Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nurlana Cəfərova
Nurlana Cəfərova (tam adı: Cəfərova Nurlana Sakit qızı) — azərbaycanlı aparıcı, tərcüməçi. == Həyatı == === Televiziya fəaliyyəti === Nurlana Cəfərova 1988-ci ilin 24 sentyabr tarixində Bakı şəhərində dünyaya göz açıb. İxtisasca filoloq olan aparıcı ilk dəfə 2006-cı ilin iyun ayında Azad Azərbaycan televiziyasının elan etdiyi müsabiqədə iştirak edərək, müsabiqə qalibi kimi 106.3 FM radiosunda çalışmağa başlamışdır. İlk radio efirinə Emin Musavi ilə birlikdə 2006-cı ilin 25 sentyabrında çıxmışdır. Həmin ilin sonu, şəxsi istəyi ilə eyni şirkətin 106 FM radiosunda işə davam edərək, 2007-ci ilin yanvar ayında ATV kanalında TOP 10 adlı ilk televiziya efirinə başlamışdır. Daha sonra, Azad Azərbaycan televiziyasının efirində , həm müəllifi olduğu gündəlik canlı efir yayımına çıxan ATV Club verilişini müğənni Azad Şabanovla birlikdə tamaşaçılara təqdim etmişdir. Ardınca , ATV Səhər və FreeZone verilişləri ilə efirdə olan aparıcı, paralel olaraq radio fəaliyyətini davam etdirmişdir. Nurlana Cəfərova aktrisa kimi ATV-nin "Qız Atası" və "Kişi Sözü" seriyallarında rol alıb. 2014–2016-cı illər ərzində 106 FM radiosunun direktoru vəzifəsində çalışmışdır. Nurlana həm də İdman Azərbaycan kanalının "Mərc Meydanı" verilişinin aparıcısı olub.
Nurlana Əliyeva
Nurlana Əliyeva (filoloq, 1946) — filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin rektoru. Nurlana Əliyeva (filoloq, 1977) — filologiya elmləri doktoru, "Naxçıvan" Universitetinin rektoru.
Nurlanan (film, 2002)
Nurlanan (ing. The Glow) — 2002-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Mett və Ceki Nyu-Yorkda yaşayırlar. Onların həyatı çox nurlu görünür. Halbuki, onlar uşaq və pul üzündən nisbətən problem həyat sürürlər. Bir dəfə Mett parkda özgə insanlarla tanış olurlar. Onlar Mett ilə çox mülayim rəftar edirlər. Həmin insanlar onlara ucuz ev təklif edirlər. Cavanlar razı olurlar. Lakin evə gələndən bəri özgə insanlar onların hər addımını izəyirlər.
Nurlana Cəfərova (aparıcı)
Nurlana Cəfərova (tam adı: Cəfərova Nurlana Sakit qızı) — azərbaycanlı aparıcı, tərcüməçi. == Həyatı == === Televiziya fəaliyyəti === Nurlana Cəfərova 1988-ci ilin 24 sentyabr tarixində Bakı şəhərində dünyaya göz açıb. İxtisasca filoloq olan aparıcı ilk dəfə 2006-cı ilin iyun ayında Azad Azərbaycan televiziyasının elan etdiyi müsabiqədə iştirak edərək, müsabiqə qalibi kimi 106.3 FM radiosunda çalışmağa başlamışdır. İlk radio efirinə Emin Musavi ilə birlikdə 2006-cı ilin 25 sentyabrında çıxmışdır. Həmin ilin sonu, şəxsi istəyi ilə eyni şirkətin 106 FM radiosunda işə davam edərək, 2007-ci ilin yanvar ayında ATV kanalında TOP 10 adlı ilk televiziya efirinə başlamışdır. Daha sonra, Azad Azərbaycan televiziyasının efirində , həm müəllifi olduğu gündəlik canlı efir yayımına çıxan ATV Club verilişini müğənni Azad Şabanovla birlikdə tamaşaçılara təqdim etmişdir. Ardınca , ATV Səhər və FreeZone verilişləri ilə efirdə olan aparıcı, paralel olaraq radio fəaliyyətini davam etdirmişdir. Nurlana Cəfərova aktrisa kimi ATV-nin "Qız Atası" və "Kişi Sözü" seriyallarında rol alıb. 2014–2016-cı illər ərzində 106 FM radiosunun direktoru vəzifəsində çalışmışdır. Nurlana həm də İdman Azərbaycan kanalının "Mərc Meydanı" verilişinin aparıcısı olub.
Nurlana Cəfərova (atıcı)
Nurlana Cəfərova (idmançı)
Nurlana Əliyeva (filoloq, 1946)
Nurlana Əliyeva (Nurlana Müzəffər qızı Əliyeva; 28 avqust 1946, Kirovabad) — Bakı Slavyan Universitetinin sabiq rektoru (2016-2021), Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri (2009-2021), Filologiya elmləri doktoru, professor. == Həyatı == Nurlana Əliyeva 28 avqust 1946-cı ildə Gəncə şəhərində müəllim ailəsində anadan olub. Gəncə şəhər Cəfər Cabbarlı adına 6 nömrəli məktəbdə orta təhsil alan Nurlana Əliyeva daha sonra təhsilini ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından olan Bakı Dövlət Universitetində davam etdirib. BDU-nun filologiya fakültəsini bitirdikdən sonra - 1969-cu ildə əmək fəaliyyətinə başlayıb. Bakı şəhərindəki 134 nömrəli məktəbdə, Bakı Maliyyə-Kredit Texnikumunda Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. 1990-cı il dekabrın 29-dan Azərbaycan Dövlət Pedaqoji Kollecinə (keçmiş M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumu) rəhbərlik edib. Nurlana Əliyeva "Azərbaycan bədii nəsrində müasir kənd və onun problemləri" mövzusunda namizədlik, "60-80-ci illər Azərbaycan nəsrində qəhrəman və üslüb axtarışları" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. BDU-nun professoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda doktorluq üzrə ixtisaslaşmış dissertasiya şurasının üzvüdür. 12 kitabın, onlarca elmi, publisist məqalənin müəllifidir. YAP Siyasi Şurasının üzvü, eyni zamanda 2009-2021-ci illərdə YAP Respublika Qadınlar Şurasının sədri olmuşdur.
Nurlana Əliyeva (filoloq, 1977)
Nurlana Sabir qızı Əliyeva (1 iyun 1977, Naxçıvan) — "Naxçıvan" Universitetinin rektoru (2019). == Həyatı == Nurlana Əliyeva 1 iyun 1977-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Ailəlidir, iki övladı var. == Təhsili və karyerası == 1983-cü ildə Naxçıvan şəhər 7 nömrəli orta məktəbin I sinfinə daxil olmuş, 1993–cü ildə oranı bitirmişdir. 1993-1997–ci illərdə Naxçıvan Dövlət Universitetinin Tarix – filologiya ixtisası üzrə bakalavr təhsili almışdır. 1997-1999–cu illərdə Naxçıvan Dövlət Universitetində həmin istiqamət üzrə magistr təhsili almışdır. 1999-2001-ci illərdə Naxçıvan Dövlət Universiteti, “Qeyrət ” nəşriyyatında redaktor vəzifəsində işləmişdir. 2001-ci ildən “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2013-cü ildə “Məhəmməd Tağı Sidqi və uşaq ədədbiyyatı” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimi dərəcəsi almışdır. 2017-ci ildə isə “Naxçıvan” Universitetinin Elmi şurasının qərarı ilə universitetin dosenti seçilmişdir.