Eynicinsli evlilik həmçinin homoseksual evlilik kimi də adlanan iki eyni cinsdən olan şəxlərin nikah bağlamasıdır.[1] 2022-ci ildəki məlumata əsasən eynicinsli cütlüklər arasında nikah qanuni olaraq 32 ölkədə (ümummilli və ya bəzi yurisdiksiyalarda) həyata keçirilir və tanınır. Ən sonuncular isə 10 mart 2022-ci ildə Çili, 1 iyul 2022-ci ildə İsveçrə və 8 iyul 2022-ci ildə Sloveniya olmuşdur. Övladlığa götürmə hüquqları tam olaraq əhatə olunmasada, eyni cinsli nikahlı dövlətlərin əksəriyyəti bu cütlüklərin birgə övladlığa götürməsinə icazə verir. Bunun əksinə olaraq, 34 ölkə (2021-ci il məlumatına görə) konstitusiyalarında eyni cinsdən olan cütlüklər arasında nikahın qarşısını alan qaydaları varki buda daha çox son illərdə qabaqlayıcı tədbir kimi qəbul edilmişdir. Bəzi digər ölkələrin konstitusiya qanunları İslam qanunları əsasında yazıldığı üçün eynicinslilərin evliliyi nəinki qadağandır, homoseksuallığın özü belə cinayət sayılır.
Eynicinsli nikahların qanuni tanınmasının bəzi tərəfdarları, məsələn, Evlilik Bərabərliyi ABŞ (1998-ci ildə yaradılmışdır), Evlənmək Azadlığı (2003-cü ildə yaradılmışdır) və Bərabər Evlilik üçün Kanadalılar - uzun müddətdir evlilik bərabərliyi və bərabər evlilik ifadələrindən istifadə etmişlər. Məqsədlərinin eynicinsli nikahların əks cinslərin nikahları kimi bərabər hüquqlara malik olmasının istənməsidir.[2][3][4][5][6][7][8]Associated Pressqey evlilik ifadəsindənsə eynicinsli evlilik ifadəsinin istifadə olunmasının məqsədəuyğun olduğunu qeyd edir.
Antropoloqlar dünyadakı mədəniyyətlər arasında sosial quruluşun ümumi cəhətlərini özündə cəmləşdirən evliliyin tərifini müəyyən etmək üçün şox çətinlik çəkiblər.[9][10] Təklif olunan bir çox təriflər Kikuyu və Nuer kimi 30-dan çox Afrika xalqının mədəniyyətləri də daxil olmaqla bəzi mədəniyyətlərdə eynicinsli nikahların mövcudluğunu tanımadığı üçün tənqid edilmişdir.[11][12]
21-ci əsrdə eyni cinsli cütlükləri tanımaq üçün bir neçə ölkə evlilik qanunlarını yenidən nəzərdən keçirərkən, bütün əsas ingilis lüğətləri evlilik sözünün tərifini ya gender spesifikasiyalarını azaltmaq, ya da gender-neytral dil və ya açıq-aşkar tanınma daxil etmək üçün ikincil təriflərlə tamamlamaqdan ötrü yenidən işləyiblər.[13][14]Oksford İngilis dili lüğəti 2000-ci ildən bəri eynicinsli nikahları tanıyır.[15]
İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsi, Katolik Kilsəsi və Cənubi Baptist Konvensiyası kimi nikahın kişi və qadının arasında olmasını düzgün sayan eynicinsli nikahın əleyhdarları əks cinsli evlilik mənasını bildirən ənənəvi evlilik terminindən istifadə edirlər.[16][17]
Tarixçilər eynicinsli nikahları dəstəkləyən müasir hərəkatın başlanğıcını 1980-ci illərdən 1990-cı illərə qədər müxtəlif yollarla izləyirlər. Amerika Birləşmiş Ştatlarında eynicinslilərin evliliyi 1987-ci ildə Vaşinqtonda Lesbiyan və Gey Hüquqları üçün İkinci Milli Yürüşdən sonra gey hüquqları hərəkatının rəsmi tələbinə çevrildi.[18][19]
1989-cu ildə Danimarka eyni cinsli cütlüklər üçün münasibətləri qanuni olaraq tanıyan, qeydiyyatdan keçmiş tərəfdaşlıqlar quran ilk ölkə oldu ki, bu da eyni cinsli münasibətlərdə olanlara "övladlığa götürmək və ya birgə qəyyumluq əldə etmək hüququnda başqa evli heteroseksualların malik olduğu bir çox hüquqları verir".[20] 2001-ci ildə kontinental Niderland nikah qanunlarını eyni cinsli cütlükləri də əhatə edən ilk ölkə oldu.[21] O vaxtdan bəri, Amerika və Qərbi Avropanın əksəriyyəti də daxil olmaqla, 31 başqa ölkədə eynicinsli nikahlar qanunla müəyyən edilib. Lakin onun yayılması qeyri-bərabər olmuşdur. Afrikada Cənubi Afrika bu addımı atmış yeganə ölkə; Tayvan isə Asiyada yeganədir.[22]
12 mart 2015-ci ildə Avropa Parlamenti Aİ institutlarını və üzv dövlətləri “eyni cinslərin nikahının və ya eynicinsli vətəndaş birliyinin siyasi, sosial və insan və vətəndaş hüquqları məsələsi kimi tanınması haqqında [əks etdirməyə] təşviq edən məcburi olmayan qətnamə qəbul etdi".[26][27][28] 2018-ci ildə Amerikalararası İnsan Hüquqları Məhkəməsi bütün imzalayan ölkələrin eynicinsli nikahlara icazə verməsi barədə qərar çıxarıb.
Eynicinsli nikahların beynəlxalq aləmdə yayılmasına cavab olaraq, bir sıra ölkələr profilaktik konstitusiya qadağaları qəbul etdilər. Ən son ölkələr isə 2018-ci ildə Gürcüstan və 2020-ci ildə Rusiya oldu. Digər ölkələrdə nikahın kişi və qadın arasında olduğunu ifadə edən konstitusiyalar qəbul edilmişdir. Buna baxmayaraq, bu müddəalar xüsusilə köhnə konstitusiyalarda eynicinslilərin nikahını qadağan etmək məqsədi ilə ifadə edilməmişdir.
↑Eynicinsli nikahlar Ekvadorda həyata keçirilir və tanınır. Lakin belə cütlüklər övladlığa götürmə məqsədləri üçün evli sayılmır və övladlığa götürə bilməzlər.
↑Eyni cinsli nikahlar Fransada və bütün Fransanın xaricdəki bölgələrində qanunla həyata keçirilir və tanınır.
↑Eynicinsli nikah bütün Meksikada qanuni olaraq tanınır və bu əksər ştatlarda və onun xaricdəki konsulluqlarında qanuni olaraq mövcuddur. Lakin proses hər yerdə əks cins nikahları üçün olduğu qədər sadə deyil və həmişə övladlığa götürmə hüquqlarını əhatə etmir. Yerli olaraq yalnız dörd ştatda, yəni Tabasko, Meksika (Edomex), Duranqo və Tamaulipasda məhkəmə qərarı ilə (amparo) mövcuddur və bütün əyalətlərdəki məhkəmələrdən müraciət edildikdə qanuni olaraq əmr vermək tələb olunur. Guerrero ştatının bəzi bələdiyyələrində eynicinsli nikahlar mümkündür.
↑Eyni cinsli nikah Tayvanda həyata keçirilir və tanınır. Lakin əks cinsli evli cütlüklərdən fərqli olaraq, eyni cinsli evli cütlüklər qohum olmayan uşaqları məhkəmə qərarı olmadan cütlük kimi övladlığa götürə bilməzlər. Ancaq həyat bir yoldaşı digərinin genetik uşaqlarını övladlığa götürə bilər.
↑Eynicinsli nikah ABŞ-nin bütün əlli ştatında və Kolumbiya dairəsində, Amerika Samoası istisna olmaqla, bütün xarici ərazilərdə və öz evlilik qanunları olmayan bütün qəbilə xalqlarında qanunla həyata keçirilir və tanınır. Federal rezervasiyalar arasında onlarla və ya daha çox tanınan istisnaların ən böyüyü Navajo və Gila çayıdır və ortaq suverenlikdə olan Oklahoma Tribal Statistik Əraziləri arasında ən böyüyü Creek, Choctaw, Chickasaw və Citizen Potawatomi-dir. Bu siyasətlər eynicinsli nikahları qadağan edir və digər yurisdiksiyalardan olan nikahları tanımır. Buna baxmayaraq çütlüklər hələ də əyalət qanunlarına əsasən evlənə və əyalət və federal qanunlara əsasən bütün evlilik hüquqlarına sahib ola bilərlər.
↑"Same Sex Marriage States 2022". World Population Review. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-22. Same-sex marriage is the marriage of people of the same sex or gender
↑Pratt, Patricia. "Albany area real estate and the Marriage Equality Act". Albany Examiner. 29 May 2012. 10 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2012. On July 24, 2011 the Marriage Equality Act became a law in New York State forever changing the state's legal view of what a married couple is.
↑Ring, Trudy. "Newt Gingrich: Marriage Equality Inevitable, OK". The Advocate. Los Angeles. 20 December 2012. 23 December 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2012. He [Newt Gingrich] noted to HuffPo that he not only has a lesbian half-sister, LGBT rights activist Candace Gingrich, but has gay friends who've gotten married in Iowa, where their unions are legal. Public opinion has shifted in favor of marriage equality, he said, and the Republican Party could end up on the wrong side of history if it continues to go against the tide.
↑Gough, Kathleen E. "The Nayars and the Definition of Marriage". The Journal of the Royal Anthropological Institute of Great Britain and Ireland. 89 (1). Jan–Jun 1959: 23–34. doi:10.2307/2844434. JSTOR2844434.