Baster Kiton

Cozef Frenk Kiton, səhnə adı Baster Kiton (ing. Buster Keaton; 4 oktyabr 1895[1][2][…]1 fevral 1966[1][3][…], Vudlend-Hillz[d], Kaliforniya[5][6]) — amerikalı komediya aktyoru və rejissoru, səssiz kinonun ən tanınmış komiki, əfsanəvi "Şerlok-kiçik" , "Naviqator" və "General" filmlərinin yaradıcısı.

Baster Kiton
ing. Buster Keaton
Doğum adı Joseph Frank Keaton[4]
Doğum tarixi 4 oktyabr 1895(1895-10-04)[1][2][…]
Vəfat tarixi 1 fevral 1966(1966-02-01)[1][3][…] (70 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi
Dəfn yeri
  • Hollivud-Hillz qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti komediyaçı, film prodüseri, yazıçı, montajçı[d], hərbi qulluqçu, kaskadyor, televiziya aktyoru, teatr aktyoru, kinorejissor, aktyor, prodüser, kino aktyoru, zabit, rejissor, ssenarist
Fəaliyyət illəri 1917–1966
Boyu 165 sm
IMDb ID0000036
busterkeaton.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kitona "Baster " (ing. Buster-dəliqanlı) təxəllüsünü məşhur illuzionist Harri Hudini vermişdir. Ona bu təxəllüsün verilməsinin səbəbi Kitonun 6 aylığında pilləkandan yıxılaraq heç bir xəsarət almaması olmuşdur. 3 yaşından səhnədə "3 Kiton" şousunda iştirak etmiş və çox sevilmişdir. Buster Keaton Production kinokompaniyasını yaratmışdır.

Atası, Con Kiton "Tibbi şou"da Harri Quddininin tərəf yoldaşı olmuşdur. Basterin atası rəqs edir və salto aşırdı. Baster isə anasının saksafonda ifa etdiyi zaman kart fokusları göstərərək tamaşaçıları heyrətləndirirdi.

Baster 6 aylığında pilləkandan yıxılaraq ağlamağa başlayır. Yıxılanın yanında olan Hudini onu qaldıraraq belə demişdir : "İlahi, bu nə yıxılma idi" (OMG, what a buster). Sonra balaca Kiton bir neçə yanğın və dəmiryolu qəzası keçirməsinə baxmayaraq, xoşbəxtlikdən sağ qala bilmişdi. Bundan sonra o şəhadət barmağı ilə oynağını bərk əzmiş, sonra başına kərpic düşmüş və ən nəhayət qasırğa qurbanı olmuşdur. Qasırğa zamanı hava qıfı uşağı özü ilə yuxarı mərtəbəli evdən apararaq bir küçədə yerə endirmişdir. Valideynləri uşağın səhnədə, yəni onların yanında təhlükəsiz olduğunu anlayaraq onu özləri ilə aparırlar.

3 yaşından Baster valideynləri ilə səhnədə çıxış etməyə başlamışdır. Kitonların teatrı çoxlu qastrollarda olurdu. Kitonlar ailəsi ancaq uşaq əməyinə görə məsuliyyətə cəlb olunmayan yerlərdə qastrollarda olurdular. Uşağın istedadı hamıya məlum idi. Tamaşaçılar ilk dəfə səhnəyə Böyük Kitonla yanaşı onun dizi boyda olan Balaca Kitonun çıxmasını görəndə həddindən çox gülmüşdülər. Çünki Baster atasının geyindiyi parik və paltarları geyinmiş, onun hərəkətlərini yamsılayırdı. 2 ildən sonra onun atası səhnəyə yeni nömrə qoyur. Basterin valideynləri bir-birinə əşyalar atmaqla ailə mübahisələrini səhnədə nümayiş etdirirdilər. Sonda isə bir-birlərinə öz oğullarını atırdılar. Hər dəfə oğlan gurultu ilə yerə dəyir, yerindən duraraq gülüşsüz şəkildə tamaşaçılardan bu cür üzr istəyirdi: "Bağışlayın, mən yıxıldım". Atası ona səhnədə gülməyi qadağan etmişdi. "3 Kiton" şousu möhtəşəm şöhrət qazanmışdı. Basteri heç kimin şübhə etmədiyi böyük gələcək gözləyirdi.

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

Kitonun təxəllüslərindən biri "Daş sifətli insan" və ya "Gülüşsüz komik" idi. Onun bacarığı ekranda ən absurd situasiyaları oynayarkən sifətinin ifadəsini dəyişməmək idi.

Nyu-York qanunlarına görə, 7 yaşından az olan uşaqlar səhnəyə buraxılmırdı. Kitonun 5 yaşı olanda Toni Pastor Basterin artıq 7 yaşı olduğuna and içmişdi.

Uşaqların müdafiəçiləri ilə pis hadisədən qaçmaq üçün, bəzi teatrların menecerləri Kitonu karlik kimi reklam edirlər.

1935 — Operada gecə

1938 — N şəhərində həyat

1946 — Evlənmək asandır

1932 — Hollivud handikanı

1920 — Balda

1917 — Koni adası

1936 — Kimyaçı

1939 — Qərbdən olan taun

1940 — Yeni Ay

1950 — Sanset bulvarı