Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qareyka
Qareyka (rus. Гарейка, başq. Гәрәй) — Başqırdıstan Respublikasının Baltas rayonunda yerləşən kənd. Kənd, Nijnekarışev kənd şurasının tərkibindədir. 2010-cu ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndin əhalisi 39 nəfərdir. == Coğrafi mövqe == Kənd, rayon mərkəzindən 18 kilometr, ən yaxın dəmiryolu stansiyasından isə 51 kilometr uzaqlıqdadır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə marilər (60%) tatarlar (35%) üstünlük təşkil edir.
Qüfeylə namazı
Qüfeylə namazı Müstəhəb namazlardan biri də qüfeylə namazıdır ki, şam namazı ilə işa namazı arasında qılınır. Onun birinci rəkətində Həmddən sonra surə əvəzinə bu ayə oxunur: وَذَالنُّونِ اِذ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ اَن لَن نَقدِرَعَلَيهِ فَنَادَى فِى الظُلُمَاتِ اَن لاَ اِلهَ اِلاَّ اَنتَ سُبحَانَكَ اِنّىِ كُنتُ مِنَ الظَّالِمِينَ فَاستَجَبنَا لَهُ وَنَجَينَاهُ مِنَ الغَمِّ وَكَذاَلِكَ نُنجىِ المؤمِنِينَ Və zənnuni iz zəhəbə muğazibən fəzənnə ən lən nəqdirə ələyhi fənada fizzulumati ənla ilahə illa əntə, subhanəkə inni kuntu minəzzaliminə fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-muminin. Tərcümə: Ənbiya surəsi 21 : 87. Və Zənnuni (balina sahibi Yunus ibn Mətanı) – onun qəzəbli halda (qövmünün arasından çıxıb) getdiyi zamanı (da yada sal)! O, Bizim onu heç vaxt sıxıntıya salmayacağımızı güman etdi. Amma (iş o yerə çatdı ki, o, üç zülmət – gecənin, dənizin dibinin və balığın qarınının) qaranlıqlar(ı) içində səsləndi: «(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam». İkinci rəkətdə də Həmddən sonra surə əvəzinə bu ayə oxunur: وَعِندَهُ مَفَاتحُ الغَيبِ لاَيَعلَمُهَا اِلاَّ هُوَ وَيَعلَمُ مَا فِى البر و البَحرِ وَمَا تَسقُطُ مِن وَرَقَةٍ اِلاَّ يَعلَمُهَا وَلاَحَبَّةٍ فِى ظُلُمَاتِ الاَرضِ وَلاَ رَطبٍ وَلاَ يَابِسٍ اِلاَّ فِى كِتابٍ مُبِينٍ Və indəhu məfatihul-ğəybi la yə`ləmuha illa huvə yələmu ma fil-bərri vəl-bəhr, və ma təsqutu min vərəqətin illa yələmuha. Və la həbbətin fi zulumatil-ərzi və la rətbin və la yabisin illa fi kitabin mubin. Tərcümə: Ənam surəsi 6: 59.
Ğufeylə namazı
Qarnye Sarayı
Qarnye Sarayı (fr. Palais Garnier) və ya Qarnye Operası (fr. Opéra Garnier) — Parisdə eyni adlı metro dayanacağının yanında, Opera prospektində yerləşmiş, elektik memarlığın bozar üslubunda tikilmiş etalon sayıla biləcək memarlıq abidəsidir. Bina uzun müddət Paris Operası adlanmış, 1989 cu ildə Bastiliya meydanında yeni opera (Bastiliya Operası) inşa edildikdən sonra, onu sadəcə olaraq memarı Şarl Qarnyenin adı ilə adlandırmışlar. Hal-hazırda hər iki opera Paris Milli Operası (fr. Opéra national de Paris) adı altında ictimai-kommersiya müəssisəsi kimi fəaliyyət göstərir. == Tarixi == Qarnye Sarayı 1669 cu ildə XIV Lüdovik tərəfindən rəsmi olaraq incəsənətin bir növü kimi tanınan Parisin sayca on üçüncü olan operasıdır. 14 yanvar 1858 ci ildə III Napoleon köhnə opera Lö Peltye (fr. Le Peletier) binasında ona edilən qəsd cəhdindən sonra ora getməkdən imtina edərək , yeni opera binası tikilməsini tələb edir. Elan edilmiş tenderdə naməlum memar Şarl Qarnye qalib çıxaraq və dərhal 1865 ci ildə binanın tikintisinə başlayır.
Şarl Qarnye
Şarl Qarnye (fr. Charles Garnier; 6 noyabr 1825[…], Paris – 3 avqust 1898[…], Paris) — fransız memar. Parisdəki Qarnye Sarayının memarı olmuş.