşdur. Qısa müddət Tbilisidəki Müəllimlər Seminariyasında dərs demişdir. 1906-cı ildə Bakıya köçərək, burada yaşayıb yaratmışdır. 1918–1919-cu illərdə Tbilisidə musiqi dərsi vermişdir. 1920-ci ildə yenidən Bakıya qayıtmış və sosialist Bakısında fəaliyyət göstəmişdir.
Anton Makarenko
Anton Makarenko (13 mart 1888[…] və ya 1 (13) mart 1888, Belopolye[d], Xarkov quberniyası[d] – 1 aprel 1939[…], Qolitsıno[d], Moskva vilayəti) — SSRİ pedaqoqu və yazıçısı. == Həyatı == Sovet məktəb və pedaqoji fikrin ən məşhur siması əslən ukraynalı Anton Semyonoviç Makarenkodur. O, Poltava Müəllimlər İnstitutunu qızıl medalla bitirmiş və Kryukova ibtidai məktəb müfəttişi vəzifəsinə təyin olunmuşdur. A. S. Makarenko 1920-ci ildə davranış pozuntusu olan yeniyetmələr koloniyasına müdir təyin olunmuşdur.1926-cı ilin may ayında bu koloniya bərbad halda olan Kuryajdakı koloniya ilə birləşdirməli oldu. Bunun üçün koloniya Kuryaja köçdü. Makarenkonun rəhəbrlik etdiyi koloniyada 150-yə yaxın uşaq və yeniyetmə olduğu halda, Kuryajdakı koloniyada 280 uşaq vardı. Makarenkonun Qorki adına Koloniyadan gətirdiyi yaxşı ənənələrin dağılması və çoxluqda olan kuryajların təsiri altına düşüb əriməsi qorxusu vardı, lakin Makarenkonun çox incə, psixoloji cəhətdən dəqiq düşünülmüş pedaqoji taktı və tədbirlər sistemi bu çətinliyə qalib gəldi. 1927-ci ildə Ukrayna çekistlərinin toplamış olduğu vəsait hesabına Dzerjinskiyə xatirə olaraq onun adına yurdsuz uşaqlar üçün bir kommuna təşkil etmək qərara alındı. 1927-ci ilin axırlarında kommunanın rəsmi açılışı oldu. Onun rəhbərliyi ilə idarə olunması A. S. Makarenkoya tapşırıldı.
Apton (Texas)
Apton rayonu (ing. Upton county) — Amerika Birləşmiş Ştatlarının Texas ştatında yerləşən rayon. 2000-ci ildə bu rayonda 3404 nəfər yaşayırdı. 2008-ci ildə ABŞ siyahıyaalma bürosunun qiymətləndirməsinə görə, rayonun əhalisi cüzi miqdarda artaraq 3149 nəfər olmuşdur. Rayonun mərkəzi Rankin şəhəridir. == Tarixçəsi == Apton rayonu 1887-ci ildə Tom-Qrin rayonunun bir hissəsindən yaradılıb. Bu rayon konfederasiyalar ordusunun polkovniklərinin şərəfinə adlandırılmışdır.
Baster Kiton
Cozef Frenk Kiton, səhnə adı Baster Kiton (ing. Buster Keaton; 4 oktyabr 1895[…] – 1 fevral 1966[…], Vudlend-Hillz[d], Kaliforniya) — amerikalı komediya aktyoru və rejissoru, səssiz kinonun ən tanınmış komiki, əfsanəvi "Şerlok-kiçik" , "Naviqator" və "General" filmlərinin yaradıcısı. == Bioqrafiya == Kitona "Baster " (ing. Buster-dəliqanlı) təxəllüsünü məşhur illuzionist Harri Hudini vermişdir. Ona bu təxəllüsün verilməsinin səbəbi Kitonun 6 aylığında pilləkandan yıxılaraq heç bir xəsarət almaması olmuşdur. 3 yaşından səhnədə "3 Kiton" şousunda iştirak etmiş və çox sevilmişdir. Buster Keaton Production kinokompaniyasını yaratmışdır. Atası, Con Kiton "Tibbi şou"da Harri Quddininin tərəf yoldaşı olmuşdur. Basterin atası rəqs edir və salto aşırdı. Baster isə anasının saksafonda ifa etdiyi zaman kart fokusları göstərərək tamaşaçıları heyrətləndirirdi.
Bubon taunu
Bubon taunu — taunun insanlarda ən çox təsadüf edilən forması. Taun — daşıyıcıları siçanlarda parazitlik edən bitlər olan Yersinia pestis bakteriyası tərəfindən törədilən kəskin təbii bakterial mənşəli xəstəlikdir. Kəskin təhlükəli infeksiya hesab edilir. İnkubasiya dövrü 2-6, nadir hallarda isə 1-12 gün olur.
Anton Muxlinski
Anton Osipoviç Muxlinski (rus. Антон Осипович Мухлинский; 1808[…] – 13 oktyabr 1877, Varşava) — polyak Rusiya türkoloqu. == Həyatı == Anton Osipoviç Muxlinski 1808-ci ildə anadan olmuşdur. 1828-ci ildə Vilnus Universitetini bitirmişdir. Daha sonra şərq dillərini araşdırmaq üçün Sankt-Peterburq Universitetinə daxil olmuş və 1836–1839-cu illərdə orada ərəb dilindən dərs vermişdir. 1839-cu ildə isə türk dilləri üzrə professor adını qazanmışdır. 1849–1866 illərdə Peterburq Universitetinin şərq dilləri kafedrasında çalışmışdır. Öz dövrünün türkoloqları arasında xüsusi yer tutmuş Muxlinski 1858-ci ildə "Zrodloslownik wyrazöw ktöre przeszly do naszej mowy z jçzyköw wschodnich" elmi əsərində polyak dilindəki türk alınmaları araşdırmışdır. Müəllifin 1857-ci ildə nəşr edilmiş "Issledovanie o proishozdenii i sostojanii Litevskih tatar" adlı çalışması türkologiya üçün dəyərli bir əsərdir. Anton Muxlinski 13 oktyabr 1877-ci ildə Varşavada 69 yaşında vəfat etmişdir.
Anton Obolaşvili
Anton Obolaşvili (gürc. ანტონ ობოლაშვილი) gürcü siyasətçi. 2020-ci illər arasında Gürcüstan Parlamentinin üzvü olub.
Qutan
Qutan (lat. Pelecanus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinin qutanlar fəsiləsinə aid heyvan cinsi.
Bütöv Azərbaycan
Bütöv Azərbaycan — hazırda azərbaycanlıların yaşadığı və tarixən əsasən azərbaycanlılar yaşamış ərazilərin birləşdirilməsini nəzərdə tutan milli ideya. == Ərazi == Bütöv Azərbaycan ərazisinə bu ərazilər daxildir: Cənubi Azərbaycan — İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan, Ərdəbil, Qəzvin, Həmədan Qum Mərkəzi ostanları və Astara şəhristanı. Qərbi Azərbaycan — Ermənistanın bütün ərazisi. Dərbənd — Rusiyanın Dərbənd rayonu, Dağıstan Respublikası. Borçalı — Gürcüstanın Aşağı Kartli diyarı. Kərkük, Ərbil və s. — İraq. Bütöv Azərbaycan ideyasının ideoloqlarından biri Azərbaycan Respublikasının eks-prezidenti Əbülfəz Elçibəy hesab olunur.