Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Kəşfiyyat
Kəşfiyyat — siyasi mövqelərə təqdim edilmək üzrə toplanmış və təhlil edilmiş izlemsel və ya taktika məzmunlu işlənmiş məlumatlara deyilir. Hər cür qaynaqdan əldə edilən xam məlumat əlaqəsiz kimi görünən parçalardan ibarət olan, ziddiyyətli, etibarsız, yanıldıcı və ya səhv ola bilər. Kəşfiyyat isə birləşdirilmiş, qiymətləndirilmiş, təhlil edilmiş, şərh olunmuş və ayırd edilmiş məlumatdır. Tamamlanmış bir kəşfiyyat, kəşfiyyat çevriminin nəticə məhsulu olan və siyasi təyin edicilərə təqdim edilməyə hazır olan işlənmiş məlumatdır.Hər dövlət üçün, ölkənin bölünməz bütünlüyünə, konstitusiya nizamına, varlığına, müstəqilliyinə, təhlükəsizliyinə və milli gücünü meydana gətirən bütün ünsürlərinə qarşı içdən və xaricdən gələcək mövcud və ola biləcək təhdidlər haqqında məlumat yığmaq və kəşfiyyat meydana gətirmək üçün imtina edilməz bir ehtiyacdır. Kəşfiyyat dövlət üçün, rəqib və ya rəqib olması ola biləcək adam, təşkilat-quruluş, dövlətlər və digər təşkilatlar haqqında açıq və ya bağlı qaynaqlardan məlumat yığıb, təhlil etmə və qiymətləndirmələrə əsas tutaraq nəticəyə çatılması mənasını verməkdədir. == Sözün kökü == Kəşfiyyat, söz mənası olaraq xəbər alma mənasını versə də, anlayışın ifadə etdiyi məna, bir az daha genişdir və xəbər alma anlayışı kəşfiyyat anlayışının əhatə etdiyi müddətin yalnız bir addımıdır. kəşfiyyat anlayışı, ölkə təhlükəsizliyinin təmin edilməsi üçün qərar mexanizmlərinə lazımlı məlumatın toplanması, analiz və təsnif edilməsi, hesabatlandırılması və əlaqədar qərar vericilərə çatdırılması müddətidir.
Elektron kəşfiyyat
Elektron kəşfiyyat və ya ELINT/SIGINT (ing: electronic intelligence və signals intelligence. Az: Elektron kəşfiyyat və Siqnal kəşfiyyatı) müasir və yüksək texnologiyaların effektiv istifadəsinə əsaslanan bir kəşfiyyat törəməsidir. Elektron kəşfiyyat rabitə cihazları və ya düşmən və ya potensial təhdid elementləri tərəfindən istifadə olunan kommunikasiya vasitələri və digər elektron cihazların yaydığı radio dalğaları ilə və ya kabeldə daşınan digər rəqəmsal və analoq məlumatların müxtəlif vasitələrlə ələ keçirilib analiz edilməsi nəticəsində gizli məlumatların ələ keçirilməsi texnikasını ifadə edən anlayışdır. Türkiyədə Milli Kəşfiyyat Təşkilatı, Türkiyə Silahlı Qüvvələri və Türkiyə Polisi Kəşfiyyat Dairə İdarəsi tərəfindən həyata keçirilir.
Hərbi kəşfiyyat
Hərbi kəşfiyyat, hərbi əməliyyatlar zamanı bir ərazidəki təbii xüsusiyyətlər və düşmən haqqında məlumat əldə etmək üçün həyata keçirilmiş olan xidmətdir. Hərbi kəşfiyyat nümunələrinə piyada əsgərlər, hərbi gəmilər və ya sualtı qayıqlar, pilotlu və ya pilotsuz uçuş aparatları və süni peyklər tərəfindən həyata keçirilmiş olan patrullar və ya gizli müşahidə nöqtələrinin qurulması daxildir. Casusluq əsasən hərbi kəşfiyyat sayılmır, çünki bu iş əsas qüvvələrin qabağında işləyən hərbi təyinatlı xüsusi qüvvələr tərəfindən həyata keçirilir. Cəsuslar düşmən mövqelərinin arxasında mübarizə aparırlar.
Kəşfiyyat idarəsi
Kəşfiyyat orqanı, hüquq mühafizə, milli təhlükəsizlik, müdafiə və xarici siyasət məqsədlərini dəstəkləmək üçün təhlil və ya araşdırma apararaq məlumat və kəşfiyyat məlumatları toplayan dövlət orqanıdır. Kəşfiyyat orqanlarının açıq və məxfi, casusluq, əks kəşfiyyat, elektron kəşfiyyat, kriptoanaliz, digər qurumlarla əməkdaşlıq və ictimai mənbələrdən istifadə etmək kimi vəzifələri var. Bu məlumatların toplanması və yayılması kəşfiyyat təhlili və ya kəşfiyyat kimi tanınır. Daxili kəşfiyyat ilə xarici kəşfiyyat arasında bir fərq var. Daxili kəşfiyyat terrorizm və əks-kəşfiyyat kimi daxili təhdidlərlə məşğul olur. Xarici kəşfiyyat isə xarici dövlətlərin siyasi və ya iqtisadi fəaliyyəti barədə məlumat toplamağı özündə cəmləşdirir. Ən məşhur kəşfiyyat agentlikləri CIA, KGB, Mossad və MI6 hesab olunur.
Kəşfiyyat təyyarəsi
Kəşfiyyat təyyarəsi – havadan hərbi kəşfiyyat aparmaq məqsədilə yaradılmış və ya modernizasiya edilmiş olan bir hərbi təyyarə növüdür. Bu cür təyyarələr, adətən, çox yüksəkdən uçaraq düşmənin radar sistemlərinə yaxalanmamaq şərti ilə düşmən torpaqlarından vizual görüntü və ya elektron kəşfiyyat məlumatları toplayırlar. Müasir müharibələrin hamısında bu cür kəşfiyyat təyyarələrinin xidmətlərindən istifadə edilmişdir. Bu cür təyyarələrdən Birinci dünya müharibəsi zamanında da istifadə edilmiş olsa da, bu təyyarələrdən daha effektiv şəkildə İkinci dünya müharibəsi zamanı və ondan sonrakı bir çox müharibələrdə istifadə edilmişdir. Kəşfiyyat təyyarələri müasir dövlətlərin silahlı qüvvələrinin və hərbi kəşfiyyat xidmətlərinin əvəzedilməz qüvvələrindən biri hesab olunur.
Əks kəşfiyyat
Əks-kəşfiyyat, kəşfiyyata qarşı durmaq, onların vəzifəsi düşmənin və ya digər ölkələrin kəşfiyyat idarələri tərəfindən həyata keçirilən kəşfiyyata qarşı mübarizə, düşmənlərin və düşmən kəşfiyyat orqanlarının kəşfiyyat məlumatları toplamasının qarşısının alınması və ya əldə ediləcək məlumatları manipulyasiya etməkdir. Milli kəşfiyyat orqanları, buna əsaslanan ölkələrin təhlükəsizliyi hücum üçün həssasdır. Dövlətlər əks-kəşfiyyat idarələrini xüsusi məqsədlər üçün xüsusi xidmət orqanlarından ayrı və müstəqil şəkildə təşkil edirlər. Əksər ölkələrdə əks kəşfiyyat orqanları birdən çox agentliyin nəzdində düşmən kəşfiyyatına qarşı mübarizə aparır. Türkiyədə Milli Kəşfiyyat Təşkilatı, İngiltərədə Security Service əks kəşfiyyat orqanlarına nümunə göstərilə bilər. Əksər hallarda əks kəşfiyyat agentliklərinin birbaşa polis gücündən istifadə etmə hüququ yoxdur; lakin qanun çərçivəsində yerli təhlükəsizlik qüvvələrindən istifadə edə bilər və ya detektiv qüvvədən istifadə etmək səlahiyyəti olan qurumlar yarada bilərlər. İngiltərədə Təhlükəsizlik Xidməti nəznində (Security Service) “Xüsusi şöbə” (Special Branche) adlandırılan və Milli Təhlükəsizlik məsələlərində detektiv qüvvədən istifadə etmək səlahiyyətinə sahib olan xüsusi bir ofis mövcuddur. Rusiyada FSB, Polşada Służba Kontrwywiadu Wojskowego, Agencja Bezpieczeństwa Wewnętrznego kimi təşkilatlar bir çox daxili təhlükəsizlik agentliklərinə birbaşa əmrlər verirlər.
Kəşfiyyat və Əks-kəşfiyyat Bölməsi (AXC)
Azərbaycan Xalq Cümhuriyyətinin Baş Qərərgahının General-kvartmeystr İdarəsinin Kəşfiyyat və Əks-kəşfiyyat Bölməsi, Azərbaycan Xalq Cümhuriyyəti ərazisində dövlət əleyhinə təxribatların qarşısını almaq, düşmənin casusluq fəaliyyətini aşkarlamaq, ölkənin maraqlarına uyğun məlumatların toplanması işlərini həyata keçirmək üçün yaradılmış kəşfiyyat, əks-kəşfiyyat və təhlükəsizlik qurumları. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi üçün ölkənin hərbi və daxili işlər nazirliklərinin üzərinə böyük vəzifələr düşürdü. == Yaradılması == Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti 1919-cu ilin fevralın 25-də "Hərbi nazirliyin ştatları haqqında" qanun qəbul etdi. Qanunda Hərbi nazirliyin 38 istiqamət üzrə ştatları təsdiq edilmişdi. Nazirliyin general-kvartirmeyster idarəsinin nəzdində kəşfiyyat və əks-kəşfiyyat idarəsinin də yaradılması nəzərdə tutulmuşdu. == Strukturu == 1919-cu ilin martın 28-də hərbi nazir, general-leytenant Səməd bəy Mehmandarovun əmri ilə Azərbaycan Ordusu Baş Qərərgahının general-kvartirmeyster idarəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. General-kvartirmeyster idarəsinin tapşırıqlar üzrə ober-zabiti, kornet (Azərbaycan Xalq Cümhuriyyəti dövründə süvari hissələrdə ilk zabit rütbəsi) Ağalarov kəşfiyyat və əks-kəşfiyyat bölməsinin rəisi təyin edildi. Bölməyə 28 ştat vahidi verilmişdi: rəis, onun köməkçisi, kargüzar, 23 nəfər əməliyyat işçisi. Bölmənin rəisi alay komandiri, köməkçilərinin vəzifəsi isə batalyon komandiri vəzifəsinə bərabər tutulurdu. İlk vaxtlar bölmədə 12 nəfər xidmət edirdi.
Kəşfiyyat Mərkəzi İdarəsi
Kəşfiyyat Mərkəzi İdarəsi (Almanca: Hauptverwaltung Aufklärung) Şərqi Almaniya Dövlət Təhlükəsizlik Xidmətinin xarici kəşfiyyat bölməsidir.
Kəşfiyyat orqanlarının siyahısı
Bu, ölkələrə görə kəşfiyyat orqanlarının siyahısı. Bura yalnız hazırda fəaliyyət göstərən qurumlar daxildir.
Milli Kəşfiyyat Təşkilatı
Milli Kəşfiyyat Təşkilatı — Türkiyə Cümhuriyyətinin bölünməz bütövlüyünə, konstitusiya nizamına, varlığına, müstəqilliyinə, təhlükəsizliyinə və milli gücünü meydana gətirən bütün ünsürlərinə qarşı daxildən və xaricdən gələcək mövcud və olabiləcək təhdidlər haqqında məlumat yığmaq, tədbir görmək və lazımlı vəziyyətlərdə əlaqədar mövqeləri xəbərdar etməklə vəzifəli təşkilatdır. Təşkilat Türkiyə Prezidentinə tabedir. Büdcəsi 855 milyon Türk lirəsi təşkil edir. " … Müasir dövlətlərdə olduğu kimi, bizdə də müasir bir kəşfiyyat təşəkkülü qurmaq məcburiyyətindəyik… " (Mustafa Kamal Atatürk, 1925) Dövlətin milli təhlükəsizlik siyasətinin hazırlanmasıyla əlaqədar hər mövzuda kəşfiyyatın tək əldə toplana bilməsi məqsədiylə, 22 iyul 1965-ci il tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən 644 saylı qanun qəbul edilmiş və bu qanun ilə quruluşun adı Milli İstihbarat Təşkilatı (MİT) olaraq dəyişdirilmişdir. Qanun ilə MİT-in bir rəhbər tərəfindən idarə olunması və rəhbərin, qanun ilə təyin olunan vəzifələrin yerinə yetirilməsində yalnız Baş Nazirə qarşı məsul olması nəzərdə tutulmuşdur. MİT, təxminən 19 il davam edə ilə fəaliyyətlərini 644 saylı qanun hökmləri istiqamətində icra etmiş, ancaq sürətlə dəyişən və inkişaf edən şərtlərin işığında yeni bir qanuni tənzimləmənin ehtiyacı ortaya çıxmışdır. Bu məqsədlə, 1 noyabr 1983-cü il tarixində 2937 saylı "Dövlət Kəşfiyyat Xidmətləri və Milli Kəşfiyyat Təşkilatı Qanunu" çıxarılmış olub, qanun 1 yanvar 1984 tarixində qüvvəyə girmişdir. == Tarixi == Ölkələrin bir-birlərinə istiqamətli siyasi, ictimai, iqtisadi və hərbi fəaliyyətləri ilə gözləmələrinin əvvəldən müəyyən olunması ehtiyacının zaman içərisində gedərək artması, xəbər almağa dönük quruluşlanmaların varlığını zəruri etmişdir. Türkiyədə, sistemli və mütəşəkkil xüsusiyyətdə kəşfiyyat təşkilatı qurma cəhdləri, Osmanlı Dövlətinin son illərində başlamışdır. Siyasi birliyin qorunması, ayrılıqçı hərəkətlərin önlənməsi və xüsusilə xarici dövlətlərin Orta şərq üzərində mərkəzləşən fəaliyyətlərinin izlənilə bilməsi üçün fərdi əsasda və məhdud xüsusiyyətdə davam etdirilən kəşfiyyat işlərinin bir mərkəzdən mütəşəkkil şəkildə icra edilməsinə ehtiyac duyulmuş və 17 noyabr 1913 tarixində Ənvər Paşa tərəfindən Təşkilatı Məxsusa adlı kəşfiyyat təşkilatı qurulmuşdur.
Mərkəzi Kəşfiyyat Agentliyi
Mərkəzi Kəşfiyyat İdarəsi (ing. Central Intelligence Agency) — ABŞ hökumətinə tabe olan kəşfiyyat orqanıdır. İdarənin əməkdaşlarının sayı gizlin saxlansa da, onların təxminən 21 575 nəfər olduğu təxmin edilir. İdarə 1947-ci il sentyabrın 18-də qurulub. Daxili təhlükəsizlik xidməti olan Federal Təhqiqat Bürosundan fərqli olaraq Mərkəzi Kəşfiyyat İdarəsi hüquq mühafizə funksiyasına malik deyil və əsasən xarici kəşfiyyata yönəlmişdir, lakin daxili kəşfiyyat və əks-kəşfiyyatın bəzi elementləri ilə. Xarici kəşfiyyat sahəsində ixtisaslaşan yeganə ABŞ hökumət təşkilatı olmasa da, elektron kəşfiyyatı həyata keçirən Milli Təhlükəsizlik Agentliyi də var. Bundan əlavə, CIA, Prezidentin göstərişi ilə gizli əməliyyatları qanuni şəkildə həyata keçirmək və nəzarət etmək səlahiyyətinə sahib olan yeganə orqandır. CIA xarici siyasət təsirini Xüsusi Hadisələr Bölməsi kimi taktiki bölmələri vasitəsilə həyata keçirir. CIA, Milli Kəşfiyyat Direktorunun rəhbərlik etdiyi ABŞ Kəşfiyyat Birliyinin bir hissəsidir.
Mərkəzi Kəşfiyyat İdarəsi

Ulduz Kəşfiyyat İdarəsi
Ulduz Kəşfiyyat İdarəsi — Osmanlı sultanı II Əbdülhəmid tərəfindən 1880-ci ildə yaradılmış türk tarixinin ilk mütəşəkkil kəşfiyyat idarəsi. == Tarixi == XIX əsrin sonlarında Osmanlı imperiyasının daxilində və imperiya xaricində baş verən hadisələr II Əbdülhəmidi birbaşa özünə tabe olan kəşfiyyat idarəsi yaratmağa sövq etdi. Bu cür hadisələrə öz vəziri də daxil olmaqla bir çoxlarının başqa dövlətlərin adından öz dövlətinə qarşı fəaliyyət göstərmələrini misal göstərmək olar. Bunun nəticəsində "Ulduz" Kəşfiyyat İdarəsi yaradıldı. "Ulduz" Kəşfiyyat İdarəsi digər idarələrdən fərqli olaraq, dövlətə yox, tək bir nəfərə bağlı şəkildə xidmət göstərirdi. İdarə bir müddət sonra Sultan II Əbdülhəmidin lehinə və əleyhinə fəaliyyət göstərənlər olmaqla iki yerə ayrıldı. İdarə ölkə daxilində, xüsusilə də erməni komitəçilərə qarşı kəşfiyyat fəaliyyətləri aparmaqla məşğul olurdu. Bununla yanaşı ölkə xaricində də yaxşı təşkilatlanmışdırlar. İdarə mənsubları Paris, Roma, London kimi müxtəlif mərkəzlərdəki şəxsləri və qurumları yaxından izləyirdilər. Çox qısa müddət ərzində geniş əraziyə yayılan xəfiyyələri sayəsində saraya hər ay 3000-dən çox jurnal gəlirdi.
Xarici Kəşfiyyat Xidməti
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti və ya qısaca XKX — Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır. == Haqqında == Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməkdir. Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır. == Tarixi == İkinci Qarabağ müharibəsində Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" Xüsusi Bölmələri döyüşlərdə fəal iştirak edib. Müharibə zamanı dəstə Qubadlı rayonuna ilk daxil olub. Bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Dəstə Azərbaycan və dünya cəmiyyətinə ilk dəfə 2020 Bakı Qələbə Paradında təqdim olunub.
Xüsusi Təyinatlı Kəşfiyyat
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri — Azərbaycana məxsus xüsusi təyinatlı hərbi birləşmə. == Tarixi == Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelində qurulmuşdur. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb. 29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilmişdir. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik etmişdir. 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradıldı. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirildi, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak etdi. === Döyüşlər və müharibələr === İkinci Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad etmişdir. 8 noyabrda İlham Əliyev Hikmət Mirzəyevi "Şuşanın azad edilməsi" münasibətilə təbrik etmişdir.
Kəşfiyyat Nazirliyi (İran)
İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi (fars. وزارت اطّلاعات جمهوری اسلامی ایران‎) — İran İslam Respublikasının əsas kəşfiyyat təşkilatıdır və İran Kəşfiyyat Cəmiyyətinin üzvüdür. O, həmçinin VAJA və əvvəllər VEVAK (Vezarat-e Ettela'at va Amniyat-e Keshvar) və ya alternativ olaraq MOIS kimi tanınır. Şahın kəşfiyyat aparatını SAVAK-ı ələ keçirdikdən sonra əvvəlcə SAVAMA kimi tanındı. Nazirlik daxili və xaricdəki işinin xarakterinə görə İranın üç "suveren" nazirlik orqanından biridir. == Tarix == Nazirlik haqqında etibarlı və istifadə olunacaq məlumatı əldə etmək çox vaxt çətindir. Başlanğıcda təşkilat SAVAMA kimi tanınırdı, və şahın hakimiyyəti dövründə İranın kəşfiyyat orqanı olan SAVAK-ı əvəz etmək niyyətində idi, lakin iki təşkilat arasında nə qədər davamlılığın olduğu aydın deyil — onların rolu oxşar olsa da, onların əsasını fərqlilik təşkil edir. ideologiya kökündən fərqlidir. Ehtimal olunur ki, yeni hökumət əvvəlcə SAVAK elementlərini yeni təşkilatdan təmizləmək istəyirdi, lakin nəticədə praqmatizm üstünlük təşkil etdi və bir çox təcrübəli SAVAK kadrları öz rollarında saxlanıldı. Keçmiş SAVAK işçilərinin nazirliyin solçu müxalif qruplara və İraq Baas Partiyasına nüfuz etməsində mühüm rol oynadığına inanılır.
Azərbaycanın Xarici Kəşfiyyat Xidməti
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti və ya qısaca XKX — Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır. == Haqqında == Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməkdir. Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır. == Tarixi == İkinci Qarabağ müharibəsində Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" Xüsusi Bölmələri döyüşlərdə fəal iştirak edib. Müharibə zamanı dəstə Qubadlı rayonuna ilk daxil olub. Bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Dəstə Azərbaycan və dünya cəmiyyətinə ilk dəfə 2020 Bakı Qələbə Paradında təqdim olunub.
Baş Kəşfiyyat İdarəsi (Rusiya)
Baş Kəşfiyyat İdarəsi (rus. Главное разведывательное управление — ГРУ) — Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyatının mərkəzi idarəetmə orqanı. Rəsmi adı — Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi 44388 saylı hərbi hissəsi. BKİ Baş Qərargah rəisinə və müdafiə nazirinə tabedir. Suilahlı Qüvvələrin marağına uyğun bütün növ kəşfiyyatla məşğul olur — agentura şəbəkəsi, kosmik və radioelektronika kəşfiyyatı. == Tarixi == XVI əsrdə Rusiyada kəşfiyyat aparan və təşkil edən ilk mərkəzi idarəetmə orqanları meydana çıxır ki, bu da dövlət rəhbərliyinin düşmənin niyyətləri və məqsədləri barədə məlumatlılığının artmasına səbəb olur. 1654-cü ildə çar Aleksey Mixayloviçin Fərmanı ilə kəşfiyyat idarəçiliyinin cəmləşdiyi gizli işlər əmri yaradılmışdır. I Pyotr 1716-cı ilin hərbi Nizamnaməsində ilk dəfə olaraq kəşfiyyat işi üçün qanunvericilik və hüquqi bazanı yaradır. XVIII əsrin sonu — XIX əsrin əvvəllərində hərbi əməliyyatların güclənməsi kəşfiyyat qarşısında yeni vəzifələr qoyur, onun səlahiyyətlərinə isə yeni qüvvə və vasitələr cəlb olunur. Rusiya hərbi kəşfiyyatının daimi fəaliyyət göstərən mərkəzi orqanının təşkilinə isə Rusiyanın 1805-ci ildən Napoleon Fransası ilə apardığı qanlı müharibələr həlledici təkan verib.
Gizli Kəşfiyyat Xidməti (MI6)
Gizli Kəşfiyyat Xidməti (ing. Secret Intelligence Service; SIS) və yaxud məşhur adı ilə MI6 (Military Intelligence, Section 6; Hərbi Kəşfiyyat, 6-cı bölmə) (oxunuşu: em-ay-siks) — Böyük Britaniyanın xarici kəşfiyyat xidməti, əsasən Beş Göz tərəfdaşlarını dəstəkləmək üçün xarici vətəndaşlar haqqında insan kəşfiyyatının toplanması və təhlili ilə məşğuldur. SIS Britaniya kəşfiyyat orqanlarından biridir və rəisi ("C") birbaşa Xarici İşlər Nazirinə tabedir.
Milli Kəşfiyyat Təşkilatı (Türkiyə)
Milli Kəşfiyyat Təşkilatı — Türkiyə Cümhuriyyətinin bölünməz bütövlüyünə, konstitusiya nizamına, varlığına, müstəqilliyinə, təhlükəsizliyinə və milli gücünü meydana gətirən bütün ünsürlərinə qarşı daxildən və xaricdən gələcək mövcud və olabiləcək təhdidlər haqqında məlumat yığmaq, tədbir görmək və lazımlı vəziyyətlərdə əlaqədar mövqeləri xəbərdar etməklə vəzifəli təşkilatdır. Təşkilat Türkiyə Prezidentinə tabedir. Büdcəsi 855 milyon Türk lirəsi təşkil edir. " … Müasir dövlətlərdə olduğu kimi, bizdə də müasir bir kəşfiyyat təşəkkülü qurmaq məcburiyyətindəyik… " (Mustafa Kamal Atatürk, 1925) Dövlətin milli təhlükəsizlik siyasətinin hazırlanmasıyla əlaqədar hər mövzuda kəşfiyyatın tək əldə toplana bilməsi məqsədiylə, 22 iyul 1965-ci il tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən 644 saylı qanun qəbul edilmiş və bu qanun ilə quruluşun adı Milli İstihbarat Təşkilatı (MİT) olaraq dəyişdirilmişdir. Qanun ilə MİT-in bir rəhbər tərəfindən idarə olunması və rəhbərin, qanun ilə təyin olunan vəzifələrin yerinə yetirilməsində yalnız Baş Nazirə qarşı məsul olması nəzərdə tutulmuşdur. MİT, təxminən 19 il davam edə ilə fəaliyyətlərini 644 saylı qanun hökmləri istiqamətində icra etmiş, ancaq sürətlə dəyişən və inkişaf edən şərtlərin işığında yeni bir qanuni tənzimləmənin ehtiyacı ortaya çıxmışdır. Bu məqsədlə, 1 noyabr 1983-cü il tarixində 2937 saylı "Dövlət Kəşfiyyat Xidmətləri və Milli Kəşfiyyat Təşkilatı Qanunu" çıxarılmış olub, qanun 1 yanvar 1984 tarixində qüvvəyə girmişdir. == Tarixi == Ölkələrin bir-birlərinə istiqamətli siyasi, ictimai, iqtisadi və hərbi fəaliyyətləri ilə gözləmələrinin əvvəldən müəyyən olunması ehtiyacının zaman içərisində gedərək artması, xəbər almağa dönük quruluşlanmaların varlığını zəruri etmişdir. Türkiyədə, sistemli və mütəşəkkil xüsusiyyətdə kəşfiyyat təşkilatı qurma cəhdləri, Osmanlı Dövlətinin son illərində başlamışdır. Siyasi birliyin qorunması, ayrılıqçı hərəkətlərin önlənməsi və xüsusilə xarici dövlətlərin Orta şərq üzərində mərkəzləşən fəaliyyətlərinin izlənilə bilməsi üçün fərdi əsasda və məhdud xüsusiyyətdə davam etdirilən kəşfiyyat işlərinin bir mərkəzdən mütəşəkkil şəkildə icra edilməsinə ehtiyac duyulmuş və 17 noyabr 1913 tarixində Ənvər Paşa tərəfindən Təşkilatı Məxsusa adlı kəşfiyyat təşkilatı qurulmuşdur.
Şirniyyat
Şirniyyat — şirnidən hazırlanan hər növ dadlı, şirin şeylər, qənnadı məmulatları.
Mərkəzi Kəşfiyyat (film, 2016)
Mərkəzi kəşfiyyat — 17 iyun 2016-cı ildə təqdim edilən ABŞ döyüş-komediya filmi. Rejissorluğunu Rauson Marşall Turberin etdiyi filmdə baş rollarda Dueyn Conson və Kevin Hart yer alır.
Qaranquş kəşfiyyat-diversiya dəstəsi
Qaranquş kəşfiyyat-diversiya dəstəsi və ya Qaranquş dəstəsi (kiril qraf. Гарангуш) — Qarabağ müharibəsində aktiv iştirak etmiş kəşfiyyat-diversiya qrupu. "Qaranquşçular" adı ilə tanınırlar. == Yaradılması == 1992-ci ilin may ayında Qubadlıda 2 tabor fəaliyyət göstərsə də, iyun ayında taborların sayı 4 olan 706 saylı hərbi hissə yaradıldı. Eyni vaxtda 706 saylı hərbi hissənin rəhbəri Əliyar Əliyev olan 1-ci taboru tərkibində kəşfiyyat-diversiya dəstəsi olan Qaranquş dəstəsi də fəaliyyət göstərməyə başladı. == Fəaliyyəti == Qarabağ müharibəsində aktiv iştirak edən dəstə nəinki Qubadlıda, Qarabağda, Azərbaycanda, hətta Ermənistanda belə tanınırdı. Buna səbəb girov aparılan, meyitləri qaytarılmayan azərbaycanlıların yaxınlarının dəstəyə müraciət etməsi nəticəsində dəstə üzvlərinin qısa muddət ərzində Ermənistan ərazisinə keçərək yüksək rütbəli erməniləri əsir götürərək Azərbaycan tərəfinə qayıtması idi. == Dəstə üzvləri == 8 nəfərdən ibarət olan dəstə üzvlərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adını daşısalar da dəstə üzvlərindən 4-ü "Qaranquş kəşfiyyat dəstəsinin tərkibində cinayət əməlləri törətməkdə təqsirləndirilərək" həbs olunublar. Qalan 2 dəstə üzvü isə Sumqayıt şəhərində keçirilən əməliyyatlar zamanı öldürülüblər. Bildirilənlərə görə 1992-ci ildən son saata qədər rayonun müdafiəsini təşkil edən Qaranquş dəstəsinin altı nəfər üzvü rayonun işğal edilməsinin kökündə xəyanətin durduğunu, xəyanətkarların isə rayon rəhbərliyi olmasını iddia edərək xəyanətkarları cəzalandırmaq məqsədiylə Qubadlı rayon mərkəzinə qayıtmış və polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetirmişlər.
Xarici Kəşfiyyat Xidməti (Azərbaycan)
Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti və ya qısaca XKX — Azərbaycan Respublikasının Prezidentinin 14 dekabr 2015-ci il tarixli, 706 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmış xüsusi dövlət orqanıdır. == Haqqında == Xarici Kəşfiyyat Xidmətinin vəzifəsi əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirməkdir. Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır. == Tarixi == İkinci Qarabağ müharibəsində Xarici Kəşfiyyat Xidmətinin "Yarasa" Xüsusi Bölmələri döyüşlərdə fəal iştirak edib. Müharibə zamanı dəstə Qubadlı rayonuna ilk daxil olub. Bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Dəstə Azərbaycan və dünya cəmiyyətinə ilk dəfə 2020 Bakı Qələbə Paradında təqdim olunub.
Xarici Kəşfiyyat Xidməti (Rusiya)
Служба внешней разведки Российской Федерации - Rusiya Federasiyası Xarici kəşfiyyat agentliyi 1991-ci ilin dekabrında DTK-nın Birinci Baş İdarəsini (PGU) əvəz etdi.SVR-nin baş ofisi Moskvanın Yasenevo rayonunda yerləşir. Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FSB) fərqli olaraq, SVR Rusiya Federasiyasından kənarda kəşfiyyat fəaliyyəti ilə məşğuldur. Rusiya Baş Kəşfiyyat İdarəsi (rus. Главное разведывательное управление,) SVR həmçinin xarici kəşfiyyat agentlikləri ilə antiterror əməkdaşlığı və kəşfiyyat məlumatlarının bölüşdürülməsi üzrə danışıqlar aparmaq səlahiyyətinə malikdir və Rusiya prezidentinə kəşfiyyat məlumatlarının təhlilini və yayılmasını təmin edir. SVR-nin ştat işçilərinin (məmurlarının) konkret şəxsiyyətlərinə aid hər hansı məlumat qanuni olaraq dövlət sirri kimi təsnif edilir; 2018-ci ilin sentyabrından eyni şey ştatdankənar işçilərə,yəni məlumat verənlərə və işə götürülən agentlərə aiddir. == SSRİ Dövlət Təhlükəsizlik Komitəsi == SVR RF, Vladimir Leninin dövründə Çekanın ilkin “xarici şöbəsi”ndən tutmuş Stalinizm dövrünün OGPU və NKVD- yə qədər,ardınca Birinci Baş Müdirliyə qədər bir çox keçmiş sovet dövründəki xarici kəşfiyyat orqanlarının rəsmi xarici əməliyyatların varisidir. KQB -nin. == Hüquqi səlahiyyət == “Xarici kəşfiyyat haqqında qanun” SVR rəhbərliyinin özü tərəfindən yazılmış və 1992-ci ilin avqustunda qəbul edilmişdir. Bu Qanun “dövlət və iqtisadiyyatın bütün səviyyələrindəki icazələrinə və nüfuzuna” şərait yaratmışdı, belə ki, “İşçiləri öz səlahiyyətlərinə xələl gətirmədən bu qanunun tələblərinə uyğun olaraq nazirliklərdə, idarələrdə, idarələrdə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər”. 1995-ci ilin sonlarında Dövlət Duması və Federasiya Şurası tərəfindən yeni "Xarici Kəşfiyyat Orqanları haqqında Qanun" qəbul edildi və 1996-cı il yanvarın 10-da o vaxtkı prezident Boris Yeltsin tərəfindən imzalandı.
Almaniya Federal Kəşfiyyat Xidməti
Almaniya Federal Kəşfiyyat Xidməti (alm. Bundesnachrichtendienst‎, BND) — Almaniya Federal Kansleri İdarəsinin nəzarəti altında olan alman xarici kəşfiyyat xidməti. Qərargahı ilk olaraq Münhen yaxınlığındakı Pullachda yerləşmişdi. 2017-ci ildə Berlinin Mitte rayonunda bu idarə üçün yeni binalar kompleksinin tikintisi başa çatıb, bundan sonra işçilərin Pullaxdan Berlinə köçürülməsinə başlanılıb. BND-nin dünya üzrə 300-ə yaxın rəsmi filialı var. İdarənin əməkdaşları 7 minə yaxın peşəkar işçidən ibarətdir ki, onlardan 2 mini xaricdə kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur. İllik büdcəsi (2009) 460 milyon avro təşkil edir.
Bamiyə (şirniyyat)
Tulumba və ya bamiyə (fars. باميه‎) — Azərbaycan mətbəxinə, həmçinin Türkiyədə və Balkan ölkələrində aid şirniyyat növüdür. == Lazım olan məmulatlar == Əla növ buğda unu – 527q, şəkər tozu – 235q, yumurta – 1 əd., bitki yağı – 120q, çay sodası – 0,5q, duz – 5q. == Hazırlanma qaydası == Una çay sodası və qanar su əlavə edib dəşlənmiş xəmir yoğrulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşında keçirilir. Lakin ətçəkən maşina bıçaq yerinə 0,15 mm qalındılığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7–8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopturulur və quruduqdan sonra üstünə şəkər kirşanı səpilir.
Kala (şirniyyat)
Kala — Asan və tez hazırlanan vaflili şirniyyat. == Tərkibi == Yumurta - 4 ədəd, şəkər tozu - 200q, ərinmiş kərə yağı - 50q, un - nə qədər apararsa, 1 qabartma tozu, 1 vanil == Hazırlanma qaydası == Kala hazırlamaq üçün yumurta və şəkər tozu birlikdə çalınır, üzərinə ərinmiş kərə yağı əlavə olunub köpüklənənə qədər çalınır. Sonradan həlməşik (orta qatiliqda olan kütlə) şəklə düşənə qədər çalınır, üzərinə qabardıcı toz və vanil əlavə edilir. Alınmış kütlə vafli üçün nəzərdə tutulmuş xüsusi aparat vasitəsilə bişirilir və istənilən şəklə (boru, buket və s.) salınır.
Talkan (şirniyyat)
Talkan (başq. талҡан; bur. талхан; qaz. талқан; qırğ. талкан; rus. толокно) — qovrulmuş arpa və ya buğda unundan hazırlanmış sərt lapa. Talkan altay, noqay, başqırd, buryat, qazax, qırğız, monqol, tatar, tıva, özbək, çuvaş və xakas mətbəxlərində geniş yayılmışdır. Lakin talkan daha çox başqırdların ənənəvi mətbəxinin nümunəsi sayılır. Başqırdlar onu əsasən kumusdan hazırlayırlar. Ümumiyyətlə talkan qida növü kimi daha çox şimal və soyuq iqlim şəraitində yaşayan xalqların qıda rasionunda üstünlük təşkil edən xörək növüdür.
Şirniyyat müharibəsi
Şirniyyat müharibəsi (isp. Guerra de los pasteles; fr. Guerre des Pâtisseries) - tarix ədəbiyyatlarında Fransanın Meksikaya ilk müdaxiləsi kimi də qeyd olunan 1838-ci ilin 27 noyabr tarixindən 1839-cu ilin 9 mart tarixinə qədər Fransa və Meksika arasında baş vermiş müharibə. Şirniyyat müharibəsi 1838-ci ilin noyabr ayında Meksikaya məxsus dəniz limanlarının Fransa donanması tərəfindən mühasirəyə alınması və San Xuan de Ulua qalasının zəbt edilməsi ilə başlamışdır. Böyük Britaniyanın tərəflər arasında apardığı danışıqlar nəticəsində 1839-cu ilin mart ayında sülh razılığı əldə olundu. == Arxa plan == Birinci Meksika Respublikasının ilk illərində ölkə daxilindəki xaos güclənməkdə idi. Qarışıqlıqlardan əziyyət çəkənlər daha çox varlı mülk və torpaq sahibləri olmuşdur. Belə ki, onlara məxsus mülklərin yağmalanması ölkə boyu geniş fürsət almışdı. Məhkəmə və idarəetmə sistemi tam formalaşmadığından vətəndaşlar onlara dəyən zərərlə bağlı müraciət edəcək orqan tapa bilmirdilər. Dəymiş zərərin ödənilməsi ilə bağlı mexanizmin olmaması nəticəsində, əhalinin hökumətə qarşı olan etirazı genişlənməyə və zamanla bütün ölkəni əhatə etməyə başlamışdı.