Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ege Tanman
Ege Tanman (türk. Ege Tanman; 26 fevral 1998, Bursa) — Türkiyə aktyoru.
Dazayfu Tenman-qu
Dazayfu məbədi (太宰府天満宮, Dazayfu Tenman-qu) – Yaponiyanın Fukuoka prefekturasının Dazayfu şəhərində yerləşən şintoist məbədi. 903-cü ildə Dazayfu şəhərinə sürgün edilərək ölən alim və siyasətçi Suqavara no Miçizaneyə həsr edilmişdir. == Tarixi == Suqavara no Miçizane 903-cü ildə Dazayfu şəhərində öldükdən sonra onun qalıqları Anraku buddist məbədində basdırılmışdır. İki il sonra həmin yerdə memorial zalı inşa edilmişdir. Miçizanenin ruhunu sakitləşdirmək məqsədilə imperatorun əmri ilə 919-cu ildə Dazayfu məbədi tikilmişdir. Bir neçə əsr boyunca məbədin populyarlığı artmış, Miçizane alimlik və xəttatlığın hamisi hesab olunmağa başlamışdır. Hazırkı məbəd binasının tarixi 1590-cı ilə aiddir. == Tədbirlər == Məbədin illik festivalı 25 sentyabrda keçirilir. Bundan əlavə, hər ilin 7 yanvar tarixində məbəddə Usokae adlı tədbir baş tutur. İnsanlar quş formasındakı amuletləri olan usolarla məbədə gəlib dövrə şəklində bir ağaca yaxınlaşırlar və təsadüfi insanlarla uso mübadiləsi aparırlar.
Fincan-fincan
Fincan-fincan — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər vaxtlarda, əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Ümumi məlumat == Novruz bayramlarında eləcə də el şənliklərində xalq arasında yayılan maraqlı məişət oyunlarından biri də "Fincan-fincan oyunudur. Bu oyun bəzən məhəllələrarası, çayxanalarda, bəzən də toy gecələrində oynanılır. Fincan-fincan oyunu Azərbaycanın bəzi bölgələrində "Üzük-üzük", "Üzük gizlətdi", "Gül oyunu" adları ilə də tanınır. == Oyunun qaydaları == Oyunda iştirakçıların sayına görə məcməyi, siniyə düzülən üzüqoylu fincanlardan birinin altında üzük gizlədir. Bir dəstə o biri dəstəyə onu tapmağı təklif edir. Üzük tapılmadıqda iştirakçı "cərimə" olunur. Oyuna yığılan cavanlar çay içir, cürbəcür çərəzlər yeyirlər. Oyun zamanı məzəli əhvalatlar, nağıl deyir, aşıq, dərviş oxudurlar. Çox zaman oyun gecəyarısına qədər davam edir.
Dilman
Dilman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dilman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kənd Türkmənçay sulh müqaviləsindən (1828-ci ildən) sonra Cənubi Azərbaycan-nm Dilman mahalından köçüb gəlmiş 200 ailənin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Ağsunun İsmayıllı ilə qonşuluqda yerləşən və Böyük Qafqazın cənub yamaclarına səpələnən 16 yüksək dağ kəndlərindən biridir. Buralardan etibarən yaşıllıq çoxalır və yüksəklik artır. Bu kəndləri əhatə edən meşələr piknik cənnəti hesab edilir. Meşənin dərinliklərində bir neçə şəlalə mövcuddur. Onlardan ən yaxını olan Dilman şəlaləsinə 1.5 – 2 saatda getmək olur. Maşın yolu yoxdur.
Kinkan
Kinkan (lat. Fortunella ) – sədokimilər fəsiləsinə aid bitki cinsi. Kinkan çox zaman Kumkvat da adlandırılır. Vətəni cənub-şərqi Çin və Hindçindir. == Meyvəsi == Ölçüsünə görə sitrus meyvələrinin ən xırda meyvəlisidir. Portağala oxşayır, lakin diametri 2-3 sm, uzunluğu isə 2,5-4 sm-dir. Bir meyvənin kütləsi 12-15 qr olur. Forması yumru və ya ovaldır. Qabığı nazik, narıncı və ya qırmızı-narıncıdır. Ətirli, şirin və xoşagələn dadlıdır.
Kirman
Kirman şəhəri İranın cənub-şərqində yerləşən şəhər. Kirman ostanının mərkəzi. 515 114 nəfər əhalisi var.
Miçman
Miçman (ing. michman) sözündən; hərfi mənası — "gəmi ortasındakı insan") — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində hərbçilərə verilən hərbi gəmi rütbəsi.
Simnan
Simnan — İranın Simnan ostanının və Simnan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 124,999 nəfər və 36,298 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti simnanilərdən ibarətdir və simnan dilində danışırlar.Simnanilərdən əlavə, qacarlar, seyidlər və ...də bu şəhərdə yaşayırlar.
Sincan
Sincan (Oğuz) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Sincan (Ankara) — Türkiyədə ilçə. Sincan (Çin) — əyalət.
Telman
Telman — Kişi adı. Telman Adıgözəlov — Azərbaycanın məşhur televiziya, teatr və kino aktyoru Telman Abışev — Vətən müharibəsi şəhidi Telman Abdinov — rəssam Telman Abdullayev — azərbaycanlı şəhid Telman Aslanov — azərbaycanlı alim, kimya üzrə elmlər doktoru Telman Bağırov — "20 Yanvar" şəhidi Telman Bəkirov — Alim, texnika elmləri doktoru Telman Ağdamski — azərbaycanlı kimyaçı Telman Ağayev — biologiya elmləri doktoru, professor Telman İsmayılov — Rusiyada yaşayan iş adamı və AST Şirkətlər Qrupunun sahibi Telman Allahverənov — Vətən müharibəsi şəhidi Telman Həsənli — Vətən müharibəsi şəhidi Telman Həsənov — şəhid Telman Orucov — Azərbaycan dövlət və siyasi xadimi Telman Ələkbərov — Vətən müharibəsi şəhidi Telman Kəlbiyev — Vətən müharibəsi şəhidi Telman Nəhmətov — Vətən müharibəsi şəhidi Telman Nüsrətoğlu — tarix elmləri doktoru Telman Tatarayev — coğrafiya elmləri doktoru, professor Telman İbadov — azərbaycanlı dövlət və siyasi xadim Telman İmanov — İqtisad elmləri doktoru, professor Telman Həmidov — Texnika elmləri namizədi, dosent Telman Qurbanov — professor Telman Kazımov — dövlət xadimi Telman Miriyev — Aprel döyüşlərininnin hərbi rəhbərlərindən biri Telman Məlikov — Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun professoru Telman Paşayev — sovet sərbəst güləşçisi Telman Xəlilov — coğrafiya elmləri doktoru, professor Telman Salahov — Azərbaycanlı futbolçu və məşqçi Telman Zeynalov — Azərbaycan heykəltəraşı Telman Cəfərov Telman Cəfərov (filoloq) — filologiya elmləri doktoru, professor Telman Cəfərov (rəssam) — Azərbaycan rəssamı Telman Hüseyn — şair Telman Hüseynov Telman Hüseynov (iqtisadçı) — Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Telman Hüseynov (hərbçi) — Vətən Müharibəsi Qəhrəmanı Telman Hacıyev Telman Hacıyev (bəstəkar) — Azərbaycan bəstəkarı. Telman Hacıyev (professor) — professor. Telman Hacıyev (fleytaçı) — Azərbaycan SSR əməkdar incəsənət xadimi Telman Hacıyev (mühəndis) — elmlər doktoru, professor Telman Hacıyev (polkovnik) — Ədliyyə polkovniki Telman Quliyev — Qax rayonu icra hakimiyyətinin başçısı (2009–2010). Telman Səfərov — şair-publisist.
Teoman
Teoman xan (çin. - 頭曼 ; e. ə. III əsr) — Hunların bilinən ilk hökmdarı. Mete xaqanın atasıdır. E.ə. III əsr ərəfələrində yaşayan Teoman ilk böyük Hun hökmdarıdır. Fərqli Türk boyları arasında birliyi təmin edərək, mərkəzi bir idarə qurmuş və beləcə e.ə. 220-ci ildə ilk Hun xaqanı olaraq iş başına keçmişdir. Türk boyları o zamana qədər ən yaxınlıqdakı Çin İmperatorluğuna bir çox axın reallaşdırmışdı, hər nə qədər bu axınlar Çinlilər üçün təhdid kimi görünsə də, Türk boyları heç bir zaman birlikdə hərəkət etmədikləri üçün böyük bir Hun axını olmamışdı.
Tiamat
Tamat- dünya okeanı-xaos. Şumer-babil mifologiyasına görə duzlu sularından hər şey o cümlədən tanrılar yaranmışdır. Şumer-akkad mifologiyasına - "Enuma eliş"ə görə Tiamat öz sularını Absu ilə qovuşduraraq dünyaya başlanğıc vermişdir. O, əsasən dörd ayaqlı və qamadları olan bir əzayib (div) kimi təsvir edilmişdir. Onun törətmiş olduğu tanrılar ona qarşı mübarizəyə qalxirlar. Marduk onu öldürərək cəsədini ikiyə parçalayaraq onlardan yeri və göyü yaradır. Bəzi mənbələr onu dəniz ilanı və ya əjdaha rəsmləri ilə təsvir edir.
Tiamin
B1 vitamini – Tiamin (vitamin B1) — suda həll edilən vitamin, C12H17N4OS formululu birləşmə. Suda yaxşı həll edilən,spirtdə həll edilməyən,rəngsiz kristal maddə.İsidildikdə dağılır. Birinci dəfə U.Sudzuki tərəfindən 1910-cu ildə beri-beri xəstəliyini düyü tullantıları ilə müalicəsini öyrənən zamanı sintez edilibdir.Digər məlumata görə vitamin birinci dəfə K.Funk tərəfindən 1912-ci ildə yaradılıb. Tiamin, suda yaxşı həll edilərək,orqanizmdə yığılıb qalmır və zəhərləyici xüsusiyyətləri yoxdur. Təmiz şəkildə birinci dəfə Barend Yansen tərəfindən 1926 - cı ildə alınıb. == Faydaları == B1 vitamini iştahı artırır, qəbul edilən qidanın həzminə kömək edir, xəstəliklərə qarşı orqanizmin immunitetini gücləndirir. Bundan başqa o, sinir toxumalarının normal çalışmasına da yardımçı olur. B1 vitamininin əsas "düşmənləri" siqaret, spirtli içkilər və şəkərdir. == Defisit fəsadları == Tiaminin davamlı şəkildə defisiti bir sıra ağır xəstəliklərə,ilk növbədə əsəb sisteminin pozulmasına gətirib çıxarır. Tiamin çatışmazlığının fəsadları beri-beri xəstəliyi kimi tanınır.
Tiiran
Ditiokarbomatəvəzli tiiran və tietanlar — bu inhibitorlar tərkibində azot, kükürd və digər elementlər saxlayan çoxlu sayda üzvi birləşmələrdir. == Ditiokarbomatəvəzli tiiran və tietanların sürtkü yağlarına aşqar kimi tədqiqi == Sürtkü yağlarının mühafizəedici xassəsini yaxşılaşdırmağın səmərli üsullarından biri, onlara yağlarda həll olan ditiokarbamatəvəzli (tiiran və tietanların) birləşmələri sürtü yağlarına aşqar kimi tədqiqidir. Məlum olduğu kimi təkibində azot və kükürdsaxlayan bəzi üzvi birləşmələr yüksək adsorbsiya aktivliyə malik olur. Metalla təmasda ona passivləşdirici xassə verir. Ona görə də bu birləşmələr sərt istismar şəraitində intensiv sürtülmə rejimləri kimi birgə təsir şəraitində effktiv mehafizəedici xassə göstərirlər. == Ditikarbomatəvəzli tietanların və tiiranların tərkibində mühafizəedici xassələrinin tədqiqatı == Aparılan sistematik tədqiqatlar əsasında sintez edilmiş birləşmələrin quruluşu ilə onların yeyilmə və siyrilmə xassələri arasında bir sıra qanunauyğunluqlar aşkar edilmişdir. Ditiokarbomadəvəzli tietan və tiiranların MS-20 yağının siyrilmə və yeyilmə xassələrinə təsirinin müqayisəsi aparılmışdı. Əgər tiiran birləşmələrinə nəzər yetirsək onda görərik ki, ən yüksək siyrilmə xassələrinə (C2H5)2 fraqment daşıyan tiiranlar malik olur. Reaksiya qarışığında tietan törəməsini alınması qarşılıqlı sintez yolu ilə sübut olunmuşdur. Bu məqsədlə natrium-dietilditiokarbamatla 3-xlortietanını reaksiyası 80–900C-də 5 saat müddətində su mühitində aparılmış, nəticədə yalnız 3-tietanil-N, N-dietilditiokarbamat alınmışdır.
Tircan
Tircan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Tircan kəndi qədim yaşayış məskənlərindən biridir. Aparılan tədqiqatlar aşkar etmişdir ki, kəndin yerləşdiyi ərazi bir neçə dəfə dəyişmişdir. 1.Soğanlıq (e.ə. I əsr) 2.Xəşdöşə (təxminən 1500 – 1620 – ci illər) 3.Köhnə kənd (1620 – 1907 – ci illər) 4.Kəndin indi yerləşdiyi yer (1907 – ci ildən başlayır) Son tarixi araşdırmalar onu deməyə əsas verir ki, kəndin şimalında Daşdəmir, Cavanşir və s. yerlərdə də yaşayış mövcud olmuşdur. Tircanın ilk yaşayış yeri indiki kəndin yerindən 1 km cənubda olan “Soğanlıq” adlanan yer olmuşdur. Eramızdan əvvəl 1 – ci əsrdə mövcud olmuş Alban dövlətinin tərkibinə aid olmuş “Soğanlığ” deyilən yerdə yerləşən Tircan kəndi cənubda Kükürdlü dərəsi, şərqdə Heyvalı, qərbdə Kor bulaq, şimalda isə indiki kəndin cənubuna qədər olan böyük bir sahəni əhatə etmişdir ki, bu da təxminən 70 – 80 ha bərabərdir. E.ə. Albaniya dövlətində 26 tayfa mövcud olmuşdur.
Tisian
Tisian Veçellio (it. Tiziano Vecellio; təq. 1490 – 27 avqust 1576[…], Venesiya, Venesiya Respublikası) — İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri. Belluno yaxınlığında, Pyeve-di-Kadoredə (Venesiya respublikası) doğulmuşdur. Doğulduğu yerlə əlaqədar olaraq yaşamı boyunca tez-tez da Kadore deyə də xatırlanır. == Yaradıcılığı == Müasirləri tərəfindən "Kiçik Ulduzlar arasında Günəş" ("The Sun Amidst Small Stars") (Dantenin "Cənnət"indən sonuncu misra) kimi adlanan Tisian universal İtalyan rəssamlarından biri olmuşdur. Məharətli rəssam çoxsaylı portretlərin, təbiət mənzərələrinin, mifik və dini mövzulu əsərlərin müəllifidir. Onun rəssamlıq metodikası, xüsusilə rənglərin istifadəsi nəinki İtalyan Renessans rəssamlarına, həmçinin qərb incəsənətinin görkəmli nümayəndələrinə də öz əsaslı təsirini göstərə bilmişdir. Yaşadığı müddətcə rəssamlıq tərzində çox dəyişkənlik müşahidə olunsa da rənglərə olan marağını qorumuşdur. Baxmayaraq ki, onun püxtələşmiş işləri erkən dövrlərdəki kimi açıq, işıqlı tonlu işlərinə bənzəməsə də sərbəst fırça toxunuşu və zəriflik çalarları qərb rəssamlıq tarixi nümunələrində rastlanılmır.
İtoman
İtoman (yap. 糸満市 — Yaponiyanın Okinava adasındakı Kyusyu regionunun Okinava prefekturasında yerləşən şəhər. == Coğrafi yerləşməsi == Şəhərin yaxınlığında Tomiqusuku şəhəri və Yese qəsəbəsi yerləşir. == Əhalisi == Şəhərin əhalisi 58 142 nəfər təşkil edir (1 avqust 2014), hər km² əraziyə 1246,88 nəfər düşür. == Rəmzi == Adanın rəmzi (Ficus microcarpa) Kiçik meyvəli fikus ağacıdır. == Görməli yerləri == 1975-ci ildə şəhərdə Okinava adasının Sülh Memorial Muzeyi (ing. Okinawa Prefectural Peace Memorial Museum) açılmışdır.
Abel Tasman
Abel Tasman (ing. Abel Janszoon Tasman) - Avstraliya və Okeaniya ərazilərini tam dövrə vurmuş və Yeni Zelandiyaya gəlmiş ilk avropalı səyyah. Abel Tasman Yeni Zelandiyanı 1642-ci ilin 15 aprel tarixində kəşf etmişdir. Avstraliyanın cənubunda yerləşən Tasmaniya adası, Tasmaniya dənizi, səyyahın şərəfinə adlandırılmışdır.
Alan Rikman
Alan Sidni Patrik Rikman (ing. Alan Sidney Patrick Rickman, 21 fevral 1946[…] – 14 yanvar 2016[…], London) - teatr tamaşaları və filmlərdə daha çox antoqonist xüsusiyyətli obrazları ilə yadda qalmış ingilis aktyor olmuşdur. Rikman klassik və modern teatr tamaşaları təqdim edən Kral Şekspir kompaniyasının üzvü olmuşdur. Televiziyada ilk dəfə 1982-ci ildə görünsə də, Kristofer Hemptonun "Təhlükəli əlaqələr" pyesinin 1985-ci il teleadaptasiyasında canlandırdığı Vikomt de Valmont obrazı ilə məşhurlaşmış və bu roluna görə Toni mükafatına namizəd göstərilmişdir. Rikman "Məğlubedilməz" filmində yaratdığı Hans Qruber və "Harri Potter" filmlər seriyasında yaratdığı Severus Sneyp obrazları ilə daha çox diqqət çəkmişdir. Rikman "Robin Hud:Oğrular şahzadəsi" filmində Notingem şerifi, "Həqiqətən, dəlicəsinə, dərindən" filmində Ceymi, Enq Linin "Ağıl və hiss" filmində Kolonel Brendon, "Gerçək sevgi" filmində Harri, "Dəhşətli böyük macəra" filmində P.L. O'Hara, "Qalaktika axtarışında" filmində Aleksandr Deyn, Stiven Sondhaymın myuziklı əsasında çəkilmiş "Suini Todd:Flit-stritdən olan şeytan bərbər" filmində Hakim Turpin obrazlarını yaratmışdır. 1995-ci ildə "Rasputin" filmində yaratdığı Rasputin obrazına görə Qızıl Qlobus, Emmi və Ekran Aktyorları Gildiyasının mükafatına layiq görülmüşdür. "Robin Hud" filmindəki roluna görə, Rikman Britaniya Akademiya Film mükafatını qazanmışdır. Aktyor Tom Byörkun xaç atasıdır. Rikman 14 yanvar 2016-cı ildə 69 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
Bill Hinsman
Bill Hinsman (tam adı: Semyuel Uilyam "Bill" Hinsman; ing. Samuel William "Bill" Hinzman; 24 oktyabr 1936, Koraopolis[d], Pensilvaniya – 5 fevral 2012, Darlinqton[d], Pensilvaniya) — ABŞ aktyoru və rejissoru. Ən yaxşı filmi Yaşayan ölünün gecəsi adlı filmdir == Həyatı == Keyt Ueyn 16 yanvar 1945-ci il tarixində anadan olmuşdur. 1968-ci ildə Yaşayan ölünün gecəsi adlı filmdə iştirak etmişdir. Filmdən sonra uzun müddət epizodik rollarda çıxış etmişdir. 1980-ci illərdən başlayaraq bir sıra filmlərə rejissorluq etmişdir. Bill Hinzman 5 fevral 2012-ci il tarixində 75 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
Bill Hinzman
Bill Hinsman (tam adı: Semyuel Uilyam "Bill" Hinsman; ing. Samuel William "Bill" Hinzman; 24 oktyabr 1936, Koraopolis[d], Pensilvaniya – 5 fevral 2012, Darlinqton[d], Pensilvaniya) — ABŞ aktyoru və rejissoru. Ən yaxşı filmi Yaşayan ölünün gecəsi adlı filmdir == Həyatı == Keyt Ueyn 16 yanvar 1945-ci il tarixində anadan olmuşdur. 1968-ci ildə Yaşayan ölünün gecəsi adlı filmdə iştirak etmişdir. Filmdən sonra uzun müddət epizodik rollarda çıxış etmişdir. 1980-ci illərdən başlayaraq bir sıra filmlərə rejissorluq etmişdir. Bill Hinzman 5 fevral 2012-ci il tarixində 75 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
Bilman Qüdrət
Bilman Qüdrət, Dədə Bilman, (azərb. Nağıyev Bilman Qüdrət oğlu‎; 15 fevral 1957, Şidli, Vedi rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == 15 fevral 1957-ci ildə Ermənistan SSR Vedibasar mahalının Şidli kəndində anadan olmuşdur. Rostov Dəmiryol İnstitutunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Ailəsi == Ailəlidir, bir qızı, iki oğlu var. == Yaradıcılığı == Bilman Qüdrət təxəllüsü ilə yazır. "Ağrıdağ ağrısı" (1999-cu il), "Sinəmin çarpaz dağı" (2001-ci il), "Qızlar eşqə düşəndə" (2007-ci il), "Ömürdən düşən illər" (2007-ci il), "Ömrün əlli birinci baharı" (2009-cu il) kitabları işıq üzü görüb.
Birman dili
Birman dili (birm. မြန်မာဘာသာ) - Çin-Tibet dillərindəndir və Myanmanın rəsmi dilidir.Bamarların danışdığı dildir.Birman dili 32 milyon nəfər tərəfindən ilk dil kimi və 10 milyon nəfər tərəfindən ikinci dil kimi danışılır.
Bozayaq tinamu
Bozayaq tinamu (lat. Crypturellus duidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Tonian
Toni (yun. τόνος- gərilmək, dartmaq) — Neoproterozoy erasının ilk dövrüdür. Bu dövr təxminən 1000 milyon il əvvəldən 720 milyon il əvvələ qədər dəvam etmişdir. Toni, Mezoproterozoy erasının Steni dövründən əvvəl və Kriogen dövründən sonrakı dövrdür. Orta Steni zamanı meydana gələn superqitə Rodiniyanın parçalanmasına aparan rift, 900-850 Milyon il əvvəl başlayan bu dövrdə meydana gəldi. == Biologiya == Akritarxların ilk böyük təkamülü Toni zamanı baş vermişdir. İlk heyvan fosilləri Toninin sonlarına, 800 milyon əvvələ aiddir. Bunun bariz nümunəsi, kəşfçiləri və bir çox digər alimlər tərəfindən "süngər" kimi təsvir olunan Otavia antikadır.
Qılman
Qılman (ərəb. غِلْمَان‎; təkdə qulam, ərəb. غُلاَم‎) — bütün islam dünyasının ordularında qul əsgərləri və/yaxud muzdlular. IX əsrin əvvəllərindən XIX əsrin əvvəllərinə qədər islam dövlətləri ardıcıl olaraq qulları əsgər kimi yerləşdirmişdilər. Bu, İslam dünyasından kənarda çox nadir rastlanan bir hadisə idi. Quranda qılman 52:24-cü ayədə cənnətdə xidmət edən oğlanlara aid edilmişdir. == Etimologiyası == Qılman (غِلْمَان) və onun tək variantı qulam (غلام) ərəb mənşəlidir. Bu söz "oğlanlar" və ya "qulluqçular" deməkdir. Ərəbcə ḡ-l-m (غ ل م‎). kökündən gəlir.