Dazayfu məbədi (太宰府天満宮, Dazayfu Tenman-qu?) – Yaponiyanın Fukuoka prefekturasının Dazayfu şəhərində yerləşən şintoist məbədi. 903-cü ildə Dazayfu şəhərinə sürgün edilərək ölən alim və siyasətçi Suqavara no Miçizaneyə həsr edilmişdir.[1]
Şintoizm | |
Dazayfu məbədi | |
---|---|
太宰府天満宮 | |
| |
Din | |
İlahi gücü | Tencin |
Mərasimləri |
Usokae (7 yanvar) Onisube (7 yanvar) |
Festivalları | 25 sentyabr |
Yerləşməsi | |
Ölkə | |
Prefektura | Fukuoka prefekturası |
Şəhər | Dazayfu |
|
|
Saytı | |
dazaifutenmangu.or.jp | |
Şintoizm terminologiyası |
Suqavara no Miçizane 903-cü ildə Dazayfu şəhərində öldükdən sonra onun qalıqları Anraku buddist məbədində basdırılmışdır.[1] İki il sonra həmin yerdə memorial zalı inşa edilmişdir.[1] Miçizanenin ruhunu sakitləşdirmək məqsədilə imperatorun əmri ilə 919-cu ildə Dazayfu məbədi tikilmişdir.[1] Bir neçə əsr boyunca məbədin populyarlığı artmış, Miçizane alimlik və xəttatlığın hamisi hesab olunmağa başlamışdır.[1]
Hazırkı məbəd binasının tarixi 1590-cı ilə aiddir.[1]
Məbədin illik festivalı 25 sentyabrda keçirilir.[1] Bundan əlavə, hər ilin 7 yanvar tarixində məbəddə Usokae adlı tədbir baş tutur.[1] İnsanlar quş formasındakı amuletləri olan usolarla məbədə gəlib dövrə şəklində bir ağaca yaxınlaşırlar və təsadüfi insanlarla uso mübadiləsi aparırlar.[1] İnanca görə bu yolla uğur gətirən xüsusi uso əldə etmək mümkündür.[1]
Usokae ilə yanaşı 7 yanvar tarixində məbəddə Onisube adlı eksorsizm ritualı keçirilir.[1]