Oktay Aydın oğlu Məmmədov (15 iyul 1951, Qaraçala, Salyan rayonu – 20 yanvar 2009, Bakı) — "Əməkdar İncəsənət Xadimi", "Tərəqqi" medalı mükafatçısı, "Media Açarı" mükafatçısı, məşhur fotoqraf[1].
Oktay Məmmədov | |
---|---|
Doğum tarixi | 15 iyul 1951 |
Doğum yeri | |
Vəfat tarixi | 20 yanvar 2009 (57 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Təhsili | |
Fəaliyyəti | fotoqraf |
Oktay Məmmədov 1951-ci il iyunun 15-də Salyan rayonu Qaraçala kəndində anadan olub. 1968-ci ildə Bakı şəhərindəki 62 saylı orta məktəbi bitirib. 1968–1971-ci illərdə Dinamo və Neftçi klublarında çıxış edib.
1971–1977-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb.
1975–1976-cı illərdə SSRİ tərkibində Leninqradda və Sank-Peterburqda hərbi xidmətdə olub.
1976–1989-cu illərdə Krasin adına Dövlət Rayon Elektrik Stansiyasında idman üzrə baş instruktor işləyib. 1989-cu ildən ("Azərinform") Azərtac-da foto müxbir, müavin, baş redaktor daha sonra baş foto müxbir vəzifəsində çalışıb[1].
Oktay Məmmədov işlədiyi müddət ərzində bir çox diplom, sertifikat və medallarla təltif olunub. 1999-cu ildə Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən "Əməkdar İncəsənət Xadimi" adına layiq görülüb. 2005-ci ildə İlham Əliyev tərəfindən "Tərəqqi" mükafatı ilə təltif olunub[1].
22 iyul 2009-cu ildə "Media Açarı" mükafatına layiq görülüb.
Ailəlidir, 1 oğlu və 1 qızı var.
Oktay Məmmədov 2009-cu il yanvarın 20-də "Şəhidlər xiyabanı"nda peşəsini icra edərkən ürək tutmasından vəfat edib.