Arkadi İsaakoviç Raykin (latış. Arkādijs Raikins; rus. Аркадий Исаакович Райкин, 11 (24) oktyabr 1911, Riqa[3] – 17 dekabr 1987[1][2], Moskva) — sovet teatr və kino aktyoru, SSRİ xalq artisti (1968), Lenin mükafatı laureatı (1980), Sosialist Əməyi Qəhrəmanı (1981).
Arkadi Raykin | |
---|---|
latış. Arkādijs Raikins rus. Аркадий Исаакович Райкин | |
Doğum tarixi | 11 (24) oktyabr 1911 |
Doğum yeri | |
Vəfat tarixi | 17 dekabr 1987[1][2] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xəstəlik |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Fəaliyyəti | kinorejissor, aktyor, aparıcı[d], teatr rejissoru, komediyaçı, yumor ustası |
Fəaliyyət illəri | 1935-ci ildən |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Arkadi İsaakoviç Raykin 1911-ci il oktyabr ayının 24-də Riqa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1935-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) Teatr Texnikumunu bitirmişdir. Əvvəllər Leninqrad fəhlə-gənclər teatrında, sonralar Lenin komsomolu adına teatrda, eyni zamanda estradada çıxış etmişdir.
1939-cu ildə Moskvada keçirilən Ümumittifaq estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. 1939-cu ildə Leninqrad Estrada və Miniatür Teatrının artisti, sonradan bədii rəhbəri və quruluşçu rejissoru olmuşdur. 1982-ci ildən teatr Moskvadadır.
Raykinin yaradıcılığı üçün zəngin ifadə vasitələri, dərin ictimai kəskinlik, güclü satira səciyyəvidir. Raykin həmçinin pantomima və lirik monoloq ifaçısı kimi də məşhur olmuşdur. Raykin teatrının ən yaxşı tamaşaları aşağıdakılardır: "80 günlük dünya səyahəti" (1956), "Məhəbbət və üç portağal" (1956), "İkidən əlliyədək" (1961), "Svetofor" (1969), "Seçmələr-73" (1973), "Əlahəzrət teatr" (1981) və s.
О, istər keçmiş sovet ittifaqında, istərsə də xarici ölkələrdə məşhur idi. Ona görə də xarici ölkələrə teztez səfərlər edir və tamaşaçıları komik rolları ilə sevindirirdi.
Qazandığı sənət uğurlarına görə o, 1968-ci ildə SSRİ Xalq artisti, 1981-ci ildə Sosialist Əməyi Qəhrəmanı kimi fəxri adlara layiq görülmüşdür. 1980-ci ildə məşhur gülüş ustası Lenin mükafatı laureatı adını almışdır.
Arkadi Raykin 1987-ci il dekabr ayının 17-də Moskva şəhərində vəfat etmişdir.