Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Turkey
Türkiyə (türk. Türkiye) və ya rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — torpaqlarının əsas hissəsi Qərbi Asiya regionunun Kiçik Asiya yarımadasında, çox kiçik bir hissəsi isə Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimal-qərbdən Bolqarıstan, qərbdən Yunanıstan, şimal-şərqdən Gürcüstan, şərqdən Azərbaycan (Naxçıvan Muxtar Respublikası), İran, Ermənistan, cənubdan isə İraq və Suriya ilə həmsərhəddir. Ölkə üç tərəfdən dənizlə əhatə olunmuşdur. Qərbdən Egey dənizi, şimaldan Qara dəniz, cənubdan isə Aralıq dənizi ilə əhatələnmişdir. Bosfor boğazı, Mərmərə dənizi və Dardanel boğazı ölkənin Avropa və Asiya hissələrini bir-birindən ayırır. Paytaxt Ankara şəhəri olsa da, ölkənin əsas mədəni və iqtisadi mərkəzi, həmçinin ən böyük şəhəri İstanbuldur. Əhalinin təqribən 90–91%-i özünü etnik türk hesab edir. Əhalinin 8%-ə yaxınını təşkil edən kürdlər ölkədə ən böyük etnik azlıq sayılır.
Lonicera bournei
Burn doqquzdonu (lat. Lonicera bournei) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.
Alex Turner
Aleksandr Devid Törner (ing. Alexander David Turner; 6 yanvar 1986, Şeffild, Yorkşir və Hamber[d]) — ingilis musiqiçi, müğənni, bəstəkar və prodüser. Yeddi albom buraxdığı Arctic Monkeys rok qrupunun solisti və əsas mahnı müəllifi kimi tanınır. O həmçinin The Last Shadow Puppets adlı digər layihəsinin qurucusudur. Törner 16 yaşında olarkən üç dostu ilə öz doğma Şeffild şəhərində Arctic Monkeys qrupunu yaratdı. Onların ilk buraxılışı Whatever People Say I Am, That's What I'm Not (2006) o vaxt Britaniya tarixində ən sürətli satılan debüt albomu oldu və Rolling Stone-un bütün ən böyük debüt albomları siyahısında 30-cu yeri tutdu. "I Bet You Look Good on the Dancefloor" sinqlı Birləşmiş Krallıqda bir nömrəli hit oldu. Qrup sonrakı studiya albomları olan Favourite Worst Nightmare (2007), Humbug (2009), Suck It and See (2011), AM (2013) və Tranquility Base Hotel & Casino (2018) və The Car (2022)-da desert rok, indi pop, R&B və lounj musiqisini sınaqdan keçirdilər. Arctic Monkeys həm 2007, həm də 2013-cü ildə Qlastonberi Festivalına başçılıq etdi və 2012 London Yay Olimpiya Oyunlarının açılış mərasimində çıxış etdi. The Last Shadow Puppets qrupunun qurucusu kimi Törner və Mayls Keyn iki simfonik pop albomu buraxdılar, bunlar: The Age of the Understatement (2008) və Everything You've Come to Expect (2016).
Besi Turner
Besi Turner (17 sentyabr 1977) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Besi Turner Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Beski Turner
Besi Turner (17 sentyabr 1977) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. == Karyerası == Besi Turner Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 9-cu pillənin sahibi olub.
Bourne shell
Bourne shell- UNİX əməliyyat sistemində shell. İlk versiyası Stephen Bourne tərəfindən 1977-ci ildə Bell laboratoriyasında yaradılmışdır.
Frensis Burney
Korney Çukovski
Nikolay Vasilyeviç Korneyçukov (rus. Корне́й Ива́нович Чуко́вский) — rus yazıçısı. == Həyatı == == Yaradıcılığı == Korney Çukovski bədii tərcümənin (poetik tərcümə bədii tərcümənin ən çətin sahəsidir) yüksək sənətkarlıq proqramını belə təsəvvür edirdi: tərcüməçinin yaradıcılıq ilhamı yalnız o vaxt səmərəli ola bilər ki, o, orijinaldan ayrılmasın, amma hərfən, yəni sözbəsöz, kəlmə-kəlmə tərcümə üsulundan yaxasını qurtarsın, təbəssümü təbəssümlə, musiqini musiqiylə, səmimiliyi səmimiliklə təcəssüm etdirsin, fikrin kəskinliyini, hissin dərinliyini, obrazın parlaqlığını, rənglərin və səslərin füsunkarlığını, intonasiyanın ahəngdarlığını oxucuya çatdırsın. == İstinadlar == == Həmçinin bax == == Xarici keçidlər == Сказки К. И. Чуковского Отдав искусству жизнь без сдачи — сайт К. И. и Л. К. Чуковских Сообщество в Живом Журнале, посвященное семье Чуковских Корней Чуковский стихи в Антологии русской поэзии Чукоккала — Самое полное издание знаменитого альманаха Е. Чуковская «Тень будущего» И. Шевелев «Корней с тараканищем» М. Петровский «Крокодил в Петрограде» Рецензия на книгу Е. Ивановой «Чуковский и Жаботинский. История взаимоотношений в текстах и комментариях» рецензия на книгу И. Лукьяновой «Корней Чуковский». Корней (Николай) Иванович (Васильевич) Чуковский (Корнейчуков) Михаил Золотоносов.
Qurney qartalı
Qurney qartalı (lat. Aquila gurneyi) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
Samuel Bourne
Samuel Bourne, (30 oktyabr 1834[…] – 24 aprel 1912, Nottinqem, Nottinqemşir[d]) İngilis sərbəst təbiət fotoqrafı. == Həyatı == Samuel Bourne 1834-cü ildə Arbor Fermasında (Mucklestone, Shropshire) köhnə bir əkinçi ailəsində anadan olub. Fairburn yaxınlığındakı bir keşişdən təhsil aldıqdan sonra Moore və Robinson bankında bir işə düzəlmişdir. Bankda işə başlayan kimi həvəskar fotoqrafiya fəaliyyətini sürətləndirdi və məqalələri ilə fotoqrafiya jurnallarına töhfələrini vermişdir.
Sesil Tormey
Sesil Tormey (mac. Tormay Cécile; 8 oktyabr 1876, Budapeşt – 2 aprel 1937) — macar yazıçısı, intellektual, sağ siyasi xadim, feminist, tərcüməçi və sosial nəzəriyyəçi. O, 1936 və 1937-ci illərdə Nobel mükafatına təqdim olunmuşdu. == Həyatı == Sesil Tormey 8 oktyabr 1876-cı ildə Budapeştdə anadan olmuşdu. Alman kökləri var. Ədəbiyyat fakültəsində oxumuşdu. Sesil Tormey iki roman ("Qaya adamları" (Emberek a kövek között), 1911; "Köhnə ev" (A Régi ház), 1914) və beş hekayə yazaraq məşhur olmuşdu. Onun ən tanınan "Cinayətkarın gündəliyi" əsəridir ki, 1919-cu il hadisələrindən, Bela Kunun rejimindən bəhs edir. Sesil Tormey Assizli Fransiskin "Kiçik çiçəklər" əsərini Macar dilinə çevirmişdi. Sesil Tormey 2 aprel 1937-ci ildə vəfat edib.
Emiliya Turey
Emiliya Turey (d. 6 sentyabr 1984; Həştərxan, Rusiya) — Rusiyanı təmsil edən həndbolçu. == Karyerası == Emiliya Turey Rusiya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasına 34:27 hesabı ilə məğlub olan Rusiya yığması, XXIX Yay Olimpiya Oyunlarını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Daha sonra Emiliya Turey Rusiya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. 1/4 final mərhələsində Cənubi Koreya yığmasına 25:24 hesabı ilə məğlub olan Rusiya yığması, London Olimpiadasını 8-ci yerdə başa vurdu.
Eduard Turner Bennet
Eduard Turner Bennet (6 yanvar 1797 – 21 avqust 1836) – İngilis zooloqu və yazıçısı. Botanik Con Cozef Bennetin böyük qardaşı.
Edward Turner Bennett
Eduard Turner Bennet (6 yanvar 1797 – 21 avqust 1836) – İngilis zooloqu və yazıçısı. Botanik Con Cozef Bennetin böyük qardaşı.
F. P. Journe
F. P. Journe — İsveçrə premium saat istehsalçısı. == Tarixi == Montres Journe SA kimi rəsmi qeydiyyatdan keçmiş F. P. Journe 1999-cu ildə Fransua-Paul Journe tərəfindən əsası qoyulmuş yüksək səviyyəli İsveçrə saat istehsalçısıdır. Fondation du Grand Prix d'Horlogerie de Genève Aiguille d'Or mükafatının yeganə üçqat qalibi. Journe, ildə 800-ə yaxın saat istehsal edən, mürəkkəb dəqiqlikli saatlar üzrə ixtisaslaşmışdır. Şirkətin 20%-i 2018-ci ildə açıqlanmayan məbləğə Chanel tərəfindən alınıb.
Turner Broadcasting System
Turner Broadcasting System, Inc (digər ixtisarlar TBS Networks və ya TBS, Inc), bütün şirkəti idarə edən və toplayan Kabel Televiziya Şəbəkəsidir və şirkətin təsisçisi Robert Edvard “Ted Turner”dir. 1970-ci ildə qurulması planlaşdırılsa da, 1990-a kimi təxirə düşmüşdü. TBS-i idarə edən Turner Entertainment şirkəti tərəfindən Turnerin film kitabxanası 1986-cı ildə MGM-də, 1950-ci ildə Warner Bros-da çəkilən filmləri və RKO Picturesdəki Amerikan ingiliscəsi/Kanada ingiliscəsi, Latın Amerikası və Avstraliya dillərini əhatə edən kataloqları nümayiş etdirmək üçün qurulmuşdur. Turner Broadcasting sahiblərində GameTap kompüter oyun xidməti, pulsuz komediya portalı Super Deluxe və pulsuz alış-veriş xidməti Bamzu vardır. TBS, Inc.
Turkey Top 20 Chart
Türkiye Top 20 — Türkiyədə tərtib edilən hit parad. Hit parad 2006-cı ildən etibarən "Billboard Türkiye" tərəfindən tərtib edilir.
Aleks Törner
Aleksandr Devid Törner (ing. Alexander David Turner; 6 yanvar 1986, Şeffild, Yorkşir və Hamber[d]) — ingilis musiqiçi, müğənni, bəstəkar və prodüser. Yeddi albom buraxdığı Arctic Monkeys rok qrupunun solisti və əsas mahnı müəllifi kimi tanınır. O həmçinin The Last Shadow Puppets adlı digər layihəsinin qurucusudur. Törner 16 yaşında olarkən üç dostu ilə öz doğma Şeffild şəhərində Arctic Monkeys qrupunu yaratdı. Onların ilk buraxılışı Whatever People Say I Am, That's What I'm Not (2006) o vaxt Britaniya tarixində ən sürətli satılan debüt albomu oldu və Rolling Stone-un bütün ən böyük debüt albomları siyahısında 30-cu yeri tutdu. "I Bet You Look Good on the Dancefloor" sinqlı Birləşmiş Krallıqda bir nömrəli hit oldu. Qrup sonrakı studiya albomları olan Favourite Worst Nightmare (2007), Humbug (2009), Suck It and See (2011), AM (2013) və Tranquility Base Hotel & Casino (2018) və The Car (2022)-da desert rok, indi pop, R&B və lounj musiqisini sınaqdan keçirdilər. Arctic Monkeys həm 2007, həm də 2013-cü ildə Qlastonberi Festivalına başçılıq etdi və 2012 London Yay Olimpiya Oyunlarının açılış mərasimində çıxış etdi. The Last Shadow Puppets qrupunun qurucusu kimi Törner və Mayls Keyn iki simfonik pop albomu buraxdılar, bunlar: The Age of the Understatement (2008) və Everything You've Come to Expect (2016).
Con Törner
Con Törner (ing. John Turner; d. məlum deyil – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Mançester Yunayted" və "Qravesend Yunayted" komandalarında çıxış edib. == Karyerası == 1898–1899-cu illərdə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 4 oyunda meydana çıxmışdır.
Robert Törner
Robert Törner (ing. Robert Turner; d. 1873, Mançester, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Mançester Yunayted", "Red Rok", "Qravesend Yunayted" və "Brayton Yunayted" komandalarında çıxış edib. == Həyatı == Robert Törner 1877-ci ildə İngiltərənin Mançester şəhərində anadan olmuşdur. == Karyerası == 1898–1899-cu illərdə "Nyuton-Hit" (indiki "Mançester Yunayted") komandasında 2 oyunda meydana çıxmışdır.
Ted Törner
Ted Törner (ing. Ted Turner; 19 noyabr 1938[…], Sinsinnati, Ohayo) — amerikalı sahibkar, CNN xəbər kanalının təsisçisi, aktrisa Ceyn Fondanın keçmiş əri. == Həyatı == Ted Törnerin şərəfinə "Atlanta Breyvs" beysbol klubunun stadionu "Törner Fild" adlandırılıb. 2011-ci ildə Ted Törner Mixail Qorbaçov Fondunun təsis etdiyi illik "Dünyanı dəyişən insan" mükafatının "Aşkarlıq" nominasiyası üzrə ilk qalibi olmuşdur.
Tina Törner
Tina Törner (ing. Tina Turner; 26 noyabr 1939[…], Braunsvill[d], Tennessi[…] – 24 may 2023, Küsnaxt[d]) — amerikalı müğənni, rəqqas, aktrisa və yazıçı. "Rok-n-Roll kraliçası" kimi tanınan Törner solo ifaçı kimi uğurlu karyerasına başlamazdan əvvəl Ike & Tina Turner Revue qrupunun aparıcı müğənnisi kimi tanınıb. Tina Törner eyni zamanda moda ikonu olaraq da məşhurlaşmışdır. == Həyatı == Əsil adı Anna Mae Bulok olan Tina Törner, 1939-cu ilin 26 noyabr tarixində ABŞ-nin Tennessi ştatında yerləşən kiçik Natbuş şəhərində anadan olmuşdur. Sent-Luis şəhərində yerləşən gecə klublarında səhnəyə çıxmağa başlayan Tina Törner sonralar evlənəcəyi gitarist İka Turner tərəfindən kəşf edilmişdir. 1956-cı ildə İka Turnerin yaratdığı qrupa vokalist olaraq qoşulması çütlüyün arasında olan münasibəti evliliyə qədər aparmışdır. İka Turnerin irrasional hərəkətləri səbəbindən çütlük 1975-ci ildə ayrılır. 1975–1983-cü illər aralığında fəaliyyəti istədiyi kimi alınmayan Törner, 1983-cü ildə Capitol adlı albom şirkəti ilə müqavilə imzalayır. Al Qreen tərəfindən məşhurlaşdırılan Let's Stay Together mahnısını ifa etməsi Törnerin məşhurluğunun artmasına səbəb olur və İngiltərə Top 10 sinql arasına girməyi bacarır.