Valerik (çeç. Валарта, Валериг, Валерг; bəzi mənbələrdə Вайрик[1]) — Rusiyada çay. Çay Çeçenistan Respublikasının qərbində yerləşir. Çayın mənsəbi Sunji çayının sağ sahilində, mənsəbinin 132 km-də yerləşir. Çayın uzunluğu 29 km, su toplayıcı hövzənin sahəsi — 35,4 km²-dir[2]. Valerik çayının aşağı axarları yay aylarında quruyur. Buna səbəb çayın əsasən qar suları ilə qidalanmasıdır. O üzdən yay aylarında çayda yüksək səviyyə müşahidə olunmur[3].
Valerik | |
---|---|
çeç. Валарта, Валериг, Валерг | |
Ölkələr | |
Mənsəbi | Sunja (Terekin qolu) |
Uzunluğu | 29 km |
Su hövzəsi | Sunja→Terek→Xəzər dənizi |
Hövzəsinin sahəsi | 35,4 km² |
![]() mənsəbi |
|
DSR[ru] | 07020001112108200005635 |
Çayın adı çeçen dilindəki ilkin Valeran xi sözündən yaranıb. Hərfi tərcüməsi — "çayın ölümü" deməkdir[4]. Dil qanunlarına əsasən sonra söz tədricən — Valeriq, Valerq — formasına düşmüşdür. Başqa bir versiyaya görə isə — çay vaynaxlar və iran dilli xalqlar arasında sərhəd rolunu oynamışdır. Çöldə yaşayan bu xalqlar arasında tez-tez qanlı müharibələr baş vermişdir. Sonrakı zamanlar çayın belə adlanmasına səbəb olmuşdur.
Etimologiyada həmçinin fikir var ki, çayın adı çeçen sözü — Vallarıkdan meydana gəlmişdir. Mənası kobudcasına kiməsə ölüm arzulamaq deməkdir: "İt kimi öl!".[5]Bu ehtimal versiyası rus-çeçen müharibəsindən əvvəl çayın adı ilə göstərilir — Qoxa çayı[6].
Valerik çay ətrafındakı döyüşü Mixail Lermontov özünün "Valerik" şeirində gözəl təsvir etmişdir[7]. Lermontov çayda baş vermiş bəzi hadisələri həm də rəsm şəklində çəkmişdir. Böyük rus şairi çay ətrafındakı döyüşdə iştirak etmiş və qəhramanlığına görə 4-cü dərəcəli Müqəddəs Valadimir ordeninə layiq görülmüşdür. Lakin o, bu mükafatı ala bilmədi. Çünki şairə qarşı kəskin nifrətİ olan imperator I Nikolay sonda onun adını mükafatlandırılanların yekun siyahısından çıxartmışdır.[8]
Yazıçı K. P. Beleviç (1825–1880) Tenqin alayında xidmət edən zaman "Valerikdə" şeirini yazmışdır.[9]
Rusiyanın dövlət su reyestrinin məlumatlarına görə, çay Qərbi Xəzər hövzəsi rayonuna, mənbəsindən Qroznı şəhərinə qədər olan Sunja çayının su təsərrüfatı sahəsinə aiddir. Çayın hövzəsi — Terek və Volqa çayları arasındakı Xəzər dənizi hövzəsinə daxildir.[2]