Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Salik
Salik qanunu (lat. lex Salica) — Güman olunduğu kimi, salik franklarının 6 əsrin əvvəlində, yəni hələ Xlodviqin sağlığında ikən onun göstərişi ilə yazıya alınmış məhkəmə adətlərinin toplusudur. Başqa barbar qaydalarına nisbətən Roma təsiri burada qat-qat azdır və özü də, başlıca olaraq, zahiri əlamətlərdən -latın dilində yazılmasında, cərimələrin Qədim Roma pul vahidləri ilə alınmasında özünü göstərir. Salik qanunu franklarda hələ işğala qədər mövcud olmuş qədim İbtidai-icma quruluşu qaydalarını az-çox məlumatlar -əmlak və ictimai bərabərsizliyin, daşınan əmlak üzərində xüsusi mülkiyətin, torpağa irsi hüququn və nəhayət, dövlətin meydana gəlməsi haqqında da məlumatlar tapılır. 6–9-cu əsrlər ərzində frank kralları "Salik qanunu"na təkrarən əlavələr etmişdilər. Buna görə də o nisbətən sonrakı dövrlərin qaynaqları ilə birlikdə frank cəmiyətinin ibtidai icma quruluşundan feodalizmə doğru sonrakı təkamülünü də izləmək imkanı verir. Tasitin təsvir etdiyi qədim almanlara nisbətən franklarda təsərrüfatın inkişaf səviyyəsi xeyli yüksək idi. Bu dövrlərdə franklarda daşınan əmlak üzərində tamamilə inkişaf etmiş xüsusi mülkiyyət var idi. Bunu, məsələn, Salik qaydasının taxıl, mal-qara, ev quşları, qayıq, balıq toru oğurluğuna qarşı müəyyən etdiyi yüksək cərimələr təsdiq edirdi. Lakin həyətyanı sahələrdən başqa, torpaq üzərində xüsusi mülkiyət Salik qaydalarına məlum deyildi.
Salix
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Bərhəm Salih
Bərhəm Əhməd Saleh (ərəb. برهم أحمد صالح‎‎, kürd. بەرھەم ئەحمەد ساڵح‎; 12 sentyabr 1960, Süleymaniyyə) — İraqın 8-ci prezidenti, Kürdüstan regionunun 2-ci baş naziri, İraq Respublikasının deputatı. 2018-ci ildən İraq İslam Respublikasının prezidenti. == Həyatı == Bərhəm Saleh 1960-cı il 12 iyul tarixində Süleymaniyyə şəhərində anadan olub. 1979-cu ildə Bəəs Sosialist Ərəb partiyasına etdiyi qarşıdurmalar nəticəsində 43 gün azadlıqdan məhrum olub. Həbsdən çıxandan sonra Birləşmiş krallığa qaçan Saleh Təhsilini Kardiff və Liverpul universitetində davam etdirir. Daha sonra Sərbaq Salehlə evlənib. Cütlüyün 2 övladı var.
Fəxrəddin Salim
Fəxrəddin Salim (Fəxrəddin Elşad oğlu Baxşəliyev; 10 sentyabr 1969, Kükü, Şahbuz rayonu) — Azərbaycanlı alim, musiqişünas, ələsgərşünas, aşıq, şair, sufi, dərviş; filologiya üzrə fəlsəfə doktoru, musiqi müəllimi, Azərbaycan Milli Konservatoriyasının dosenti. == Həyatı == Fəxrəddin Salim 1969-cu ildə Naxçıvan MR-in Şahbuz rayonunun Kükü kəndində doğulub. İlk təhsilini Naxçıvan şəhər H.Cavid adına 5 saylı orta məktəbdə alıb. 1984-cü ildə 8 illiyi bitirəndən sonra Naxçıvan Musiqi texnikumuna (indiki Naxçıvan Musiqi Kolleci) daxil olub. 1988-ci ilə qədər orada tarzən, Naxçıvan MR-nın əməkdar mədəniyyət işçisi Əkrəm Məmmədlinin sinfində təhsil alıb. 1988-ci ildə hərbi xidmətə gedib və 1990-cı ildə xidmətini başa vurub. Elə həmin ildə də Bakı Musiqi Akademiyasının Xalq Çalğı Alətləri fakultəsinin tar sinfinə daxil olub. Bakı Musiqi Akademiyasını 1996-cı ildə bitirib. == Ailəsi == Ailəlidir, bir qızı var. == Elmi-pedaqoji fəaliyyəti == Tələbəlik illərində bir neçə yerli və beynəlxalq müsabiqələrin qalibi olub.
Salih (Avurğazı)
Salih (başq. Сәлих, rus. Салихово) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Türümbət kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 27 km, kənd sovetliyindən (Türümbət): 2 km. ən yaxın dəmiryol stansiyasından (Dövləkən stansiyası): 22 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (90%) üstünlük təşkil edir.
Salih Bozok
Saleh Bozok (1881, Saloniki – 25 aprel 1941, İstanbul), Türk hərbçisi və siyasətçi. Mustafa Kamal Atatürkün uşaqlıq dostu idi və daha sonra yavəri oldu. Atatürkün ən yaxın adamı olaraq bilinir. == Həyatı == Mustafa Kamal Atatürkün Selanikdən qonşusu və məktəb yoldaşı, eyni zamanda yaşda bir dostu idi. Hərbi məktəbi eyni ildə bitirdilər. Mustafa Kamal Hərbi Akademiyanı oxuyaraq kurmay oldu, Salih Bozok isə jandarma sinfini seçddi. Mustafa Kamal Paşa, "Baş Müvəffəq" olaraq vəzifəsinə Salih Bəy adlı "Milli Mübarizəni" təşkil etmək üçün Anadoluya hərəkət etmədən öncə Suriya cəbhəsində olarkən Salih Bozoku baş yavəri təyin etdi. Mustafa Kamal Paşa məclis başçısı olarkən Məclis başqanlığı yavəri oldu və sonra Atatürk prezident seçildikdən sonra da prezidentin yavəri vəzifəsini icra etdi. Polkovnik-leytenant rütbəsində istefa verdikdən sonra TBMM-nin 2-ci (Yozgat, Bozok) dövründə millət vəkili seçildikdən sonra da Mustafa Kamalın yanında idi. 4 dövr qədər Yozgat və daha sonra Bilecikdən millət vəkilli seçildi.
Salih Omurtak
Salih Omurtak (1889, Selanik - 23 iyun 1954, Ankara ) Türk əsgəri. Türk Silahlı Qüvvələrinin 4. Baş Qərargah rəisidir . == Həyatı və hərbi xidməti == Salih Omurtak 1889-cu ildə Salonikidə anadan olmuşdur. 1907-ci ildə Hərbi Akademiyanı leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin il daxil olduğu Hərbi Akademiyanı 1910-cu ildə bitirdi və Kadr oldu. Birinci Dünya müharibəsinin başlaması ilə, Azərbaycanı və Şimali Qafqazı xilas edəcək II. Qüvvəyi-Səfəri kadrlarında xidmət etdi. 1920-ci ilə qədər müxtəlif qərargahlarda və bölmələrdə xidmət etmişdir. 22 yanvar 1920-ci ildə vəzifə yerinə yetirdiyi Ankarada qalaraq Milli Orduya qatıldı. Türk Qurtuluş Müharibəsi dövründə Baş Qərargah Əməliyyatlar Şöbə Müdiri vəzifəsində çalışmış və Qazi Mustafa Kamal Atatürkün qərargahında olmuşdur.
Salih Salihov
Salih Salihov — tibb elmləri doktoru, professor, Yəmən Krallığının həkim-terapevti (1960). == Həyatı == Salih Salihov 1909-cu ildə Ağdaş rayonunda anadan olub. 1922-ci ildə Bakıya gələrək fəhlə fakültəsinə qəbul olmuş və pedaqoji təmayüllü orta təhsil almışdır. 1933-cü ildə ali pedaqoji təhsil alan S Salihov bir müddət orta məktəb və texnikumlarda fizika-riyaziyyat fənləri üzrə müəllimlik etmişdir. Lakin təbabət elminə olan böyük həvəs onu 1939-cu ildə N. Nərimoanov adına Azərbaycan Tibb İnstitutuna gətrimişdir. 1943-cü ildə müalicə-profilaktika sahəsini bitirən S. Salihov institutda saxlanmışdır. S.Salihov 1950-ci illərdə namizədlik, 1967-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun Azərbaycan kurortlarının öyrənilməsində mühüm xidmətləri vardır. O, 100-dən artıq elmi məqalənin və üç monoqrafiyanın müəllifi olmuşdur. S.Salihov 1976-cı ildə vəfat etmişdir.
Salih Uçan
Salih Uçan (6 yanvar 1994, Marmaris, Muğla ili) bir türk futbolçudur . Super Liqa komandalarından biri olan Alanyaspor'da oynayır.
Salik qanunu
Salik qanunu (lat. lex Salica) — Güman olunduğu kimi, salik franklarının 6 əsrin əvvəlində, yəni hələ Xlodviqin sağlığında ikən onun göstərişi ilə yazıya alınmış məhkəmə adətlərinin toplusudur. Başqa barbar qaydalarına nisbətən Roma təsiri burada qat-qat azdır və özü də, başlıca olaraq, zahiri əlamətlərdən -latın dilində yazılmasında, cərimələrin Qədim Roma pul vahidləri ilə alınmasında özünü göstərir. Salik qanunu franklarda hələ işğala qədər mövcud olmuş qədim İbtidai-icma quruluşu qaydalarını az-çox məlumatlar -əmlak və ictimai bərabərsizliyin, daşınan əmlak üzərində xüsusi mülkiyətin, torpağa irsi hüququn və nəhayət, dövlətin meydana gəlməsi haqqında da məlumatlar tapılır. 6–9-cu əsrlər ərzində frank kralları "Salik qanunu"na təkrarən əlavələr etmişdilər. Buna görə də o nisbətən sonrakı dövrlərin qaynaqları ilə birlikdə frank cəmiyətinin ibtidai icma quruluşundan feodalizmə doğru sonrakı təkamülünü də izləmək imkanı verir. Tasitin təsvir etdiyi qədim almanlara nisbətən franklarda təsərrüfatın inkişaf səviyyəsi xeyli yüksək idi. Bu dövrlərdə franklarda daşınan əmlak üzərində tamamilə inkişaf etmiş xüsusi mülkiyyət var idi. Bunu, məsələn, Salik qaydasının taxıl, mal-qara, ev quşları, qayıq, balıq toru oğurluğuna qarşı müəyyən etdiyi yüksək cərimələr təsdiq edirdi. Lakin həyətyanı sahələrdən başqa, torpaq üzərində xüsusi mülkiyət Salik qaydalarına məlum deyildi.
Salim Sürünool
Salim Sürünool (tuvaca: Салим Сазыгович Сүрүң-оол d. 15 aprel 1924 – ö. 10 aprel 1995) – Tuvanın Qərbi Xemçik bölgəsindəki Akka kəndində anadan olan tuvalı şair, nasir və tərcüməçi. Tuva millətinin milli yazıçılarından biri və müasir Tuva ədəbiyyatında tanınmış şəxslərdən biri olmuşdur. == Həyatı == Sürünool 1924-cü ilin 15 aprelində Tuva Respublikasının Barıın-Hemçik kojuunun Akka kəndində anadan olmuşdur. Qızıl Majalık ibtidai məktəbini, Qızıl şəhərindəki müəllim məktəbini, sovet partiya məktəbini və sonra da Dövlət Müəllim İnistitutunu bitirmişdir. == Yaradıcılığı == Süürünool ədəbi fəaliyyətinə 1946-cı ildə başlamışdır. “Baştayqı Nom” (İlk kitab) adlı şerlərinin antologiyası 1952-ci ildə nəşr edilmişdir. Çox sayda dərs kitabını, rusca-tuvac, tuvaca-rusca və Tuva dilinin izahlı lüğətinin hazırlanmasında iştirak etmişdir. Tuva dilinə Puşkinin 3 əsərini, Lermontovun mənzumələrini, Erşovun mənzum nağılını, Lu Sinnin romanını və başqa bir çox ədəbi əsərləri tərcümə etmişdir.
Salis Məmmədov
Salis Məmmədsani oğlu Məmmədov (1 iyul 1932, Nuxa – 29 yanvar 2009, Şəki) — "Şəkinin səsi" və "İpəkçi" qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (23.10.1991). == Həyatı == Salis Məmmədov 1 iyul 1932-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. 1948-ci ildə Nuxa radio məlumatları redaksiyasında məlumatçı kimi əmək fəaliyyətinə başlamış və 1951-ci ilə - Nuxa radio verilişləri redaksiyası ləğv edilənədək orada işləmişdir. 1952-ci ildən "Nuxa fəhləsi" qəzeti redaksiyasında, 1962-ci ildən isə Nuxa rayonlararası "Lenin bayrağı" qəzetində ədəbi işçi olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1965-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində onun vasitəçiliyi ilə Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması "Nuxa fəhləsi" qəzetində nəşr edilmişdir. 1965-ci ilin aprelində Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə Nuxa İpək Kombinatının "İpəkçi" qəzetinə redaktor təyin edilmiş və 2009-cu ilin yanvar ayına qədər - 44 il bu qəzetin redaktoru olmuşdur. 1990-cı ilin dekabrında "İpəkçi"nin ənənəvi təsisçilərindən imtina etmiş və bu qəzeti "Şəki İpəkçilərinin Açıq Tribunası" elan edərək, qəzetin başlığı üstündəki V.İ.Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan "Bütün ölkələrin proletarları birləşin!" şüarını yığışdırmışdır. Bu, həmin vaxta qədər Azərbaycanda analoqu olmayan, SSRİ-də isə yalnız nadir təsadüf edilən hadisə idi. Salis Məmmədov Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" bülleteninin redaksiya heyətinin üzvü idi.
Salix Battalov
Salih Battalov (tatar. Салихҗан Вазыйх улы Батталов; 5 yanvar 1905 – 14 mart 1995, Kazan) — tatar yazıçı, şair və dramaturq. == Bioqrafiyası == Salih Battal böyük bir kəndli ailəsində anadan olmuşdur. Qardaşları arasında Mübarək Battal və Abdullah Battal da var. Salih doğma kəndinin mədrəsəsində və Çistopoldakı Şiqab həzrət mədrəsəsində oxuur. Ancaq Rusiya vətəndaş müharibəsi zamanı Ağ Çexlər Çistopolu ələ keçirlir, mədrəsə bağlanılır və Salih evə dönür. 1922-ci ildə böyük bacısı Leylinin ailəsi ilə birlikdə Moskva ətrafına yola düşür. Moskva ətrafında Salih Battal həyatını müxtəlif zəhmətlərlə qazanır — xüsusi bağlarda tərəvəz yığmaqdan vaqon boşaltmağa qədər. Sonra şeir yazmağa başlaır. Onun şeirləri əvvəlcə işə düzəldiyi Sobolevo-Şyolkovskaya toxuculuq fabrikindəki Zarya Molodyoji divar qəzetində, daha sonra Moskvadakı tatar qəzetində "Eşçe" (İşçi) nəşr olunur.
Salix Səydəşov
Salix Səydəşov (tatar. Salix Camaletdin uğlı Səydəşev, Салих Җамалетдин улы Сәйдәшев; 3 dekabr 1900, Kazan – 16 dekabr 1954, Moskva) — Tatar bəstəkarı, tatarların peşəkar musiqisinin banilərindən biri. == Bioqrafiyası == Səydəşovun musiqi istedadı özünü tez göstərır. Çalmağa başladığı ilk alət qarmon olur. Sonra qohumlar onun üçün bir piano alır. İlk müəllimi xalq musiqiçisi Zaqidulla Yarullin, daha sonra Kazan Musiqi Kollecinin görkəmli müəllimləri olur. Salix Səydəşovun atası oğlunu görmədən dünyasını dəyişir. Salix əri Şiqab Axmerov olan tatar ziyalılarının mütərəqqi dairələrinə mənsub olduğu bir bacının ailəsində böyüyür. 1918-ci ildə gənc musiqiçi bir orkestr təşkil edir. 1920-ci ildə Qızıl Orduya könüllü yazılır.
Salix acuminata
Salix acuminata Thuill. — Salix atrocinerea bitki növünün sinonimi. Salix acuminata Mill. — Salix cinerea bitki növünün sinonimi. Salix acuminata Schleich. ex Ser. — Salix cinerea bitki növünün sinonimi. Salix × acuminata Lange — Salix × hostii bitki növünün sinonimi.
Salix acutifolia
İtiyarpaqlı söyüd (lat. Salix acutifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Təbii yayılması == Avropada, Zaqafqaziyada, Orta Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə, şaxələnmiş çətirinin diametri 6 m-ə çatan ağacdır. Yarpaqları neştərvari, tünd yaşıl, alt hissəsi açıq, göyümtül çöküntülüdür. Sırğaları sarıdır. Aprel ayında çiçəkləyir və may ayının 1-ci ongünlüyünə qədər davam edir. Meyvəsi may ayında yetişir. == Ekologiyası == Torpağa tələbkar deyil. == Azərbaycanda yayılması == Azərbaycanın bir çox rayonlarında, park və bağlarda mədəni şəraitdə becərilir.
Salix serissaefolia
Salix serotina
Çubuqşəkilli söyüd (lat. Salix viminalis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Diplima viminalis (L.) Raf. Salix viminalis var. genuina Turcz.
Salix sessilifolia
Salix sessilifolia (lat. Salix sessilifolia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Salix exigua var. sessilifolia (Nutt.) Dorn Salix fluviatilis var. sessilifolia (Nutt.) Scoggan Salix longifolia var. sessilifolia (Nutt.) M.E.Jones === Heterotipik sinonimləri === Salix fluviatilis f. villosa (Andersson) B.Boivin Salix macrostachya Nutt. Salix macrostachya var. cusickii Rowlee Salix sessilifolia f. villosa Andersson Salix sessilifolia var.
Salix shiraii
Salix shiraii (lat. Salix shiraii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Heterotipik sinonimləri === Salix kenoensis Koidz. Salix shiraii var. kenoensis (Koidz.) Sugim.
Salix sieboldiana
Salix sieboldiana (lat. Salix sieboldiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Salix sitchensis
Salix sitchensis (lat. Salix sitchensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Salix strobilacea
Çubuqşəkilli söyüd (lat. Salix viminalis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Diplima viminalis (L.) Raf. Salix viminalis var. genuina Turcz.
Salix subfragilis
Salix subopposita
Salix subopposita (lat. Salix subopposita) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Salix repens var. subopposita (Miq.) Seemen Salix sibirica var. subopposita (Miq.) C.K.Schneid.
Şalıx
Şali
Şali (çeç. Шела) - Rusiyanın subyekti olan Çeçenistan respublikasında yerləşən Şalinski rayonunun şəhər mərkəzi. == Coğrafiyası == Şəhər Şalinski rayonunun mərkəzi hissəsində, Çeçen düzənliyinin ətəklərindən keçən meşə silsiləsini kəsən Bass çayının hər iki sahilində yerləşir. Arqun dəmiryol stansiyasından 18 km cənubda və Qroznı şəhərindən 36 km cənub-şərqdə, regional avtomobil magistralı qovşağının keçdiyi yerdədir. Şəhərin sahəsi 2009-cu ilin məlumatlarına görə 27,02 km²-dir. Mülayim kontinental iqlim üstünlük təşkil edir. Orta illik yağıntının miqdarı təxminən 450 mm-dir. == Tarixi == XIX əsrin ortalarında Şali Böyük Çeçenistanın ən böyük kəndlərindən biri idi. Strateji mövqeyinə görə, aul Qafqaz müharibəsi illərində çar qoşunlarına hücum etmək üçün yola çıxan İmam Şamil qoşunlarını toplanma nöqtəsi kimi xidmət edirdi. 1944-cü ildə Çeçenlər və İnquşların məcburi köçürülməsindən və Çeçen-İnguş Muxtar Sovet Sosialist Respublikasının ləğv edilməsindən sonra kənd Mejdureçe adlandırıldı.
Gilad Şalit
Gilad Şalit (ivr. ‏גלעד שליט‏‎) (28 avqust 1986, Nahariya, İsrail) — İsrail müdafiə ordusunun əsgəri. 25 iyun 2006-cı ildə Hamas döyüşçüləri tərəfindən oğurlanıb. 18 oktyabr 2011-ci ildə, beş il dörd aylıq əsirlikdən sonra, Gilad İsrail həbsxanalarındakı 1027 nəfər fələstinli məhbusun azad edilməsi qarşılığında İsrailə təhvil verildi.