Dilman — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd.[1]
Dilman | |
---|---|
40°43′51″ şm. e. 48°30′28″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Ağsu rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 873 m |
Saat qurşağı | |
Niyaldağ silsiləsinin ətəyindədir. Kənd Türkmənçay sulh müqaviləsindən (1828-ci ildən) sonra Cənubi Azərbaycan-nm Dilman mahalından köçüb gəlmiş 200 ailənin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır[2].
Ağsunun İsmayıllı ilə qonşuluqda yerləşən və Böyük Qafqazın cənub yamaclarına səpələnən 16 yüksək dağ kəndlərindən biridir. Buralardan etibarən yaşıllıq çoxalır və yüksəklik artır. Bu kəndləri əhatə edən meşələr piknik cənnəti hesab edilir. Meşənin dərinliklərində bir neçə şəlalə mövcuddur. Onlardan ən yaxını olan Dilman şəlaləsinə 1.5 – 2 saatda getmək olur. Maşın yolu yoxdur. Atla 30 – 45 dəqiqəyə gedilir. Təmiz havada piyada yürüş etməyə dəyər. Bu şəlalə uzaqdan divardan bir xətt üzrə süzülərək axan südü xatırladır. Töküldüyü yerdə təbii hovuz əmələ gətirib. Hovuza girmək üçün yosunlarla örtülü sürüşkən daşları dəf etmək lazımdır.
1919-cu il tarixində ermənilər tərəfindən Dilman kəndində 558 nəfər öldürülmüşdür.
Kənddə "Həzrəti Məhəmməd" məscidi dini icması fəaliyyət göstərir[3].
Ağsu rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |