Kükürd qazından təmizlənmə üsulları — Sənaye müəssisələrində atmosfer havasına buraxılan tullantı qazları ayrı-ayrı zərərli kimyəvi birləşmələrdən təmizlənməsi üçün hər bir maddənin kimyəvi xassələri ilə şərtlənən spesifik üsuldur.
Atmosferi kükürd qazı (SO2)ilə ən çox çirkləndirən mənbələr əlvan metallurgiya, istilik-energetika və sulfat turşusu istehsal qurğularıdır.
Havaya buraxılan qazları kükürd-4-oksiddən təmizləməyin üsullarını 2 qrupa bölmək olar:
Kükürd qazından təmizlənən tullantı qazlar seçilən üsuldan asılı olaraq öncədən təmizləyici qurğunun işinə mane olan bərk hissəciklərdən, hidrogen-sulfiddən, nəmdən, oksigendən və başqa maddələrdən ayrılmalıdır.
Kükürd qazını zərərsizləşdirməyin mühüm üsulları aşağıdakılardır:
Burada tərkibində SO2 olan qazlar maqnezium-oksid suspenziyasından keçirilərək maqnezium-sulfitə çevrilir.
Bu üsulda qazlar əhəngli suspenziyadan keçirilir. Üsul ucuzdur və udulma tam gedir.
Burada qazlar ammonyak məhlulu ilə alçaq temperaturda absorbsiya edilir, sonra qızdırılaraq ondan sərbəst şəkildə ayrılır. Absorbsiya prosesində ammonium-sulfit və ammonium-hidrosulfit əmələ gəlir.
Bu üsulda kükürd qazı ammonium-sulfit məhlulu ilə udulur, sonra H2SO4 əlavə edilməklə ondan ayrılır.
Burada tüstü qazlarında olan SO2 qazı V2O5 katalizatoru üzərində oksidləşdirilərək SO3-ə çevirilir, sonra əmələ gələn kükürd-6-oksid tüstü qazlarında olan su buxarı ilə birləşərək sulfat turşusu dumanına çevrilir. Qarışığa ammonyak qazı buraxıldıqda ammonium-sulfat kristalları əmələ gəlir.
Adsorbent kimi vakuumda 300–400oC qurudulmuş manqan-3-oksiddən (Mn2O3) istifadə edilir. Tərkibində SO2 olan tüstü qazı uducu qüllədə manqan 3-oksidlə udulur, sonra oksidləşdirilərək SO3-ə çevrilir və su dumanı (kapilyar nəmlik) ilə qarışdırılaraq H2SO4 əmələ gətirir. O da manqan 3-oksidlə qarşılıqlı təsirdə olub manqan 3-sulfata çevrilir.
İonitlər molekulyar corbentlərdir. Adsorbsiya prosesində qaz molekulları ilə kimyəvi reaksiyalar baş verir, həm də ionitdəki suda həllolunma gedir. Proses zamanı tullantı qaz ionit təbəqəsindən keçirilir və eyni vaxtda oraya qələvi (NaOH) məhlulu verilir. NaOH qələvisi əvəzinə 25%-li ammonyak məhlulu da işlənir.