Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Premier Quba MFK
"Premier" Quba Peşəkar Futbol Klubu - Azərbaycanda peşəkar futbol və futzal klubudur. Quba rayonunu təmsil edir. Komanda Futzal üzrə Ölkə Çempionatının Yüksük Liqasının 2019\2020 mövsümündə ilk 13 liqa turunu Bakıda keçirmişdir. 25 dekabr 2019-cu il tarixində Azərbaycan Futzal tarixində ilk dəfə regionda keçirilən oyunda komanda Naxçıvanın "Araz" klubu ilə qarşılaşdı. Bu, həm də Azərbaycan Futzal Çempionatları tarixində ən çox izləyicinin olduğu oyun kimi tarixə düşdü (795 nəfər).
Premiya
Premiya (fr. Prémilhat) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qərbi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03211. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2241 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 1346 nəfərdən (15-64 yaş) 876 nəfəri iqtisadi cəhətdən fəal, 470 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 65.1%, 1999-cu ildə 64.8%). Fəal olan 876 nəfərdən 794 nəfər (416 kişi və 378 qadın), 82 nəfəri işsizdir (46 kişi və 36 qadın). Aktiv olmayan 470 nəfər arasında 87 nəfər şagird və ya tələbə, 224 nəfər pensiyaçı, 159 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Premna
Premna (lat. Premna) — dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Prenit
Prenit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – ağ, boz, açıq-sarı, bozumtul- və otu-yaşıl, qırmızımtıl, bəzən rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşədən sədəfiyədək; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 2,8-3; Sərtlik – 6-6,5; Sınıqlar – qeyri-hamar; Ayrılma – {001} üzrə orta; Morfologiya – kristallar: nadir hallarda qısasütunvari və nazik lövhə şəkilli; İkiləşmə: polisintetik; Mineral aqreqatları: böyrək-, vərəq- və daraqvari, radial-şüalı, dənəvər, kürəvi, qaysaq şəkilli əmələgəlmələr, druzalar. == Mənşəyi və yayılması == Tipik hidrotermal mineral olub, tez-tez hidrotermal dəyişilmiş əsasi süxurlarda–qabbro və diabazlarda əsasi plagioklazların parçalanma məhsulu kimi qeyd edilir. Habelə əsasi effuziv süxurların–bazalt və andezitlərin badamvari boşluqlarında rast gəlir. Kontakt-metasomatik əmələgəlmələrdə, adətən, endoskarnlarda rast gələn prenit epidot, piroksen və qranat üzrə inkişaf edir. Mineralın tapıldığı yerlər: Arendal, Kraqeryo (Norveç); Falun (İsveç); Ural, Qafqaz (Rusiya); Zakarpatye (Ukrayna). Azərbaycanda Kiçik Qafqazın ofiolit qurşağının hiperbazitlərində, Daşkəsən və Gədəbəy rayonlarının skarnlarında, Ağcakənd çökəkliyinin vulkanogen əmələgəlmələrində, Talışın subqələvi bazaltoid formasiyasının süxurlarında, Şimali-Daşkəsən kobalt yatağında qeyd edilmişdir. == İstinadlar == == Mənbə == Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Promil
Promil (lat. pro mille – hər minə) — hər hansı kəmiyyətin mində bir hissəsi. Promil faizin onda birinə bərabərdir və ‰ işarəsi ilə qeyd olunur. Bu işarənin üç ədəd sıfır rəqəmindən tərtib edilməsi Promilin tərifi ilə əlaqədardır. Bəzi kəmiyyətlər ənənəvi olaraq Promil ilə ölçülür; məsələn, dəniz suyunun şorluğu ‰ ilə göstərilir. Suyun şorluğunun 35 Promil olması onun kütləsinin 0,035 hissəsinin duzlardan ibarət olduğu deməkdir (hər litrə 35 qram). Dəmir yollarının meyilliliyi kiçik olduğundan onu da Promil ilə hesablayırlar.
Preri
Preri (fr. prairie "çəmən" "çəmənlik") — Şimali Amerikada çöl zonası, Orta Qərbdə, Amerika Birləşmiş Ştatlarında və Kanadada vegetasiya zonası. Cənubi Amerikada pampas, Avrasiyada çöl olduğu kimi preri də mülayim çöl bölgələrinə aiddir. Böyük Düzənliklərin şərq hissəsini əhatə edir. Ağacların və kolların qıtlığı burada olan məhdud vegetasiyanın göstəricisidir. Bunun səbəbi qitə daxili yerləşmə və qərbdən yağıntıların qabağını kəsən Qayalı dağlardır. Hal-hazırda preri böyük, süni şəkildə az sulanmış bir ərazidi, hansıki kənd təsərrüfatının məqsədləri üçün istifadə olunur. Bu torpağlarda buğda, qarğıdalı və digər aqrar mədəniyyətlər becərilir. Preri ABŞ-nin Şimali Dakota, Cənubi Dakota, Nebraska, Kanzas, Oklahoma, Montana, Vayominq, Nyu Meksiko, Texas, Missuri, Ayova, İllinoys, Ohayo, İndiana, Viskonsin, Minnesota ştatlarında daha çox yayılıb. Kaliforniyada olan Mərkəzi Vadi həmçinin preri sayılır.
Qremi
Kaxetiya çarlığı — Kaxetiya ərazisində 1465-ci ildə yaradılmış feodal dövlət olmuşdur. XV əsirdən Qremi Kaxetiya krallığnın mərkəzi idi. Qremi məbədi 1565-ci ildə Kaxeti kralı tərəfindən inşa edilmişdir. Məbədin ətrafındakı hasarlar eyni zamanda qala idi. Təhlükə zamanı krallar daşlarla düzəldilmiş gizli çıxışdan istifadə edirdilər. Burda üç mərtəbəli saray və ətrafında qülləli hasarlar var idi. Məbədin yanında kral rezidensiyası var. Kral rezidensiyasında isə kral sarayları, fantan, qüllə hamam və s. tikililər yerləşirdi. Qremidə ticarət küçəsi fəaliyyət göstərmişdir.
Remix
Remix (lüksemb. Réimech, alm. Remich‎, fr. Remich)-Lüksemburq krallığının Qrevenmaxer əyalətinin kantonu.Özündə 10 kommunu birləşdirir.
Karen Cromie
Karen Cromie (24 sentyabr 1979 – 28 yanvar 2011) — İrlandiyalı Paralimpiyaçı, İngilis avarçəkmə və basketbol idmançısıdır. Pekin 2008 Olimpiadasında Paralimpiya Divizionunda yarışdı və beşinci oldu. 2005–2006-cı illər arasında Cromie GB Əlil arabalı Basketbol Milli Komandasının tərkibində basketbol oynamış və gümüş medal qazanmışdır. 2009-cu ildə İrlandiya Paralimpiya Basketbol komandasına seçilmiş və 2011-ci ildə 31 yaşında intihar edərək ömrünü başa vurmuşdur.
Premna grandifolia
Premna grandifolia (lat. Premna grandifolia) — dalamazkimilər fəsiləsinin premna cinsinə aid bitki növü.
Premna maxima
Premna maxima (lat. Premna maxima) — dalamazkimilər fəsiləsinin premna cinsinə aid bitki növü.
Premna merinoi
Hydrangea aspera (lat. Hydrangea aspera) — hortenziyakimilər fəsiləsinin hortenziya cinsinə aid bitki növü.
Premna protrusa
Premna protrusa (lat. Premna protrusa) — dalamazkimilər fəsiləsinin premna cinsinə aid bitki növü.
Premna schliebenii
Premna schliebenii (lat. Premna schliebenii) — dalamazkimilər fəsiləsinin premna cinsinə aid bitki növü.
Premna serratifolia
Premna serratifolia (lat. Premna serratifolia) — dalamazkimilər fəsiləsinin premna cinsinə aid bitki növü.
Premna szemaoensis
Premna szemaoensis (lat. Premna szemaoensis) — dalamazkimilər fəsiləsinin premna cinsinə aid bitki növü.
Premna taitensis
Premna taitensis (lat. Premna taitensis) — dalamazkimilər fəsiləsinin premna cinsinə aid bitki növü.
Premna tanganyikensis
Premna tanganyikensis (lat. Premna tanganyikensis) — dalamazkimilər fəsiləsinin premna cinsinə aid bitki növü.
YouTube Premium
Youtube Premium (əvvəllər YouTube Red) — YouTube üçün ödənişli abunə xidməti, reklamsız videoya baxış, mobil cihazlarda arxa fonda musiqi və video oynatma və ya oflayn oynatma ilə təmin edir. 2014-cü ilin noyabr ayında Music Key adı ilə başlamış, alıcıları yalnız YouTube və Google Play Musiqi proqramlarındaki musiqi videolarını və musiqiləri reklamsız izləmək imkanı ilə təmin edirdi. 31 oktyabr 2015-ci ildə, adı dəyişdirilərək YouTube Red oldu. 17 may 2018-ci ildə yeni funksiyalar əlavə edilərək, hal-hazırkı adına qovuşur.
Bavariya kremi
Bavariya kremi — un və qarğıdalı nişastası ilə birlikdə jelatindən və ya balıq yapışqanından istifadə olunmaqla və çox vaxt likör əlavə edilən desert. == Haqqında == Bavariya kremi xörəklər siyahısına daxildir, məşhur fransız aşpaz və kulinarı Mari Antuan Karem hazırlamışdır ki, buna görə də bəzən xörəyin yaradıcısının adı ilə adlanır. İlk dəfə Bavariyada ali mətbəxin bir hissəsi kimi meydana çıxmışdır. XIX əsrin sonlarında Amerikada geniş yayılmışdır. Bavariya kremi çox vaxt meyvə sousu, moruq və ya ərik püresi ilə bir yerdə, qaymaq və Ponçik üçün içlikdən istifadə olunmaqla təqdim edilir. == İstinadlar == == Həmçinin bax == Krem bryule Katalon kremi == Xarici keçidlər == Bayrisch Creme mit Kirschragout (PDF; 90 kB) www.swr.de.
Bulbophyllum pemae
Bulbophyllum pemae (lat. Bulbophyllum pemae) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Katalon kremi
Katalon kremi (kat. La Creme, isp. Crema catalana)-Müqəddəs Yusifin kremi hesab edilir.Katolik mətbəxinin milli desertidir. == Haqqında == Katalon kremini Fransızların kre-ybrule ilə bəzən oxşadırlar, belə ki, onu qaymaqda yox süddə hazırlayırlar. == Əsas komponentlər == Süd, yumartanın sarısı, şəkər tozu. Bəzən zövqə görə ədviyyatlarda qatılır. Soyuq halda hazırlanan kremin üzərinə şəkər tozu tökülür ki, yüksək temperaturda şəkər tozu xırcıldayan lay əmələ gətirsin. Bəzən nişasta və un da əlavə edilən reseptlər mövcuddur.
Qrand-Preri
Qrand-Preri — Kanadanın Alberta vilayətində şəhər. Şəhər Alberta vilayətinin şimal qərbində yerləşir. Şəhərin əhalisi son illər sürətlə armağa başlamışdır. Tarixi baxımdan böyük önəmə sahib olmayan şəhər Alberta vilayətinin ən böyük 7-ci şəhəridir. Edmonton və Kalqari şəhərlərindən sonra yerləşdiyi əyalətdə iqtisadi baxımdan üçüncü yerdə dayanır. Burada neft, qaz, kənd təsərrüfatı, meşə sənayesi yüksək səviyyədə inkişaf etmişdir. Şəhərin Alberta və Britaniya Kolumbiyası əyalətlərinin sərhəddinə yaxın olması, şəhərdən gündəlik çoxlu sayda yük maşınlarının keçməsinə səbəb olur. Alberta vilayətində alınan mallara vergi təyin edilməməsi səbəbindən, bazar günləri ətraf şəhərlədən bura gələnlərin sayı kəskin artır.
Optimus Prime
Optimus Praym (ing. Optimus Prime) — Transformers dünyasında insanyönümlü olan avtobotların lideri. Transformers dünyasında pis tərəf olan deseptikonlarla olan müharibədə məhv olan Sibertrondan sonra mübarizə dünyaya daşınmışdır. Optimus Praym burada da lider olaraq qalmaqdadır.
Ərəmis
İrimis, Ərəmis — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. == Tarixi == Dərəbas kəndinin yaxınlığında yerləşmişdir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Erməni mənbələrində kəndin Aramis, Yeremiz, Göranis kimi də adlandığı göstərilir. Ermənistan Respublikası Ali Soveti Rəyasət Heyətinin 1946-cı il qərarı ilə kənd ermənicə Artaşat adlandırılmışdır. Əsli Urumis. Urumis isə Rum (Bizans) toponimindən və qədim türk dillərində "s" cəm şəkilçisindən ibarətdir. Bax: Hərom və Xurma. Ola bilər toponim Ahuramazda adının təhrifidir. Bax:Aramaz, Armaz, Armus və Ərəmis.
Agence France-Presse
Agence France-Presse (AFP) mərkəzi Fransanın, Paris şəhərində olan beynəlxalq bir xəbər agentliyidir. 1835-ci ildə Havas olaraq qurulmuş, dünyanın ən qədim xəbər agentliyidir. AFP-nin Lefkoşa, Montevideo, Hong Kong və Washingtonda regional mərkəzi, dünyanın 151 ölkəsində və 201 məntəqəsində xəbər büroları mövcuddur. AFP hekayələri, videoları, fotoları və qrafikləri fransız, ingilis, ərəb, portuqal, ispan və alman dillərində paylaşır.
Rəmiş
Rəmiş (əsl adı Rafiq Hüseyn oğlu Hüseynov; 14 noyabr 1944, Gülablı, Ağdam rayonu – 5 aprel 2021, Bakı) — azərbaycanlı elektrogitara ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2014). == Həyatı == Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində doğulmuşdur. İlk musiqi təhsilini Üzeyir Hacıbəyov adına orta ixtisas musiqi məktəbində tar sinfində almışdır. Üç dəfə ailə həyatı qurmuşdur. Sonuncu həyat yoldaşı Güllü Hüseynovadır. Rəmiş 5 aprel 2021-ci ildə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdir. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib. == Yaradıcılığı == Rəmiş Qədir Rüstəmovu, Rübabə Muradovanı, Yaqub Məmmədovu, Səxavət Məmmədovu müşayiət etmiş və başqa şəxsiyyətlərlə bir sıra məclislərdə iştrak etmişdir. Rəmiş həm də tar, piano, qarmon, zərb, ud və s. azərbaycan xalq çalğı alətlərlərində peşəkar şəkildə ifa edə bilirdi.
Rəmə
Rəmə — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qoşabulaq kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Rəmə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. == Toponimikası == == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 151 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Diyar Rəbiə
Diyar Rəbiə (ərəb. دِيَارُ رَبِيعَةَ‎) — orta əsrlərdə Cəzirənin ən şərqdəki və ən böyük vilayətinin ərəbcə adı. Vilayətdən digər ikisi Diyar Bəkr və Diyar Mudar idi. Orta əsr coğrafiyaşünası Bəlazuri yazmışdır ki, hər üç vilayət VII əsrdə ərəb istilaları zamanı Müaviyə tərəfindən oraya köçürülən əsas ərəb qəbilələrin adı ilə əlaqəlidir. Diyar Rəbiədə Rəbiə qəbiləsi yaşayırdı. Diyar Rəbiə Xabur çayının yuxarı axarını və onun qollarını, yəni Tur-Abdin və Ərbayistan bölgələrini, eləcə də şimalda Cəzirət ibn Ömər yaxınlığından Dəclə çayının hər iki sahilini, cənubda Tikrit bölgəsində İraqla sərhədə, o cümlədən Yuxarı Zab və Aşağı Zabın aşağı axarlarını əhatə edirdi. Vilayətin əsas şəhəri Mosul idi və digər mühüm şəhər mərkəzləri Bаlаd, Cəzirət ibn Ömər, Sinnə, Bərqayid, Sincar, Nüseybin, Mardin və Rəsulayn idi. Vilayət Əməvilər və Abbasilər dövründə qərmətilərin basqınlarından əziyyət çəkmişdir. X əsrin ortalarında vilayət paytaxtı Mosul olan yerli Həmdanilər sülaləsinin nəzarəti altına keçmişdir. Həmdanilər əmirliyi 980-ci ildə Buveyhilər tərəfindən süquta uğradılmışdır, vilayət isə sonradan Ukeylilərin nəzarətinə keçmişdir, lakin onlar da XI əsrin sonlarında Səlcuqlular tərəfindən fəth edilmişdir.