Rəbiyyət Nurullah qızı Aslanova (4 iyul 1951, Kəlbəcər) — Azərbaycan Respublikası Milli Məclisinin (II, III və IV çağırış) deputatı, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sabiq sədri.[1] Fəlsəfə elmləri doktoru, professor. BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kaferasının müdiri. Yeni Azərbaycan Partiyasının üzvüdür.[2] ATƏT-in Parlament Assambleyasında və MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvü olub.
Rəbiyyət Aslanova | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 iyul 1951 (73 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
Həyat yoldaşı |
|
Uşağı | 3 (Elnur Aslanov daxil olmaqla) |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Fəlsəfə, Mədəniyyətşünaslıq |
Elmi dərəcəsi | Fəlsəfə elmləri doktoru |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Rəbiyyət Aslanova 1951-ci il iyulun 4-də Kəlbəcər şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirdikdən sonra 1973–1976-cı illərdə universitetin aspiranturasında oxumuş, 1977–1978-ci illərdə Bakı Dövlət Universitetində assistent olmuşdur. 1981-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1988-ci ildən baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2004-cü ildə "İslam mədəniyyət sistemində" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Fəlsəfə elmləri doktoru, 2004-cü ildən Bakı Dövlət Universitetinin Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professorudur. 2009-cu ildən həmin kafedraya rəhbərlik edir.
İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
2010-ci il noyabrın 7-də 109 saylı Balakən seçki dairəsindən deputat seçilmişdir.[3]
Evlidir, 3 övladı var.
Rəbiyyət Aslanova 2012-2013-cü illərdə biznesmen İlham Rəhimov ilə evli olmuşdur.[4]
Rəbiyyət Aslanova Azərbaycanda və xaricdə nəşr olunan 11 kitabın, 300-ə yaxın elmi məqalənin müəllifidir. O, fəlsəfə tarixi və mədəniyyətşünaslığın müvafiq istiqamətləri sahəsində tanınmış alimlərdəndir. Rəbiyyət Aslanovanın elmi yaradıcılığının ana xəttini Qərb və Şərq mədəni ənənələrinin sintezi təşkil edir. O, eyni zamanda din tarixi, sivilizasiyalar tarixi, mədəniyyət nəzəriyyəsi istiqamətində tədqiqatların müəllifidir.
R.Aslanovanın elmi məqalələri Türkiyədə, Kanadada, Ukraynada, Rusiyada, Misirdə, İordaniyada və başqa ölkələrdə mötəbər elmi jurnallarda nəşr olunmuşdur. R.Aslanova BDU-nun nəzdində namizədlik və doktorluq dissertasiyalarının müdafiəsini təşkil edən Dissertasiya Şurasının, BDU Elmi Şurasının, Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının (RETTƏŞ) nəzdində Fəlsəfə, politologiya, sosiologiya, mədəniyyətşünaslıq və psixologiya elmləri üzrə Problem Şurasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Azərbaycan)-nin münsiflər heyətinin üzvüdür.
Avrasiyanın siyasi, mədəni, iqtisadi, sosial, elmi və s. inkişaf problemləri ilə məşğul olan məşhur Türkiyə Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzinin üzvüdür. MDB Parlamentlərarası Assambleyasının Elm və Təhsil Komissiyasının sədr müavinidir.
“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın “Fəlsəfə, Sosiologiya və Psixologiya elmləri” üzrə redaksiya heyətinin üzvüdür.[5]
Rəbiyyət Aslanovanın elmi-pedaqoji fəaliyyətini indiki Bakı Dövlət Universiteti ilə qırx ilə yaxın bir müddəti əhatə edən zaman bağlayır. O, fəlsəfə tarixindən mədəniyyət, etika və estetika elmlərini, Fəlsəfə tarixi, Fəlsəfə tarixində din problemi, Türk xalqlarının fəlsəfi fikir tarixi və Tarix fəlsəfəsi: tarixi dinamika fənnlərini tədris edir, islam fəlsəfəsi tarixindən dərs deyir.[6]
Azərbaycan televiziyasında "Mənəvi tərbiyə" proqramının müəllifi və aparıcısı olmuşdur.
2009-cu ilin 7 mart tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Dövlət qadın siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə Diplom ilə, Türkiye Cumhuriyyet Universitetinin Fəlsəfə şöbəsinin rəhbəri tərəfindən ziyarət və Erasmus mübadilə layihəsi çərçivəsində fəlsəfə şöbəsinə verdiyi töhfələrə görə təşəkkürnamə ilə təltif edilib.
2011-ci ilin 18 oktyabr tarixində Moldova Azərbaycanlıların Kongresində "Azərbaycanın və Moldovanın müstəqilliyi - 20il. 1991–2011" adlı xatirə medalı ilə, həmin ilin 30 noyabr tarixində uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə, gənc nəslin yetişdirilməsindəki xidmətlərinə görə və Sosial elmlər və psixologiya fakültəsinin 20 illik yubileyi münasibətilə Fəxri fərman ilə təltif edilib.
2012-ci ilin 27 mart MDB-in Parlamentarası Assambleya Şurasının fərmanı əsasında "MDB-in Parlamentarası Assambleyası 20 il" adlı medalı ilə təltif edilib.
2013-cu ilin 14 dekabr Azərbaycan müəllimlərinin XIV qurultayında mükafat ilə təltif edilib.
2016-cı ilin 19 dekabr Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə, uzun müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə və Sosial elmlər və psixologiya fakültəsinin yaranmasının 25 illiyi münasibətilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 iyul tarixli Sərəncamına əsasən Rəbiyyət Aslanova Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[9]
2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunub[10].
2019-cu il 11 dekabr tarixində Türk Dünyası Araştırmaları Uluslararası İlimler Akademisi tərəfindən akademik üzvlüyə seçilmiş, Türk dünyası elminə və təhsilinə üstün xidmətlərindən dolayı "Uluslararası Altın yıldız" medalı ilə təltif edilmişdir.[11]
2022-ci ilin 3 sentyabr tarixində Türkiyənin İstanbul şəhərində baş tutan “Altın Kalem Ödülleri” müsabiqəsində yazar olaraq xüsusi mükafata layiq görülmüşdür.