Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Nasizmdən təmizlənmə
Nasizmdən təmizlənmə, nasistlərdən təmizlənmə və ya denasifikasiya (alm. Entnazifizierung‎) – Müttəfiq Dövlətlərin İkinci Dünya Müharibəsindən sonra Almaniya və Avstriya cəmiyyətlərində həyata keçirdiyi və Nasional Sosializmin təsirini mədəniyyət, cəmiyyət, iqtisadiyyat, mətbuat, hüquq və siyasət sahələrindən silmək üçün həyata keçirdiyi siyasəti təsvir edir. Siyasət çərçivəsində məsul təşkilat rəhbərləri və əlaqədar qurumlar birbaşa işdən çıxardıldı və həmin təşkilatlar bağlanıldı. Bu siyasətə müharibədən dərhal sonra keçirilən Potsdam konfransında qərar verildi. Siyasi cəhətdən həyata keçirilən tədbirlər Soyuq müharibənin başlaması ilə faktiki olaraq dayandırıldı. İkinci Dünya Müharibəsi dövründə Nasist Almaniyasının təslim olmasından sonra, Berlindən 26 km cənub-qərbdə yerləşən Potsdamda 1945-ci il 17 iyul ilə 2 avqust arasında təşkil edilən Potsdam Konfransı, xüsusilə Almaniya və Avstriyada nasizmdən təmizlənmə işlərinə başlamağa qərar verdi. Berlindəki Müttəfiq Komandanlığı 1946-cı ilin yanvarında fəaliyyətə başladı. Bu çərçivədə müəyyən şəxslər və təşkilatlar müşahidə altına alındı və bunlar haqqında qərarlar qəbul edildi. Bütün Müttəfiq Dövlətlər ümumi prinsiplərdə razılaşsalar da, onların nəzarəti altında olan ərazilərdə bunun həyata keçirilməsi çox fərqlənirdi. Nasizmin aradan qaldırılması fəaliyyətinə nasist rejiminin istifadə etmiş olduğu simvolların çıxarılması da daxildir.
Kükürd qazından təmizlənmə üsulları
Kükürd qazından təmizlənmə üsulları — Sənaye müəssisələrində atmosfer havasına buraxılan tullantı qazları ayrı-ayrı zərərli kimyəvi birləşmələrdən təmizlənməsi üçün hər bir maddənin kimyəvi xassələri ilə şərtlənən spesifik üsuldur. Atmosferi kükürd qazı (SO2)ilə ən çox çirkləndirən mənbələr əlvan metallurgiya, istilik-energetika və sulfat turşusu istehsal qurğularıdır. Havaya buraxılan qazları kükürd-4-oksiddən təmizləməyin üsullarını 2 qrupa bölmək olar: Sonradan sərbəst halda çıxarmadan təmizləmə; Utilləşdirmək məqsədilə sonradan sərbəst halda çıxarılmaqla təmizləmə. Kükürd qazından təmizlənən tullantı qazlar seçilən üsuldan asılı olaraq öncədən təmizləyici qurğunun işinə mane olan bərk hissəciklərdən, hidrogen-sulfiddən, nəmdən, oksigendən və başqa maddələrdən ayrılmalıdır. Kükürd qazını zərərsizləşdirməyin mühüm üsulları aşağıdakılardır: Maqnezit üsulu Əhəng üsulu Ammonyaklı tsiklik proses Ammonyak turşu üsulu Quru ammonyak üsulu Manqan-oksid üsulu İonitlərlə SO2-nin təmizlənməsi Burada tərkibində SO2 olan qazlar maqnezium-oksid suspenziyasından keçirilərək maqnezium-sulfitə çevrilir. Bu üsulda qazlar əhəngli suspenziyadan keçirilir. Üsul ucuzdur və udulma tam gedir. Burada qazlar ammonyak məhlulu ilə alçaq temperaturda absorbsiya edilir, sonra qızdırılaraq ondan sərbəst şəkildə ayrılır. Absorbsiya prosesində ammonium-sulfit və ammonium-hidrosulfit əmələ gəlir. Bu üsulda kükürd qazı ammonium-sulfit məhlulu ilə udulur, sonra H2SO4 əlavə edilməklə ondan ayrılır.
Bitkilərin ekstremal təsirlərə davamlılığı