Ekoloji fəlakət (ing. Ecological Catastrophe) – geniş ərazilərdə təbii mühitin təbii və antropogen dağıdıcı təsirləri nəticəsində baş verən və böyük ekoloji zərərlə müşayiət edilən hədsiz əlverişsiz şəraiti[1]
Ekoloji təhlükəsizlik-insanın və cəmiyyətin həyati vacib maraqlarının,ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində yaranan təhlükələrdən qorunmasının təmin edilməsi
Ekoloji təhlükə-insanın və cəmiyyətin həyati vacib maraqlarına,ətraf mühitin ona antropogen və təbii təsirlər nəticəsində təhlükə yaradan vəziyyət
Təhlükəli ekoloji vəziyyət-antropogen və təbii təsirlər,o cümlədən fəlakət və qəzalar nəticəsində ətraf mühitin dağılma təhlükəsi ilə və ya vəziyyətində mənfi dəyişikliklərlə səciyyələnən və bu səbəbdən insanın və cəmiyyətin həyati vacib maraqlarına təhlükə yaradan vəziyyət
Fövqəladə ekoloji vəziyyət-insanların həyat və sağlamlığının,habelə ətraf mühitin qorunması məqsədilə zəruri təcili tədbirlərin həyata keçirilməsinitələb edən təhlükəli ekoloji vəziyyət
Ekoloji fəlakət-insanların həyatı və fəaliyyəti şəraitində sahəsində və ətraf mühitdə dönməz dəyişikliklərlə səciyyələnən fövqəladə ekoloji vəziyyət
Ekoloji təhlükəsizliyin təmin edilməsi-təhlükəli ekoloji vəziyyətlərin yaranması və inkişafının qarşısının alınması,habelə onların nəticələrinin,o cümlədən gələcəkdə təsir göstərə biləcək nəticələrin aradan qaldırılması üzrə tədbirlər sistemi
Ekoloji təhlükənin subyekti-fəaliyyəti təhlükəli ekoloji vəziyyət yarada bilən hər hansı müəssisə,idarə,təşkilat,habelə fiziki şəxs
Coğrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |