Pirbudaq

Pirbudaq (1403, Dəməşq, Məmlük dövləti1418, Təbriz) — müstəqil Qaraqoyunlular dövlətinin ilk sultanı (şərti olaraq).

Pir Budaq ibn Əbu Nəsr Yusif Bahadır
fars. پیر بوداق
Qara Yusifin və Pirbudağın adına Bitlisdə zərb olunmuş təngə.
Qara Yusifin və Pirbudağın adına Bitlisdə zərb olunmuş təngə.
bayraq
Qaraqoyunlu sultanı (şərti olaraq)
bayraq2
1411 – 1418
SonrakıQara Yusif
həmhakim, ali hakimiyyət ona aid olmuşdur
Şəxsi məlumatlar
Doğum tarixi 1403/1404
Doğum yeri Dəməşq
Vəfat tarixi
Vəfat yeri Təbriz
Milliyyəti Qaraqoyunlu türkmən (Baranlı oymağı)
Atası Qara Yusif (bioloji)
Əhməd Cəlayır (atalığı)
Dini Şiə İslam
Hərbi xidmət
Döyüşlər Çalağan döyüşü

Pirbudaq atası Qara Yusif Dəməşqdə həbsdə olarkən dünyaya gəlmişdir. Daha sonra Əhməd Cəlayır Pirbudağı oğulluğa götürmüşdür. 1405-ci ildə Qara Yusif və Əhməd Cəlayir həbsdən azad edilmişdir.[1]

Pirbudaq 1410-cu ildə Qaraqoyunlular Cəlairiləri məğlub etdikdə hakimiyyətə gəlmişdir. Bunun səbəbi Pirbudaqın atası Qara Yusifin şah nəslindən gəlmədiyi üçün adətlərə görə taxta çıxa bilməməsi idi.[2][3] Ancaq Qara Yusif əvvəlcədən oğlunu müttəfiqi Əhməd Cəlayıra oğulluğa verdiyi üçün Pirbudaq uşaq yaşında hakimiyyətə gəlir, ali hakimiyyət isə atasında qalır. 1412-ci ildə Kür çayı sahili döyüşündə məğlub edilənlər arasında olan gürcü hökmdarı I Konstantin özünü məğrur apardığına görə Qara Yusif və Pirbudaq onu öz əlləri ilə öldürür.

Pirbudaq 1418-ci ildə vəfat etdi. Bundan sonra Qara Yusif xütbəni öz adına oxutdurub, Qaraqoyunlu səltənət taxtına əyləşdi.[2]

  1. Sümer, Faruk. "KARAKOYUNLULAR - TDV İslâm Ansiklopedisi". islamansiklopedisi.org.tr (ingilis). 2018-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-23.
  2. 1 2 Fərzəliyev, 1983. səh. 62
  3. Qızılbaşlar tarixi, 1993. səh. 10

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]