Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pirbudaq
Pirbudaq (1403, Dəməşq, Məmlük dövləti – 1418, Təbriz) — müstəqil Qaraqoyunlular dövlətinin ilk sultanı (şərti olaraq). == Həyatı == Pirbudaq atası Qara Yusif Dəməşqdə həbsdə olarkən dünyaya gəlmişdir. Daha sonra Əhməd Cəlayır Pirbudağı oğulluğa götürmüşdür. 1405-ci ildə Qara Yusif və Əhməd Cəlayir həbsdən azad edilmişdir. Pirbudaq 1410-cu ildə Qaraqoyunlular Cəlairiləri məğlub etdikdə hakimiyyətə gəlmişdir. Bunun səbəbi Pirbudaqın atası Qara Yusifin şah nəslindən gəlmədiyi üçün adətlərə görə taxta çıxa bilməməsi idi. Ancaq Qara Yusif əvvəlcədən oğlunu müttəfiqi Əhməd Cəlayıra oğulluğa verdiyi üçün Pirbudaq uşaq yaşında hakimiyyətə gəlir, ali hakimiyyət isə atasında qalır. 1412-ci ildə Kür çayı sahili döyüşündə məğlub edilənlər arasında olan gürcü hökmdarı I Konstantin özünü məğrur apardığına görə Qara Yusif və Pirbudaq onu öz əlləri ilə öldürür. Pirbudaq 1418-ci ildə vəfat etdi. Bundan sonra Qara Yusif xütbəni öz adına oxutdurub, Qaraqoyunlu səltənət taxtına əyləşdi.
Qaraqoyunlu Pirbudaq

Pirbudaq (vali)
Əbu'l Fəth Pir budaq və ya daha çox tanındığı adı ilə Pirbudaq (Bağdad – 1466, Bağdad) — Cahanşahın 4-cü oğlu Qaraqoyunlular dövlətinin Şiraz Valisi (1456–1460) Bağdad Valisi (1460–1466) . Hakim olduqları şəhərlərdə siyasi və iqtisadi sabitlik qurmuş, buna görə də öz dövründə məşhurlaşmışdır. O, incəsənətə aid kitabxana qurdurmağı, mədəniyyətə hamilik etməsi, Bağdadı incəsənətin mərkəzinə çevirməsi ilə tanınmışdır. O, bu kitablarda incəsənətin ən böyük hamisi olan türkman kimi təsvir edilmişdir. == Həyatı == Pirbudaq güclü bir ailədə doğulmuşdu. Öz dövrünün ən güclü türk ailələrindən biri olan və Qaraqoyunluların hakim sülaləsi olan ailədə dünyaya gələn Pirbudaq Cahanşahın ən böyük oğlu idi. Onun ailəsi monqol işğalları zamanı Orta Asiyadan İran və Azərbaycan coğrafiyasına gəlmiş, 1300-cü illərdə artıq bölgədə hakim qüvvəyə çevrilmişdirlər. Onun əmisi Şah Məhəmməd 1411-1433-cü illərdə Bağdadın hakimi olmuşdur. Onun babası Qara Yusif 1410-cu ildən Azərbaycanın hakimi olmuş, 1439-cu ildə Pirbudağın atası Cahanşah Qaraqoyunlu taxtına çıxmışdır. Bundan bir il əvvəl isə Cahanşah Teymuri hökmdarı Şahruxu dəstəkləməsinin mükafatı olaraq Təbriz hakimi təyin edilmişdi.
Pirbudaq (Cahanşahın oğlu)

II Pirbudaq xan Türkman
II Pirbudaq xan Şahbəndə xan oğlu Pörnək-Türkman — Təbrizin bəylərbəyi. == Həyatı == II Pirbudaq xan Şahbəndə xan oğlu Pörnək-Türkman qohumlarının qəyyumluğu ilə üç yaşında Təbriz bəylərbəyi təyin olundu. 1635-ci ildə, 13 yaşında I Şah Səfi tərəfindən vəzifədən çıxarıldı. 1643-cü ildə, II Şah Abbas onu yenidən bəylərbəyi vəzifəsinə bərpa etdi. Şah 1649-cu ildə peşman olub Pirbudaq xanı bəylərbəyilikdən uzaqlaşdırdı. == Mənbə == Ənvər Çingizoğlu, Türkman eli, Bakı, "Şuşa", 2011. səh.224.
I Pirbudaq xan Türkman
I Pirbudaq хan Pörnək-Türkman (?-1617) — Təbrizin bəylərbəyi. == Həyatı == Səsi aləmə çavlanan Pörnək oymağı oğullarından biri Pirbudaq хan olub. I Şah Abbas Səfəvi 1602-ci ildə Təbrizi Osmanlılardan azad edib Pirbudaq хanı Güney Azərbaycana bəylərbəyi təyin etdi. O, bir sürə Azərbaycanın başçısı oldu. Təbriz azad edildikdən sonra h.1012 (1603)-ci ildə Türkman tayfasından olan Pirbudaq xan Pornak Təbriz bəylərbəyi və ya Təbriz hakimi olur. Lakin o, 1616-cı ildə Osmanlı ordusu ilə savaşda qətlə yetirilir və yerinə oğlu Şahbəndə xan Təbriz bəylərbəyi təyin edilir. Pirbudaq хanın Şahbəndə хan, Rüstəm хan və Əliqulu хan adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Türkman eli, Bakı, "Şuşa", 2011. səh.224.
II Pirbudaq xan Pörnək-Türkman
II Pirbudaq xan Şahbəndə xan oğlu Pörnək-Türkman — Təbrizin bəylərbəyi. == Həyatı == II Pirbudaq xan Şahbəndə xan oğlu Pörnək-Türkman qohumlarının qəyyumluğu ilə üç yaşında Təbriz bəylərbəyi təyin olundu. 1635-ci ildə, 13 yaşında I Şah Səfi tərəfindən vəzifədən çıxarıldı. 1643-cü ildə, II Şah Abbas onu yenidən bəylərbəyi vəzifəsinə bərpa etdi. Şah 1649-cu ildə peşman olub Pirbudaq xanı bəylərbəyilikdən uzaqlaşdırdı. == Mənbə == Ənvər Çingizoğlu, Türkman eli, Bakı, "Şuşa", 2011. səh.224.
I Pirbudaq xan Pörnək-Türkman
I Pirbudaq хan Pörnək-Türkman (?-1617) — Təbrizin bəylərbəyi. == Həyatı == Səsi aləmə çavlanan Pörnək oymağı oğullarından biri Pirbudaq хan olub. I Şah Abbas Səfəvi 1602-ci ildə Təbrizi Osmanlılardan azad edib Pirbudaq хanı Güney Azərbaycana bəylərbəyi təyin etdi. O, bir sürə Azərbaycanın başçısı oldu. Təbriz azad edildikdən sonra h.1012 (1603)-ci ildə Türkman tayfasından olan Pirbudaq xan Pornak Təbriz bəylərbəyi və ya Təbriz hakimi olur. Lakin o, 1616-cı ildə Osmanlı ordusu ilə savaşda qətlə yetirilir və yerinə oğlu Şahbəndə xan Təbriz bəylərbəyi təyin edilir. Pirbudaq хanın Şahbəndə хan, Rüstəm хan və Əliqulu хan adlı oğulları vardı. == Mənbə == Ənvər Çingizoğlu, Türkman eli, Bakı, "Şuşa", 2011. səh.224.
Pirbulaq
Pirbulaq (Gədəbəy)
Pirbulaq (Culfa)
Pirbulaq (fars. پيربلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Culfa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 17 nəfər yaşayır (4 ailə).
Pirbulaq (Gədəbəy)
Pirbulaq (əvvəlki adı: Novospasovka) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Gədəbəy rayonunun Ərtəpə kənd Sovetinin Novospasovka kəndi Pirbulaq kəndi adlandırılmışdır. == Toponimikası == Kənd keçmişdə Xunus da adlanırdı. Çar hökumətinin köçürmə siyasəti nəticəsində 1847-ci ildə burada gəlmə rus ailələri məskunlaşmış və kəndi də Novospasovka adlandırmışdılar. 1991-ci ildən kəndin ərazisindəki bulağın adı ilə Pirbulaq (Müqəddəs bulaq) adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 478 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Pirbulaq mis təzahürü
Dağ Cəyir Çaykənd filiz sahəsinin cənub-qərb hissəsində, Pirbulaq kəndindən 1,5 km. şimal-şərqdə və eyni adlı qırılma strukturunda yerləşir. Burada filizli zona süxurları zəngin sulfid minerallaşmaları ilə müşayiət olunan kvars damarcıqlarından və hidrotermal metasomatik dəyişmələrdən ibarətdir. Zonanın öyrənilmiş uzunluğu 750 m, qalınlığı isə 4,0-24,0 m. arasında dəyişir. Burada misin miqdarı 0,16-0,25 %, molibdeninki 0,001- 0,025%, qızılınkı 0,1-4,08 q/t, gümüşünkü isə 0,2-24,0 q\t. təşkil edir.
Pirbidağ
Pirbidağ və ya Pirbılağ və ya Pirbulaq (fars. پیربداغ/ پیربلاغ/ پیربداق‎) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Kənd Kövsər şəhristanının Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 316 nəfər (kişilər: 140 nəfər — qadınlar: 176 nəfər) olmuşdur. Kənddə 57 ailə yaşayır. Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar. == Coğrafiyası == Ərdəbildən 90 km cənub-qərbdə, Givi şəhərindən 30 km qərbdə,37° 42' 16" şimal enində və 48° 08' 11" şərq uzunluğunda, dəniz səviyyəsindən 1810 m yüksəklikdə yerləşir. Şimaldan Təbrizək, cənub-şərqdən Aftafa, şərqdən Pərdəsti və Nilaq, qərbdən isə Üçbulaq və Bağçacıq kəndləri ilə əhatə olunub. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. == Təhsilin vəziyyəti == Kənddə ibtidai məktəb fəaliyyət göstərir.
Pirbılağ

Pirdağ
Pirdağ (Qubadlı) — Qubadlı rayonunda dağ. Hündürlüyü 1376 m. Pirdağ (Oğuz) — Oğuz rayonu ərazisində dağ. Hündürlüyü 764 m.
Pirdağ (Qubadlı)
Pirdağ — Qubadlı rayonu ərazisində dağ. Həkəri çayının sol qolları olan Xoşgədik və Kiçik Həkəri çaylarının suayrıcında yerləşir. Hündürlüyü 1376 m. Ziyarətdağ da adlanır.