Salix Səydəşov (tatar. Salix Camaletdin uğlı Səydəşev, Салих Җамалетдин улы Сәйдәшев; 3 dekabr 1900, Kazan – 16 dekabr 1954, Moskva) — Tatar bəstəkarı, tatarların peşəkar musiqisinin banilərindən biri.
Salix Səydəşov | |
---|---|
Doğum tarixi | 3 dekabr 1900 |
Doğum yeri |
|
Vəfat tarixi | 16 dekabr 1954 (54 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Təhsili | |
Fəaliyyəti | dirijor, bəstəkar, pianoçu |
Fəaliyyət illəri | 1918-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Səydəşovun musiqi istedadı özünü tez göstərır. Çalmağa başladığı ilk alət qarmon olur. Sonra qohumlar onun üçün bir piano alır. İlk müəllimi xalq musiqiçisi Zaqidulla Yarullin, daha sonra Kazan Musiqi Kollecinin görkəmli müəllimləri olur. Salix Səydəşovun atası oğlunu görmədən dünyasını dəyişir. Salix əri Şiqab Axmerov olan tatar ziyalılarının mütərəqqi dairələrinə mənsub olduğu bir bacının ailəsində böyüyür.
1918-ci ildə gənc musiqiçi bir orkestr təşkil edir. 1920-ci ildə Qızıl Orduya könüllü yazılır. Tərxis olduqdan sonra, Orenburqdakı musiqi məktəbində çalışır. 1922-ci ildə Səydəşov Kazana qayıdır və Gəliəsgər Kamal adına Tatar Dövlət Akademik Dram Teatrında dirijor və musiqi direktoru kimi çalışmağa başlayır. Səydəşovun yaradıcılıq fəaliyyəti geniş şəkildə inkişaf edir: bir-birinin ardınca dram əsərləri üçün musiqiləri meydana çıxır: M. Faizinin "Qulyabanı", "İl" ("Vətən"), "Kandranın üstündə", Kərim Tinçurinin "Mavi Şal", Tazi Qizzatın "Killer kirayələyən" və başqaları. Səydəşov Soltan Qəbyaşinin tatar teatr sənətində musiqili dram adlanan yeni janr ənənələrini davam etdirir.
Bu illərdə məşhur "Sovet Ordusunun Yürüşü" əsərini yazır. Müxtəlif janrlarda yeni musiqi əsərlərinin yazılması üzərində fəal işləyir, çoxsaylı konsertlərdə pianoçu və dirijor kimi çıxış edir.
1934-1938-ci illərdə Salix Səydəşov Moskvadakı Tatar Opera Studiyasında oxuyur. Moskvadan qayıdaraq Qəliəsgər Kamal adına Tatar teatrında yeni əsərlərin yaradılması üzərində işləyir, tamaşalar üçün musiqi yazır.
Salix Səydəşov Tatar peşəkar musiqisinin banisi sayılır. Həqiqətən peşəkar və yüksək yaradıcılıq səviyyəsində Səydəşov ilk xalq bəstəkarlarının təcrübələrini ümumiləşdirir, xalqın çoxəsrlik ənənələrini Avropa musiqisi təcrübəsi ilə folklorla üzvi şəkildə birləşdirməyə şalışır
16 dekabr 1963-cü ildə Kazanda dünyasını dəyişir. Salix Səydəşov Kazanın Novo-Tatar qəsəbəsindəki tatar qəbiristanlığında dəfn edilmişdir.
Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının əməkdar incəsənət xadimi,
Tatarıstan MSSR xalq artisti.
25 iyun 1993-cü ildə Tatarıstan Muxtar Sovet Sosialist Respublikası Nazirlər Sovetinin 23 noyabr 1988-ci il tarixli 413 saylı Qərarı ilə Kazanda Salix Səydəşovun muzeyi açılır[1]. Muzey Səydəşovun yaşadığı mənzillərdən birində, 20-ci əsrin əvvəllərində tikilmiş 2 mərtəbəli binada qurulur.
2000-ci ildə Salix Səydəşovun adı Kazandakı yenidən qurulmuş Böyük Dövlət Konsert Salonuna verilir.
2005-ci ildə Kazanda Kamal teatrı ilə üzbəüz, Tatar Dövlət Humanitar Pedaqoji Universitetinin binasının qarşısında Salix Səydəşovun abidəsi qoyulmuşdur.
Kazanın Vaxitov rayonundakı bir küçə onun adını daşıyır.