Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Babilik
Babilik — Seyyid Əli Məhəmməd Babın (1819-1850) adı ilə bağlı dini təlimdir. O, 1844-cü ildə Bab (Ərəbcədən tərcümədə "qapı") ləqəbini götürmüş, özünü Allahın Vəd etdiyi Mehdi olduğunu bəyan etmiş, 18 müridindən biri olan Qüdslə Məkkəyə yollanaraq zülhiccə ayında Kəbə evinin yanında öz Missiyasını elan etmiş, Vəd Olunmuş Qaim, Mehdi olduğunu bəyan etmişdir. Burdan Kufə şəhərinə gedərək orada da öz dəvətini elan etmişdir. Babın təlimi fanatizmə, ali ruhanilərin özbaşnalığına qarşı yönəlmiş və İran cəmiyyətinin orta və aşağı təbəqələrində özünə çoxlu tərəfdar tapmışdı. Bab daim özündən sonra zühur edəcək olan "Allahın zahir edəcəyi Kəs" haqqında danışmış, bütün yazılarında onu mədh etmişdir. Bab şiə müctəhidlərinin bir qismi tərəfindən kafir kimi pislənmiş, bir qismi tərəfindən isə qəbul olunmuşdur. O, elə bir cəmiyyət haqqında danışırdı ki, orada nə əxlaqsız din xadimləri, nə də ədalətsiz siyasət adamları olsun. == Haqqında == Gündən günə artan nüfuzu və ardıcıllarının İranı bürüməsinə görə şah hökuməti onu həbs etdi və Maku zindanına saldı. Burada "Bəyan" adlı kitabını nazil etdi. İlahi Missiyasını insanlara tədricən açan Bab daha sonra özünü Nöqteyi-Övla adlandırır ki, bu Məhəmməd peyğəmbərlə eyni məqama sahib olmağa bərabər sayılırdı.
Dəlilik
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Manilik
Manixeizm və ya Manilik ( bəzən Maniçilik də adlanır) - qnostik dini təlim olub, Mani (216-277) tərəfindən qurulmuşdur. III əsrdə Babildə ortaya çıxmış olan bu təlim bütün dünyada və xüsusilə Şimali Afrikada yayılmışdır. Xristianlıq başda olmaq üzrə; Məzdəkilik, Buddizm və Mesopotamiya dinlərindən bir çox ünsürləri içinə aldığından eyni zamanda sinkretik bir xüsusiyyət daşımaqdadır. Mani, dinini yaymaq üçün biri fars digər altısı süryani dilində olmaq üzərə yeddi kitab və yetmiş risalə yazmış, ayrıca Hindistan başda olmaq üzərə bir çox ölkəyə səyahətlər etmişdir. Manilik ən parlaq dövrünü 8-ci əsrdə Uyğur dövlətinin milli dini olaraq elan edilməsi ilə yaşamışdır. Mani sözü qədim Türk dilində "Mengü" və Çağatay türkcəsində "Tanrı" deməkdir. Manixeist Uyğurlar, ölümdən sonra ruhun bir başqa bədəndə həyatına davam etdiyini ("re-enkarnasiya" və ya "yenidən təcəssüm") qəbul edirdilər. Maniçilik əslində Zərdüşt dualizmi, Babil folkloru, Buddist əxlaq prinsipləri və xristian ünsürlərin qarışığından ibarətdir. Bu tərkibdə öndə gələn anlayış iki əzəli qanunun, yaxşı və pisin münaqişəsidir. Bu baxımdan din tarixi araşdırmaları, Maniçiliyi bir növ dini dualizm (ikiçilik) olaraq qeyd etmişdirlər.
Şazilik
Şaziliyyə — sufi yönümlü islam təriqəti == Yaranması == Bu təriqət, Əbul-Həsən Şazili tərəfindən qurulmuşdur. Əbul-Həsən Əli ibn Abdullah əş-Şazili 593/1196-cı ildə Afrikada Tunusun Cəbəli Zafran bölgəsində Şazilə adı verilən yerdə anadan olmuşdur. Seyyid nəslindən olan alimin, elmə xüsusi bir marağı olmuşdur. Hətta elmə və elmi əsərlərə olan marağına görə gözlərinin kor olduğu rəvayət edilir. Əbdüssalam ibn Məşiş adında bir şeyxdən təsəvvüf və təriqət tərbiyəsi almışdır. O, 657/1258-ci ildə həccə gedərkən Misirin Hümeysıra adıyla tanınan yerində vəfat etmiş və orada dəfn edilmişdir. Dövrün Məmluk Sultanı onun qəbrinin üstünə qübbə tikdirmişdir. Şaziliyyə təriqəti, silsilə etibarilə Cüneydi olmaqla yanaşı, ruhani təlim və tərbiyəyə əhəmiyyət verən bir təriqətdir. Belə ki, Şeyx Əbül-Həsən əş-Şazili müridlərinə Allah üçün fani varlıqdan uzaq durmağı, hər saat, hər yer və hər şərtdə zikri tövsiyə edər, riyazət və xəlvətdə, ibadət və cəm şəklində zikrə çox rəğbət göstərməzlərdi. Təriqət mənsublarına öz həyatlarında da təriqətin ruhunu və vəzifələrini yerinə yetirmələri xatırladılırdı.
Evlilik
Nikah, kəbin, izdivac — evlənmənin qanuni şəklə salınması. Azərbaycan Respublikasında nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə dövlətin himayəsindədir. Azərbaycanda ailə-nikah hüquqları ailə və nikah haqqında Azərbaycan Respublikasının Ailə Məcəlləsində öz əksini tapmışdır; bu məcəllə Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuş qaydalara əsasən nikahı tənzimləyir. Azərbaycanın Əsas Qanununun 34-cü maddəsinə uyğun olaraq "nikah qarşılıqlı razılıq əsasında bağlanır", "nikah dövlətin himayəsi altındadır", "ər və arvadın hüquqları bərabərdir". Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən olunur. === Azərbaycanda dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyildir. === Ər-arvadın soyad seçmək hüququ - Ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə , yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər == Mütə == Mütə — İslamın bəzi məzhəblərində evlənməsi qadağan olmayan qadın və kişi arasında bağlanmış müvəqqəti nikah. == Maraqlı faktlar == Böyük Britaniyada 1836-cı ildən 2012-ci ilədək axşam saat 6-dan səhər saat 8-dək nikah bağlamaq qadağan edilmişdir.
Vasili
Vasili — Rus kişi adı. Vasili Stalin Vasili Bartold — şərqşünas, türkoloq, tarixçi, akademik.
Aqios Vasilis
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Azərbaycan valiliyi
Azərbaycan vilayəti — Səfəvilər və Qacarlar dövlətlərinin vəli-əhdlərinin qərargahı Azərbaycan vilayətinin paytaxtı Təbrizdə yerləşirdi. Bu praktika dövlətin paytaxıtının Təbrizdən köçürülməsi ilə bağlı idi. Paytaxt Təbrizdən əvvəlcə Qəzvinə, sonra İsfahana, sonra isə Tehrana köçürülsə də, Təbrizin dövlətin ən böyük ticarət şəhəri olduğu və hərbi-strateji mövqeyi nəzərə alınaraq, vəli-əhd elan olunan adam Səfəvilər və Qacarlar dövlətinin Azərbaycan vilayətinin valisi, eyni zamanda bütün dövlətin silahlı qüvvələrinin baş komandanı vəzifələrini özündə birləşdirirdi. Qacar dövlətinin ən məşhur vəli-əhdlərindən biri , ruslarla müharibədə baş komandan, Abbas mirzə olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan həm də Səfəvilərin, Qacarların domeni idi.
Eynicinsli evlilik
Eynicinsli evlilik həmçinin homoseksual evlilik kimi də adlanan iki eyni cinsdən olan şəxlərin nikah bağlamasıdır. 2022-ci ildəki məlumata əsasən eynicinsli cütlüklər arasında nikah qanuni olaraq 32 ölkədə (ümummilli və ya bəzi yurisdiksiyalarda) həyata keçirilir və tanınır. Ən sonuncular isə 10 mart 2022-ci ildə Çili, 1 iyul 2022-ci ildə İsveçrə və 8 iyul 2022-ci ildə Sloveniya olmuşdur. Övladlığa götürmə hüquqları tam olaraq əhatə olunmasada, eyni cinsli nikahlı dövlətlərin əksəriyyəti bu cütlüklərin birgə övladlığa götürməsinə icazə verir. Bunun əksinə olaraq, 34 ölkə (2021-ci il məlumatına görə) konstitusiyalarında eyni cinsdən olan cütlüklər arasında nikahın qarşısını alan qaydaları varki buda daha çox son illərdə qabaqlayıcı tədbir kimi qəbul edilmişdir. Bəzi digər ölkələrin konstitusiya qanunları İslam qanunları əsasında yazıldığı üçün eynicinslilərin evliliyi nəinki qadağandır, homoseksuallığın özü belə cinayət sayılır. == Terminologiya == === Alternativ şərtlər === Eynicinsli nikahların qanuni tanınmasının bəzi tərəfdarları, məsələn, Evlilik Bərabərliyi ABŞ (1998-ci ildə yaradılmışdır), Evlənmək Azadlığı (2003-cü ildə yaradılmışdır) və Bərabər Evlilik üçün Kanadalılar - uzun müddətdir evlilik bərabərliyi və bərabər evlilik ifadələrindən istifadə etmişlər. Məqsədlərinin eynicinsli nikahların əks cinslərin nikahları kimi bərabər hüquqlara malik olmasının istənməsidir. Associated Press qey evlilik ifadəsindənsə eynicinsli evlilik ifadəsinin istifadə olunmasının məqsədəuyğun olduğunu qeyd edir. === Evlilik termininin istifadəsi === Antropoloqlar dünyadakı mədəniyyətlər arasında sosial quruluşun ümumi cəhətlərini özündə cəmləşdirən evliliyin tərifini müəyyən etmək üçün şox çətinlik çəkiblər.
Məcburi evlilik
Məcburi evlilik və ya məcburi nikah — tərəflərdən birinin və ya bir neçəsinin razılığı olmadan, yaxud onların iradəsinə zidd olaraq evlənməsi. Bir və ya hər ikisi sonradan öz iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilərsə, hər iki tərəf tam razılıqla girsə belə, nikah məcburi nikaha çevrilə bilər. Məcburi nikah, hər iki tərəfin həyat yoldaşı tapmaq və seçməkdə valideynlərinin və ya üçüncü tərəfin, məsələn, elçinin köməyinə razılıq verdiyi əvvəlcədən razılaşdırılmış nikahdan fərqlənir. Çox vaxt nikaha məcbur etmək üçün açıq fiziki zorakılıqdan tutmuş incə psixoloji təzyiqə qədər istifadə olunan məcburiyyət davamlılığı mövcuddur. Hazırda beynəlxalq rəy tərəfindən geniş şəkildə qınansa da, məcburi nikahlar hələ də dünyanın müxtəlif mədəniyyətlərində, xüsusən də Cənubi Asiya və Afrikanın bəzi yerlərində baş verir. Bəzi alimlər "məcburi evlilik" termininin istifadəsinə etiraz edirlər, çünki o, nikahın konsensual qanuniləşdirici dilini (məsələn, ər/arvad) tam əksi olan təcrübə üçün istifadə edir. “Məcburi evlilik” və “nikah köləliyi” də daxil olmaqla müxtəlif alternativ terminlər təklif edilmişdir. Birləşmiş Millətlər Təşkilatı məcburi nikahı insan hüquqlarının pozulmasının bir forması hesab edir, çünki bu, fərdlərin azadlığı və muxtariyyəti prinsipini pozur. Ümumdünya İnsan Hüquqları Bəyannaməsində qeyd edilir ki, insanın həyat yoldaşı seçmək və sərbəst şəkildə nikaha daxil olmaq hüququ onun həyatı və ləyaqəti, bir insan kimi bərabərliyi üçün əsas yer tutur. Roma Katolik Kilsəsi, nikahın ləğvi üçün məcburi nikahı əsas hesab edir - nikahın etibarlı olması üçün hər iki tərəf sərbəst şəkildə razılıq verməlidir.
Valerik çayı
Valerik (çeç. Валарта, Валериг, Валерг; bəzi mənbələrdə Вайрик) — Rusiyada çay. Çay Çeçenistan Respublikasının qərbində yerləşir. Çayın mənsəbi Sunji çayının sağ sahilində, mənsəbinin 132 km-də yerləşir. Çayın uzunluğu 29 km, su toplayıcı hövzənin sahəsi — 35,4 km²-dir. Valerik çayının aşağı axarları yay aylarında quruyur. Buna səbəb çayın əsasən qar suları ilə qidalanmasıdır. O üzdən yay aylarında çayda yüksək səviyyə müşahidə olunmur. == Etimologiyası == Çayın adı çeçen dilindəki ilkin Valeran xi sözündən yaranıb. Hərfi tərcüməsi — "çayın ölümü" deməkdir.
Yaponiyada evlilik
Yaponiyada evlilik ölkədə ailənin leqal və sosial institutudur. Orta əsrlərdən fərqli olaraq hazırda Yaponiyada bərabərhüquqlu evlilik qüvvədədir. Toylar iki formada keçirilir: ənənəvi şinto adətləri ilə və xristian evliliyi adətləri ilə. Yaponiyada evlilik "kankon sosai" (冠婚葬祭) adlandırılan 4 əsas mərasimdən biridir. == Orta əsrlər == Orta əsrlər dövründə Yaponiyada ümumi mənşə ilə bağlı böyük patriarxal ailə mövcud idi. Bu cür ailələr bir qayda olaraq, bir neçə kiçik ailəni əhatə edirdi. Valideynlərlə uşaqlar, ərlə arvad, böyük qardaşla kiçik qardaş arasında münasibətlər subordinasiya əsasında qurulmuşdu. Patriarx (ailə başçısı) öz icma üzvləri üzərində geniş hakimiyyətə malik idi. Evlənmə, boşanma, oğulluğa götürmə kimi məsələlərdə patriarxın razılığı olmalı idi. Qədim yapon qanunlarında silki və patriarxal başlanğıclar sosial-hüquq münasibətlərinin bütün sferalarını səciyyələndirirdi.
Homoseksual evlilik
Eynicinsli evlilik həmçinin homoseksual evlilik kimi də adlanan iki eyni cinsdən olan şəxlərin nikah bağlamasıdır. 2022-ci ildəki məlumata əsasən eynicinsli cütlüklər arasında nikah qanuni olaraq 32 ölkədə (ümummilli və ya bəzi yurisdiksiyalarda) həyata keçirilir və tanınır. Ən sonuncular isə 10 mart 2022-ci ildə Çili, 1 iyul 2022-ci ildə İsveçrə və 8 iyul 2022-ci ildə Sloveniya olmuşdur. Övladlığa götürmə hüquqları tam olaraq əhatə olunmasada, eyni cinsli nikahlı dövlətlərin əksəriyyəti bu cütlüklərin birgə övladlığa götürməsinə icazə verir. Bunun əksinə olaraq, 34 ölkə (2021-ci il məlumatına görə) konstitusiyalarında eyni cinsdən olan cütlüklər arasında nikahın qarşısını alan qaydaları varki buda daha çox son illərdə qabaqlayıcı tədbir kimi qəbul edilmişdir. Bəzi digər ölkələrin konstitusiya qanunları İslam qanunları əsasında yazıldığı üçün eynicinslilərin evliliyi nəinki qadağandır, homoseksuallığın özü belə cinayət sayılır. == Terminologiya == === Alternativ şərtlər === Eynicinsli nikahların qanuni tanınmasının bəzi tərəfdarları, məsələn, Evlilik Bərabərliyi ABŞ (1998-ci ildə yaradılmışdır), Evlənmək Azadlığı (2003-cü ildə yaradılmışdır) və Bərabər Evlilik üçün Kanadalılar - uzun müddətdir evlilik bərabərliyi və bərabər evlilik ifadələrindən istifadə etmişlər. Məqsədlərinin eynicinsli nikahların əks cinslərin nikahları kimi bərabər hüquqlara malik olmasının istənməsidir. Associated Press qey evlilik ifadəsindənsə eynicinsli evlilik ifadəsinin istifadə olunmasının məqsədəuyğun olduğunu qeyd edir. === Evlilik termininin istifadəsi === Antropoloqlar dünyadakı mədəniyyətlər arasında sosial quruluşun ümumi cəhətlərini özündə cəmləşdirən evliliyin tərifini müəyyən etmək üçün şox çətinlik çəkiblər.
Evlilik hekayəsi
Evlilik hekayəsi (ing. Marriage Story) — Noa Baumbaxın 2019-cu ildə rejissorluğu ilə çəkilmiş dram filmi. Film boşanan cütlükdən bəhs edir. Baş rollarda Skarlet Yohansson və Adam Drayver çəkilib. == Rollarda == Skarlet Yohansson — Nicole Barber Adam Driver — Charlie Barber Laura Dern — Nora Fanshaw, Nicole's lawyer Alan Alda — Bert Spitz, Charlie's first lawyer Rey Liotta — Jay Marotta, Charlie's second lawyer Azhy Robertson — Henry Barber, Nicole and Charlie's son Julie Hagerty — Sandra, Nicole's mother Merritt Wever — Cassie, Nicole's sister Wallace Shawn — Frank Martha Kelly — Nancy Katz Mark O'Brien — Carter Mitchum Matthew Shear — Terry Brooke Bloom — Mary Ann Kyle Bornheimer — Ted Mickey Sumner — Beth Robert Smigel — Mediator Rich Fulcher — Judge Neil Tilden Lucas Neff — Pablo Tunde Adebimpe — Sam == İstinadlar == == Xarici keçidlər == Evlilik hekayəsi — Internet Movie Database saytında.
Annabel Vallis
Annabel Fransis Vallis (ing. Annabelle Frances Wallis; 25 sentyabr 1984, Oksford) — ingilis aktrisa. == Həyatı == Vallis İngiltərənin Oksford şəhərində anadan olmuşdur. On səkkiz aylıq olanda ailəsi Portuqaliyanın Kaskais ərazisinə köçdü. Anasının əmisi aktyor Riçard Harrisdir. Əmioğulları aktyor Yard Harris, Ceym Harris və rejissor Damian Harrisdir. Qardaşı Frensis Vallis isə rejissordur. Vallis beynəlxalq məktəblərdə təhsil aldığı üçün sərbəst formada ingiliscə, portuqaliyaca, fransızca və ispanca danışa bilir. == Karyerası == == Şəxsi həyatı == Vallis 2015-ci ilin avqustundan 2017-ci ilin avqustuna qədər müğənni Kris Martin ilə münasibətdə idi. Annabel hal-hazırda 2018-ci ilin aprelindən bəri aktyor Kris Payn ilə münasibətdədir.
Böyük Vasili
Qeysəriyyəlí Basíl (yun. Βασίλειος Καισαρείας, təqr. 330–379), Ulu Basil (Μέγας Βασίλειος) kimi də tanınır), — Kilsə yazarı və ilahiyyatçısı, üç Kappadokiyalı kilsə atalarından biri, Kilsənin müqəddəs atası. Arianlara qarşı mübarizə aparırdı. Çoxlu moizələrin və məktubların müəllifi idi. Onlardan bəziləri zamanımıza çatmamışdır. == Əsərləri == Onun əsərləri arasında homiletik (moizə) üslubda yazılanlar, xüsusi yer tutur. Bu üslubda Basil Müqəddəs kitabın Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine kitabının əvvəlində bəhs edilən Tanrının altı günə dünyanın yaradılmasına, "Zəbur" kitablarına, müxtəlif əxlaqi mövzular haqqında homiliyalar yazmışdır. Abidliyə həsr olunmuş əsərləri arasında "Regulae morales" (Əxlaqi qaydalar), "Asceticon magnum sive Quaestiones" (Qısa qaydalar) kimi əsərləri vardır. Bundan başqa onun arianlığın əleyhinə yazdığı "Contra Eunomium" (Eunomiuma qarşı) əsəri və "De Spiritu Sancto" (Müqəddəs ruh haqqında) risaləsi vardır.
Con Vallis
Con Vallis (d. 1616-ö. 1703) — ingilis riyaziyyatçısı == Həyatı == == Elmi fəaliyyəti == İngiltərənin Oksford Universitetində Con Vallis mühazirə oxumuşdur. Con Vallisin "Sonsuzluğun hesabı" əsəri sonsuz kiçilən kəmiyyətlərin hesabının yaranmasında böyük rol oynamışdır. Con Vallis "Universal arfimetika" kitabında birinci dəfə müxtəlif əsaslı say sistemlərini araşdırmış və ədədlərin üçlük, dördlük və s. mövqeli sistemlərdə göstərilməsinə baxmışdır. == Kitabları == "Sonsuzluğun hesabı", 1655-ci il.
III Vasili
III Vasili İvanoviç (rus. Василий III Иванович; 25 mart 1479, Moskva, Böyük Moskva Knyazlığı – 3 dekabr 1533, Moskva, Böyük Moskva Knyazlığı) — Böyük Moskva knyazlığının knyazı (1505-1533), Büten Rusun hökmdarı. Onun hakimiyyəti dövründə Qızıl Orda süqut etdi və müstəqil Moskva knyazlığı qonşu əraziləri ilhaq edə bildi ki, bu da sonralar “rus torpaqlarının birləşdirilməsi” adlandırıldı. Mərkəzləşdirilmiş Rusiya dövlətinə (o zaman Moskva knyazlığı) Pskov, Smolensk və Ryazan daxil oldu.
II Vasili
Vasili Vasiliyeviç (rus. Василий Васильевич; 10 mart 1415 – 27 mart 1462-ci il, həmçinin II Kor Vasili (Василий II Тёмный) kimi tanınan Moskvanın Böyük Knyazı idi, onun hökmranlığı dövründə (1425–1462) Qədim Rusiya tarixinin ən böyük vətəndaş müharibəsi ilə üzləşdi. Vasili müharibədə düşmənləri tərəfindən ələ keçirilib kor edildi, lakin sonra taxt-tacını geri qaytara bildi. Ömrünün son illərində oğlu İvanı vəliəhd təyin etmişdir.
I Vasili
Vasili I Dmitriyeviç (rus. Василий I Дмитриевич; Rom: I Vasili Dmitriyeviç; 30 dekabr 1371, Moskva, Böyük Moskva Knyazlığı – 27 fevral 1425, Moskva, Böyük Moskva Knyazlığı) Moskvanın Böyük Knyazı (1389–1425), Dmitri Donskoyun (h. 1359–1389) varisi idi. O, 1389–1395-ci illərdə və 1412–1425-ci illərdə Qızıl Orda vassalı kimi hökm sürmüşdür. 1395-ci ildə türk-monqol əmiri Teymurun Volqa zonalarına basqını Qızıl Orda üçün anarxiya vəziyyəti və Moskvanın müstəqilliyi ilə nəticələnmişdir. O, 1392-ci ildə Litva Böyük Hersoqluğu ilə ittifaqa girmiş və Böyük Vitautanın yeganə qızı Sofiya ilə evlənmişdir.
Mohsen Xalili
Möhsün Xəlili (fars. محسن خلیلی‎; 14 fevral 1981, Tehran, İran) — İran futbolçusu, Saba Kom klubunun hücumçusu.
Nataniel Vallix
Nataniel Vallix (ing. Nathaniel Wallich; 28 yanvar 1786, Kopenhagen – 28 aprel 1854, London) — XIX əsrin birinci yarısında Danimarka və İngiltərə cərrahı və botaniki.
Neoseiulus vallis
Neoseiulus vallis (lat. Neoseiulus vallis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Vasili Şuşkin
Vasili Makaroviç Şuşkin (rus. Василий Макарович Шукшин; 25 iyul 1929[…] – 2 oktyabr 1974[…]) — rus yazıçısı, kinossenarist, kinoaktyor, kinorejissor. == Həyatı == Vasili Şukşin 25 iyul 1929-cu ildə Altay əyalətinin Biysk rayonunun Srostki kəndində kəndli ailəsində doğulub. Valideynləri — həmin ərazinin yetirmələri, ortabab kəndlilər idilər. 1960-cı illərin əvvəlində bir-birinin ardınca Şukşinin bədii əsərləri işıq üzü görməyə başladı. "Həqiqət", "Nurlu ürəklər", "Stepkinin məhəbbəti" hekayələri 1961, "İmtahan", "Dirsəkli vallar", "Jurnalistika fakültəsindən Jelya Seleznyova" əsərləri 1962-ci ildə nəşr olundu. 1963-cü ildə "Gənc qvardiya" nəşriyyatında Şukşinin "Kənd sakinləri" adlı ilk toplusu çapdan çıxdı. Həmin il "Novıy mir" jurnalında onun iki hekayəsi dərc edildi: "Əla sürücü" və "Qrinka Malyuqin" ("Onlar Katundandırlar" silsiləsindən). Bu hekayələr əsasında Şukşin "Belə bir oğlan yaşayır" adlı ilk tammetrajlı filminin ssenarisini yazır. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kino festivalında "Kalina Krasnaya" ("Qırmızı Başınağacı") əsas mükafata layiq görüldü.
Vasili Əliyev
Vasili Əhməd oğlu Əliyev (15 yanvar 1959, Qubadlı – 20 oktyabr 1992, Dağlıq Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vasili Əliyev 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. Polis sıralarında qulluq edirdi. Qarabağ uğrunda savaş başlayanda öz işi ilə vidalaşıb könüllü olaraq cəbhəyə yollanır. Vasili ilk gündən özünü qızğın döyüş yerlərinə atırdı. Buna səbəb onun torpağımıza göz dikən düşmənə qarşı olan böyük nifrət və qəzəbi idi. Nəhayət, bu nifrət onu Topağac yüksəkliyi uğrunda gedən qızğın döyüşlərə gətirib çıxarmışdı. Lakin onun cəsarətli döyüşü yağı düşmənin gözündən yayınmadı. O, bu döyüşdə həlak oldu. Lakin onun bu şücaəti Azərbaycan Respublikasının Prezidentinin 11 may 1993-cü il fərmanı ilə "Azərbaycan milli qəhrəmanı" adına layiq görüldü.
Vılık
Vılık — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 267 nəfərdir. == Həmçinin bax == Rvarud Orand Nücü Təngəbin == Tarixi == 29 mart 2005-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Tülüconi kənd inzibati ərazi dairəsi tərkibindəki Yuxarı Vılık kəndi Vılık kəndi adlandırılmışdır.
Qalılı (Urmiya)
Qalılı (fars. قليلو‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (65 ailə).