Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəbiyyə Qədir
Rəbiyyə Qədir (Uyğurca: رابىيه قادىر, (Çincə: 热比娅·卡德尔); 21 yanvar 1947, Altay) — Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan Uyğur xalqının insan haqqları üçün mübarizə edən Uyğur aktivist. == Həyatı == Rəbiyə Qədir 1947-ci il yanvar ayının 21-də Sincan Uyğur Muxtar Vilayətinin Altay şəhərində anadan olub. Kasıb bir ailədə böyüyən Rəbiyə orta təhsilini Altay şəhərində alıb. 1965-ci ildə 18 yaşında ikən ailə həyatı quran Rəbiyə vilayətin digər şəhəri Ağsuya köçür. Çində mədəni inqilab illərində öz həyat yoldaşı ilə birlikdə dini paltar biznesi ilə məşğul olan R. Qədir belə bir təcarətlə məşğul olmasına görə, bir müddət sonra yüksək dairələr tərəfindən düşmən və möhtəkir elan edilir ki, bu da sonda onun öz həyat yoldaşından boşanması ilə nəticələnir. 1981-ci ildə Rəbiyə Qədir elm xadimi Siddiq Ruzi ilə ailə həyatı qurur. Bu izdivacdan sonra cütlük Sincan Uyğur Muxtar Vilayətinin mərkəzi şəhəri olan Urumçiyə köçür. Artıq özünü işadamı kimi təsdiqləməyə başlayan Rəbiyə Urumçidə uyğur etnik mallarının satıldığı univermaq açır. 1985-ci ildə Rəbiyə Qədirin sahib olduğu ticarət məkanının sahəsi 14 000 kv metr təşkil edirdi. Getdikcə biznesini genişləndirən R. Qədir imkanlarının çoxaslması ilə paralel olaraq, həm bir çox uyğur türkünü də işlə təmin edir, həm də onların maariflənməsi ilə məşğul olurdu.
Rəbiyyət Aslanova
Rəbiyyət Nurullah qızı Aslanova (4 iyul 1951, Kəlbəcər) — Azərbaycan Respublikası Milli Məclisinin (II, III və IV çağırış) deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sabiq sədri. Fəlsəfə elmləri doktoru, professor. BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri. Yeni Azərbaycan Partiyasının üzvüdür. ATƏT-in Parlament Assambleyasında və MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvü olub. == Həyatı == Rəbiyyət Aslanova 1951-ci il iyulun 4-də Kəlbəcər şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra 1973–1976-cı illərdə universitetin aspiranturasında oxumuş, 1977–1978-ci illərdə Bakı Dövlət Universitetində assistent olmuşdur. 1981-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1988-ci ildən baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2004-cü ildə "İslam mədəniyyət sistemində" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Rəmziyyə Veysəlova
Rəmziyyə Osman qızı Veysəlova (11 fevral 1914, Bakı – 22 avqust 1993, Gəncə) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1958). == Həyatı == Rəmziyyə Veysəlova 1914-cü il fevral ayının 11-də Bakıda anadan olmuş Acar qızı idi. 1920-ci ildə Gürcüstanda Sovet Hakimiyyəti qurulanda onun valideynləri öldürülmüş, evləri isə müsadirə edilmişdi. Bundan sonra onun bütün qohumları Qazaxıstana sürgün edilib. Ailəyə çox yaxın olan təxmini adı dəqiqləşdirilən Petinov adlı bir şəxs həm altı yaşlı Rəmziyyəni, həm də qardaşı Neyməti Nəriman Nərimanovun yanına gətirərmişdir. Daha sonra böyük dövlət xadimi Nəriman Nərimanov uşaqları Bakıda Bahar xanım Ağalarovanın uşaq evinə yerləşdirmişdir. Çox təəssüf ki, Rəmziyyə xanımın qardaşı Neymətin sonraki taleyi barədə məlumat yoxdur. Rəmziyyə Veysəlova Bakıda yeni tipli qız məktəbində bir müddət təhsil almışdır. Yeddinci sinfi bitirəndən sonra, 1929-cu ildə təhsil ala-ala sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olmuşdur. Burada sənət müəllimlərinin tövsiyəsi ilə Bakı Türk İşçi Teatrının yardım heyətinə qəbul olunmuş, kütləvi səhnələrə çıxmış, tamaşalarda iştirak edərək epizodik rollar oynamışdır.
Rəsmiyyə Sabir
Rəsmiyyə Sabir (Abdullayeva Rəsmiyyə Sabir qızı) - Azərbayacan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dünya Gənc Türk Yazarlar Birliyinin Baş katibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi katibi, iqtisad üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Abdullayeva Rəsmiyyə Sabir qızı 1973-cü il sentyabrın 28-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1980-1990-cı illərdə Həsənküçə kənd orta məktəbində orta təhsil almışdır. 1990-1995-ci illərdə İnşaat Mühəndisləri Universitetində (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) ali təhsil almış və "Tikintinin iqtisadiyyatı və idarə edilməsi" üzrə iqtisadçı-mühəndis ixtisasına yiyələnmişdir. == Bədii yaradıcılığı == Rəsmiyyə Sabır çağdaş Azərbaycan poeziyasının öndə gələn isimlərindəndir. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Rəsmiyyə xanım Dünya Gənc Türk Yazarlar Birliyinin yaradıcılarındandır. 2000-ci ildə Türkiyədə keçirilən 1-ci Beynəlxalq Füzuli şeir yarışmasının mükafatçısıdır. Yüzdən çox şeirinə mahnı bəstələnib. 2002-ci ildə onun sözlərinə yazılmış mahnılardan ibarət "Səni aradım" adlı audio albom işıq üzü görüb. 2003-cü ilin "Fəxri Gənc"i adını qazanıb.
Rəsmiyyə Sadıqova
Rəsmiyyə Sadıqova (?-?)—Azərbaycan müğənnisi. == Həyatı == 40 il opera və balet teatrının solisti olmuş, yüz dəfə Əsli, Leyli, Şahsənəm, Telli kimi baş rollarda oynamış, eyni zamanda “Simayi Şəms” ritmik muğamının həmişəlik möhürünü vurmuş Rəsmiyyə Sadıqova əslən Masallı şəhərindən, Dadva məhəlləsindəndir.
Rəziyyə Gəncəvi
Rəziyyə Gəncəvi — XII-XIII əsrlərdə yaşamış Azərbaycan şairəsi. Ən çox rübailəri ilə məşhurdur. == Haqqında == Rəziyyə Gəncəvinin əsərlərinə Cəlaləddin Xəlil Şirvaninin XIII əsrdə tətib etdiyi "Nüzhətül-məcalis" adlı məcmuədə rast gəlindiyindən alimlər onun XII-XIII əsrlərdə yaşadığını təxmin edirlər. == Rübailəri == *** Yolun torpağıtək eyləsən də xar, Yenə də qulunam, ey əziz dildar! Qərqəm göz yaşına, mərhəmət qılıb, Alsan ağuşuna məni, nə olar? *** Yuxum yox, getmə sən, canan, gözümdən, Getməyir göz yaşı bir an gözümdən. Çünki sən gözümü etmisən məskən, Sevincdən yaş damır hər an gözümdən.
Rəbiyə Şərmi Qadın Əfəndi
Rabiyə Şərmi Sultan (Osmanlıca: رابعه سلطان 1698–1732) Osmanlı padşahı I Əbdülhəmidin anası və Sultan III Əhmədin arvadı. == Həyatı == Rabiyə Şərmi Sultan əslən macar idi və əsl adı İda Kovaç idi. 1732-ci ildə vəfat edəndə oğlunun hələ 7 yaşı var idi. Oğlu I Əbdülhəmid anasının vəfatından 42 il sonra taxta çıxmış, bu səbəblə validə sultan olmamışdır. İstanbulda yerləşən Yeni Məscidin Turhan Validə Sultan türbəsində dəfn edilmişdir. == Övladları == Zeynəb Sultan, (8 aprel 1714–25 mart 1774) — 21 oktyabr 1727-ci ildə Mustafa Paşa, 1765-ci ildə isə Məlik Mehmed Paşa ilə ailə qurmuşdur. İlk evliliyindən bir oğlu vardı.