Pirbudaq (Cahanşahın oğlu)

Əbu'l Fəth Pir budaq (Bağdad1466, Bağdad) — Cahanşahın 4-cü oğlu Qaraqoyunlular dövlətinin Şiraz Valisi (1456–1460) Bağdad Valisi (1460–1466) . Hakimiyyət illərində Bağdad şəhərini olduqca inkişaf etdirərək əl yazmaları ilə Türkmənlərin ən böyük sənətkarlarından biri olmuşdur.

Əbu'l Fəth Pir Budaq Mirzə
Pir Budaq, Şiraz 1455-1460 (İran)
Pir Budaq, Şiraz 1455-1460 (İran)
Şəxsi məlumatlar
Doğum yeri
Vəfat tarixi 1466
Vəfat yeri
Milliyyəti Baranlı oymağı
Atası Cahanşah
Dini şiəlik

Həyatı[redaktə | mənbəni redaktə et]

Pir Budaq güclü bir ailədə doğulmuşdu, odurki əmisi Şah Məhəmməd 1411–1433 illər arası Bağdad Hakimi idi.[1] Pir Budağ'ın gənclik illəri haqqında əlimizdəki məlumatlar məhduddur. Pir Budaq ədəbiyata önəm vermiş və dövrünün böyük şairlərindən birinə çevrilmişdir. O farsca və Türkçə yazdığı şeirləri ilə tanınmışdır.[2] Atası Sultan Cahanşah'a tabe olsada onu heç sevməyərək kin bəsləmiş , hətta şeirlərindən birində onun və səltənətinə dair hərşeyi yox edəcəyindən bəhs edir.[3]

Taxtım da, mən də hələ gəncəm, hazıram iki gənclə vuruşmağa Səni yuxarı aşağı çırpacağam, Sizin nə adınızdan nədə izinizdən əsər əlamət qalmasın !

Bu şeirlədə Pir budağın atası və sultanı cahanşah və onun səltənətinə qarşı düşmənliyi görünür.

İraq səfəri[redaktə | mənbəni redaktə et]

Cahanşah , Teymuri Dövlətinin zəiflədiyini gördükdə İraq'ı ələ keçirməyə meyilləndi . Bu məqsəd ilə Mirzə Pir Budağı , Türkmən əmirlərinin bir neçəsiylə bərabər İraq torpaqlarına göndərdi . Bu müddət ərzində Teymuri Mirzə Babür Şiraz şəhərində idi . Pir Budaq Teymuriləri məğlub edərək Savə Qum Cərdəbəkən və Hənsər şəhərini mühasirə edərək fəth etdi və İsfahan şəhərinə doğru getdi , İsfahanlılar Türkmənlərin tərəfinə keçdilər. Mirzə Babür İsfahanı qorumaları üçün Şirazdan əmirlərini göndərdi isə daha sonra özü İsfahan yaxınlarına gəldi . Lakin , Teymuri qoşunlarının bir çoxu Qaraqoyunlu Türkmənləri tərəfinə keçdilər və bununlada Teymuri ordusu qaçmağa başladı . Türkmənlər gələrək gecə Mirzə Babürə hücum etdilər və məğlub olan Mirzə Babür qaçdı . Bundan sonra Pir Budağ Şiraz şəhərinə yürüdü və Teymurilərin önəmli şəhərlərindən biri olan Şirazı fəth etdi , Cahanşah İsfahan'ın hakimliyini oğlu Mirzə Məhəmmədə verdi.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Faruk Sümer, Karakoyunlular s.84–85
  2. Binbas, I. E., Intellectual Networks in Timurid Iran: Sharaf al-Dīn ‘Alī Yazdī and the Islamicate Republic of Letters, Cambridge University Press, 26 may 2016, p. 72; Lingwood, C., Politics, Poetry, and Sufism in Medieval Iran: New Perspectives on Jāmī’s alāmān va Absāl, BRILL, 2013, p. 41; Minorsky, V., Jihān-Shāh Qara-Qoyunlu and His Poetry (Turkmenica, 9), Bulletin of the School of Oriental and African Studies, Vol. 16, No. 2, 1954, pp. 271–297; Gray, B., Persian Painting, Volume 2 of Treasures of Asia, Cleveland, Skira, 1961, p. 99
  3. Soudavar, A., "The Early Safavids and their Cultural Interactions with Surrounding States", in: N. Keddie and R. Mathee, Iran and the Surrounding World, Seattle, University of Washington Press, 2002, pp. 89–120
  4. Muhsin Behramnejad, Akkoyunlu Karakoyunlu s.51

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]