Nurlana Cəfərova (atıcı)

Nurlana Çingiz qızı Cəfərova (d. 11 avqust 1982; Bakı, Azərbaycan) — Azərbaycanı təmsil edən atıcı. Nurlana Cəfərova, 2015-ci ildə Azərbaycanı I Avropa Oyunlarında təmsil edib, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında isə 2 gümüş medal qazanıb.

Nurlana Cəfərova
Şəxsi məlumatlar
Tam adı Nurlana Çingiz qızı Cəfərova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (41 yaş)
Doğum yeri Bakı, Azərbaycan
İdman növü Atıcılıq

Həyatı[redaktə | mənbəni redaktə et]

Nurlana Cəfərova 1982-ci il 11 avqustda Bakı şəhərində anadan olub. 2008-ci ildən idmanla məşğuldur.

Karyerası[redaktə | mənbəni redaktə et]

Nurlana Cəfərova 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatıldı. Nurlana Cəfərova, stend yarışlarının təsnifat mərhələsində 65 xal topladı və 19 atıcı sırasında 18-ci yeri tutaraq mübarizəni dayandırdı. Komanda halında stend yarışlarında isə Nurlana Cəfərova, Emin Cəfərov ilə birgə 87 xal topladı və təsnifat mərhələsində 11 atıcı sırasında sonuncu, 11-ci yeri tutaraq mübarizəni dayandırdı.

Nurlana Cəfərova 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Nurlana Cəfərova, stend yarışlarının finalında 42 xal topladı və 6 idmançı sırasında 2-ci yeri tutaraq IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazandı.

İstinadlar[redaktə | mənbəni redaktə et]