Nurlana Cəfərova (tam adı: Cəfərova Nurlana Sakit qızı) — azərbaycanlı aparıcı, tərcüməçi.[1]
Nurlana Cəfərova | |
---|---|
Nurlana Sakit qızı Cəfərova | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
Atası | Sakit Cəfərov |
Milliyyəti | azərbaycanlı |
İxtisası | filoloq |
Vikianbarda əlaqəli mediafayllar |
Nurlana Cəfərova 1988-ci ilin 24 sentyabr tarixində Bakı şəhərində dünyaya göz açıb.
İxtisasca filoloq olan aparıcı ilk dəfə 2006-cı ilin iyun ayında Azad Azərbaycan televiziyasının elan etdiyi müsabiqədə iştirak edərək, müsabiqə qalibi kimi 106.3 FM radiosunda çalışmağa başlamışdır.[2] İlk radio efirinə Emin Musavi ilə birlikdə 2006-cı ilin 25 sentyabrında çıxmışdır. Həmin ilin sonu, şəxsi istəyi ilə eyni şirkətin 106 FM radiosunda işə davam edərək, 2007-ci ilin yanvar ayında ATV kanalında TOP 10 adlı ilk televiziya efirinə başlamışdır. Daha sonra, Azad Azərbaycan televiziyasının efirində , həm müəllifi olduğu gündəlik canlı efir yayımına çıxan ATV Club verilişini müğənni Azad Şabanovla birlikdə tamaşaçılara təqdim etmişdir. Ardınca , ATV Səhər və FreeZone verilişləri ilə efirdə olan aparıcı, paralel olaraq radio fəaliyyətini davam etdirmişdir. Nurlana Cəfərova aktrisa kimi ATV-nin "Qız Atası" və "Kişi Sözü" seriyallarında rol alıb.
Radioda çalışdığı dönəmdə, bir çox dünya ulduzları : Akcent, Morandi, Byanka, Thomas Nevergreen, Ferry Corsten, Hardwell, Boney M qrupu, 50 Cent və s. ilə müsahibələr etmişdir.
2016-cı il Formula 1 yarışının tədbir aparıcısı, 2017-ci il 4-cü İslam Həmrəyliyi Oyunlarının boks və zorxana oyunları üzrə ingilis dilində şərhçi aparıcısı kimi işləmişdir.
2016-cı ilin oktyabr ayından Azərbaycan Televiziya və Radiosu Qapalı Səhmdar Cəmiyyətində çalışmağa başlayan[3][4] Nurlana Cəfərova ilk olaraq Mədəniyyət Kanalının gündəlik proqramı olan Görüş Yeri verilişini tamaşaçılara təqdim edir.[5][6] Nurlana həm də İdman Azərbaycan kanalının Mərc Meydanı verilişinin aparıcısı olub. Hal-hazırda Azərbaycan Televiziyasının Bakı Gecələri verilişinin aparıcısıdır. 2017-ci ilin oktyabr ayından etibarən aparıcı, həm də Azərbaycan Televiziyasının Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktoru vəzifəsində çalışır. Nurlana Cəfərova 2018-ci il Portuqaliyada keçirilən Avroviziya Mahnı Müsabiqəsinin Azərbaycan üzrə 5 münsif heyətindən biri seçilib. Aparıcıdan əlavə bu heyətdə xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artist İlahə Əfəndiyeva və caz ifaçısı Tünzalə Qəhrəman olub.[7]
Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyət Fondununun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən 7-ci Muğam Televiziya Müsabiqəsi 2019-un aparıcısı olub. Həmçinin 27 iyul 2019-cu il tarixində Avropa Gənclər Yay Olimpiya Festivalının Crystal Hall zalında keçirilən bağlanış mərasimini ingiliscə aparıb.
2019-cu ilin noyabrında Eldar Qasımovun ifasında musiqisi Ülviyyə Bəbirliyə, sözləri Nurlana Cəfərovaya məxsus "Bax Uçuram" adlı ifa dinləyicilərə təqdim olunub. 17 dekabr 2019-cu ildə Nurlana Cəfərovanın "Hər İki Mən" adlı şerlər toplusu işıq üzü görmüşdür. Kitaba 60-dan çox şer daxildir. Kitabın təqdimatı 2020-ci ilə planlaşdırılıb.