Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Billy Mays
Billi Mays (ing. Billy Mays; 20 iyul 1958, Mak-Kis-Roks[d], Pensilvaniya – 28 iyun 2009, Tampa, Florida) — ABŞ aktyoru.
Villy Tröger
Villi Tröger (alm. Willy Tröger‎; 2 oktyabr 1928, Svikkau[d] – 30 mart 2004) ― hücumçu mövqeyində oynamış Almaniya futbolçusu. O, karyerası boyu ancaq "Vizmut Aue" klubunda çıxış etmişdir və Şərqi Almaniya mill komandası formasıyla 15 oyuna çıxmışdır. == Karyerası == Gəncliyində Tröger futbola başlamazdan əvvəl həndbol oynayırdı və əvvəlcə qapıçı kimi çıxış edirdi. Ancaq bu fəaliyyətlərin hər ikisi 1945-ci ildə II Dünya Müharibəsində döyüşərkən əlini itirəndən sonra dayandı. O, müharibənin son illərində Vermaxta çağırıldı və Berlində əl qumbarasından yaralandı. Bununla birlikdə oyuna davam etdi və hücumçu mövqeyinə keçdi, 1951-ci ildə DDR-Oberliqada çıxış edən "Vizmut Aue" klubuna keçməzdən əvvəl Tsvikkau şəhərinin yerli klublarından birində çıxış edirdi. 1954-cü ildə "Vizmut Karl-Marks" olaraq adı dəyişilən klubda o,1962-ci ilə qədər 237 oyunda 114 qol vurmağı bacardı. Bu müddətdə klub üç liqa (1956, 1957 və 1959) və 1955-ci ildə ölkə kubokunu qazandı və Tröger 22 qolla 1954-55 mövsümündə liqanın bombardiri oldu. Onun Şərqi Almaniya futbolunun ən yüksək səviyyəsində vurduğu 114 qol klub rekordudur.
Billy Bob Tornton
Billy Bob Thornton (4 avqust 1955) — Amerikan oyunçu, film yazarı. Onun şöhrətlənməsi 1990'ların ortasında, Sling Blade adlı filmi yazıb,rejissorluq edib,filmdə iştirak etməyindən sonra başlayır. Bu filmlə Billy Bob Oskar mükafatı almışdır. Melissa Lee Gatlin ilə 1978-1980 illər arasında, Toni Lavrens ilə 1986-1988 illər arasında, Cynda Villiams ilə 1990-1992 illər arasında, Pierta Davn Çerniak ilə 1993-1997 illər arasında ve Ancelina Coli ilə 2000-2003 illər arasında evli qalan Billy Bob Thornton'un ən maraqlı sevgi hekayəsi Ancelina Coli ilə olmuşdur.
Billy Ray Cyrus
Billi Rey Sayrus — (ing. Billy Ray Cyrus; d. 25 avqust 1961, Kentukki, ABŞ), Amerikalı aktyor və müğənni. Bu ana qədər 29 single albomu vardır. Bu albomlardan 15 dünya sıralamasında ilk 40-a girmişdir. Sayrus televiziya seriallarına 2001-ci ildə Doc serialıyla çıxmışdır və bu filmdə 2004-cü ilə qədər rol almışdır. Billi Rey Sayrus, qızı Mayli Sayrus ilə Hanna Montana seçmələrinə qatılmışdır. Orada Robbie Ray Steward rolunu almışdır. Mayli Sayrus'un bir çox mahnısını yazmış və bəstələmişdir. Serialda Miley Stewart'ın atası Robbie Ray Stewart olaraq oynamışdır.
Billy the kid
Billy the Kid (azərb. Uşaq Billi‎) — XIX əsrdə Amerika Birləşmiş Ştatlarınıda fəaliyyət göstərmiş cinatərkar. vəhşi qərbdə fəaliyyət göstərmiş yüzə yaxın cinayətkarlardan, ən məşhuru hesab edilir.
Nelly Ciobanu
Nelly Çobanu (28 oktyabr 1974) — moldovalı müğənni. == Həyatı == Nelly Çobanu 28 oktyabr 1974-cü ildə Moldovanın Kantemisrki şəhərində anadan olmuşdur. 2009 Avroviziya Mahnı Müsabiqəsində Moldovanı “Hora din Moldova” (Azərbaycan dilində:"Moldovan rəqsi") mahnısı ilə təmsil etmişdir. II yarımfinalda 106 xal toplayaraq 5–ci olmuş və finala keçmişdir. Finalda isə 68 xal toplayaraq 14-cü olmuşdur.
Nilay Aydoğan
Nilay Aydoğan (6 may 1992, İstanbul – 12 fevral 2023, Malatya) – Türkiyə qadın basketbolçu. == Karyerası == Aydoğan basketbol karyerasına "İstanbul Universiteti" komandasında başlamışdır. Daha sonra Türkiyənin "Gənclik və İdman", "Orduspor", "Güre Bələdiyyəsi", "İzmit Bələdiyyəspor", "Mersin Böyükşəhər Bələdiyyəspor", "Samsun Basketbol İhtisas", "Yalova VİP" basketbol klublarında çıxış etmişdir. Sonuncu klubu Türkiyə çempionatında çıxış edən "Çankaya Universiteti" komandası idi. Aydoğan Türkiyə milli qadın 3×3 basketbol komandasının üzvü olmuş və milli komanda ilə 17 oyuna çıxmışdır. 2022-ci ildə Konya şəhərində baş tutmuş İslam Həmrəyliyi Oyunlarının 3x3 basketbol turnirinin heyətinə seçilsə də, COVID-19 testi pozitiv çıxdığı üçün heyətdən çıxarılmışdı. == Ölümü == 2023-cü ilin fevralında nənəsinin evini ziyarət etmək üçün Malatyaya getmiş və baş verən Türkiyə–Suriya zəlzələsi zamanı bina dağıntılarının altında qalaraq ölmüşdür. Onun bədəni 12 fevralda dağıntıların altından çıxarılmışdır. Kasımpaşa Kulaksız məzarlığında dəfn olunmuşdur. Qadın basketbolu üzrə Türkiyə çempionatının 2022/23 mövsümünə onun adı verilmişdir.
Willd.
Karl Lüdviq Vildenov (alm. Carl (Karl) Ludwig Willdenow‎, 1765–1812) — alman botaniki. == Çap olunmuş əsərləri == Willdenow C. L. Florae Berolinensis prodromus, 1787 (lat.) Willdenow C. L. Grundriß der Kräuterkunde zu vorlesungen, entworfen von D. Carl Ludwig Willdenow.
Rouz O'Nill
Rouz Sesil O'Nill (25 iyun 1874[…] – 6 aprel 1944[…], Sprinqfild[d], Missuri, ABŞ) — Amerikalı karikaturist, illüstrator, rəssam və yazıçı.
Will You Be There
Will You Be There — Maykl Ceksonun 1993-cü ildə ifa etdiyi sinql. 1991-ci ildə çıxarılmış Dangerous albomundan götürülmüşdür. Həmçinin Free Willy filminin saundtreki olaraq istifadə edilmişdir. Müəllifləri Maykl Cekson və Brüs Svediendir. Sinql Epic Records şirkəti tərəfindən yayımlanıb. Ümumilikdə sinql Dangerous albomundan olan ən uğurlu mahnılardan biridir. Belə ki, o, altı həftə Böyük Britaniya hit paradında qalmışdır. Will You Be There 1994-cü ildə keçirilən MTV Movie Award müsabiqəsində "Best Song in a Movie" nominasiyasında qalib olmuş, Sony şirkətinin 1999-cu ildə buraxdığı All Time Greatest Movie Songs albomuna daxil edilmişdir.
Hillə
Hillə (ərəb. الحلة‎) — İraqın mərkəzində, Fərat çayı üzərində şəhər. Hillə şəhəri Bağdadın 100 kilometr (62 mil) cənubunda yerləşir. 1998-ci ildə siyahı alınmaya görə əhalisi 564.700 nəfərdir. == Tarixi == Hillə şəhəri bir ara şiəliyin mərkəzinə çevrilmişdi. Nəcəf hövzəsində elmi durumun zəifləməsi ilə ibn İdris Hilli Hillə şəhərində fiqhi hərəkata başladı. Beləcə, şiə fiqhinin elmi mərkəzi İraqın Hillə şəhəri oldu. Mühəqqiq Hilli, Əllamə Hilli kimi şöhrətli fəqihlər Şeyx Tusidən sonra şiə fəqihliyinin yeni mərhələsinin bünövrəsini qoyanlardan sayılırdı. Onlar şiə fiqhini mükəmməl vəziyyətə gətirib Şeyx Müfidin xəttini davam etdirdilər. Hillə şəhərindən sonra fəqihlik mərkəzi Cəbəle-Amil və Şam məntəqəsinə köçürüldü.
Lillo
Migel İqnasio Lillo (isp. Miguel Ignacio Lillo; 27 iyul 1862 – 4 may 1931) — Argentina kimyaçısı, botaniki və zooloqu. == Elmi fəaliyyəti == Migel İqnasio Lillo bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Lillo, M. Contribución al conocimiento de los árboles de Argentina. — Buenos Aires, 1910. — 127 p. == Şərəfinə adlandırılmış taksonlar == Lilloa Speg., 1897 [= Synandrospadix Engl., 1883] †Michelilloa S.Archang. & D.W.Brett, 1963 == İstinadlar == == Ədəbiyyat == Stafleu F. A., Cowan R. S. Taxonomic Literature : [англ.]. — Ed. 2.
Milli
Milli (tayfa) — kürddilli tayfa. Birinci Milli — Kəlbəcər rayonunda kənd. İkinci Milli — Kəlbəcər rayonunda kənd. Üçüncü Milli — Kəlbəcər rayonunda kənd.
Oiley
Oiley, Eley (q.yun. Οἰλεύς və ya Ὀϊλεύς) — qədim yunan mifologiyasında Lokrida padşahı. Hesiod, Stesixor və Likofron əsərlərində onun adı İley kimi qeyd olunur. Leodak və Narikalı Aqrianomun övladı idi; və ya onun valdeyinləri Apollon və Ureya idilər və ya Qodedokun oğlu idi. Arqonavtlar yürüşündə iştirak etmişdir və orada o, Stimfal quşlarının mis lələyi ilə çiynindən yaralanmışdır. Onun həyat yoldaşının adı Eriopa (digər adı Alkimaxa) idi. Bundan başqa, o, Eant (Kiçik Ayaks) və Medontun atasıdır.
Dillo
Dillo aşağı səviyyəli Linux əməliyyat sistemləri olan kompüterlər üçün nəzərdə tutulmuşdur. Dillo yalnız sadə HTML/XHTML və HTTP üzərində təsvirləri dəstəkləyir; skript tamamilə nəzərə alınmır. Tətbiq C və C++ kodlaşdırma dillərindən ibarətdir və FLTK əsaslıdır.
Billi
Billi — ad. Billi Vaylder — ABŞ rejissoru, ssenaristi və prodüseri Billi Co Armstronq – amerikalı musiqiçi, müğənni, gitaraçı Billi Kid — cinatərkar. Billi Uaytlou — britaniyalı aktrisa.
Aerotermik pillə
Barik pillə
== Atmosferdə barik pillə == Yüksəkliyə doğru atmosfer təzyiqinin 1mm.c.st azalması üçün lazim olan hündürlük barik pillə adlanır. Troposferin aşağı təbəqəsində barik pillə 10m qəbul edilmişdir. Troposferin yuxarı qatlarında barik pillə artır və barik pillə 12m,15m və daha böyük olur. Barik pillənin köməkliyi ilə müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. Yüksəkliyə doğru barik pillənin artması havanın sıxlığının az olması ilə əlaqədardır. Belə ki, 3000m hündürlükdə təzyiqin 1mm.c.st dəyişməsi üçün 15m,5000 metrdə isə 25m lazımdır və 1mm.c.st dəyişməsinə uyğun gələn hündürlük barik pillə adlanır. Bununla müxtəlif ərazilərin mütləq hündürlükləri təyin edilir. == Okean səthi üzərində barik pillə == Okean səthi (0m) üzərində olan atmosfer təzyiqi normal atmosfer təzyiqi əsas götürülür. Normal atmosfer təzyiqi 45 derecelik paraleldə,0 C temperaturda havanın 1sm2 səthə göstərdiyi təzyiq 760mm.c.st olaraq qəbul olunmuşdur. Atmosfer təzyiqi barometr cihazı ilə ölçülür.
Beverli-Hillz
Beverli-Hillz (ing. Beverly Hills) — ABŞ-nin Kaliforniya ștatında șəhər.
Beverli Hills
Beverli-Hillz (ing. Beverly Hills) — ABŞ-nin Kaliforniya ștatında șəhər.
Billi Ayliş
Billi Ayliş Payret Beyrd O'Konnell (ing. Billie Eilish Pirate Baird O'Connell; 18 dekabr 2001[…], Los-Anceles, Kaliforniya) — amerikalı müğənni-mahnı yazarı. 2015-ci ildə qardaşı Finneas O'Konnellin yazıb prodüserlik etdiyi "Ocean Eyes" sinqlı ilə dinləyicilərin rəğbətini qazanıb. Onun 2017-ci ildə buraxdığı ilk mini-albomu "Don't Smile at Me" maraqla qarşılanıb və ABŞ, Birləşmiş Krallıq, Kanada və Avstraliya daxil olmaqla bir çox ölkədə ilk 15-də yer alıb. Aylişin 2019-cu ildə yayımladığı ilk studiya albomu "When We All Fall Asleep, Where Do We Go?" ABŞ Billboard 200 və Birləşmiş Krallıq albomlar hit-paradında birinci pilləyə yüksəldi. Albom "Bad Guy" sinqlının şöhrəti nəticəsində 2019-cu ilin ən çox satılan albomlarından birinə çevrildi. Növbəti il o, Ceyms Bond filmi "Ölməyə vaxt yoxdur" üçün mahnı yazıb ifa etdi, bu mahnı Birləşmiş Krallıq sinqllar hit-paradında birinci yerə çıxdı və 2022-ci ildə ona "Oskar" mükafatı qazandırdı. Onun sonrakı sinqlları "Everything I Wanted", "My Future", "Therefore I Am" və "Your Power" ABŞ və Birləşmiş Krallıqda ilk 10-luğa daxil oldu. Onun 2021-ci ildə buraxdığı ikinci studiya albomu "Happier Than Ever" 25 ölkədə bir nömrə oldu. Onun 2023-cü ildə "Barbi" filmi üçün yazdığı "What Was I Made For?" mahnısı Birləşmiş Krallıqda birinci yer oldu.
Billi Kid
Billy the Kid (azərb. Uşaq Billi‎) — XIX əsrdə Amerika Birləşmiş Ştatlarınıda fəaliyyət göstərmiş cinatərkar. vəhşi qərbdə fəaliyyət göstərmiş yüzə yaxın cinayətkarlardan, ən məşhuru hesab edilir.
Billi Makkreken
Billi Makkreken - XX əsrin ilk rübünün Şimali İrlandiyalı futbolçusu. 1902-ci ildən 1925-ci ilədək "yukasl" və Şimali İrlandiya yığma komandasında oynamış mərkəz müdafiəçisi. Bu hiyləgər taktik süni "oyundan kənar" vəziyyət yaratmağın banisi ("bir müdafiəçi ilə oyun" adını almış taktiki kələk) və üç oyunçuya görə "oyundan kənar" vəziyyəti müəyyənləşdirən köhnə qaydanın 1925-ci ildə dəyişilməsinin əsas günahkarı olmuşdur.
Billi Mays
Billi Mays (ing. Billy Mays; 20 iyul 1958, Mak-Kis-Roks[d], Pensilvaniya – 28 iyun 2009, Tampa, Florida) — ABŞ aktyoru.
Billi Milliqan
Uilyam Stenli Milliqan (14 fevral 1955 – 12 dekabr 2014, Kolumbus) — 1970-ci illərin sonunda ictimaiyyətə açıq məhkəməsi keçirilən 24 fərqli şəxsiyyəti olan amerikalı cinayətkar. Silahlı soyğun da daxil olmaqla bir neçə cinayət törətdikdən sonra, Ohayo Dövlət Universitetinin kampusunda üç təcavüzə görə həbs olundu.Bu zaman psixoloqlar Milliqana çoxsaylı şəxsiyyət pozğunluğu diaqnozu qoydular.Vəkilləri tərəfindən onun psixoloji problemi olduğunu və iki alternativ şəxsiyyətinin Milliqan fərqinə varmadan cinayət törətdiyi iddia edildi.Müdafiəsi zamanı şəxsiyyət pozğunluğu diaqnozu qoyulan və böyük bir cinayətə görə 10 il ruhi xəstəxanada yatmaq cəzası verilən ilk insan idi. Milliqan'ın həyat hekayəsi Daniel Kizin mükafat qazanan romanı " Billi Milligan'ın düşüncələri" ilə populyarlaşdı. == Uşaqlıq illəri == Milliqan 1955-ci ilin fevralında Mayamidə Doroti Milliqan və Conni Morrisonun övladı olaraq dünyaya gəlib. Doroti Milliqan Ohayoda böyümüşdü və əvvəlki əri ilə birlikdə Lankaster-də yaşayırdı. Onlar boşandıqdan sonra Doroti Mayamiyə köçdü və müğənni kimi işləməyə başladı. Və Cimmi Morrisonla birlikdə yaşamağa başladı və onların iki övladı oldu. Daniel Kizə görə Cimmi yaxşı atalıq etməyi bacamırdı, qumar oynayır və çoxlu içki içirdi. Bundan sonra Doroti uşaqlarını götürdü və Mayamidən uzaqlaşdı, nəticədə keçmiş əri ilə yenidən evləndi və Lankaster, Ohayoya qayıtdı. Dorotinin ərinin keçmiş həyat yoldaşından Billi ilə eyni yaşda olan bir qızı da var idi.
Billi Uaylder
Billi Vaylder (ing. Billy Wilder) — ABŞ rejissoru, ssenaristi və prodüseri, "Oskar" mükafatı laureatı (1946, 1961). == Həyatı == Billi Uaylder keçmiş Avstriya-Macarıstan ərazisində yəhudi ailəsində anadan olmuşdur. O, sahibkar oğlu idi. Hüquqşünas olmaq istəyən Billi bu sahədə təhsil almaq üçün ,Vyana Universitetinə daxil olur. Lakin ,bir ildən sonra universiteti atıb Vyananın aparıcı qəzetlərindən birində işləməyi fikirləşir. 1920-ci illərdə Berlində jurnalist işləyir. Elə orada səssiz kinofilmlər üçün ssenarilər yazmağa başlayır. 1929-1933-cü illərdə onun ssenariləri əsasında "Emil və detektivlər", "Qatilini axtaran adam" kimi filmlər çəkildi. Nasistlər hakimiyyətə gələndən sonra Fransaya, oradan da Birləşmiş Ştatlara köçmüşdür.
Billi Uaytlou
Billi Uaytlou (ing. Billie Honor Whitelaw; 6 iyun 1932[…], Koventri, Uest-Midlends[d] – 21 dekabr 2014[…], Nortvud[d], Hillinqdon[d]) — britaniyalı aktrisa. == Həyatı və yaradıcılığı == Billi Uaytlou 6 iyun 1932-ci ildə İngiltərənin Koventri şəhərində anadan olmuşdur. Aktrisalıq fəaliyyətinə teatrda başlayan Billi Uaytlou məşhur irland dramaturqu Samuel Bekketin yazdığı pyeslərdəki obrazları canlandırmışdır. "The Omen" (azərb. "İşarə"‎, 1976) və "Krey brother" (azərb. "Krey qardaşları"‎, 1990) filmləri ilə şöhrət tapmışdır. Aktrisa 21 dekabr 2014-cü ildə 82 yaşında vəfat etmişdir. == Mükafatları == Yüksək aktrisalıq bacarığına görə 1991-ci ildə "Britaniya İmperatoru" nişanına layiq görülmüşdür.
Billi Uilan
Billi Oqastin Uilan (ing. William Augustine Whelan; 1 aprel 1935, Dublin, İrlandiya – 6 fevral 1958, Münxen), Billi Uilan (ing. Billy Whelan) və ya Liam Uilan (ing. Liam Whelan) kimi də tanınır ― İrlandiya futbolçusu və "Mançester Yunayted"in Münhen aviasiya qəzasında həlak olan səkkiz oyunçudan biri. Öldüyü vaxt onun 22 yaşı var idi. Uilan Dublin şəhərində anadan olmuşdur. O, valdeyinləri Con və Elizabet Uilanın yeddi uşağından biri idi. Billi Uilan səkkiz yaşında olarkən onun atası vəfat etmişdir. == Klub karyerası == 1953-cü ildə 18 yaşında "Mançester Yunayted"ə qoşulmazdan əvvəl karyerasına "Houm Farm"da başladı. İrlandiya Respublikası millisinin heyətində dörd dəfə forma geyinsə də, qol vura bilmədi.