Sədaqət Vəliyeva

Sədaqət Vəliyeva (23 dekabr 1954, Naxçıvan) — Azərbaycan Respublikası Milli Məclisinin depuatatı, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri.

Sədaqət Vəliyeva
Şəxsi məlumatlar
Doğum adı Sədaqət Süleyman qızı Vəliyeva
Doğum tarixi 23 dekabr 1954(1954-12-23) (69 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vəliyeva Sədaqət Süleyman qızı 1954-cü il dekabrın 23-də Naxçıvan şəhərində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə institutu bitirib.

Əmək fəaliyyətinə döş qəfəsi cərrahiyyəsi xəstəxanasında tibb bacısı işləyərək başlayıb. 1980-ci ildən isə Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr işləməyə başlayıb.

1984-cü ildə isə 6 saylı Vərəm Xəstəxanasında baş həkimi 1985-ci ilədək əvəzləyib. 1985-ci ildən 1995-ci ilədək Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1995–1996-cı illərdə Suraxanı rayon Səhiyyə şöbəsinin müdiri işləyib. 1997–2002-ci illərdə yenidən Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2002-ci ildən 2006-cı ilədək Sabunçu rayon Səhiyyə şöbəsinə rəhbərlik edib.

2006-cı ildə Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi vəzifəsinə təyin edilib, hazırda bu vəzifədə çalışır. İşlədiyi illər ərzində 1990-cı ildə Suraxanı rayonu Zığ qəsəbə Sovetinin deputatı olub. Ali dərəcəli həkimdir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2008-ci ildən Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatının sədridir. 2010-cu, 2015-ci, 2020-ci illərdə keçirilən IV, VVI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər zamanı 25 saylı Nizami ikinci seçki dairəsindən Milli Məclisin deputatı seçilib. Bir qızı var.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]