Sesil Tormey (mac. Tormay Cécile; 8 oktyabr 1876[1], Budapeşt[3] – 2 aprel 1937[1][2]) — macar yazıçısı, intellektual, sağ siyasi xadim, feminist, tərcüməçi və sosial nəzəriyyəçi. O, 1936 və 1937-ci illərdə Nobel mükafatına təqdim olunmuşdu[4].
Sesil Tormey | |
---|---|
mac. Tormay Cécile | |
Doğum tarixi | 8 oktyabr 1876[1] |
Doğum yeri | |
Vəfat tarixi | 2 aprel 1937[1][2] (60 yaşında) |
Dəfn yeri | |
Fəaliyyəti | romançı, siyasi fəal[d], qadın hüquqları fəalı[d], yazıçı |
Sesil Tormey Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Sesil Tormey 8 oktyabr 1876-cı ildə Budapeştdə anadan olmuşdu. Alman kökləri var. Ədəbiyyat fakültəsində oxumuşdu.
Sesil Tormey iki roman ("Qaya adamları" (Emberek a kövek között), 1911; "Köhnə ev" (A Régi ház), 1914) və beş hekayə yazaraq məşhur olmuşdu. Onun ən tanınan "Cinayətkarın gündəliyi" əsəridir ki, 1919-cu il hadisələrindən, Bela Kunun rejimindən bəhs edir.
Sesil Tormey Assizli Fransiskin "Kiçik çiçəklər" əsərini Macar dilinə çevirmişdi.
Sesil Tormey 2 aprel 1937-ci ildə vəfat edib.