Anton Sergeyeviç (Sarkisoviç) Mailyan (erm. Անտոն Սարգսի Մայիլյան; 16 (28) mart 1880[1], Tiflis[1] – 20 aprel 1942[1], Bakı[1]) — erməni bəstəkarı, xormeyster, pedaqoq, ictimai xadim, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1930).[2]
Anton Mailyan | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 16 (28) mart 1880[1] |
Doğum yeri | |
Vəfat tarixi | 20 aprel 1942[1] (62 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, xormeyster, musiqi pedaqoqu, ictimai xadim |
Fəaliyyət illəri | 1905–1942 |
Janrlar | klassik musiqi, opera, balet[d] |
Təhsili | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Anton Sergeyeviç (Sarkisoviç) Mailyan 1880-ci il martın 28-də Tiflis şəhərində anadan olmuşdur. İlk təhsilini Nersisyan məktəbində almışdır. İlk musiqi təhsilini Tbilisidəki Müəllimlər Seminariyasında Makar Yekmalyan, Xristofor Qara-Mirzə kimi bəstəkarlardan almışdır. 1900–1903-cü illərdə Rus Musiqi Cəmiyyətinin nəznindəki Tbilisi musiqi məktəbində N.D.Nikolayevin bəstəkarlıq sinfində oxumuşdur. Qısa müddət Tbilisidəki Müəllimlər Seminariyasında dərs demişdir. 1906-cı ildə Bakıya köçərək, burada yaşayıb yaratmışdır.[3][4]
1918–1919-cu illərdə Tbilisidə musiqi dərsi vermişdir. 1920-ci ildə yenidən Bakıya qayıtmış və sosialist Bakısında fəaliyyət göstəmişdir. 1930-cu ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüş, 17 aprel 1938-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.
20 aprel 1942-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Bakının neft rayonlarında ilk fəhlə xorları təşkil etmişdir. Anton Mailyan "Gülnaz nənənin nağılları" (erm. Գյուլնազ տատի հեքիաթը, Qazaros Ağayanın əsəri üzrə, 1906), "Gözəl bahar" (1925), "Zizik" (erm. Զիզիկ, 1926), "Bəxt çəyirdəyi" (erm. Բախտի կորիզը, 1926), "Dəcəl Mikiç" (erm. Չարաճճի Միկիչը, Hovannes Tumanyanın əsəri üzrə, 1926) uşaq operalarının, "Tmblaç Xaqan" (1929), "Molla Nəsrəddin" (1940) musiqi komediyalarının, vokal-simfonik, kamera-instrumental əsərlərin, dram tamaşalarına musiqinin və s. müəllifidir.[2][4]
Onun Azərbaycan və erməni xalqlarının dostluğundan bəhs edən "Səfa" (1933) operası 1939-cu ildə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur (libretto müəllifi M.S.Ordubadi, quruluşçu rejissor S.Dadaşov).[2]
1910–1917-ci illərdə Bakıda erməni dilində çıxan "Teatr və musiqi" (erm. Թատրոն և երաժշտություն) jurnalının baş redaktoru olmuşdur.[3]