Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Pirbudaq (1403, Dəməşq, Məmlük dövləti – 1418, Təbriz) — müstəqil Qaraqoyunlular dövlətinin ilk sultanı (şərti olaraq).
Pir Budaq ibn Əbu Nəsr Yusif Bahadır | |
---|---|
1411 – 1418 | |
Sonrakı | Qara Yusif həmhakim, ali hakimiyyət ona aid |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1403/1404 |
Doğum yeri | Dəməşq |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz |
Milliyyəti | Qaraqoyunlu türkmən (Baranlı oymağı) |
Atası |
Qara Yusif Əhməd Cəlayır (atalığı) |
Dini | Şiə İslam |
Hərbi xidmət | |
Döyüşlər | Çalağan döyüşü |
Pirbudaq atası Qara Yusif Dəməşqdə həbsdə olarkən dünyaya gəlmişdir. Daha sonra Əhməd Cəlayır Pirbudağı oğulluğa götürmüşdür. 1405-ci ildə Qara Yusif və Əhməd Cəlayir həbsdən azad edilmişdir.[1]
Pirbudaq 1410-cu ildə Qaraqoyunlular Cəlairiləri məğlub etdikdə hakimiyyətə gəlmişdir. Bunun səbəbi Pirbudaqın atası Qara Yusifin şah nəslindən gəlmədiyi üçün adətlərə görə taxta çıxa bilməməsi idi.[2][3] Ancaq Qara Yusif əvvəlcədən oğlunu müttəfiqi Əhməd Cəlayıra oğulluğa verdiyi üçün Pirbudaq uşaq yaşında hakimiyyətə gəlir, ali hakimiyyət isə atasında qalır. 1412-ci ildə Kür çayı sahili döyüşündə məğlub edilənlər arasında olan gürcü hökmdarı I Konstantin özünü məğrur apardığına görə Qara Yusif və Pirbudaq onu öz əlləri ilə öldürür.
Pirbudaq 1413-cü ildə vəfat etdi. Bundan sonra Qara Yusif xütbəni öz adına oxutdurub, Qaraqoyunlu səltənət taxtına əyləşdi.[2]