Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arctostaphylos otayensis
Arctostaphylos otayensis (lat. Arctostaphylos otayensis) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin ayıqulağı cinsinə aid bitki növü.
Atay
Okay
Okay xan — türk və altay mifologiyasında sehrbaz ilahı. Su altında yaşayır. Su altında yaşayan, kənar dünya ilə əlaqəli bir cadugərdir. İnsan qanından meydana gələn dənizlər ilə əhatə olunmuş bir evi olduğu düşünülər. Yaşadığı qalanın ətrafındakı dənizlər insan qanından və qırmızıdır. Qalanın həyəti heyvan kılığındaki insanlarla doludur. Onları bu qılığa Okay soxmuşdur. Bazası dənizdə tavanı səmada olan bu qala tamamilə insan çənəsindən hörülmüşdür. Bəzən su içənləri saqqallarından tutaraq suya çəkər. == Etimologiya == (Oğ/Og/Ok) kökündən törəmişdir.
Olay
Hadisə, olay, insident ya da əhvalat — təbiətdə baş verən bütün dəyişikliklərə deyilir. Fəsillərin əmələ gəlməsi, Günəşin çıxması və batması, Şimşək, Günəş və Ay tutulmaları, suyun donması və buxarlanması, buzun əriməsi, suyun daşması, bitkinin böyüməsi çiçəklənməsi, heyvanların çoxalması, yazda həşəratların və quşların görünməsi təbiət hadisələridir.
Oqtay
Oqtay — ad. Oqtay Rəcəbov — Azərbaycan bəstəkarı. Oqtay Mirqasımov — Azərbaycan kinorejissoru, ssenarist Oqtay Səfərov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. Oqtay Eldəgəz — müəllim, yazıçı, Milli Azadlıq Qərargahının sədri.
Otaq
Otaq — Evin və yaxud hər hansısa bir tikilinin daxilində yerləşən məkanlar. Otaqlar dincəlmək, işləmək, yatmaq və digər məqsədlər üçün istifadə edilməkdədir. Yaşayış binalarında yerləşən evlərdə adətən qonaq otağı, yataq otağı, uşaq otağı və hamam otağı olmaqla müxtəlif təyinatlı otaqlar olur.
Stay
Stay (Tuci mahnısı)
Otöy
Otöy (fr. Auteuil Fransızca tələffüz: [otœj]) — Parisin 70 inzibati məhəlləsindən biri. 1860-cı ildə şəhərin 16-cı bələdiyyəsinin bir hissəsi olmuşdur. Otöy istixanalar bağı Bulon meşəsinin cənub kənarında yerləşən böyük bir istixana kompleksi içərisində yerləşən bir botanika bağıdır. Marsel Prust Otöydə dünyaya gəlir. "Azərbaycan Evi" Otöydə, Jeneral Delestren (Général Delestraint) küçəsində, № 31-də yerləşir.
Ota
Ota — Tokionun xüsusi rayonlarından biri.
Ali Atay
Ali Atay (20 aprel 1976, Rizə, Rizə ili) — Türkiyə aktyoru. == Həyatı == 20 aprel 1976 -cı ildə Rizədə anadan olmuşdur. 1999-cü ildə Memar Sinan Gözəl Sənətlər Universitetinin Teatr fakültəsini bitirib. Aktyor TRT-də yayımlanmış Leyla ile Mecnun serialı ilə məşhurlaşıb. Hal-hazırda Leyla The Band qrupunun solistidir.
Arzu Okay
Arzu Okay — Türkiyə kino aktrisasıdır. Hazırda Fransada yaşayır ve həyat yoldaşından boşanmışdır. Arzu Okayın keçmiş həyat yoldaşından bir qız övladı vardır.
Avaz Otar
Avaz Otar (15 avqust 1884, Xivə — 1919, Xivə) — özbək şairi. == Həyatı == Avaz Otar 1884-cü ilin avqust ayında Xivədə dünyaya gəlmişdir. Atası, sənət və ədəbiyata olan həvəsi səbəbiylə zamanında olduqca tanınmış bir şəxs idi. "Bərbərlik etməsi səbəbiylə xalq arasında "Usta Otar" ünvanı ilə anılmaqda və zamanının öndə gələn sənətçi və elm adamlarıyla yaxın münasibətlər qurmaqdaydı. Onun evində əsasən Agəhi, Kamil Xarəzmi, Mütrib Xanəxarabi, Bəyani və başqa şairlərin iştirakıyla ədəbi sohbətlər aparılırdı. Bu məclislərdə təbii ki, gənc Avaz da iştirak etməkdəydi." Bu ədəbi söhbətlər daha o yaşlarda Avaz Otarın təqip edəcəyi yolu böyük ölçüdə təyin etmişdi. Onun ədəbiyata olan ilgisi uşaq deyilə biləcək yaşlarda başlamışdı. Avaz Otarın mədrəsə təhsili aldığı illərdə ədəbiyata olan ilgisi daha da artmışdı. "Avazın ədəbiyata olan həvəsi çox erkən yaşlarda başlayıb, mədrəsədə oxuduğu illərdə şərq ədəbiyatının seçkin təmsilçilərindən Hafiz Şirazi, Əbdürrəhman Cami , Lütfi və Əlişir Nəvailərin əsərləri ilə yaxından tanış oldu və onlardan təsirlənib eşq şeirləri yazmaya başladı." On dörd yaşında şeirlər yazmağa başlayan Avaz Otar, on səkkiz yaşına çatdığında xalq arasında artıq tanınır olmuşdu. Onun lirik şeirləri, sazəndə və xanəndələr tərəfindən bəstələnib söylənməyə başlandı.
Aykut Oray
Aykut Oray (13 oktyabr 1942, Üsküdar, İstanbul - ö. 11 avqust 2009, Köyceğiz, Muğla), Türk teatr, kino və serial aktyorudur.
Fuad Oqtay
Fuad Oqtay (1964) – Türkiyə siyasətçisi, 2016-cı il iyunun 19-dan vitse-prezident təyin olunana qədər Türkiyənin Baş nazirinin müavini, 2018-2023-cü illərdə Türkiyənın vitse-prezidenti olub. TBMM 28-ci çağırış deputatıdır.
Lotay Tserinq
Lotay Tserinq (dz. བློ་གྲོས་ཚེ་རིང་; 10 may 1969, Thimphu) — 7 noyabr 2018-ci ildən etibarən Butanın hazırkı Baş naziri və siyasətçi. == Həyatı == Tserinq 10 may 1969-cu ildə sadə bir ailədə anadan olub. Thimphu şəhərinin Daluxa kəndində böyüyüb. İlk təhsilini Punaxa Liseyində almış və Şerubtse Kollecini bitirmişdir. Banqladeşdəki Dakka Universitetinin nəzdindəki Mymensinq Tibb Kollecini bitirmiş və 2001-ci ildə magistr dərəcəsi almışdır. Banqladeşin Dakka şəhərindəki Banqabandu Şeyx Mucib Tibb Universitetində cərrahiyyə ixtisasını bitirmişdir. 2007-ci ildə ABŞ-nin Viskonsin Tibb Kollecində Ümumdünya Səhiyyə Təşkilatının ona verdiyi maddi dəstəyin sayəsində urologiya təhsili aldı. Butana qayıtdıqdan sonra ölkəsində təcrübə keçən yeganə uroloq idi. 2010-cu ildə Sinqapurun Sinqapur Ümumi Xəstəxanasında və Yaponiyanın Okayama Universitetində endourologiya ixtisası üzrə kurs aldı.
Metin Oktay
== Futbol karyerası == Metin Oktay futbol karyerasına 1952-ci ildə doğulduğu İzmirin həvəskar komandalarından Damlacıksporun aşağı yaş qruplarında başladı. Futbolçu Sait Altınorduya olan heyranliğindan burada 8 nömrəli formanı geyinirdi. Çeşmenin Alaçatı bələdiyyəsində oynanan və 4-1 qazanılan hazırlıq görüşündə 2 qol vuran Oktaya baş məşqçi Arif Hantal tərəfindən verilən 2,5 lirə, onun futboldan qazandığı ilk pul idi. İzmirspor formasıyla İzmir Profesional Ligasının 1954-55 mövsümündə 18 oyunda 17 qol ataraq ilk bombardirliyini yaşadı. Komandası isə liganı çempionluqla tamamlamışdır. 7 May 1955 də Beşiktaş ilə oynanan və 1-0 məğlub olunan Atatürk Kubokunda ilk dəfə sınaq məqsədi ilə Galatasaray forması geyindi. İyul 1955 də isə, Gündüz Kılıçın baş məşkçiliyini elədiyi Galatasaray ilə 5 ilik müqavilə imzaladı. Oktayın imzaladığı müqavilə qarşılığında taksi nömrəli Chevrolet markalı maşın verildi. 1962-63 sezonuna Galatasaray, hazırlıq turniri olan Türkiyə Spor Yazarlar Dərnəyi Kubokunu qazanaraq başladı. == Milli komanda kariyeri == 11 Aprel 1954 də, Qərbi Almaniyanın Leverkusen şəhərində Türkiyə 18 yaş milli komandasının Belçikayı 4-0 uduğu və özünün 2 qol atdığı 1954 Dünya Gənclər Çempionatı oyununda ilk dəfə milli forma geyindi.
Nüsrətov Oqtay
Oqtay Qüdrət oğlu Nüsrətov (26 iyul 1941, Bakı – 10 sentyabr 2021, Bakı) — texnika elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri (2020-ci ilədək), AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini (2020-ci ilədək). == Həyatı == Oqtay Nüsrətov 1941-ci il iyulun 26-da Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Texniki Universitetini bitirmişdir. Namizədlik (PhD) dissertasiyasının mövzusu: 1203.01 – "Hesablama texnikası", "Azdebitli neft quyularının informasiyasının avtomatlaşdırılmış emalı üçün xüsusiləşdirilmiş rəqəmli hesablayıcı qurguların tədqiqi və işlənilməsi". Doktorluq dissertasiyasının mövzusu: 3338.01 – "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi", "Tsiklik siqnalların analizi və tanınması üçün mövqeli-binar informasiya texnologiyası, nəzarət və diaqnostika alqoritmləri və vasitələri". AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (keçmiş Kibernetika İnstitutu) elmi işlər üzrə direktor müavini olmuşdur. AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (keçmiş Kibernetika İnstitutu) nəzdində fəaliyyət göstərən Müdafiə Şurasının sədr müavinidir və Şuranın Elmi seminarının sədri olmuşdur. 2021-ci il sentyabrın 10-da Bakı şəhərində vəfat etmişdir. == Əmək və elmi fəaliyyəti == === Elmi əsərlərin sayı === Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 105 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 24 Respublikada çıxmış elmi əsərlərinin sayı: 45 Konfrans məruzələri və tezislər sayı: 33 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 29 Kadr hazırlığı: fəlsəfə doktorlarının sayı: 5 elmlər doktorlarının sayı: 1 === Əsas elmi nailiyyətləri === Tsiklik siqnalların analizi və identifikasiyası üçün yüksək həssaslığı və tanıma etibarlığını təmin edən mövqeli-binar informasiya texnologiyası işlənilmişdir. Təklif edilən texnologiya əsasında neftmədən avadanlıqları və qurğuları üçün, monitoring, diagnostika və idarəetmə üsulları və alqoritmləri işlənmiş və institutda yaradılan və bir sıra neft mədənlərində tədbiq edilmiş yeni nəsil nəzarət diaqnostika və idarəetmə komplekslərinin tərkibində istifadəyə verilmişdir.
Oktay Babayev
Oktay Kaynarca
Oqtay Qaynarca (türk. Oktay Kaynarca; 27 yanvar 1965, İstanbul) — türk aktyor. == Həyatı == Oktay Kaynarca İstanbul Universiteti Dövlət Konservatoriyası Teatr Anasənət Budağı magistratura fakültəsinin məzunudur. Oktay Kaynarca 27 yanvar 1965-ci ildə Üsküdarda anadan olub. Uşaqlığının bir dövrü Berlində keçib. Konservatoriyaya girməzdən əvvəl Egey Dənizi teatrında Turqut Özakmanın Divarların Xaricində adlı oynunda oynayıb. Sonra bir neçə uşaq oyunlarında yer alıb. 2003-cü ildə başlayan Qurdlar Vadisi serialında Süleyman Çakır rolu ilə görkəminə görkəm qatdı. 2008-ci ildə Adanalı serialında Adanalı Yavuz rolu ilə tamaşaçı tərəfindən çox sevilib.
Oktay Kazımi
Oqtay Məmməd oğlu Kazımov (Kazımi) (27 dekabr 1932, Astara – 9 avqust 2010, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının Xalq artisti (2006), Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1992), Azərbaycanda ilk rok operettanın müəllifi. == Həyatı == Oqtay Kazımov 27 dekabr 1932-ci ildə Astara şəhərində anadan olmuşdur. Orta məktəbi Astarada bitirən O. Kazımi Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin xor-dirijorluq fakültəsinə daxil olmuş və Hacı Xanməmmədovun sinfində təhsil almışdır. Musiqi məktəbində oxuyarkən, "Bəxtəvər uşaqlar" adlı ilk mahnısını bəstələmişdir. O. Kazımi 1957-ci ildə Üzeyir Hacıbəyov adına Konservatoriyanın bəstəkarlıq fakültəsinə daxil olmuş və Cövdət Hacıyevin sinfində təhsil almışdır. 1966–1967-ci illərdə Sumqayıt musiqi texnikumunda müəllim, sonra isə dərs hissə müdiri kimi fəaliyyət göstərmişdir. Sumqayıtda çalışdığı illərdə O. Kazımi "Eksperiment" estrada orkestrini yaratmışdır. Sonralar bəstəkar filormoniyada musiqi redaktoru vəzifəsində çalışmış və Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində xalq-çalğı alətləri fakültəsində dərs demişdir. O. Kazıminin mahnıları uzun illər "Dan ulduzu" ansamblının repertuarında xüsusi yer almışdır. Görkəmli bəstəkarın mahnılarını Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Eldar Axundov, Flora Kərimova, Yalçın Rzazadə, İlhamə Quliyeva, Oqtay Ağayev, Məmmədbağır Bağırzadə, Zümrüd Məmmədova və digər korifey müğənnilər ifa etmişlər.
Oktay Mehdiyev
Mehdiyev Oktay Nüsrət oğlu (22 oktyabr 1976) — Azərbaycan aktyoru. == Həyatı == Mehdiyev Oktay Nüsrət oğlu 22.10.1976-cı ildə anadan olub. 1994-cü ildə Ə. Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "dram və kino aktyoru" fakültəsinə qəbul olunmuş, 1998-ci ildə oranı bitirmişdir. 1999-cu ildən hal-hazıradək H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrında aktyor işləyir. Diplom işi olaraq Akademik Milli Dram teatrında hazırlanan "Şadlıq sorağında" (V. Rozov) tamaşasında baş rolun ifaçısı olmuşdur. Sumqayıt teatrında oynadığı rollardan Bəhruz (T. Vəliyeva "Mənim ağ göyərçinim"), Talıb (Ə. M. Lələdağ "Tələ"), Vəliqulu (C. Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları"), Göstəbək (G. Xuqayev "Bir köpək vardı"), Təkgöz (K. Həsənov "Sehrli yaylıq"), Birinci xidmətçi (Ş. Qurbanov "Milyonçunun dilənçi oğlu"), narkoman (Y. Həşimov "Həkimlər nobata gedir"), Teymur (Ə. M. Lələdağ "Dağlarda tufan"), Şair (Anar "Yaxşı padşahın nağılı"), Qozbel (Ə. Əmirli "Varlı qadın"), və s. göstərmək olar. == Filmoqrafiya == 220 №-li otaq (film, 2010) Adil Babayev. Ata olsam belə, ata istərəm (film, 2015) Mən burdayam, İlahi!
Oktay Mehtiyev
Oktay Mehtiyev (5 avqust 1970, Krasnoselski, Saatlı rayonu) — cərrah, Azərbaycan Kikboksinq Federasiyasının Vitse-Prezidenti və İdarə Heyəti sədrinin birinci müavini, Beynəlxalq dərəcəli hakim, Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyə kafedrası assisten. == Həyatı == Oktay Mehtiyev 5 avqust 1970-ci il Saatlı rayonunda anadan olmuşdur. 1976–1983-cü illərdə Saatlı rayonunda Qara Nuru tam orta məktəbində təhsil alıb. 1983–1987-ci illərdə Respublika İdman Təmayüllü İnternat məktəbini qızıl medalla bitirib. 1987-ci ildə Azərbaycan Tibb İnstitutuna stomatologiya fakültəsinə daxil olmuşdur və 1992-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. === Ailəsi === Ailəlidir, 3 uşağı var. == Fəaliyyəti == 1992–1999 – Azərbaycan Tibb Universiteti – baş laborant. 1999–2017 – Azərbaycan Tibb Universitetinin ağız və üz-çənə cərrahiyyə kafedrasında – assistent. 1998-h.h. – Azərbaycan Kikboksinq Federasiyasının 1-ci Vitse Prezidenti.
Oktay Məmmədov
Oktay Aydın oğlu Məmmədov (15 iyul 1951, Qaraçala, Salyan rayonu – 20 yanvar 2009, Bakı) — "Əməkdar İncəsənət Xadimi", "Tərəqqi" medalı mükafatçısı, "Media Açarı" mükafatçısı, məşhur fotoqraf. == Həyat və fəaliyyəti == Oktay Məmmədov 1951-ci il iyunun 15-də Salyan rayonu Qaraçala kəndində anadan olub. 1968-ci ildə Bakı şəhərindəki 62 saylı orta məktəbi bitirib. 1968–1971-ci illərdə Dinamo və Neftçi klublarında çıxış edib. 1971–1977-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1975–1976-cı illərdə SSRİ tərkibində Leninqradda və Sank-Peterburqda hərbi xidmətdə olub. 1976–1989-cu illərdə Krasin adına Dövlət Rayon Elektrik Stansiyasında idman üzrə baş instruktor işləyib. 1989-cu ildən ("Azərinform") Azərtac-da foto müxbir, müavin, baş redaktor daha sonra baş foto müxbir vəzifəsində çalışıb. == Mükafatları == Oktay Məmmədov işlədiyi müddət ərzində bir çox diplom, sertifikat və medallarla təltif olunub. 1999-cu ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən "Əməkdar İncəsənət Xadimi" adına layiq görülüb.
Oktay Qasımov
Oqtay Qasımov (geoloq)
Oktay Seyidov
Oktay Xəlil oğlu Seyidov, Oqtay Xalloğlu (1959, Aslanbəyli, Qazax rayonu – 26 mart 2003) — Azərbaycan Respublikasının Gəncə şəhərinin və Goranboy, Tovuz, Culfa, Babək, Göygöl, Daşkəsən rayonlarının keçmiş Hərbi komissarı, Polkovnik-leytenant, Şair. Azərbaycanda ən gənc hərbi komissar olmuşdur. == Həyatı == Oqtay Seyidov 1959-cu ildə Azərbaycan Respublikasının Qazax rayonunun Aslanbəyli Kəndində anadan olmuşdur. 1976-cı ildə Aslanbəyli kənd tam orta məktəbini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft Akademiyasına daxil olur. Universiteti bitirdikdən sonra hərbçi kimi fəaliyyətə başladı. 1982-ci ildən keçmiş SSRİ silahlı qüvvələrində hərbi xidmətə başlamışdır. Ailə qurduqdan sonra Gəncə şəhərində yaşamışdır. 26 mart 2003-cü il tarixdə Daşkəsən Rayon Rərbi Komissarı polkovnik-leytenant Oktay Seyidov xidməti vəzifəsini yerinə yetirərkən yol qəzasında vəfat etmişdir. == Ailəsi == 1 qardaşı və 2 bacısı var.
Rafiq Oday
Rafiq Oday (tam adı: Bayramov Rafiq Hüseyn oğlu; 23 iyul 1960, Şəhriyar, Noraşen rayonu) — şair, publisist, "Həsən Bəy Zərdabi" və "Qızıl qələm" mükafatları laureatı, Azərbaycan Respublikanın Əməkdar jurnalisti. == Həyatı == 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1977-ci ildə Bakı 2 №-li tibb texnikumuna daxil olmuş, 1982-ci ildə təhsilini başa vurmuşdur. Təhsil arası (1978-1980-ci illər) Sevostopol şəhərində hərbi xidmətdə olmuşdur. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Orta məktəb illərindən rayonda nəşr olunan "İşıqlı yol" qəzetində məqalələri çap olunmuş, "Vətən gəz" adlı ilk mətbu şeri isə 1983-cü ildə "Sovet Naxçıvanı" ("Şərq qapısı") qəzetində dərc olunmuşdur. Rayonda nəşr olunan "İşıqlı yol" qəzetində ictimai əsaslarla "Xalq yaradıcılığı və incəsənət" şöbəsinin müdiri olmuşdur. Xələc kənd məktəbindəki fəaliyyəti dövründə "Şaman" folklor dərnəyi və eyniadlı ansambl yaratmış, bir neçə il kəndbəkənd gəzərək folklor nümunələrini toplamış, onları mütəmadi olaraq rayon qəzetində dərc etdirmiş, sonradan bu yazıları bir araya gətirərək "Şərur folkloru – Rafiq Odayın təqdimatında" adı altında kitab halında çap etdirmişdir. 1985-ci ildə rayon Komsomol komitəsinin nəzdində yaradılmış "Dan yeri" ədəbi birliyinə rəhbər təyin edilmiş, istedadlı gənclərin aşkarlanıb ortaya çıxarılmasında geniş iş görmüşdür. 1988-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən «Bir yol başlamışam» adlı ilk şeirlər kitabı dövlət planına salınmış, beləliklə, 1989-cu ildə Naxçıvan Muxtar Respublikası üzrə 29 yaşında şeirlər kitabı dövlət tərəfindən çap olunan ilk qələm sahibidir.