Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəlağət
Bəlağət (ərəbcədən tərcümədə səlis, gözəl danışıq, natiqlik məharəti) — zəngin, gözəl, obrazlı, canlı, səlis danışıq qabiliyyəti, natiqlik istedadı və ya natiqlik sənətindən bəhs edən elm. Orta əsrlər ərəb filoloqlarının (əl-Cahiz, İbn əl-Mütəzz, əs-Səkkaki və başqaları) yaratdığı bəlağət elmi, əslində, nitqin gözəlliyi və səlisliyi haqqında üslubiyyat nəzəriyyəsi olub, üç bölməni əhatə edir: elm əl-məani, elm əl-bəyan, elm əl-bədi. Birinci bölmə nitqin qrammatika və məntiq qanunları baxımından düzgün qurulmasından bəhs edir. "Bəyan" elmi fikrin gözəl və aydın ifadə edilməsini və bu məqsədlə təşbeh, istiarə və kinayə kimi bədii təsvir vasitələrindən istifadə üsullarını öyrədir. "Bədi" istilahı altında isə bədii nitqin istər məzmun, istərsə də forma baxımından gözəlliyi üçün məcazi mənada işlənən söz və ifadələrin, həmçinin səs tərkibi etibarilə yaxın olan sözlərin bacarıqla seçilib, yerli-yerində işlədilməsi nəzərdə tutulurdu. Bəlağət elmi bütün bölmələri ilə birlikdə ilk dəfə əs-Səkkakinin "Miftəh ül-ülum" adlı ensiklopedik əsərində əsaslı şərh edilmiş və sistem halına salınmışdır. Azərbaycan alimləri Xətib Təbrizi, Şərəfəddin Həsən Rami Təbrizi, Vahid Təbrizi və başqaları bəlağət elmindən bəhs etmişlər. == Həmçinin bax == Ritorika Ritorik fiqurlar == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Fəlakət
Fəlakət — Fövqəladə hallar — qəza, təbii fəlakət və digər hallar nəticəsində müəyyən ərazidə yaranmış şəraitdir. Bunun nəticəsində insan təlafatı, onun sağlamlığına və ətraf mühitə zərər, böyük maddi ziyan vurulur və insanların normal həyat şəraiti pozula bilir.
Ləyaqət
Ləyaqət — İnsanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, həmçinin, bu xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Mənəvi kateqoriya kimi şəxsin öz-özünə hörmətidir. İnsan həyatının ən böyük dəyəri hər kəsdə ləyaqətin olması nəzərdə tutulur. Fərdi mənəvi və etik keyfiyyətlər də buna daxildir. Şərəf anlayışı ilə ləyaqət anlayışı əsasən üst-üstə düşür. Şərəf digər fərdi mənəvi və etik keyfiyyətlərin qiymətləndirilməsidir.
Təbabət
Tibb (Ərəbcə: طب ) — insan sağlamlığını qorumaq və möhkəmləndirmək üçün müxtəlif xəstəlikləri və patoloji vəziyyətləri öyrənən, insan orqanizmində normal və patoloji proseslərin tədqiqatı üzrə elmi və praktik fəaliyyət sahəsidir. Elmi və praktiki fəaliyyətin bir istiqaməti olub, xəstə və sağlam insanların orqanizmində gedən prosesləri öyrənir, onların sağlamlığını qoruyur və xəstəliklərin müalicə üsullarını işləyib hazırlayır.
Təlafər
Təlafər — (ərəb. تلعفر‎ – Təl Afər; türk. Telafer) İraqın Ninəvə mühafazasının Təlafər qəzasının inzibati mərkəzi, əhalisinin sayına görə Mosuldan sonra Ninəvə mühafazasının ikinci böyük şəhəridir. == Tarixi == Əsasən İraq Silahlı Qüvvələri və könüllü xalq qüvvələri — Həşdi Şabinin keçirdiyi əməliyyat nəticəsində 27 avqust 2017-ci ildə İŞİD-dən tamamilə azad edilib. == Coğrafiya == Təlafər şəhəri Mosuldan 78 km qərb, Bağdaddan 447 km şimal-qərb istiqamətində yerləşir. == Əhalisi == Əhalisinin əksəriyyətini rəsmən Türkman adlandırılan, dilləri Azərbaycan dilinə çox yaxın olan türkdilli xalq təşkil edir. == Qalereya == == Həmçinin bax == Mosul == İstinadlar == == Mənbə == (Təlafər) İraq Türklərinə Qarşı Törədilən Qətliamlar, Soyqırımları (Araşdırma).
Təriqət
Təriqət — Hakim dindən ayrılmış dini icma, islam məsləklərindən, məzhəblərindən hər biri.
Məlahət
Məlahət — qadın adı. Məlahət İbrahimqızı — Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Məlahət Əhmədova — Azərbaycan aktrisası. Məlahət Qəhrəmanova — araşdırmaçı-mütəxəssis, alim Məlahət Qurbanova Məlahət Nəsibova — Azərbaycan jurnalisti və hüquq müdafiəçisi. Məlahət Bağırova — tibb elmləri namizədi.
Sədaqət
Sədaqət — qadın adı Sədaqət Maarif — aktrisa. Sədaqət Vəliyeva — Azərbaycan Respublikası Milli Məclisinin depuatatı Sədaqət Zülfüqarova — aktrisa.
Əlamət
Əlamət dəqiq elmlərdə hansısa halın faktlarının təsviri.
Azərbaycanda təbabət
Azərbaycanda təbabət — Azərbaycanda xalq və elmi təbabətinin inkişafıdır. == Tarixi == Azərbaycanın Çalağantəpə yaşayış yerində aparılmış arxeoloji qazıntılar nəticəsində, e.ə. IV minilliyə aid və üzərində trepanasiya əməliyyatının izlərini daşıyan insan kəlləsi aşkar olunmuşdur. E.ə. VIII—IV əsrlərdə Azərbaycanın qədim əraziləri olan Manna və Midiya dövlətlərində tibb Assuriya və Babilistan tibbinin təsiri altında inkişaf edirdi. Atropatena və Qafqaz Albaniyası dövlətlərində tibb nəzəriyyəsi qədim Zərdüştilikdən gələn və yunanlar tərəfindən mənimsənilmiş dörd unsur (od, su, torpaq və hava) nəzəriyyəsinə əsaslanırdı. Hippokrat və Qalenin əsərləri və ümumiyyətlə qədim Yunan tibbi Ellinizm dövründə (e.ə. IV əsrdən sonra) yayılmağa başladı. Miladın IV əsrindən etibarən türkəçarə adlanan türk təbabəti (şamançılıq, cərrahiyyə, cadu və təbii dərman vasitələri ilə müalicə) daha geniş yayılmağa başladı. Həkimlərə türkcə qam (şaman), yaxud otaçı (otlarla müalicə edən həkim), dərmana isə ota deyirdilər.
Ekoloji fəlakət
Ekoloji fəlakət (ing.
Fəlakət filmi
Fəlakət filmi, mövzusu qarşıdan gələn və ya davam edən təbii fəlakət və ya kataklizm olan film janrıdır. Belə fəlakətlərə daşqınlar, zəlzələlər, sunamilər və ya toqquşmalar kimi təbii fəlakətlər; gəmi və ya təyyarə qəzaları və ya dünya miqyasında xəstəlik epidemiyaları kimi fəlakətlər daxildir. Döyüş filmlərinin alt janrı olan bu filmlərin süjet xətti çox vaxt müəyyən bir personaj və ya onların ailəsinin, ya da müxtəlif insanların fəlakətin baş verdiyi ana qədərki dövrünü, fəlakətin baş verdiyi anı və bəzən də fəlakətdən sonrakı nəticələr zamanı həyatda sağ qalma taktikalarını təsvir edən hadisələri göstərir.
Ləyaqət medalı
Ləyaqət medalı — 1890-cı ildən etibarən Osmanlı imperiyası tərəfindən verilməyə başlanan mülki və hərbi medaldır. == Haqqında == Qızıl və gümüş olmaqla iki növdən ibarətdir. Medal I Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyasında verilmişdir. Medak cəmiyyətə örnək hesab edilən mülki şəxslərə də verilmişdir. 1905-ci ildə xeyirxah qadınlara da medal vermək üçün icazə verildi. Medalın qızıl və gümüş növlərində 25 mm olan həcmi dəyişməzdi. Medal dar, yaşıl yan cızgili lentlə əhatə edilirdi. I Dünya müharibəsi zamanı verilənlərə iki çapraz qılınc və hicri 1333 (1915) tarixi yazılı sancaq lentlə bağlanırdı.
Meyari-təriqət
Meyari-təriqət — bu əsər Seyid Yəhya Bakuvinin yazdırdığı təriqət ədəbidir. Əsər haqqında bizə məlumat verən Ömər Fuadi əsəri bizə aşağıdakı kimi təqdim edir: "Seyid Yəhya Bakıda xalqı irşad edərkən Anadoluda irşada qabil bir çoxlarının olduğuna vaqif olub, eli-lədun və mərifətullahın orada qüvvət tapacağını, onların vasitəsilə bir çox insanın irşad olunacağını Allahın feyzi və ilhamı ilə bildirmişdir. O, olduğu yerdən durub, Anadoluya doğru üzünü tutmuş və oranın irşadı üçün dua etmişdir. Anadoludan gəln bir çox kimsə ona mürid olmuşdur." Şeyx Şaban Vəlinin söylədiyi bir rəvayətdə qırxadək elmi təbəqədən olan şəxsin Anadoludan gələrək, Seyid Yəhyanın təriqətinə daxil olduqları bildirilir. Bu qırx alim-dərviş Seyid Yəhyanın icazəsi ilə hədis kitablarını araşdırmış, sünnə, müstəhab və ədəbə dair xüsusiyyətləri müəyyənləşdirib , Meyari-təriqət adı ilə dərvişlərin riayət edəcəkləri qaydalara dair bir əsər yazmışlar. Tədqiqatçılar qeyd edirlər ki, ehtimal ki, bu yazlan təriqətnamə ərəb dilində olmuşdur. Sonradan sufi böyükləri tərəfindən türkcəyə tərcümə edilərək oxudulmuşdur. Hələlik məlum olan isə Seyid Yəhyanın yazdırdığı adı keçən "Meyar" silsiləsində ilk dəfə Ömər Fuadı tərəfindən türk dilinə tərcümə edilmişdir. Meyarii-təriqətin əlyazma nüsxəsi Süleymaniyyə kitabxanası, Əsəd əf.,25418-dədir.
Sədaqət Cabbari
Sədaqət Cabbari — Müasir xəttat və qrafik dizayneri. Tehran universitetinin gözəl sənətlər fakültəsindən incəsənət tədqiqatı sahəsində təhsil alıb. == Mənbə == http://www.visualarts.ir/htmls/news15229182583.php Arxivləşdirilib 2013-04-24 at the Wayback Machine http://www.tajasomi.ir/Default.aspx?page=867 Arxivləşdirilib 2009-12-17 at the Wayback Machine Xəttatlıq çox pis şeydi. Heç vaxt xəttat olmaq fikrinə düşməyin. Düşənlər 3131-ci ilə qədər Əzab çəksinlər. Bir də ki Bir qız var Adı N ilə başlayır. I love she.
Sədaqət Hüseynova
Sədaqət Hüseynova — Tibb elmləri doktoru, professor, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki Neyrofizioligiya Laboratoriyasının rəhbəri. == Həyatı == 1960-cı ildə Tovuz rayonunda ziyalı ailəsində anadan olmuşdur. Atası Hüseynov Qənbər Qənbər oğlu həkim-cərrah və alim olmuşdur. 1967–1977-cil ildə Bakı şəhəri, 190 saylı Qırmızı Əmək Bayrağı ordenli məktəbi bitirmişdir . 1977–1983-cü ildə Azərbaycan Dövlət Tibb Universiteti Müalicə-profilaktika fakültəsini bitirmişdir (Fərqlənmə diplomu ilə). == Elmi-Tibbi fəaliyyəti == 1983–1984 Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Həkim-interna 1985–1988 Fərdi Təqaüdçülər Poliklinikası, Həkim-psixoterapevt 1988–1991 Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Aspirant (Sinir xəstəlikləri şöbəsi) 1991 Ümumittifaq Tibbi Reabilitasiya və Fiziki Terapiya Elmi Mərkəzində (Moskva) t. e. n. alimlik dərəcəsi almaq üçün "Decimetr diapazonlu elektromaqnit sahəsinin və qətransızlaşdırılmış naftalanın bazu-kürək periartrozunun müalicəsində tətbiqi" mövzusunda dissertasiyanın müdafiəsi 1991–1994 Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, nevrologiya şöbəsi, tibb elmləri namizədi, kiçik elmi işçi 1994–1999 Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, nevrologiya şöbəsi, tibb elmləri namizədi, böyük elmi işçi 2004 "Periferik sinir sisteminin odlu silah yaralanması olan xəstələrin bərpa müalicəsində fiziki faktorların (impulslu cərəyanlar və naftalanoterapiya) tətbiqi" mövzusunda doktorluq dissertasiyasının müdafiəsi (Qarabağ müharibəsinin materialları əsasında) 1999–2007 Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, nevrologiya şöbəsi, tibb elmləri doktoru, aparıcı elmi işçi 2007-ci ildən Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-Neyrofiziologiya Laboratotiyası , rəhbər === Elmi əsərləri: === 200-dən çox dərc olunmuş elmi əsər, o cümlədən 6 ixtira və səmərələşdirici təklifi var. === Kadrlarla iş === 4 nəfər tibb üzrə fəlsəfə doktorunun hazırlanması === Beynəlxalq üzvlüklər === Ümumdünya Ağrı Cəmiyyəti, Ümumdünya Nevroloqlar Federasiyası, Avropa Nevroloji Akademiyası (fərdi üzv), "Controversies on Neurology" (CONy) ümumdünya konqressində Azərbaycan üzrə Ambassador (2015-ci ildən) === Yerli üzvlüklər === Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutun Elmi Şurası, Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın nevrologiya üzrə ixtisaslaşdırılmış Elmi Şurası, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyası == Təltiflər == "İlin Həkimi" (2014) "İlin Ziyalısı" (2015) "Tərəqqi" medalı (2017) == İctimai fəaliyyəti == 2013 "Sağlam Həyat Naminə" İctimai Birliyi, təsisçi və sədr.
Sədaqət Kərimova
Sədaqət Qayınbəy qızı Kərimova (ləzg. Керимова Седакъет Къайинбеган руш; 30 may 1953, Qalacıq, Qusar rayonu) — ləzgi şairi, yazıçısı, bəstəkarı, rejissoru. == Həyatı == Sədaqət Kərimova 1953-cü ilin martın 30-da Qusarda anadan olmuşdur. 1969-cu ildə Qusar şəhər 1 saylı orta məktəbini bitirmişdir. Hələ məktəb illərindən respublikanın bir sıra qəzet və jurnallarında şeir, hekayə və məqalələrlə çıxış etməyə başlamışdır. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olan S.Kərimova tələbəlik illərinin ilk günlərindən “Azərbaycan gəncləri” qəzetinin ştatdankənar müxbiri kimi əxlaq mövzusunda yazdığı silsilə məqalələri ilə tanınmışdır. Universiteti bitirdikdən sonra Azərbaycan KP MK-nın “Sovet kəndi” qəzetində 17 il fasiləsiz çalışmışdır. Sonralar “Azərbaycan” qəzetində şöbə müdiri, “Günay” qəzetində baş redaktorun müavini kimi fəaliyyət göstərmişdir. S.Kərimova 1997-ci ildən üç dildə çıxan “Samur” qəzetinin baş redaktorudur. Həmin qəzeti öz vəsaiti ilə nəşr edir.
Sədaqət Maarif
Sədaqət Maarif — aktrisa. == Həyatı == Sədaqət Maarif 1961-ci ildə anadan olub.1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Yaradıcılığa Mərdəkan Xalq Teatrında rejissor kimi fəaliyyətə başlamışdır. Mərdəkan Xalq Teatrında quruluşçu rejissor kimi çalışan S. Maarif M. F. Axunzadə "Lənkəran xanının vəziri", C. Məmmədquluzadə "Ölülər", Xalq nağılı "Məlikməmməd" və digər tamaşalarında aktrisa kimi fəaliyyət göstərmişdir. Bir neçə ölkələrin teatr festivallarında qastrol səfərlərində olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında ilk Kulinariya verlişinin aparıcısı olmuşdur. Həmin illərdə Dövlət Televiziyasında yayımlanan ilk teleserial "Heyat eşqi" serialında aktrisa kimi fəaliyyət göstərmişdir. "Ordan-burdan" verlişinin daimi aktrisası kimi səhnəciklərdə çıxışlar etmişdir. Həmin illərdə Televizyada yayımlanan aktyor v ə rejissorlara həsr olunmuş bir neçə verlişlərin müəllifi və aparıcı çalışmışdır. S. Maarif 2002-ci ildən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor sənəti müəllimi kimi fəaliyyət göstərir.
Sədaqət Məmmədova
Sədaqət Maarif — aktrisa. == Həyatı == Sədaqət Maarif 1961-ci ildə anadan olub.1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. Yaradıcılığa Mərdəkan Xalq Teatrında rejissor kimi fəaliyyətə başlamışdır. Mərdəkan Xalq Teatrında quruluşçu rejissor kimi çalışan S. Maarif M. F. Axunzadə "Lənkəran xanının vəziri", C. Məmmədquluzadə "Ölülər", Xalq nağılı "Məlikməmməd" və digər tamaşalarında aktrisa kimi fəaliyyət göstərmişdir. Bir neçə ölkələrin teatr festivallarında qastrol səfərlərində olmuşdur. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında ilk Kulinariya verlişinin aparıcısı olmuşdur. Həmin illərdə Dövlət Televiziyasında yayımlanan ilk teleserial "Heyat eşqi" serialında aktrisa kimi fəaliyyət göstərmişdir. "Ordan-burdan" verlişinin daimi aktrisası kimi səhnəciklərdə çıxışlar etmişdir. Həmin illərdə Televizyada yayımlanan aktyor v ə rejissorlara həsr olunmuş bir neçə verlişlərin müəllifi və aparıcı çalışmışdır. S. Maarif 2002-ci ildən Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasında aktyor sənəti müəllimi kimi fəaliyyət göstərir.
Sədaqət Nuriyeva
Sədaqət Məmmədağa qızı Nuriyeva — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının əməkdar artisti (2018). == Həyatı == 1988-ci ildə M.Əliyev adına ADİİ-nin "dram və kino aktyoru" fakültəsinə qəbul olunub, 1992-ci ildə həmin fakültəni bitirib. 1992-ci ildən Sumqayıt teatrında işləyir. 1996-cı ildən ATXİ-nın üzvüdür. Ailəlidir, iki övladı var. Sumqayıt teatrında 25 rol oynayıb. Onlardan:S.S.Axundov "Tamahkar" – Gülzar, A.Həsənoğlu "Yanmış evin nağılı" – Həlimə, F.Kərimzadə "Şah İsmayıl" – Taclıbəyim, Ş.Qəribli "Gəlin açıq danışaq" – telefonçu qız, katibə,şalvarlı qız, Ş.Qəribli "Sehrli açar" – Vüqar, F.Məmmədov "Anasının gül balası" -Eldar, R.Səməndər "Dərs"-Sevda, M.F.Axundov "Müsyö Jordan və Dərviş Məstəli şah" – Gülçöhrə, Şərəfnisə, İ.Məlikzadə "Subaylarınızdan görəsiniz" – Qəndab, Çiçək, A.Kamyu "Ağlasığmaz faciə" – Marta, A.Babayev "Kim nə deyər bizdə olan qeyrətə" – Jalə, C.Məmmədquluzadə "Danabaşlar" -Şərəf, M.Haqverdiyev " Fədakarlıq" – Gulya, İ.Məlikzadə " Gəl qohum olaq" – Minayə, Ə.Qiyas "Cəhənnəm ekspresi"- Sarışın və s. == Mükafatları == 16 oktyabr 2018-ci ildə isə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.
Sədaqət Qəhrəmanova
Qəhrəmanova Sədaqət Məmmədyar qızı — Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini. == Həyatı == 1 mart 1949-cu ildə Azərbaycan Respublikasının Şəmkir rayonunda anadan olmuşdur.1966-ci ildə Əli-Bayramlı şəhər 2 saylı orta məktəbi bitirmişdir 1968–1971-ci illərdə Bakı Axşam Neft Texnikumunun Əli-Bayramlı filialını bitirib, iqtisadçı peşəsinə yiyələnmişdir. 1973–1977-ci illərdə Bakı Ali Partiya məktəbində təhsil almışdır. Ailəlidir, 4 övladı var. == Əmək fəaliyyəti == Əli-Bayramlı şəhər 1 saylı məktəbdə pioner baş dəstə rəhbəri kimi əmək fəaliyyətinə başlamışdır. 1967–1970-ci illərdə Əli-Bayramlı şəhər Partiya Komitəsində texniki katibə 1970–1973-cü illərdə şəhər XDS icraiyyə komitəsində ümumi şöbənin müdiri 1973-cü ilin fevral ayından sentyabr ayınadək Əli-Bayramlı şəhər Partiya Komitəsində təlimatçı 1977–1978-ci illərdə şəhər Partiya komitəsində təlimatçı və şəhər Qarışıqmallar ticarət idarəsində rəis vəzifəsində işləmişdir. 1978-ci ilin dekabr ayında Əli-Bayramlı şəhər Partiya komitəsinin ideoloji məsələlər üzrə katibi seçilmişdir. 1983-cü ilin dekabr ayında şəhər Xalq Nəzarət Komitəsinin sədri təyin olunmuşdur. 1991-ci ilin iyun ayında Əli-Bayramlı şəhər Xalq Deputatları Sovetinin sədri seçilmişdir. 1995-ci ilin sentyabr ayında Əli-Bayramlı şəhər icra hakimiyyəti başçısı təyin olunmuşdur.
Sədaqət Ulduz
Sədaqət Fəyaz qızı Quluyeva (Sədaqət Ulduz; 24 aprel 1974, Sumqayıt) — Azərbaycan müğənnisi; == Həyatı == Sədaqət Ulduz 24 aprel 1974-cü ildə Sumqayıt şəhərində anadan olub. Orta məktəblə yanaşı musiqi məktəbinin qarmon sinfindən də məzun olmuşdur. Eyni zamanda musiqi, fortepiano və saz dərsləri də almışdır. Soltan Hacıbəyov adına Musiqi Texnikumunu bitirmişdir. 1995-ci ildən etibarən "Unison" qrupu ilə addımlar atmağa başlamışdır. Daha sonra peşəkar səhnədə performans sərgiləməklə televiziya proqramlarında da çıxışlar etmişdir. O, yeni kliplər çəkmiş, mahnılar oxumuş və bunlarla yanaşı Space TV-nin "Onda Başladıq" adlı televiziya proqramının aparıcısı kimi də fəaliyyət göstərmişdir. Sədaqət Ulduz əvvəllər Azərbaycan Dövlət Muğam Teatrında solist kimi fəaliyyət göstərmişdir. Hal-hazırda Azərbaycan Dövlət Televiziyasında solist kimi fəaliyyət göstərir. == Mükafatları == Altı yaşında Moskvada keçirilən Ümumittifaq festivalın mükafatını almışdır.
Sədaqət Verdiyeva
Sədaqət Mirzə qızı Verdiyeva (14 mart 1928, Füzuli, Samux rayonu) — pambıqçı. Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == Sədaqət Mirzə qızı Verdiyeva 14 mart 1928-ci ildə keçmiş Xanlar rayonunun Füzuli kəndində anadan olub. 1947-ci ildə «Qırmızı Oktyabr» kolxozunda yüksək əmək göstəricilərinə nail olmuşdur. İttifaq əhəmiyyətli fərdi pensiyaçıdır. == Haqqında yazılanlar == Mir Cəlal. Qəhrəman qız: [Sosialist Əməyi Qəhrəmanı, komsomolçu Sədaqət Verdiyeva haqqında] //Pioner.- 1948.- No 10.- S.10-11.
Sədaqət Vəliyeva
Sədaqət Vəliyeva (23 dekabr 1954, Naxçıvan) — Azərbaycan Respublikası Milli Məclisinin depuatatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri. == Həyatı == Vəliyeva Sədaqət Süleyman qızı 1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə institutu bitirib. Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb. 1980-ci ildən isə Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr işləməyə başlayıb. 1984-cü ildə isə 6 saylı Vərəm Xəstəxanasında baş həkimi 1985-ci ilədək əvəzləyib. 1985-ci ildən 1995-ci ilədək Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1995–1996-cı illərdə Suraxanı rayon Səhiyyə şöbəsinin müdiri işləyib. 1997–2002-ci illərdə yenidən Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2002-ci ildən 2006-cı ilədək Sabunçu rayon Səhiyyə şöbəsinə rəhbərlik edib.
Sədaqət Zülfüqarova
Sədaqət Şamil qızı Zülfüqarova (10 iyul 1924 – 27 dekabr 1986) — aktrisa. == Həyatı == Teatr və kino aktrisası Sədaqət Zülfüqarova 30-a qədər filmdə əsasən epizodik rollarda çəkilmişdir.
Telgəy
Telnet
Telnet (uzaq məsafəyə müraciət) – ciddi mətn sistemidir. Onun köməyi ilə şəbəkəyə birləşdirilmiş istənilən kompüterə daxil olmaq olar. Telnet e-mail, FTP, Usenetə nisbətən çox da tanınmayıb və geniş yayılmayıb. Həmçinin, bir kompüterdən başqa bir kompüteri terminal kimi istifadə etmək üçün protokol (və ona uyğun proqram). Yalnız mətn rejimini dəstəkləyir. UNIX sistemlərinə uzaqdan daxil olmaq üçün Telnet geniş istifadə olunur. Ondan istifadə etmək üçün komanda sətrindən telnet və ya tn komandasını vermək, yaxud brauzerin ünvan zolağında telnet:abc.xyz.com kimi ünvan daxil etmək lazımdır. Bir çox kompüterlər internetə qoşula bilmirlər. Eləcə də IBM universal kompüterləri digər kompüterlərin dilində "danışa" bilmirlər. Bu zaman Telnet qovşağından istifadə olunur.
Telqte
Telqte (alm. Telgte‎) — Almaniyanın Şimali Reyn-Vestfaliya torpağının Münster inzibati dairəsində şəhər. Sahəsi 90.6 km2, əhalisi 19522 nəfərdir (2006).
Meleqet hili