Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qırışıqlı dağlar
Qırışıqlı dağlar (rus. горы складчатые, ing. folded mountains) — inkişafının ilk mərhələlərində əsas oroqrafik elementləri plikativ dislokasiyalarla əmələ gələn, müxtəlif yaşlı tektonik dağlar. Q.d. aşağıdakı növləri vardır: 1) qırışıq strukturları relyefdə əks olunan epigeosinklinal Q. d. (Qafqaz, Alp və s.); 2) platformaların qırışıqlı özülünün dislokasiyaya uğraması nəticəsində əmələ gələn Q. d.. Onların oroqrafik ünsürləri adətən tektonikaya uyğun gəlir (Tyan-Şan, Altay və s.).
Qırışıqlı qabıqyeyən
Qırışıqlı qabıqyeyən (lat. Scolytus rugulosus Ratz.) — buğumayaqlılar tipinin sərtqanadlılar dəstəsinin qabıqyeyənlər fəsiləsinə aid olan növ. == Həyat tərzi == Böcək sürfə mərhələsində ağacın gövdəsində (qidalanma nəticəsində sürfə tərəfindən açılmış yarıqda) qışlayır. Mart ayında puplaşmağa başlayır. Böcəklər pupdan may ayının ortalarında çıxır. Təbiətdə onların uçuşu 50–60 günədək davam edir. Uçuş müddətində böcəklər tumurcuqların oturaq hissəsinə, sonra isə şam ağacının gövdəsini gəmirərək 1–2 sm uzunluğunda yol açaraq oraya yumurta qoyurlar. Bir dişi fərd hər dəfə 30-dək, ümumiyyətlə 120-dən 130-dək yumurta qoya bilir. Yumurta qoyduqdan sonra, dişi fərd öz bədəni ilə həmin oyuğun deşiyini tutur və ölür. Bu hal yumurtaların təbii düşmənlərdən xilas olmasına şərait yaradır.
Komandalar qarışığı
komandalar qarışığı (ing. instruction mix ~ ru. смесь команд ~ tr. komut karışımı) – proqramın çeşidli komandaları: mənimsətmə komandası, riyazi (sürüşkən nöqtəli və ya tam ədədi) komandalar, idarəedici komandalar, indeksləmə komandaları və s. Proqramların komandalar qarışığını bilmək mərkəzi prosessorun mikrosxemlərinin gəlişdiricilərinə lazımdır ki, onlar hansı komandaların necə sürətli yerinə yetirilməsini təsəvvür edə bilsinlər; eləcə də etalon sınaqların gəlişdiricilərinə məsələlərlə uyğunluğu təmin etmək üçün komandalar qarışığını bilmələri çox vacibdir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qırışıqlıq
Qırışıqlıq — yer qabığının bu və ya digər sahəsində olan qırışıqların məcmusuna deyilir. Qırışıqlığın üç morfoloji tipini ayırırlar: 1. geosinklinal, 2. platforma və 3. aralıq və ya keçid qırışıqlıq tipi. Yerin inkişaf tarixində qırışıqlıq sistemlərinin əmələ gəlmə dövrlərinə əsasən arxey, proterozoy, kaledon, hersin və alp qırışıqlıqları ayırırlar. Bəzi alimlər baykal, sakit okean və qırışıqlıqlar da ayrılmasını təklif edirlər. == Bünövrə qırışıqları == Bünövrə qırışıqları qədim qırışıq bünövrədə təkrar deformasiya nəticəsində əmələ gəlmiş qırışıqlardır. Bu zaman bünövrə üzərində yatan çökmə süxurlarda örtük qırışıqları inkişaf edir. Bünövrə qırışıqları adətən kəskin bucaq uyğunsuzluğu ilə müxtəlif mənşəli daha gec, o cümlədən platforma struktur-formasion kompleksləri ilə örtülür və ya bilavasitə yer səthinə çıxır.
Polimer qarışıqlar
Elmi-texniki tərəqqinin səviyyəsi artdıqda poliemer materiallarının xassələrinə də tələbatlar artır. Yeni konstruksiya materiallarının, müxtəlif məqsədli məmulatların hazırlanmasında yeni fiziki-kimyəvi və fiziki-mexaniki xassələrə malik polimer materiallarına ehtiyac da artır. Xüsusi xassələrə malik müxtəlif homo- sopolimerlərin sənaye istehsalı yolu ilə alınması əksər hallarda iqtisadi cəhətdən sərfəli olmur. İri tonnajlı sənaye polimerlərinin optimal miqdarlarının kombinasiyası ilə müasir tələblərə cavab verən xassələrə malik kombinasiyaların alınması isə mümkündür. Soyuğa-, istiliyə, zərbəyə- və müxtəlif deformasiyaya davamlılıq xassələrinə malik kombinasiyaların polimer qarışıqlarından alınması məlumdur. Çoxkomponentli polimer sistemlərinin homo- və sopolimerlər, torvari quruluşlu polimerlər və qarışıqlardan ibarət təsnifatı təklif edilmişdir. Göstərilmişdir ki, sopolimerləşmə prosesində, vulkanlaşma və bərkimədə, qarışdırma proseslərində, qarşılıqlı əlaqələnmiş torvari quruluşların alınmasında daha mürəkkəb sistemlərin yaradılması mümkündür. Çox hallarda polimer qarışıqları kimi, bir-birilə kovalent əlaqələrlə əlaqələnməmiş, iki polimerdən ibarət nisbətən bircinsli sistem nəzərdə tutulur. Polimer ərintiləri kimi isə komponentləri makromolekul səviyyədə qarışmış çoxkomponentli polimer sistemləri nəzərdə tutulur. Polimer qarışıqlarının alınmasının bir neçə üsulu məlumdur, ən sadə üsul – amorf polimerlərin şüşələşmə temperaturlarından yüksək temperaturlarda, ərinti rejimində, mexaniki qarışdırılmasıdır.
Qarşılıqlı induksiya
Qarşılıqlı induksiya birinci tərəf dövrədə cərəyan şiddəti dəyişən zaman ikinci tərəf dövrədə EHQ-nin meydana gəlməsidir. Qarşılıqlı induksiya elektromaqnit induksiyasının xüsusi haldır . Birinci tərəf dövrədə cərəyan şiddəti dəyişdikdə, ikinci tərəf dövrədə EHQ əmələ gəlir: E 2 = − d Ψ 1 d t = − L d I 1 d t {\displaystyle {\mathcal {E_{2}}}=-{{d\Psi _{1}} \over dt}=-L{dI_{1} \over dt}} burada E 2 {\displaystyle {\mathcal {E_{2}}}} — ikinci tərəf dövrədəki elektrik hərəkət qüvvəsi, Ψ 1 {\displaystyle \Psi _{1}} — birinci tərəf dövrədə maqnit ilişmə seli , I 1 {\displaystyle I_{1}} — birinci tərəf dövrədəki cərəyan şiddəti, L {\displaystyle L} — konturun qarşılıqlı induktivliyi . İkinci tərəf dövrədə cərəyan şiddəti dəyişdikdə, birinci tərəf dövrədə EHQ əmələ gəlir: E 1 = − d Ψ 2 d t = − L d I 2 d t {\displaystyle {\mathcal {E_{1}}}=-{{d\Psi _{2}} \over dt}=-L{dI_{2} \over dt}} burada E 1 {\displaystyle {\mathcal {E_{1}}}} — birinci tərəf dövrədəki elektrik hərəkət qüvvəsi, Ψ 2 {\displaystyle \Psi _{2}} — ikinci tərəf dövrənin maqnit ilişmə seli , I 2 {\displaystyle I_{2}} — ikinci tərəf dövrədəki cərəyan şiddəti, L {\displaystyle L} — konturun qarşılıqlı induktivliyi . Qarşılıqlı induksiya hadisəsindən transformatorlarda dəyişən gərginliyi yüksəltmək və alçaltmaq üçün istifadə olunur . == Həmçinin bax == Elektromaqnit induksiyası Özünə induksiya Transformator == Ədəbiyyat == Никеров. В. А. Физика: учебник и практикум для академического бакалавриата. — Юрайт, 2015. — 415 с. — ISBN 978-5-9916-4820-2.
Qarşılıqlı yardım
Qarşılıqlı yardım (ing. Mutual Aid: A Factor of Evolution) Pyotr Kropotkinin Etika ilə birlikdə iki ən mühüm kitablarından biridir. Qarşılıqlı Yardım Etikadan öncə çap olunaraq sözügedən kitabda bəhs olunan tezislərin əsaslarını qüvvətləndirmişdir. Çarlz Darvinin "Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi və ya yaşama uğrunda mübarizədə əlverişli fərdlərin saxlanması" (On the Origin of Species by Means of Natural Selection, or the Preservation of Favoured Races in the Struggle for Life) əsərindən fərqli olaraq Kropotkin bu əsərində yüzlərlə örnək vasitəsilə təbiətdəki gücsüz fərdin qarşılıqlı yardım yolu ilə güclü cəmiyyət yaradaraq düşməninə qarşı mübarizə apara bildiyini qeyd etmişdir.
Qarşılıqlı əlaqə
Ünsiyyət Qarşılıqlı əlaqə – dialektikanın ən ümumi kateqoriyalarından biri; obyektiv aləmin daimi hərəkət və dəyişilməsində onun vəhdətini, onu təşkil edən predmet və hadisələr arasındakı sonsuz əlaqəni ifadə edir. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Qarşılıqlı əvəzolunma
Qarşılıqlı əvəzolunma - maşın, aqreqat, mexanizm, apparat və s. texniki konstruksiyaların hissələrinin və düyümlərinin əlavə emala ehtiyac olmadan, onun işləmə qabiliyyətinə qoyulmuş əvvəlki tələbləri ödəməklə qarşılıqlı dəyişdirilməsinə imkan verən xassələr toplusudur. Geniş mənada qarşılıqlı əvəzolunma müasir texnikanın inkişafını səciyyələndirən kompleks anlayışdır. Bu baxımdan qarşılıqlı əvəzolunma maşının, cihazın və s. layihələndirməsi, istehsal texnologiyasını və istismarını özündə cəmləşdirir. O, xalq təsərrüfatı üçün böyük əhəmiyyətə malik olub, iri seriyalı və kütləvi istehsalın əsasını təşkil edir. Yalnız qarşılıqlı əvəzolunmanı təmin etməklə bir ölkə daxilində yox, hətta müxtəlif ölkələrdə yerləşən müəssisələr arasında kooperasiya yaratmaq mümkündür. Əgər istehsal olunmuş hissə yığma zamanı heç bir uyğunlaşdırmaya, seçməyə və başqa əlavə işlərə ehtiyac olmadan, maşın və ya mexanizmə qoyulmuş bütün texniki tələbləri ödəyə bilirsə, onda belə qarşılıqlı əvəzolunma tam adlanır. Məsələn lampaların yivləri, ştepsel çəngəlləri, vintlər, qaykalar, yastıqlar və s. yalnız tam qarşılıqlı əvəzolunma şəraitində tətbiq oluna bilirlər.
Qırışıqlıq epoxası
Qırışıqlıq epoxası (rus. эпоха складчатости, ing. folding epoch) — qırışıq əmələgəlmə və eləcə də dağəmələgəlmə və qranitoidli in-truziv maqmatizm proseslərinin güclənmə epoxası. Q. e.-da struktur planın əsaslı surətdə yenidən qurulması və qırışıqlıq sistemi və ya vilayətlərin inkişafında müəyyən dönüş baş verir.
Qırışıqlıq fəzası
Qırışıqlıq fəzası (rus. - фаза складчатости, ing. folded phase) — (tektogenez) – uzunmüddətli və fasiləsiz tektonik hərəkətlərin, (xüsusilə qırışıq əmələgəlmənin) nisbətən qısa müddətli sürətlənməsi hadisəsi, qalxma və yuyulma sayəsində yaranan bucaq qeyri-uyğunluğu şəklində öz əksini tapır.
Qarşılıqlı asılılıq
Sosiologiya və psixologiyada qarşılıqlı asılılıq — partnyorlardan birinin davranışı ilə digər şəxsin özünüdağıdıcı davranışına töhfə verdiyi disfunksional münasibətləri təsvir edən bir nəzəriyyə, məsələn: addiksiyanın inkişafı və kəskinləşməsi (o cümlədən alkoqolizm, narkomaniya, qumar asılılığı, fanatizm, işgüzarlıq, sevgi asılılığı və s.); şəxsiyyət pozğunluqlarının və psixoloji problemlərin inkişafı və kəskinləşməsi; yetişməmiş və uşaq davranışının inkişafı və kəskinləşməsi; məsuliyyətin azaldılması (şəxsi və sosial ); cəmiyyətdə uğurun azalması. Qarşılıqlı asılılığın ümumi qəbul edilmiş tərifi hələ mövcud deyil. Tipik olaraq, qarşılıqlı asılılığın tərifi başqalarının ehtiyaclarına öz zərərinə diqqət yetirməyi, fədakarlığı, öz duyğularını boğmağı və başqalarının problemlərini idarə etmək və ya həll etmək cəhdlərini vurğulayır. Qarşılıqlı asılılıq həm hisslərin, düşüncələrin və davranışların bağlılıq obyektindən asılılığını, həm də başqa bir insanı idarə etmək istəyini əhatə edir. Bir-birindən asılı olan insanlar aşağı özgüvən ilə xarakterizə olunur, lakin aşağı özünə hörmətin kooperativ asılılığın səbəbi və ya nəticəsi olduğu hələ müəyyən edilməmişdir. Həmkarlar, dostlar və ailə üzvləri də bir-birindən asılı ola bildiyinə görə, qarşılıqlı asılılıq yalnız ailə, tərəfdaş və ya romantik münasibətlərlə məhdudlaşmır.
Qarışıq Milliyətlilik
Qarışıq milliyətlilik, fərqli milliyətlilik və ya qarışıq irqlilik (ing. Multiracial, half cast, mixed-race) — fərqli millətlərə və ya irqlər malik insanlar üçün istifadə olunan termindir. Bu termin ilə insanlar valideynlərinin mənsub olduğu ölkələrə, millətlərə, dinə və irqə görə ayrılır. Lakin bundan başqa bəzi təhqir xarakterli terminlərdə mövcuddur.
Qarışıq akasiya
Qarışıq akasiya (lat. Acacia confusa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Çoxillik ağac bitkisidir və 15 m hündürlüyə qədər böyüyür. Növ Tayvanda, eləcə də Malayziyadan Filippinə qədər yayılmışdır. == İstifadəsi == Ağacdan bu günlərdə musiqi alətləri, mebel və vanna kimi yüksək qiymətli ağac məhsullarının istehsalında istifadə edilir. Bitki xalq təbabətində istifadə olunur və Tayvanda bitki mənşəli dərman mağazalarından (草藥店) əldə etmək olar. Buna baxmayaraq, onun tibbi effektivliyini dəstəkləmək üçün heç bir klinik tədqiqat aparılmamışdır. == Sinonimləri == Acacia richii auct.
Qarışıq armud
Qarışıq armud (lat. Pyrus complexa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbii yayılması == Ermənistanda arealı vardır. == Botaniki təsviri == Hündürlüyü 10 m, gövdəsinin diametri 10-12 sm çatan ağacdır. Çətiri şaxələnmiş, bir az sallaqdır. Budaqları iynəli və qonur qabıqlı, cavan budaqları tükcüklü, sonradan təxminən çılpaqdır. Tumurcuqları iri, qonur, qırmızımtıl çalarlı, yumurtavari-konusvaridir.Yarpaqları oval-yumurtavari, uzunluğu 8 sm-dək və eni 4 sm-dək, ucu biz, hər tərəfdən tükcüklüdür. Qalxanı çoxçiçəklidir. Meyvələri yumru, basıq, diametri 2-3 sm olub sarımtıl rəngli, şarşəkillidir. Aprel-may aylarında çiçəkləyir, avqust ayında meyvəsi yetişir.
Qarışıq iqtisadiyyat
Qarışıq iqtisadiyyat (ing. Mixed economy) — iqtisadiyyatda, əksərən bazar iqtisadiyyatının variyasiyası. Qarışıq iqtisadiyyat özü-özlüyündə ictimaiyyətin sosial problemlərinin həlli istiqamətində bir sıra məxsusi tipoloji — liberal, sosial orientasiyalı və sosial-demokratik modelləri ehtiva edir.
Qarışıq quşarmudu
Qarışıq quşarmudu (lat. Sorbus commixta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. == Təbii yayılması == Saxalın, Yaponiya, Koreyada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 7-10 m-dək (bəzən 18 m çatır) olan, yarpağını tökən ağacdır. Çətiri yumru və uzun, qabığı qonur gümüşü-boz rənglidir. Yarpaqların uzunluğu 20-30 sm, lələkvari formalı, 9-13 lansetvari yarpaqlı, ucu biz və kənarları dişlidir. Payızda yarpaqları tünd bənövşəyi və ya qırmızı rəngli olur. Çiçəklərin diametri 6-10 mm, beş ağ ləçəkli və 20 sarımtıl-ağ erkəkcikli, yazda və ya yayda diametri 9-15 sm olan qalxan əmələ gətirir. Meyvəsi diametri 7-8 mm olan, parlaq qırmızı giləmeyvədir, payızda yetişir. == Ekologiyası == Şaxtaya davamlılıq dərəcəsi 5-9.
Qarışıq turşu
== Tərkibi == Göy bibər - 6 kq Göy pomidor - 4 kq Kök - 4 kq Kələm - 4 kq Albalı (heyva, üzüm və s.) yarpaqları - zövqə görə. Duz - 250 qram == Hazırlanma qaydası == Hazırlamaq üçün göy bibər, göy pomidor, kök, 4 yerə bölünmüş kələm götürülür, doğranılır və bankalara yığılır, aralarına albalı, heyva, üzüm yarpaqları yığılır ki, turşunun (şorabanın) dadını yaxşılaşdırsın. Üstündən 5 litr suya duz tökülür. Bir neçə gündən sonra artıq duzlu suyu boşaltmaq lazımdır. Bunu günaşırı etməklə 1 həftədən sonra turşunu yoxlayırlar, xarab olmuşlarını götürürlər. Belə şorabanı sirkə ilə də hazırlamaq olar. Onda 1,5 litr suya 1 litr sirkə və 400 qram duz götürmək lazımdır. == Mənbə == Evdarlıq, Azərbaycan Dövlət Nəşriyyatı. Bakı-1990. səh.240.
Qarışıq vulkan
Qаrışıq vulkаn və ya strаtоvulkаn — Vulkan lava ахınlаrındаn və qırıntаl-оvunuq mаteriаl yığnalаrındаn ibarət pоligen vulkаn. Belə vulkаnlаrdа püskürmə аdətən qırıntаl-оvunuq mаteriаl – bоmbа, lаpil, kül və b. аtılmаsı ilə bаşlаnır. Sоnrа qırıntаl-оvunuq аtqılаr lava ахınlаrı ilə örtülür. Strаtоvulkаn, mərkəzi vulkаn tiplərinin ən geniş yаyılmış fоrmаsıdır. Onun kоnusu bir neçə yüz metrdən bir neçə kilometrə çаtır. Krаteri əksərən divаrlаrının çökməsi nəticəsində diаmetri bir kilometr və dаhа çох genişlənmiş çаlаdаn ibаrət оlur. Strаtоvulkаnlаrın fəаliyyət tərzi dаimа kəskin dəyişir. Belə ki, sırf eksplоziv, vulkаnın sоnrаkı оyаnışındа yenidən effuziv-ekstruziv fəаliyyətlə əvəz оlunur. Bu gedişаt vulkаnın bütün оyаnışlаrındа аrdıcıl təkrаr edilir və nəticədə vulkаn qurğusu dəfələrlə pirоklаstik аtqılаrı ilə lаvа örtüklərinin lаylаşmış növbələşməsindən yığcаmlаşır.
Kafalar qarışıq
Kafalar qarışıq — 2018-ci il istehsalı Türk komediya filmi. Filmin baş rollarında "Kafalar" YouTube kanalının sahibi Atakan Özyurt, Bilal Hancı və Fatih Yasin oynayır. == Mövzu == Atakan və sevgilisi Busə xoşbəxt sevgililik həyatı yaşayırlar. Cütlüklər evlənməyi qərara alırlar, lakin Busənin babası bu evliliyə razı olmur. Atakan nə edirsə etsin Busənin babasını yola gətirə bilmir və yerdə tək çarə qalır, oda Busənin illərdir itkin olan atasını tapmaq. Öz qayınatasını tapmaq üçün macəraya atılan Atakana dostları Fatih və Bilal kömək edir.
Fundamental qarşılıqlı təsirlər
Fundamental qarşılıqlı təsirlər- hissəciklər arasında mövcud olan və hissəciklərin xüsusiyyətlərini və davranışını müəyyənləşdirən təbiət qüvvələridir. Dörd qarşılıqlı təsir qüvvəsi məlumdur: elektromaqnetizm qravitasiya zəif nüvə qüvvəsi güclü qüvvə Fundamental qarşılıqlı təsirlər (ingiliscə, fundamental interaction) fizikaya aid ədəbiyyatda təbiət qüvvələri, fundamental qüvvələr kimi də adlandırılırlar. == Ümumi məlumat == Fundamental qarşılıqlı təsirlər əsasən aşağıdakı meyarlarla təyin olunurlar: təsir qüvvəsinin gücü bu qüvvənin effektiv olduğu hədd bu təsir qüvvəsinin keçiricisi və ya daşıyıcısı olan hissəciyin təbiəti == Qraviton == qravitasiya qarşılıqlı təsirin zərrəciyidir.Qravitasiya qüvvələri qarşılıqlı təsirdə olan cisimlərin hər birinin kütləsi ilə düz mərkəzləri arasındakı məsafənin kvadratı ilə tərs mütənasib olub həmişə cazibə xarakterlidir. == Foton == elektromaqnit sahəsinin zərrəciyidir.Elektrostatikanın əsas qanunu olan Kulon qanununa görə sükunətdə olan yüklü nöqtəvi cisimlər arasındakı qarşılıqlı təsir qüvvəsi yüklərin modulları hasili ilə düz, onların arasındakı məsafənin kvadratı ilə tərs mütənasibdir.Eyni adlı yüklər bir- birini dəf,müxtəlif adlı yüklər isə cəzb edir.Sükunət nisbi olduğuna görə elektrik və maqnit qarşılıqlı təsirlərini bir-birindən təcrid etmək olmaz. == Qlüon == güclü və ya nüvə sahəsinin zərrəciyidir,və mənası ingiliscədən tərcümədə yapışqan deməkdir.Bu ad ona, yaxın məsafəyə və güclü təsir etdiyinə görə verilib.Güclü qarşılıqlı təsir hesabına proton və neytronlardan dayanıqlı nüvə yarana bilir.Güclü qarşılıqlı təsir elektromaqnit qarşılıqlı təsirindən təxminən 100 dəfə böyükdür.Bu qüvvələrin təsir məsafəsi təxminən 10−15m tərtibindədir və cazibə xarakterlidir. == Zəif qarşılıqlı təsir == dayanıqlı olmayan zərrəciklərin parçalanmasına səbəb olan təsirdir.Onların təsir məsafəsi daha kiçik olub təxminən 10−17m tərtibindədir.Zəif qüvvələr elektromaqnit qüvvələrinə nisbətən on min dəfələrlə kiçikdir. Makroaləmdə rast gəldiyimiz qarşılıqlı təsirlər qravitasiya və elektromaqnit qarşılıqlı təsirləridir.
Güclü qarşılıqlı təsir
Güclü qarşılıqlı təsir və ya güclü nüvə qüvvəsi kvarkları proton, neytron və digər hadron zərrəciklərində saxlayan fundamental qarşılıqlı təsirdir. Güclü qarşılıqlı təsir, həmçinin neytronları və protonları bir yerdə tutaraq atom nüvələri yaradır, hansı ki, bu nüvə qüvvəsi olaraq adlandırılır. Bütövlükdə proton və ya neytron kütləsinin böyük hissəsi güclü qarşılıqlı təsir enerjisinin nəticəsidir: fərdi kvarklar proton kütləsinin yalnız 1 %-ni təşkil edir. 10−15 m aralığında (nuklon radiusundan bir qədər çox) güclü qüvvə elektromaqnetizmdən təxminən 137 dəfə, zəif qarşılıqlı təsirdən 106 dəfə və cazibə qüvvəsindən 1038 dəfə güclüdür. Güclü qarşılıqlı təsir iki diapazonda müşahidə olunur və iki qüvvə daşıyıcısı tərəfindən vasitəçilik edilir. Daha böyük miqyasda (təxminən 1-3 femtometr) protonları və neytronları (nuklonları) birləşdirərək atomun nüvəsini yaradan qüvvədir (mezonlar tərəfindən daşınır). Daha kiçik miqyasda (nükleonun radiusu təxminən 0,8 fm-dən az) kvarkları bir yerdə saxlayaraq protonları, neytronları və digər hadron zərrəciklərini yaradan qüvvədir (qlüonların daşıdığı). Bu qüvvə eyni zamanda rəng qüvvəsi olaraq adlanır. Güclü qüvvə o qədər yüksək enerjiyə malikdir ki, güclü qüvvə ilə bağlanmış hadronlar yeni kütləyə sahib zərrəciklər yarada bilər. Belə ki, əgər hadronlar yüksək enerjili zərrəciklərlə toqquşdurularsa, onlar sərbəst hərəkət edən şüalanma (qlüonlar) yaymaq əvəzinə yeni hadronlar əmələ gətirirlər.
Qarşılıqlı birqiymətli uyğunluq
Qarşılıqlı birqiymətli uyğunluq - bir çoxluğun başqa bir çoxluğa qarşılıqlı birqiymətli uyğunluğu birinci çoxluğun ikinci çoxluğa elə inikasıdır ki, birinci çoxluğun müxtəlif elementləri ikinci çoxluğun müxtəlif elementlərinə çevrilsin. Başqa sözlə, bir çoxluğun başqa bir çoxluğa qarşılıqlı birqiymətli uyğunluq bu çoxluqların elementləri arasında elə uyğunluqdur ki, birinci çoxluğun hər bir elementinə ikinci çoxluğun yalnız bir elementi uyğun olsun və bu uyğunluqda ikinci çoxluğun hər bir elementi birinci çoxluğun yalnız bir elementinə uyğun olsun. Qarşılıqlı birqiymətli uyğunluq bəzən qarşılıqlı birqiymətli inikas, yaxud biyeksiya adlandırırlar. İki çoxluğun elementləri arasında qarşılıqlı birqiymətli uyğunluq yaratmaq mümkündürsə, onlar eyni gücə malikdir. == Ədəbiyyat == 1. M.Mərdanov, S.Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I-X cild, Bakı 1976-1987.
Ordubad çınqıl-qum qarışığı yatağı
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II
Naxçıvan Çınqıl-Qum Qarışığı Yatağı-II — Naxçıvan şəhərindən 10 km şimal-şərqdədir. == Haqqında == Geoloji quruluşunda Müasir dövrün çaqıl , çınqıl və qum qarışığından ibarət allüvial-prolüvial çöküntüləri iştirak edir. Sahəsi. 2 km2, faydalı qatın qalınlığı 4,5-6,2 metrdir. Texnoloji tədqiqatlara görə, çınqıl-qum qarışığı “250” markalı adi və hidrotexniki beton istehsalına yararlıdır Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 11047 min m3-dir. Yataq 1979-cu ildən istismar olunur. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı-I
Naxçıvan Çınqıl Qum Qarışığı Yatağı- I — Naxçıvan şəhərinin cənub hissəsindədir. == Haqqında == Geoloji quruluşunda müasir dövrün çaqıl, çınqıl, qayma və qum qarıçığından ibarət allüvial çöküntüləri iştirak edir. Çaqıl-çınqıl qarışığı yuvarlaqlaşmış əhəngdaşı, qumdaşı, andezit -dasit və diorit süxurlarından ibarətdir. Yatağın sahəsi 1,33 km2, faydalı qatın qalınlığı 9,7-9,8 metrdir. Texnoloji tədqiqatların nəticələrinə görə, çaqıl-çınqıl qarışığı “200-250” markalı beton, asfalt-beton istehsalına və hidrotexniki qurğuların tikintisinə yararlıdır. Yatağın V+S1 kateqoriyaları üzrə ehtiyatı 27957 min m3 -dir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Yaraşıqlı kəkilli qartal
Yaraşıqlı kəkilli qartal (lat. Spizaetus ornatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin kəkilli qartal cinsinə aid heyvan növü.
Qafqaz qarışıq meşələri
Qafqazın qarışıq meşələri ekoregionu Qərbi Asiya və Şərqi Avropanın florasına yaxındır. Onlar bütün Qafqaz dağlarını örtür. Qafqaz dağları Avropa və Asiyanın sərhəddində yerləşməsi burada qarışıq meşələrin yaranmasına səbəb olur. Ən yüksək nöqtəsi Elbrus zirvəsidir. == Paylanması == Qafqazın florası Lagpdekdə, Brojomi-Xaraqaulidə, Tuşeti Milli parklarında və Zaqatala qoruqlarında qorunur. Ekoregionun sahəsi 170,300 kv.km-dir.
Mudanya barışığı
Mudanya barışığı — 1922-ci ilin oktyabrın 11-də Mudаnyаda (Türkiyənin Mərmərə dənizi sahilində yaşayış məntəqəsi) Türkiyə Böyük Millət Məclisi (TBMM) hökuməti (Ismət paşa) ilə Böyük Britaniya (gen. Harrinqton), Fransa (gen. şarpi) və Italiya (gen. Mombelli) nümayəndələri arasında imzalanmış barışıq sazişi (оktyabrın 13-də Yunanıstanda Mudanya barışığına qoşulmuşdu) == Tarixi == Mudanya barışığı türk xalqının Antanta dövlətlərinin təcavüzünə qarşı milli azadlıq müharibəsinin uğurla başa çatdığı və türk ordusunun İstаnbulа və Frаkiyаya həlledici hücuma hazırlaşdığı bir şəraitdə bağlanmışdı. İlk əvvəl danışıqların üç günə başa çatacağı gözlənilirdi. Lakin Mudanyada aparılan danışıqlar oktyabrın 3-dən 10-dək davam etmiş, bəzən isə kəsilmək təhlükəsi qarşısın da qalmışdı (hətta bir dəfə Antanta nümayəndələri Türkiyənin Frakiyanı bir ay ərzində boşaldaraq türklərə qaytarmaq tələbini öz hökumətləri ilə razılaşdırmaq üçün Mudanyanı tərk etmiş, İsmət paşa isə türk ordusuna İstanbul və Frakiya üzərinə irəliləmək əmri vermişdi). Mudanya barışığına görə yunan qoşunları Maritsa çayına qədər şərqi Frakiyanı (Ədirnə şəhəri də daxil olmaqla) boşaldıb türklərin ixtiyarına verməli, Maritsanın sağ sahili (Qaraağac da daxil olmaqla) isə sülh müqaviləsi bağlanana qədər müttəfiqlərin ixtiyarında qalmalı idi. Mudanya barışığında Türkiyə tərəfi güzəştə gedərək, "qarşıdakı sülh konfransının qəti qərarınadək İstanbul və Boğazlar zonasına" qoşun yeritməmək barədə təəhhüd götürmüşdü. Mudanya barışığı türk xalqının yadelli işğalçılara qarşı mübarizədə qazandığı böyük qələbənin beynəlxalq səviyyədə ilkin olaraq tanınması və təsdiqi idi. Mudanya barışığını imzalamaqla Antanta dövlətləri həm də TBMM hökumətini ölkənin yeganə qanuni hökuməti kimi tanıdılar.
Ərzincan barışığı
Ərzincan barışığı (1917) — hərbi əməliyyatların dayandırılması haqqında Türkiyə hökuməti ilə Zaqafqaziya Komissarlığı (ZK) nümayəndələri arasında dekabrın 5 (18)-də Türkiyənin Ərzincan şəhərində imzalanmış saziş. Barışığın şərtlərinə görə, onun maddələri sülh müqaviləsi bağlanana qədər tərəflərin hər biri üçün məcburi idi. Sazişi pozan tərəflərdən biri hərbi əməliyyata başlamasını 14 gün əvvəldən bildirməli idi, əks halda, barışıq ümumi sülh müqaviləsi bağlananadək qüvvədə qalmalıydı. Döyüşən tərəflər arasında elə həmin gün demarkasiya xətti müəyyən edilməli, tərəflər öz ordularının strateji yerdəyişməsinə yol verməməli və xüsusən, türk ordusu Qafqaz cəbhəsindən Mesopotamiyaya aparılmalı idi. Qeyd edilirdi ki, Rusiya ilə Mərkəz dövlətləri arasında ümumi barışıq sazişi imzalanacağı halda, onun maddələri Qafqaz cəbhəsi üçün də məcburi olmalıdır. Ərzincan barışığına əsasən Qara dənizdə vuruşan ölkələrin hərb gəmiləri arasında hərbi əməliyyatlar da dayandınlırdı. Osmanlı Baş komandanlığı Ərzincan barışığını Sovet Rusiyası ilə deyil, Zaqafqaziya Komissarlığı ilə imzalamaqla, dolayısı ilə onu Zaqafqaziya hökuməti kimi tanımış olurdu. Ərzincan barışığından sonra Rusiya üçün Qafqaz cəbhəsi dağıldı, rus qoşunları işğal altında saxladıqları Şərqi Anadolu torpaqlarını tərk edərək, geri çəkilməyə başladı. Rusiya qoşunları geri çəkilərkən silahlarının xeyli hissəsini Azərbaycan və Anadolu türklərinə qarşı soyqırımı həyata keçirən erməni-daşnak quldur dəstələrinə verdilər. == Mənbə == Hüseyn Baykara, Azərbaycan istiqlal mübarizəsi tarixi, B., 1992; Azərbaycan Cümhuriyyəti (1918–1920), B., 1998.