Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nankin
Nankin — Çin Xalq Respublikasının şəhəri. 2014-cü ildə Yeniyetmələrin II Yay Olimpiya Oyunları Nankin şəhərində keçirilmişdir.
Nankin Universiteti
Nankin Universiteti (çin. 南京大學) — Çin Xalq Respublikasının Nankin şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1902-ci ildə qoyulmuşdur. Çində qızların qəbul edildiyi ilk ali məktəbdir. 1937-ci il İkinci Çin-Yapon müharibəsi dövründə Nankin Universiteti Tsinxua və Pekin Milli universitetləri ilə, daha sonra isə Kunmin əyalətində yerləşən Birləşmiş Cənub-Qərbi Milli Universiteti ilə Çanqşa şəhərində Çanqşa Müvəqqəti Universiteti adı altında birləşdirilmişdir. == Kitabxanası == Universitetin zəngin kitabxana fondu var. == Xarici əlaqələri == Şərqi Asiya Tədqiqat Universitetləri Assosiasiyasının üzvüdür.
Nankin müqaviləsi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840–1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. == Tarixi == Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Nankin qırğını
Nankin qırğını ( çin. ənən. 南京大屠殺, sadə. 南京大屠杀, pinyin: nánjīng dàtúshā - İkinci Çin-Yapon Müharibəsinin bir epizodu. Bu zaman Çin Respublikasının paytaxtı Nankin şəhərində yapon əsgərləri dinc əhaliyə qarşı kütləvi qətllər və zorlamalar törətmişlər. Zorakılıq 1937-ci il dekabrın 13-dən, yaponların şəhəri tutduğu gündən başlayaraq altı həftə davam etdi. Bu dövrdə Yapon İmperator Ordusunun əsgərləri müxtəlif hesablamalara görə 40.000-dən 500.000-ə qədər çinli mülki şəxs və tərksilah edilmiş əsgərləri qətlə yetirmiş, həmçinin çoxlu sayda zorlama və soyğunçuluq törətmişlər. Bu cinayətlərin əsas günahkarlarından bir neçəsi Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunal və Nankin Müharibə Cinayətləri Tribunalı tərəfindən mühakimə olunaraq edam edilmişlər. Bununla belə, bu qırğınların törədilməsində əsas günahkar kimi güman olunan Yapon imperator ailəsinin üzvü olan şahzadə Asako, əvvəlcədən anti-Hitler koalisiyasındakı müttəfiqlərdən mühakimə olunmaqdan immunitet aldığı üçün, cinayət məsuliyyətinə cəlb olunmaqdan kənarda qalmağa müvəffəq oldu. Nankin qırğınına həsr olunmuş yapon hərbi arxivlərin əksəriyyəti 1945-ci ildə Yaponiyanın təslim olmasından qısa müddət sonra məxfiləşdirilərək məhv edildiyi üçün tarixçilər zorakılıq qurbanlarının dəqiq sayını bilmirlər.
Nankin sazişi
Nankin sazişi — 29 avqust 1842-ci ildə Böyük Britaniya ilə Birinci tiryək müharibəsində (1840–1842) məğlub olan Çin (Tsin imperiyası) arasında bağlanmış müqavilə. == Tarixi == Nankin müqaviləsi Çinin xarici ölkələrlə bağladığı ilk qeyri-bərabər hüquqlu müqavilə idi. Müqaviləyə əsasən İngiltərə Çinin Kanton şəhərindən başqa daha dörd şəhəri (Amoy, Fuşjou, Ninbo və Şanxay) şəhərləri xarici dövlətlərlə ticarəti üçün açıq elan edildi. İngiltərə həmin şəhərlərdə konsulluq yaratmaq hüququ əldə etdilər. Beləliklə, "açıq qapılar" adlı sistemin əsası qoyuldu. Honkonq adası İngiltərənin sərəncamına keçdi. Çinə gətirilən ingilis mallarından alınan gömrük rüsumu 5%-dən artıq olmamalı idi. İngiltərənin ardınca ABŞ, Fransa, Rusiya və digər dövlətlər də Çini qeyri-bərabər hüquqlu müqavilələr bağlamağa məcbur etdilər. Birinci tiryək müharibəsi Çinin yarımmüstemlekeye çevrilmesinin başlanğıcını qoydu.
Nargin
Böyük Zirə adası — Xəzər dənizində Azərbaycanın Abşeron yarımadasının cənub hissəsində yerləşən ada. Böyük Zirə Bakı arxipelaqına daxildir və Bakı körfəzində yerləşir. Bakının sahil xəttindən 10,5 km məsafədə yerləşən Böyük Zirə adasının 1,4 km² sahəsi var. Uzunluğu 3,1 km ,eni 900 m təşkil edir. Relyefi qayalıq çöküntülərdən ibarət olan adanın qərb hissəsi bir qədər təpəlik, şərq hissəsi bir qədər hündür, şimal sahəsi sıldırımlı, cənub hissəsi isə bütünlüklə meyllidir. Adanın keçmiş adı Nargin olmuşdur. == Tarixi == === Etimologiya === Böyük Zirə adasının adı azərbaycan dilində "böyük" və ərəb mənşəli "cəzirə" (azərb. ada‎) sözündən yaranıb. XVII əsrdə ruslar, xüsusi olaraq da kazaklar Bakı arxipelaqına aid olan adalarının əksər adlarını dəyişmişdilər. Adaya 1719-cu ildə Rusiya İmperatoru I Pyotr dövründə Nargin adı verilib.
Naoki
Naoki — Yaponiyada ad. Naoki Matsuda — keçmiş Yaponiya futbolçusu. Naoki Sakay — keçmiş Yaponiya futbolçusu. Naoki Soma — keçmiş Yaponiya futbolçusu. Naoki Yamada — Yaponiya futbolçusu.
Nayin
Nayin — İranın İsfahan ostanının şəhərlərindən və Nayin şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 24,424 nəfər və 6,950 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Nayin dilində danışırlar.
Anakin Skayvalker
Ulduz müharibələri obrazı.
Arkadi Raykin
Arkadi İsaakoviç Raykin (latış. Arkādijs Raikins‎; rus. Аркадий Исаакович Райкин, 11 (24) oktyabr 1911, Riqa – 17 dekabr 1987, Moskva) — sovet teatr və kino aktyoru, SSRİ xalq artisti (1968), Lenin mükafatı laureatı (1980), Sosialist Əməyi Qəhrəmanı (1981). == Həyatı == Arkadi İsaakoviç Raykin 1911-ci il oktyabr ayının 24-də Riqa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1935-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Teatr Texnikumunu bitirmişdir. Əvvəllər Leninqrad fəhlə-gənclər teatrında, sonralar Lenin komsomolu adına teatrda, eyni zamanda estradada çıxış etmişdir. 1939-cu ildə Moskvada keçirilən Ümumittifaq estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. 1939-cu ildə Leninqrad Estrada və Miniatür Teatrının artisti, sonradan bədii rəhbəri və quruluşçu rejissoru olmuşdur. 1982-ci ildən teatr Moskvadadır. Raykinin yaradıcılığı üçün zəngin ifadə vasitələri, dərin ictimai kəskinlik, güclü satira səciyyəvidir.
Boris Laskin
Boris Savelyeviç Laskin — sovet ssenaristi. == Həyatı == Boris Laskin 22 iyul 1914-cü ildə Orşada anadan olub. ÜDKİ-nin ssenari fakültəsində təhsil alıb (1935). Boris Laskin 22 avqust 1983-cü ildə vəfat edib.
Buddleja nappii
Buddleja araucana (lat. Buddleja araucana) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin buddleya cinsinə aid bitki növü. == Sinonimləri == Buddleja globosa var.
Con Raskin
Con Raskin (ing. John Ruskin; 8 fevral 1819[…], London – 20 yanvar 1900[…]) — yazıçı, incəsənət tənqidçisi, sənətşünas, filosof, rəssam, sosioloq, universitet müəllimi, şair, ədəbiyyat tənqidçisi, memar, jurnalist.
Ellen Barkin
Ellen Barkin (ing. Ellen Rona Barkin; d. 16 aprel 1954, Bronks, Nyu-York) — Emmi mükafatı almış Qızıl Qlobus mükafatına namizəd olmuş ABŞ aktrisası. Kimyəvi maddə satan ata və xəstəxana idarəçisi olan ananın övladı olan Barkin, yəhudi ailəsində anadan olmuşdur. Barkin, Manhetten liseyinin "Səhnə Sənətləri Fakültəsi"ndə təhsil almışdır. Daha sonra "Hunter Kolleci"ndə tarix və teatr təhsili alan sənətkar, antik tarix mövzusunda peşəkarlaşmaq istəyərkən aktyorluq təhsili almağa başlamışdır.
Gennadi Anaşkin
Gennadi Vladimiroviç Anaşkin (17 dekabr 1968, Kuybışev) — rusiyalı hərbi xadim. 2017-ci ilin iyulundan Cənub Hərbi Dairəsinin 8-ci qvardiya ümumqoşun ordusunun komandirinin müavini, general-leytenant (2021). Rusiya Federasiyasının Qəhrəmanı (05.09.2008). == Həyatı == Gennadi Vladimiroviç Anaşkin 17 dekabr 1968-ci ildə Kuybışev (indiki Samara) şəhərində anadan olmuşdur. 1987-ci ilin iyununda Sovet Ordusu sıralarına çağırılmış, Almaniyada Sovet Qüvvələri Qrupunda xidmət etmişdir. 1989-cu ilin avqustunda Ryazan Ali Hava-Desant Komandanlığı Məktəbinə daxil olmuş, bundan sonra 1993-cü ildə 337-ci Qvardiya Hava-Desant Alayında xidmətə göndərilmişdir (104-cü Qvardiya Hava-Desant Diviziyası, Ulyanovsk). Həmin ilin avqust ayından orada paraşüt-desant tağımının komandiri təyin edildi. 1994-cü ilin avqustunda komandirin müavini, 1995-ci ilin iyulunda isə eyni alayda hava-desant bölüyünün komandiri təyin olundu. 1998-ci ilin aprel ayından etibarən komandanlıq etdiyi 116-cı paraşütçü-desant taborunda (31-ci qvardiya hava-desant briqadası, Ulyanovsk) xidmət etmişdir. 1999-cu ilin dekabrından 2000-ci ilin avqustuna qədər Gennadi Vladimiroviç Anaşkin keçmiş Yuqoslaviyada ezamiyyətdə olmuş və burada Bosniya və Herseqovina Respublikasında Sülhməramlı Qüvvələrin bir hissəsi olan hava taboruna komandanlığı yerinə yetirmişdir.
Kaprin turşusu
Kaprin turşusu (və ya dekan turşusu) CH3(CH2)8COOH – birəsaslı doymuş karbon turşusudur. Kaprin turşusunun duzları və anionları kaprinatlar adlandırılır. == Təbiətdə tapılması == Kaprin turşusu inək yağının tərkibində, həmçinin bitki yağlarının: babassu yağının (7%), kokos yağının (5-10%), palma çəyirdəyi yağında (3-7%), gavalı tumunun yağında (4%), murumuru palma (Astrocarium murumuru) yağının (1,6%), tukuma palma (Astrocarium vulgare) yağının (1,6%), palma yağında (0,1% dən az)[1], az miqdarda spermaseti piyində rast gəlinir. == Xassələri == Ağ rəngli kristallik maddə olub, otaq temperaturunda demək olar ki, suda həll olmur, qaynama temperaturu 268–270°C, ərimə temperaturu 27–32°C, sıxlığı isə 0,893 1/ml (25oC-də)-dir.
Karli Çaykin
Karli Hanna Çaykin (ing. Carly Hannah Chaikin; 26 mart 1990, Santa-Monika, Kaliforniya) — ABŞ aktrisası. Karyerasına 2009-cu ildə "Suburgatory" sitkomu ilə başlamışdır.
Keti Lamkin
Keti Lamkin (10 dekabr 1947, Qreyam[d], Texas – 4 aprel 2022) — ABŞ aktrisası.
Lenka Popkin
Lenka Popkin (d. 16 aprel 1978; Teplitse, Çexiya) — Çexiyanı təmsil edən batut gimnastı. Lenka Popkin, 2008-ci ildə Çexiyanı XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Lenka Popkin, 2008-ci ildə Çexiya bayrağı altında Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Popkin, 57.60 xal topladı və 16 idmançı sırasında 15-ci yeri tutaraq mübarizəni dayandırdı.
Leonid Batkin
Leonid Mixailoviç Batkin (rus. Леонид Михайлович Баткин, 29.6.1932)—Rusiya tarixçisi, ədəbiyyatşünas və mədəniyyətşünası. == Həyatı == Leonid Mixailoviç Batkin Xarkov şəhərində anadan olub. == Yaradıcılığı == L.M.Batkin özünün "Mədəni-məntiqi yanaşmanın bəzi şərtləri haqqında" məqaləsində yazır: "Bütün mətnlər və bütün mövqedən götürülən mətnlər mədəni fenomen deyil. Onu mədəni edən bizim qarşımızda olan simasız-əşyavi "informasiya", passiv və dilsiz tədqiqat obyekti deyil, daha dəqiq desək, "mətn" yox özgə təxəyyülünün məhsuludur." Biz müəlliflə, başqası ilə, onun dünyagörüşü ilə təbii ki mətn daxilində aparıcı mövqedə duran fikirlə tanış oluruq. Mədəniyyətin tərkibində mənalardan (və onların ötürülmə qaydaları) başqa nə yoxdur. Bu – dərk olunmuş dünyada qarşılaşmadır. Bizim şəxsi mövcudluğumuzun dərki mədəni ünsiyyətin ilkin situasiyasının tərkibinə daxil olur. Mənalar heç də hər zaman bir-birinə uyğun olmur, bəzən hətta təəccüb doğura biləcək dərəcədə bir-birindən uzaq olur. Bu, məsələni çətinləşdirsə də, eyni zamanda tərcümə aktını (izahı) mümkün və zəruri edir.
Makaley Kalkin
Makaley Kalkin (ing. Macaulay Culkin; 26 avqust 1980, Nyu-York, ABŞ) — amerikalı aktyor. 1990-cı illərin ən uğurlu uşaq aktyorlarından biri hesab olunur. Kalkin evdə tək filmlərində (1990 və 1992) canlandırdığı Kevin Makkalister obrazı ilə şöhrət qazanmışdır. İlk filmə görə o, "Qızıl Qlobus" mükafatına namizəd olub. O, 2021-ci ildə "Amerikan qorxu hekayəsi" teleserialının onuncu mövsümündə çəkilmişdir. == Həyatı == Tam adı Makaley Karson Kalkin olan aktyor 1980-ci il 26 avqust tarixində Nyu-Yorkda dünyaya gəlib. Anası Patrisiya Bantrap telefon operatoru idi, atası Kit Kalkin isə əyalət aktyoru olub. Bir müddət sonra oğlunun meneceri kimi çalışıb. Ailədə 2 bacı, 4 qardaş olublar.
Meri Hopkin
Meri Hopkin (ing. Mary Hopkin; 3 may 1950) – Uelsli xalq müğənnisi Vall dili və Uels ingiliscəsində danışan bir ailənin qızı olaraq, musiqi karyerasına xalq müğənnisi kimi "Selby Set" və "Mary" adlı yerli qruplarda başlamışdır. "Beatles"in "Apple" val şirkəti üçün mahnı ifa etməsindən əvvəl "Cambrian" adlı bir yerli val şirkətindən vall dilində kiçik bir albom çıxartdı. British İTV televiziyası tərəfindən yayımlanan "Opportunity Knocks" istedad yarışmasındakı uğurunun gətirdiyi birinciliklə şöhrət qazandı. "Beatles Apple Record Company" üçün qeydiyyatdan keçən ilk sənətçilərdən biri olmuşdur. 1968-ci ildə çıxmış "Those Were the Days" klassiki ilə şöhrəti daha da artdı.
Qriqori Çapkis
Qriqori Çapkis (ukr. Григо́рій Микола́йович Ча́пкіс, 24 fevral 1930, Kişinyov – 13 iyun 2021, Kiyev) — Sovet və ukraynalı rəqqas və xoreoqraf, üç beynəlxalq müsabiqənin laureatı, Ukraynanın Xalq artisti (02.08.2010). == Bioqrafiyası == Qriqori Çapkis 24 fevral 1930-cu ildə Kişinyovda anadan olmuşdur. O vaxt Kişinyov Rumıniyanın tərkibində olmuşdur. Qriqori Çapkis yəhudi ailəsində yeddi övladın sonbeşiyindən əvvəlki nümayəndəsi olaraq dünyaya gəlmişdir. Yeni Kausendə böyüyür. Atası Noeh Elkunoviç Çapkis (1894–1946) yəhərçi, anası Berta İosifovna isə əslən Odessadan olan evdar qadın olmuşdur. Ailədə yəhudi dilində danışırlırdı. Sonra ailə Benderıdakı vətənlərinə qayıdır, burada 1940-cı ildə yerli Pionerlər Sarayının rəqs klubuna daxil olur və Böyük Vətən müharibəsi illərində Qazaxıstana təxliyə edilir. Böyük qardaşı Cozef Çapkis (1920–1944) cəbhədə həlak olmuşdur.
Simona Hankin
Simona Hankin (d. 28 fevral 1973) — Avstraliyanı təmsil edən su poloçusu. Simona Hankin, Avstraliya yığmasının heyətində 2000-ci ildə baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatılıb və qızıl medal qazanıb. == Karyerası == Simona Hankin, 2000-ci ildə Avstraliya yığması ilə birgə XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Birləşmiş Ştatlar yığmasını 4:3 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVII Yay Olimpiya Oyunlarının çempionu oldu.
Stuart Pankin
Stuart Pankin (ing. Stuart Pankin; 8 aprel 1946) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.
Lapçın
Lapçın — uzunboğaz ayaqqabı növü. Naxçıvan bölgəsinin dağlıq hissəsində və Qərbi Azərbaycanda (indiki Ermənistanda) dağ kəndlərində yaşayan azərbaycanlılar arasında geniş yayılmışdır. Üzlüyü tumac və keçədən, altı dəridən tikilirdi. Lapçınin ücü şiş və bir qədər yuxarı qatlanmış olur. == Ədəbiyyat == Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.
Narın
Narın (şəhər) — Qırğızıstanda şəhər. Narın çayı — Qırğızıstanda çay. Narin vilayəti — Qırğızıstanda vilayət.
Barkın Yalçınkale
Barkın Yalçınkale (25 iyun 1991-ci ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən və Türkiyə Davis Kuboku komandasının üzvü olan Türkiyəli tennis oyunçusudur. 29 fevral 2016-cı ildə o, Dünya ATP reytinqində 823-cü sırada qərarlaşaraq rekorduna imza atmışdır.